Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu


MÖVZU:VI Əksliklərin vəhdəti və mübarizəsi



Yüklə 0,78 Mb.
səhifə5/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

MÖVZU:VI

Əksliklərin vəhdəti və mübarizəsi,

inkarı inkar qanunları.

Plan

1.Əksliklərin vəhdəti və mübarizəsi dialektikanın nüvəsidir.İnkişaf haqqıda metafizik təlimin tənqidi.

2.Eyniyyət,fərq,ziddiyyət əsklik anlyışları.Dialektik ziddiyyət inkişafın mənbəyidir.

Təbiətdə və cəmiyyətdə ziddiyyətlərin növləri,cəmiyyətdəki ziddiyyətlərin xarakteri və onların aradan qaldırılmasl yolları.

4.İnkar anlayışı.İnkarln dialektik və metafizik anlayışları.İnkar inkişafda əlaqə momenti,inkişafın zəruri şərtidir.

5.İnkarı inkar inkişafın təkrarlanan,mütərəqqi,yüksələn xarakterinin ifadəsidir, köhnə ilə yeni arasında varisliyin ifadəsidir.



ƏDƏBİYYAT

1. Engels F.Anti-Dürinq.Bakı.1967.

2. Lenin.V.İ.Fəlsəfə dəftərləri.Əsər.29-cu cild.səh.334-342.

3. Qasımzadə F.Şirəliyev.Dialektik materializm.Səh.292-304,209-324.Bakı.1972.

4. Kərimov V.Əkslilərin vəhdəti və mübarizəsi qanunu.Bakı.1973.

5. Əhmədli.C.Materialist dialektikanın əsas qanunları haqqında.Bakı.1967.

6. Fərhadoğlu M.fəlsəfənin əsasları.Səh.235-239,239-243.

7. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları Bakı, 2016.

Əksliklərin vəhdəti və mübarizəsi qanununun mahiyyətini inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, “münaqişə” və s. anayışların mahiyyətini bilmək onları fərqləndirmək zəruridir. Bu anlayışları iki mənada səciyyələndirmək olar. a)əkslik gerçəklik hadisələrinə xas olan, onların inkişafına şərtləndirən ən ümumi müəyyənlikdir,digər anlayışlar (fəqlilik, ziddiyyət,münaqişə vəs.)isə əksliyin təzahür xüsusiyyətləridir.b) “əkslik”ziddiyyətlərin kəskinləşməsi dərəcəsi,mənafe fərqlərinin artıb tam qütbləşməsi vəbarışmazlığı forması və təzahürüdür.Bu mənada “əkslik”fərqliyin ziddiyyətə, ziddiyyətin inkişaf edib əksliyə və münaqişəyə çevrilməsi prosesinin ifadəsi,ziddiyyətin yüksək və kəskin dərəcəsidir.Deməli,bir hadisədə onu tam ümumi hadisələrlə birləşdirən, “eyniləşdirən”eyniyyət cəhətləri, həm də onları ümumidən ayıran fərqlilik vardır.Eyniyyət-predmet hadisə və proseslərlə başqa predmet, hadisə və proseslər və onarın öz daxili tərəfləri arasındakı əlaqə və münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümmi,eyniyyət təşkil edən cəhətlərin ifadəsinə deyilir.Fərqlilik-predmet, hadisə və prosesin daxili tərəf və meyllərini bir-birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhtlərin ifadəsinə deyilir.

Eyniyyət fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə bir-birinə keçə bilirlər. Ziddiyyət-predmet,hadisə və proseslər və onların daxili tərəfləri arasındakı fərliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu əksliyin ifadəsidir. Ziddiyyət əskliyə,əsklik və ziddiyyətə çevrilə bilər.

Predmet və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə ziddiyyətli mahiyyət hadisənn ümumi inkişafını şərtləndirir. Lakni fəlsəfə tarixində bu ümumi qanunauuyğun müddəaya münasibət müxtəlif cür olmuşdur.Əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir:həyat və ölüm,maqnitin mübət və mənfi qütbləri,canlı və cansız,maddələrin assimilyasiyası və dissimilyasiyası siniflər mübarizəsi-məhz bu obyektiv ümumi qanunauyğunluluğu ifadə edir. Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi,toqquşması səviyyəsi münaqişədir.Onu deyək ki,yenin meydana çıxması müəyyən müddət(bəzən uzun aman ərzində)köhnənin içərisində,lakin köhnə ilə yeninin mübarizəsi şəraitində baş verir. Bəzən hətta mübarizə edən tərəflər, ziddiyyətə girən meyllər arasında müvəqqəti tarazlıq, müvazilik vəziyyətidə əmələ gələ bilər.

Ziddiyyətlər müxtəlif və rəngarəngdir Daxili ziddiyyətlər-predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir.Xarici ziddiyyətlər isə-müəyyən predmet və hadisələrlə,təbii və sosial mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərinin əsk etdirən ziddiyyətlərdir. Daxili ziddiyyətlər mühüm və aparıcıdır,inkişafın mənbəyidir, “öz hərəkətin” səbəbidir.Lakin xarici ziddiyyət və fəaldır,ciddi təsir gücünə malikdir,inkişafı sürətləndirə və ya ləngidə bilər.Onlardan baş açmaq,gerçəklikdə onların vrol və əhəmiyyətini müəyyənləşdirmək üçün əsas ziddiyyətləri qeyri-əsaslardan, ikinci dərəcəli ziddiyyətlərdən fərqləndirmək,ayırd etmək lazımdır.Əsas ziddiyyət-inkişafda aparıcı rol oynayan,həll edilməsi ilə bir çox başqa ziddiyyətə-rin dəı həll edilib aradan çıxmasına səbəb olan ziddiyyətə deyilir.Qeyri əsas ziddiyyət isə inkişaf üçün aparıcı olmasa da,müəyyən təsir edici ziddiyyətlərin onların da mühüm əhəmiyyətlərdir vardır.Baçlıca cə baçlıca olmayan ziddiyyətlər də mahiyyət etibarilə əsas və qeyri-əsas ziddiyyətlərə yaxındıronlara bənzətirlər.Ziddiyyətlərin növlərindən birini də antoqonist ziddiyyətlər təçlik edir.Bunlar təbiətdə bu və ya digər.dərəcədə təzahür etsələrdə, əsasən ictimai və ya cəmiyyət ziddiyyətləridir.Cəmiyyətdəki müxtəlif ictimai və sosial-siyasi mənafeləri olan siniflər,sosial təbəqələr,qruplar xalq və millətlər,ictimai hərəkatlar,partiyalar və arasında mövcud olan qarçılıqlı əlaqəə və münasibətləri əks etdirən ziddiyyətlərdir.Antoqonist ziddiyyətlər ictimai-iqtsadi və sosial-siyasi mənafeləri bir-birinə əks olan siniflər,sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir.Qeyri-antoqonist zidiyyətlər-əsas mənafeləri bir-birinə uyğun gələn,lakin müəyyən mənafeləri fərqli olan tərəflər və ictimai təbəqə və siniflər arasında olan ziddiyyətlərdir.

İnkarı-inkar dialektikanın ümumi qanundur, gerçəklikdəki inkişafın perspektiv-lərini, meyllərini və istiqamətlərini, forma və nəticələrini bildirir. İnkarı inkar-gerçəkliyin bütün sahələrində (təbiətdə,cəmiyyətdə və irrakda)fəaliyyət təsirinə malik olan,inkişafda qarşısıalınmazlıq və varisliyi vəhdət halında əks etdirən, köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.İnkişaf prosesində inkar yeninin köhnəni əvəz etməsidir; ölüb getməkdə olanın yeni yaranmaqda olanla əvəz olunmasıdır; Köhnəlik zəminində yaranan yeninin tədricən möhkəmlənməsi, inkişaf etməsi və qələbəsidir; eyni zamanda köhnənin bir çox cəhətlərinin yenidə təkrarlanmasıdır. “İnkar”termininu fəlsəfəyə ilk dəfə Hegel gətirmiş, “inkarı inkar” bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. Hegelin dialektik sistemdə inkişaf, ziddiyyətlərin əmələ gəlməsi və aradan qaldırlımasından ibarətdir. İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır,o hadosələrə kənardan gətrilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momentidir. “Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş verə bilməz”(K.MarksTəbiət,cəmiyyət və təfəkkür sadə, adı məlumatlar belə inkarın inkarın ən ümumi qanun olduğunu aydın sübut edir.Lakin inkarı-inkar nə qədər ilkin ona qayıtma, köhnənin sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir, onun yeni əsaslarla inkişafı, daha da zənginəşdirilməsi yüksəldilməsidir.Bu “yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır.Köhnə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir; inkar edən özündə köhnəni də əks etdirın,lakin daha çox,onun özündə olandan daha artıq əks etdirir.Bu onun vəhdəti və əkslikləridir.

Inkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır:inkar,varislik və inkişaf. Bu qanunun mahiyyətinin dərk edilməsi üçün “dialektik inkar”anlayışının məzmununa daha çox fikir verilməlidir. Bu isə o deməkdir ki, fəlsəfə tarixində inkarın anlaşılmasına münasibətdə başqa mövqelər də əsasən iki münasibət-dialektik və metafizik mövqe fərqləndirilnəlidir. Fəlsəfədə iki cür metod olan diakektika və metofizikanın “İnkar”anlayışına münasibəti də fərqlidir.Təkamülçü və təftişçi cərəyanların inkarı inkarı tam rədd etməsinin əksinə olaraq, metofizik filosofların çoxu inkarı qəbul edirlər, lakin onlar inkarln mənasını ancaq yox etmək, köhnənin mütləq məhv edilməsi kimi, tamamilə kənara atılması kimi şərh edirlər. İnkara dialektik münasibət isə başqa cür yanaşır, inkara köhnə ilə yeni arasında “əlaqə momenti”, köhnədə yeniyə lazım olan keyfiyyətlərin mənimsənilməsi kimi, inkişafla varislik əlaqəsi kimi baxır, “yox etmək”, “məhv etmək” kimi “quru”, “əbəs”inkarı rədd edir. Dialektikaya görə, köhnə inkar edilmədən yeninin meydana çıxması və yetkinləşməsi, deməli, bütövlükdə inkişaf prosesi mümkün deyildir. İnkişaf mərhələlərlə davam edir ki, hər bir mərhələ də özlüyündə üç yarım mərhələyə bölünür: obyektiv çıxış nöqtəsi; onun öz əksliklərinə çevrilməsi və ya inkar; həmin əksliklərin də öz əksliklərinə çevrilməsi.Dialektik inkar fasiləsizlikdə də fasiləni, inkişafla varisliyi, yüksək mərhələ də ibtidainin təkrarını və i.a.ifadəsidir.

Beləlikələ inkarın dialektik anlayışına görə: a) inkarı-inkar, obyektivdir, öz inkar səciyyəsi daşıyır,konkretdir, kənardan gətirilə bilməz b) inkişaf heç də köhnənin məhv edilməsi, atılması yolu ilə deyil, köhnə əsasında, köhnə zəmin üzərində meydana çıxır,onu tam yox etmək mənasında inkar etmir. v) inkişaf inkarı-inkar kimi baxılır,yəni öz mövqeyini başa vurduqdan sonra bu gün inkar edən yeni özü də inkar olunur, inkarı-inkar baş veril. q) inkarı-inkar inkişafın düz xətt üzrə getmədiyini,onun geriyə qayıtmağa meyli olduğunu, ilkin anı yeni əsaslarda təkrar etdiyini ,inkişafda “əlaqə momenti”olduğunu,i nkişafın “spiralabənzər xarakterini”ifadə edir. D) inkarı –inkar köhnənin mütərəqqi cəhətlərinin mənimsənilməsini,köhnə ilə yeni arasında varislik əlaqəsinin olduğunu ifadə edir, belə varisliyi inkişaf amili hesab edir. E) inkarı-inkar, nəhayət, inkişafın tənəzül, geriləmələrin nisbiliyini, inkişaf və tərəqqinin mütləqliyini və əbədiliyini ifadə və təsdiq edir. j) Bu qanun həmçinin onu da göstərir ki, inkişaf prosesində köhnə içərisindən meydana çıxan yeni, köhnə ilə varislik yaradarkən, köhnənin nisbi sabitliyi əsasında, ondan mütərəqqi, cəhətləri alıb mənimsədiyi kimi onun zəruri meyl və ənənələrini də “mənimsəyib” nəsildən –nəsilə verir. Məhz belə nisbi sakitlik üzündən köhnəlikdən tezliklə xilas olmaq mümkün olmur.Bu cəmiyyətdən böyük iqtisadi,sosial, siyasi və mənəvi tədbirlər işləyib həyata keçirməyi, yeninin qəti qələbəsini təmin etməyi tələb edir. Bütün bu xüsusiyyətlərin hamısı həm təbiət, həm cəmiyyət və həm də idrak hadisələrinə ümumən xasdır,bütün gerçəklik üçün fəaliyyət təsirinə malikdir.

Materialist filosoflar bu qanuna cismi və hadisələrə bir-birinə və daxili tərəfləri arasındakı ziddiyyətlər onların mübarizəsi və həlli edilməsi hərəkət və inkişafın mənbəyi,səbəbədir,bunsuz heç bir inkişaf baş verə bilməz.Bu mənada inkişaf öz inkişafıdır,,hərəkət öz hərəkətdir əksliklərin vəhdəyi və mübarizəsidir.

Deməli bir hadisədə onu həm ümumi hadisələrlə birləşdirən,eyniləşdirən eyniyyət cəhətləri,həm də onları ümumidən ayran fərqlilik vardır.

Eyniyyət və fərqlilik anlayışları nisbidir,müəyyən şərait dəyişdikdə bir-birinə keçə çevrilə bilərlər.

Ziddiyyət-predmet hadisə və proseslər və onların daxili tərəfləri arasındakı fərqliliyin dərinləşməsi kəskinləşməsidir. Mənafe uyğunsuzluğudur, əksliyin ifadəsidir. Ziddiyyət əksliyə əkslikdə ziddiyyətə çevrilə bilər.

Predmet və hadisələr daxilən obyektiv ziddiyyət təbiətə malikdir.Bu isə inkişaf üçün əbədi və obyektiv qanun uyğunluq olan əksliklərin vəhdəti və mübarizəsini doğurur.Ziddiyyətlər müxtəlif və rəngarəngdir.

Beləliklə-Ziddiyyətlərin ümumiən daxili və xarici əsas və qeyri əsas,başlıqla və başlıqla olmayan anyoqonist və qeyri-anyoqonist və s. kimi növlərə ayırmaq olar.

Daxili zidlər predmet və hadisələrin daxilində bir-birinə zidd və ya əks rtərəflərin (daxili)qarşılıqlı məsir münasibətlərin ifadə edən ziddiyətlərdir.

Xarici ziddlər predmet və hadisələrin başqa xarici predmet və hadisələrin sosial-təbil mühitlə qarşılıqlı əlaqəsini və münasibətlərini əka etdirənziddir.İnkişaf predmetdə çox saylı ziddləqarşılışmaq olar.Lakin onları bir-birindən fərqləndirmək lazımdır.Bu ziddiyyətlər əsas və qeyri əsas ziddiyyətlərdir.

Əsas ziddiyyətlər-İnkişafda aparıcı rol oynayan həll edilməsi bir çox ziddləri də həll edib aradan çıxmasına səbəb olan ziddiyyətlərdir.qeyri əsas ziddiyyət isə inkişaf üçün aparıcı olmacada müəyyən təsiredici zddir.

Başlıca və başlıca olmayan ziddlərdə də əsas və qeyri əsas ziddlərə yaxındır.Məs:Azərbaycan,ermənistan münaqişəsi və digər ziddlər.

Ziddiyyətlərin növlərindən birində anitoqonist və qeyri anitoqonist ziddiyyətlər təşkil edir.

Bunlar təbiətdə və ya digər dərəcədə təzahür etsələrdə əsasən intiqam və ya cəmiyyət ziddiyyətləridir.Antoqonist ziddiyytlər-İntiqam iqtisadi və sosial-siyasi mənafeləri bir-birinə əks olan sniflər sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir.

Onlar çox vaxtı münaqişəyə səbəb olur.

Qeyri antoqonust ziddiyyətlər-əsasən mənafeləri bir-birinə uyğun gələn ,lakin müəyyən mənafeləri fərqli olan tərəflər və intiqam təbəqə və siniflərarasında olan ziddiyyətlərdir.

Gerçəklikdəki inkişafın persrektivlərini,meyllərini istiqamətlərini,forma və nəticələrini bildirir.

İnkarı-inkar gerçəkliyin bütün sahələrində (təbiətdə,cəmiyyətdə və qurakda) fəaliyyət təsirinə malik olan,inkişafda qarşısıalınmazlıq və varisliyin vəhdət halında əks etdrən,köhnənin bir çox cəhətlərinin yenidən təkrarlandığını ifadə edən ümumi qanundur.İnkişaf prosesində inkar yeninin köhnənin əvəz etməsidir.İnkar-hər cür inkişafın labüd və qanunauyğun cəhətidir.İnkar termini fəlsəfəyə ilk dəfə Hegel gətirmiş.İnkarı inkar bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir.hegelin dialektik sistemdə inkişaf ziddiyyətlərin əmələ gəlməsi və oradan qaldırlımasından ibarətdir.

İnkişaf köhnə mərhələnin daxili inkar edilməsidir,sonra isə inkar edən yeni də bir müddət inkişafdan sonra inkar olunur,inkarı-inkar baş verir.Bu inkarl inkişafda isə köhnə tamam yox olur,sanki inkar olunan həm də bərpa olnuru,yenidən təkrar olunur.

İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır,o hadisələrə kənardan gətirilə bilməz, obyektivdur, maddi hadisələrin inkişafının real momentidir.Heç bir sahədə öz əvvəlki,mövcudluq formalarını inkar etməyən inkişaf baş verə bilməz.

Lakin inkarı inkar nə qədər ilkin ona qayıtma, köhnənin təkrar edilməsi olsa da bu heç də köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək deyildir.İnkarı inkar qanununu səciyyələndirən əsas anlayışlar bunlardır:İnkar, varislik və inkiaşf.

Bu qanunun mahiyyətinin dərk edilməsi üçün dialektik inkar anlayışının məzmu-nuna daha çox nəzər yetirməlidir.Bu isə o deməkdir ki, fəlsəfə tarixində inkarın an-laşılmasında münasibətdə başqa münasibətlər də olunmuşdur.

İnkara münasibət isə başqa cür yanaşır inkara köhnə ilə yeni arasında əlaqə momenti,köhnə də yeniyə lazım olan keyfiyyətlərin mənimsənilməsi kimi inkişafda varislik əlaqəsi kimi baxır,yox etmək, məhv etmək kimi quru əbəs inkarı rədd edir.

Dialektik inkar fasiləsizlikdəfasiləli,inkişafda varisliyi,yüksək mərhələdə ibtidainin təkrarını və i.a.ifadə edir.

Demək dialektikaya görə inkişaf düz xətlə deyil spiralabənzər davam edir,burada ilkin ona qayıtma,köhnənin təkrarı vardır.

Lakin yeni köhnənin atmır, köhnədə mütərəqqi olanların hamısının mənimsəyi, yaşadır və inkişaf etdirir.

MÖVZU VII
MATERİALİST DİALEKTİKANIN ƏSAS KATEQORİYALARI
2 saat
P L A N
1. Kateqoriyalar anlayışı, onların mahiyyəti və təsnifatı. Fəlsəfənin və xüsusi elmlərin kateqoriyaları.

2. Ən ümumi və ümiversial əlaqələri əks etdirən kateqoriyalar: təkcə, xüsusi və ən ümumi, qanun və qanunauyğunluq, mahiyyət və hadisə.

3. Struktur əlaqələri ifadə edən kateqoriyalar: hissə və tam; sistem, struktur və element; məzmun və forma.

4. Determinlik və ya səbəbiyyat əlaqələrini ifadə edən kateqoriyalar: səbəb və nəticə, zərurət və təsadüf; imkan və gerçəklik.


Ə D Ə B İ Y Y A T
1. Engels F. Anti –Durinq. Bakı -1967.

2. Engels F. Təbiətin dialektikası. Bakı -1966.

3. Qasımzadə F., Sirəliyev H. Dialektik materializm. Bakı -1972.

4. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı -2004.

5. Fəlsəfə ensiklopedik lügəti. Bakı -1997.

6. A.M. Bayramov, H. T.. Budaqov Fəlsəfənin əsasları Bakı, 2016.



Kateqoriyalar gircəklidəki obyektiv, universal ən ümumi – deteminlik, struktur, sistemlik və i.a əlaqə və münasibətləri ifadə edir.”Kateqoriya” yunandilində “kateqoriya” sözündən əmələ gəlib mənası “fikir söyləmək”, “mülahizə yürütmək”, “mühakamə etmək”, “şahidlik etmək” və s. deməkdir.Fəlsəfi mənada kateqoriyalar – real gerçəklidə (təbiətdə, cəmiyyətdə və təfəkkürdə) mövcud olan obyektiv qanunauyğun və mahiyyətli əlaqə və münasibətləri əks etdirən ən ümumi və fundamental anlayışlardır.Biz danışığımızda hər an müxtəlif sözlər, deməli anlayışlar işlədirik. Anlayışlar olmadan heç bir fikir söyləmək mümkün olmzdı. Anlayışın əsas xüsusiyyətlərini onun ümumiləşdirmə qabiliyyəti təşkil edir.Anlayış tək bir əşyanı, hadisəni deyil, uyğun eyni qəbildən olan çoxsaylı və müxtəlif əşya və hadisələri ümumiləşdirərək əks etdirir.Belə anlayışlar ən ümumilik və qanunauyğunluq bildirirlər.Bu cür ən ümumi, fundamental anlayışları kateqoriyalar adlandırmaq olar.Bu qısa təhlil əsasında kateqoriyalara belə bir tərif vermək olar: idsakın xüsusi növ pilləsi və forması olmaqla kateqoriyalar real gerçəklikdə - təbiətdə, cəmiyyətdə və təfəkkürdə predmet hadisə və proseslərin dəyişmə və inkişafını şərtləndirən obyektiv qanunauyğun və mahiyyətli əlaqə və münasibətləriəks etdirən ən ümumi və fundamental fəlsəfi anlayışlardır. Kateqoriyalar haqqındakı ilk təsəvvürlər çox qədim dövrlərdə varlığın əsas prinsiplərini müəyyənləşdirmək məqsədilə meydana çıxmışdır. Kateqoriyalar haqqındakı ilk mükəmməl fəlsəfi baxış Aristotelin “Kateqoriyalar” adlı traktatında verilmişdir.Bİr cəhətdədə diqqət yetirmək lazımdır ki, Aristoteldən əvvəldə kateqoriyalar haqqında müəyyən fəlsəfi baxışlar olmuşdur. Bu baxışlar əsasən idealist səciyyə daşımış, kateqoriyaların obyektiv məzmunu qəbul edilməmiş,onlar subyektiv “təfəkkür hadisəsi kimi təhlil edilmişdir, kateqoriyalar “ilk əsas” kimi baxılmışdır:od,su, hava, atom və s.Platon isə bu əsasda kateqoriyaların beş növünü qeyd etmişdir:mahiyyət, hərəkət, sükunət, eyniyyət, fərq.Aristotel də kateqoriyalara dünya və onun dərk edilməsinin ümumi formaları kimi baxsa da, o”ilkin səbəb”, “ilkin forma”, “formalar forması” və s.adlarla”ilkin səbəb” ideyasına qayiddir, çox vaxt onları “Allah” anlayışı ilə eyniləşdirirdi. Aristotel həmçinin kateqoriyalar arasındakı dərin daxili əlaqələri, onların bir-birinə keçməsini, mütəfəkirliyini də axıradək ardıcıl izah etməmişdi.Kateqoriyaların mahiyyəti və təsnifatı haqqında qeyd olunan fikirləri yaxınlaşdıraraq onların ümumi təsnifini, növlərini belə quruplaşdırmaq olar:a) antoloji və ya substantiv kateqoriyalar.Bunlar mövcudluğun əsasına qoyulan substansional səciyyə daşıyan kateqoriyalardır, onlara materialist, idealist, dialist münasibətlər xasdır.”Varlıq”, “materiya”, “iderya”, “təfəkkür” “şüur” vəs. a belə antaloji kateqoriyalardır.b) atributiv kateqoriyalar. Bunlar antaloji kateqoriyaların mövcudluğu formasını və ya ayrılmaz, atributiv xassələrini təşkil edir, onların mahiyyəti və mövcudluğunu şərtləndirirlər.”Məkan”, “zaman”, “hərəkət”, “inkişaf”, “ziddiyət”,”keyfiyyət”, “kəmiyyət”,”ölçü”, “hal” və i.a belə atributiv kateqoriyalardır.c)nisbət və ya relyativ kateqoriyalar.Onlara “cüt kateqoriyalar da” deyilir.Bunlar üçün əsas əlamət odur ki, onlar ikitərtiblidir( tək və ümumi; səbəb və nəticə; zərurət və təsadüf və s) fikrinin mövcudluğu digəri də tələb edir onlar ayrılıqda mövcud ola bilməzlər.Bu kateqoriyalar universallı, sturuktur, səbəbiyyət, sistemlik və s. kimi əlaqələri əks etdirən kateqoriyalar yarımquruplarına ayrılırlar.Ən ümumki və ya universal əlaqələri əks etdirən kateqoriyalar:tək, xüsusi və ümumi; qanun və qanunauyğunluq; mahiyyət və hadisə.Sturuktur əlaqələrini ifadə edən kateqoriyalar;hissi və tam; sistem, və element;məzmun və forma.Determinlik və ya səbəbiyyət əlaqələrini ifadə edən kateqoriyalar: səbəb və nəticə; zərurət və təsadü; imkan və gerçəklik və i.a.

Tək xüsusi və ümumi hər bir əşya, hadisə və prosesdə yalnız, onun özünəməxsus, onu başqalarından, həttaona çox oxşar hadisələrdən fərqləndirən bir sıra xüsusi cəhətlər vardır.Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, Məhəmməd və b.) özünəməxsus danışıq tərzi, qabrama qabiliyyəti, vərdişləri yerişi vəs vardır.Məhz bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir təklənir.Deməli obyektiv aləmin məlum konkret fərqi əşyası hadisə və prosesi təki (təkcəni, ayrıcanı) təşkil edir.Tək özünəməxsus keyfiyyət, zaman, məkan və digər xüsusiyyətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən fərqlənən ayrıca götürüləni, təkcəni səciyyələndirir.

Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları ilə yaxınlaşdıran, ümumiləşdirən, eyniləşdirən bir sıra ümumi cəhətlərdə vardır.Məhz bu keyfiyyət xüsusiyyətləri ilə tək bir nəfər ailə, kollektif, sinif. Millət, nəhayət cəmiyyətdə qovuşur, ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə ayrılıqda mövcud ola bilməz; bir adamın ölkədə, regionda, yer kürəsində yaşayan milyonlarla insanlarla çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri vardır. Deməli tək həm də ümumidir, tək ümumiyə doğru aparan çoxsaylı əlaqələrdə mövcuddur;ümumi isə təkdir, təklərin oxşar cəhətlərinin məcmusundan ibarətdir; tək və ümumi arasında sintetik çevrilmə əlaqəsi mövcuddur.Ümumi odur ki, onun vasitəsiləçoxlu tək-tək ayrı-ayrı əşya hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur.Deməli ümumi ayrıca götrülmüş xüsusi əşya hadisə və prosesin başqaları ilə oxşar, ümumi cəhətlərinin birgə ifadəsi vasitəsi, məcmusudur; yunani təkin başqaları ilə eyni qurup, sinif və millətə mənsub olduğunu bildirən ümumi əlaqələrsisteminin ifadəsidir.Bəs xüsusi nədir? Xüsusi ümumi ilə təkcə arasında əlaqə formasıdı; təki ümumiyə aparan əlaqədir,yoldur.Hər bir əşya hadisə və prosedə tək və ümumi arasındakı dialektik qarşılıqlı əlaqənin “xüsusi” fəlsəfi kateqoriyası ifadə edir.Məsələn, bitki ümumini , taxıl xüsusini, arpa təki, canlı ümumini, insan xüsusini, Həsən isə təki ifadə edir vəs.

1. Tək xüsusi və ümumi kateqoriyalarının dialektikasının nəzərə alınmasını insan fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır.Hər şeydən əvvəl, onlar arasında əlaqənin nəzərə alınması ciddi idrakı əhəmiyyət kəsb edir.Biz tədqiqat prosesində həmişə təkdən, ayrıcadan başlayıb ümumiyə doğru ən ümumi qanunauyğunluqları dərk etməyə doğru getməliyik və ya ümumi qanunauyğunluqları mənimsəmə ilə tək-tək hadisə və proseslər üçün müəyyən ümumiləşdirici nəticələrə gəlməliyik.Təkcə ümuminin nisbətini nəzərə almadan heç bir obyektin düzgün tədqiq və dərk edilməsi mümkün deyildir.

2. Qanun və qanunauyğunluq kateqoriyasından “Dialektik qanunlar və qanunauyğunluqlar” adlanan fəsildə bəhs olunduğuna görə burada onların üzərində dayanmağa ehtiyac yoxdur.

3. Mahiyyət və təzahür dialektikanın ən ümumi, üniversal kateqoriyalarından biridir.Mahiyyət cisim, hadisə və prosesin müəyyənliyidir, mənliyidir, onu başqa cisim, hadisə və proseslərdən fərqləndirən,onu məhz həmin cisim və hadisə edən başlıca keyfiyyətdir.Deməli, mahiyyət maddi sistemlərin və konkret cisim, hadisə və proseslərin mövcudluğu və inkişafını müəyyən edən əsas dərin daxili əlaqələrin, münasibət və qanunların məcmusudur. Mahiyyət hadisələr də çoxsaylı təzahürlərdə özünü göstərir.

Təzahür- mahiyyətin xarici ifadəsi, formasıdır, təzahür-elə konkret cisim, hadisə və prosesdir ki, onun vasitəsilə gerçəkliyin və onun müxtəlif tərəflərinin mhiyyəti, müəyyənliyi zahirən ifadə olunur, təzahür edir. Mahiyyət təzahür vasitəsilə özünü göstərir.

Mahiyyət və təzahür arasında möhkəm qarşılıqlı təsir əlaqələri vardır.Dünyada dərk olunmayan müxtəlif hadisələrdə təzahür etməyən, təczid olunmuş halda mahiyyət yoxdur.Elə təzahür yoxdur ki,özündə mahiyyət haqqında bu və ya digər informasiyanı daşımış olmasın.Ona görə də qədim dövrlərdən fəlsəfədə işlədilən “mahiyyət təzahür edir, təzahür mahiyyətlidir “ fikri indi də məqbul sayılır. Lakin mahiyyətlə təzahürün vəhdəti, heç də onların eyniyyətli, üst-üstə düşməsi demək deyildir.Bir mahiyyət bəzən çoxsaylı hadisələrdə təzahür edir.Zahiri təzahürlər, heçdə həmişə daxili mahiyyəti dolğun əks etdirmir, bəzən təhriflərə, yanılmalara belə gətirib çıxarır.K.Marks qeyd edirdi ki, əgər bütün təzahürlər mahiyyəti əks etdirsəydi və ya təzahürlər bilavasitə mahiyyətə uyğun gəldiyi anda heç bir elmi axtarışa yer qalmadı. Mahiyyətə yetmək üçün təfəkürün mücərrəddək konkretə, empirikdən nəzəri səviyyəyə yüksəlməsi , mükkəməl elmi nəzəriyyələr yaşatmaq yolu ilə həqiqətə nail olunması cisim,hadisə mahiyyəti aşkara çıxarış olsun.

1. Məzmun və forma-strukturəlaqələri ifadə edən koteqoriyalardan biridir.Bu və ya digər cisim, hadisəni və prosesi təşkil edən bütün elementlərin, cəhətlərin, tərəflərinin qabiliyyət əlaqə və münsibətlərinin məcmusuna məcmun deyilir.Forma isə məcmunun qurulması qaydaları, məzmun təşkil sistemi və sturukturunun ifadəsidir, onu tərtib hissələri arasında əlaqə vasitəsidir, həmin cisim, hadisə və prosesi təşkil edən hissələrin məcmusudur; məzmun ifadəsi və təzahür vasitəsidir, onun mövcudluq üsuludur.

“Məzmun” və “mahiyyət” anlayışları da bir-birilə yaxın və ya oxşardır. Lakin aralarında mühüm fərqlərdə vardır.

Məzmun predment, hadisə və prosesi təşkil edən bütün ünsürlərin və tərəflərinin məcmusu olduğu halda mahiyyət onun daxili, nisbət sabit, qanun mahiyyəti daşıyan başlıca cəhətinin ifadəsidir. Məzmun predmetin bütün xassələrinin məcmusu olduğu halda, mahiyyət onun təbiəti, əsasıdır.Məsələn, maddələr mübadiləsinə girmək canlı orqanizimin mahiyyətidirsə (çünki maddələr mübadiləsi kəsildikdə ölüm baş verir), onun bütün fiofizioloji quruluşu, bədən üzvlərinin fəaliyyəti mexanizmi, psixix tərzi və i.a onun məzmunudur.

Məzmun və forma bir-birilə möhkəm qarşılıqlı təsirdədir, obyekyiv vəhdət halındadır.Onlar bir-birindən ayrıldıqda mövcud ola bilməzlər.Hər bir məzmun ancaq özünə uyğun, əlverişli forma daxilində zənginləşə və inkişaf edə bilər.Məzmun əsas müəyyənedici olsa da forma da fəaldır, təsiredicidir.Lakin forma nisbi sabitliyi, gec dəyişməsi, qeyri mütəfəkirliyi ilə nisbi sabitliy, gec dəyişməsi, qeyri mütəfəkirliyi fərqlənir.Forma məzmun inkişafını sürətləndirə və ya ləngidə bilər. Sosial inkişafda da məzmun və forma uyğunluğu, tarazlığı tələb olunur.Belə tarazlıq uyğunluq pozulduqda inkişaf prosesində ziddiyyətlər, münaqişələr baş verir.Yəni məzmun köhnə formalardan xilas olmağa, yeni uyğun formalar tapmağa çalışır, tapır və inkişaf davam edir.

Deməli, məzmun fəallığı aparıcı rolu ilə fərqlənir, məzmun formanı müəyyən edir: məzmun dəyişdikdə ona uyğun forma da deyildir, forma güclü təsir etmək imkanlarına malikdir.Eyni vahid məzmun müxtəlif formalarda təzahür edə bilər.Məsələn, Azərbaycan milli mədəniyyəti çoxsaylı və rəngarəng milli musiqimizdə, rəssamlıq və heykəltaraşlıq əsərlərində, elmi-fəlsəfi bədii və mənəvi irsimizdə, toxuçuluq sənətimizdə folklorumuzda və i.a təzahür edir, xalqımız müasir dünyanın sivilzasiyalı millətləri sırasında, layiqli yer tutmasına imkan verir.

2.Hissi və tam (bütöv)-predmet və hadisələri (və onların ünsürlərini) və onlar arasındakı əlaqələri məcmu halda ifadə edən və ya predmetin daxili tərəfləri arasındakı əlaqə və qanunauyğunluqları əks etdirən fəlsəfi kateqoriyalardır.Məhz bu əlaqələr əsasında ayrı-ayrı predmetlər və hadisələr birləşib tam əmələ gətirilər, özləridə hissi kimi çıxış edirlər.Hissi və tamın əlaqəsinin nəzərə alınması gerçəkliyin dərk edilməsində mühüm əhəmiyyət kəsb edir.Hissi və tam kateqoriyası bütövlük prinsiplərinin ifadəsidir.Hissə elə predmet hadisədir ki, onların məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir.Tam və predmeti, hadisəni təşkil edən hadisələrin tamamlanması, məcmusu nəticəsidir.

3.Sturuktur və element (ünsür) kateqoriyası sturukturəlaqələr sistemində mühüm əhəmiyyət kəsb edir.Bu kateqoriya bir sıra fəlsəfi ədəbiyyatda “Sistem” sturuktur və element şəkilində də qeyd olunur.Çünki bu kateqoriya ümumi sistemlik prinsipinə istinad edir və hər hansı sturukturu və elementi müəyyən yarımsistem, sistemdaxili və sistemlərarası əlaqələrdə götürür.Sistemsiz sturuktur və element ayrılıqda, əlahiddə mövcud ola bilməz.

Sistemlik prinsipi əsasən XIX əsrdə formalaşmışdır.Ona qədər elmi idrak mexanizm və elmentarizim mövqeyindən əsasən hissələrdən tama doğru getmiş, tama hissələrin məcmusu kimi yanaşmışdır.

Sistem-sturuktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla yerləşən qarşılıqlı əlaqədə olan elementlərin, hadisələrin ümumiliyidir.

Element (ünsür)- müəyyən sistem daxilində hər hansı predmet, hadisə və prosesin ayrılmaz daxili parçası, kompanetidir.

Sturuktur isə- bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqənin nisbi sabit üsulu, qanunudur.

Determinlik – fəlsəfənin ən qədim prinsipi və konsepsiyasıdır (latınca determini “müəyyənləşdirirəm” deməkdir).Bu, maddi və mənəvi aləm hadisələrinin obyektiv qanunauyğunun qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsiplərdir.Determinlik həmçinin gerçəklikdə baş verən dəyişiklik ən inkişafın səbəblərinin izah edilməsi üsuludur.Hərəkətlərin daxili səbəb və şərtlənməsi haqqında fəlsəfi təlimdir. Determinizim konsepsiyasının özəyini səbəbiyyət ideyası, onların bir-birinə qarşılıqlı keçməsi müddəası təşkil edir.Hələ antik fəlsəfə də determinliyin əsasında səbəb əlaqəsinin durduğunu, səbəbiyyətin zəruriətlə eyni olduğunu, təsadüfün isə səbəblə heç bir əlaqəsinin olmadığını və ya bütövlükdə təsadüfün heç olmadığını iddia edən baxışlar olmuşdur. Mexaniki determinizm isə hadisənin ancaq xarici səbəblə şəraitlə bağlı olduğunu qəbul etmişdir.Determinizm prinsipini inkar edən baxış isə fəlsəfədə indeterminizm adlanmışdır.İndeterminzm hadisənin inkişafının qanunauyğunluğunu və səbəblə şərtlənməsini inkar edir.Lakin gerçəklik indeterminzm baxışını təsdiqləmir.Determinlik əlaqələri özünün əsas ifadəsini səbəblə nəticənin qarşılıqlı münasibətində daha qabarıq şəkildə biruzə verir.

1.Səbəb və nəticə, gerçəklikdə cisim və hadisələr arasında obyektiv səbəb-nəticə əlaqəsi mövcuddur: səbəbi olmayan heç bir nəticə ilə bağlı olmayan heç bir səbəb yoxdur.Onlar dialektik vəhtətdir, biri digərinə çevrilə bilər. Müəyyən münasibətlər sistemində səbəb kimi çıxış edən hadisə, başqa münasibətlər şəraətində nəticəyə çevrilə bilər və əksinə. İmkişaf üçün isə əsas şərt aparıcı, mühüm başlıca səbəblərin müəyyən edilməsindən ibarətdir.

Səbəb özündən sonra müəyyən bir predmet və hadisənin əmələ gəlməsinə imkan verən, müxtəlif predmet və hadisələrin qarşılıqlı əlaqəsini yaradan amilləri ifadə edən fəlsəfi kateqoriyalardır.Hadisə isə səbəbin təsiri ilə əmələ gələn hadisəni ifadə edən fəlsəfi kateqoriyadır.

Səbəbi vəsilə ilə də qarışdırmaq düzgün olmazdı.Bəsilə (bəhanə də demək olar) hadisəni törədən səbəb deyil, onun baş verməsini sürətləndirən və ya ləngidən amildir.Deməli, vəsilə səbəb deyil , səbəbin fəaliyyətinə təkan verən hadisədir.

Səbəbiyyət və ya hadisələrdəki determinlik əlaqəsi obyektivdir, universal səciyyə daşıyır.Bu o, deməkdir ki, səbəbiyyət insan zəkasının və ya hər hansı fövgəltəbii qüvvənin fəaliyyəti təsirində yaradıla bilməz.

Lakin səbəbiyyətin obyektivliyini qəbul etməyən müəyyən baxışlar davardır.Əgər indeterminizm yuxarıda da qeyd etdiyimiz kimi, zəruriyyəti və səbəbiyyəti tam inkar edirsə, dini teleoloji baxış səbəbiyyəti başqa növdən izah edir.Bu baxışa görə yunan dilində “telos məqsəd”, “logos təlim ”deməkdir.dünyanın inkişafı əvvəlcədən ilahi qüvvənin müəyyən etdiyi məqsədlərin həyata keçirilməsindən ibarətdir.Burada səbəbiyyət, obyektiv qanunauyğunluq deyil, ilhi məqsədəuyğunluq əsas şərtdir.

F.Engeles vaxtilə teleoloji baxışa münasibətini belə ifadə etmişdir:bu nöqteyi nəzərə görə pişiklər siçanları yemək üçün, siçanlarda pişiklərə yem olmaq məqsədilə yaradılmışlar; kainat da xalqın qadirgül olduğunu sübut etmək üçün yaradılmışdır.Əslində isə hər şey təbii səbəblər və obyektiv qanunauyğunluqlar əsasında baş verir.

2.Zərurət və təsadüf. Müəyyən şərait olduqda daxili qanunauyğun əlaqələrin fəaliyyəti nəticəsində hökmən (mütləq) baş verən hadisəyə zərurət deyilir.Deməli, zərurət inkişaf edən cisim. Hadisə və prosesin daxili, qanunauyğun əlaqələrindən, mahiyyətindən əmələ gəlir.Zərurət obyektivdir, müəyyən sistem hadisələr çərçivəsində nisbi və əbədidir.Təsadüf isə müəyyən şərait daxilində baş verməsi məcburi olamyan hadisədir, həmin şəraitdə baş verə də bilər, baş verə bilməyə də bilər.Təsadüf cisim və hadisənin daxili təbiətindən irəli gəlinir, sabit deyildir, müvəqqətidir. Həmin anda mövcud şəraitin deyil, başqa hadisələr sisteminin fəsillərinin nəticəsində meydana çıxır.

Zərurətlə təsadüfün dialektik qarşılıqlı əlaqəsi vardır.Təsadüf də səbəbsiz deyildir,onun da bu və ya başqa hadisələr sistemində əsaslı səbəblər vardır.Eyni bir hadisə eyni bir zaman daxilində həm zəruri həm də təsadüfü ola bilər.Çünki hadisə bir sistem də zəruri, obiri sistem daxilində təsadüfü ola bilər.Dolunun bitikini məhv etməsi təsadüfüdürsə, dolunun məhz həmin ərazidəki atmosfer şəraitində baş verməsi zəruriətdir.

Fəlsəfə tarixində zəruriətlə təsadüfün qarşılıqlı münasibətinə dair müxtəlif baxışlarda olmuşdur. Mütafizik təfəkkür metodunun bəzi nümayəndələri yalnız zərurəti qəbul edir, həyatda baş verən hər şeyi zərurətlə bağlayır, təsadüfü tam inkar edirlər.Onlara görə hər şeyi zərurət üzündən baş verir, insanlar onların qarısında acizdir, insan yalnız hadisələrin labüd, qarşıalınmaz gedişini fəaliyyətsiz surətdə gözləməlidir, onun “çalışıb- çabalaması” əbəsdir.Bu baxış nəhayət fatalizmə gətirib çıxarır.Yunan dilində “fatalis” nəhs rədbəxtlik gətirən talehin yazdığı və s. mənasını bildirir. Fatalizmə görə dünyada baş verən bütün hadisə və proseslər zərurətin hakimiyyətinə tabedir, hər şey əvvəlcədən müəyyən olunmuş yol ilə gedir.Dini ehkamlarla qovuşmuş fatalist ilahiyyat təlimlərinə görə insanın azad iradəsi yoxdur, onun başına o şeylər gəlir ki, onlar çox əvvəlcədən onun alnına yazılmışdır.Zərurətdə təsadüfün arasında qarşılıqlı çevirmə əlaqəsi vardır:müəyyən zaman daxilində zəruri olan, başqa şəraitdə təsadüfi olur və əksinə.

3. İmkan və gerçəklik məlumdur ki, inkişaf üçün əsas şərt yerinin meydana çıxmasıdır.Yeni inkişafın irəliyə doğru qarşısıalınmazlığını ifadə edən, hadisələrin zəruri və qanunauyğun əlaqələrindən yarana öz imkan sərbəst vasitələrini sərf etmiş hadisə və prosesdir.İnkişaf prosesində yeni ilə köhnənin mübarizəsində yenilik daim özünə yol açır, meydana çıxır çünki o hadisələr arasındakı obyektiv qanunauyğun və zəruri əlaqələrdən doğurur.

Lakinyenilik öz- özünə, kor təbii surətdə əmələ gəlir, onun üçün şərait yaradılır, uğrunda mübarizə aparılır.Yeni üçün ancaq belə subyektiv fəaliyyətdə kifayət deyildir.Bunun üçün hadisələrin obyektiv və zəruri inkişafı şəraitində zəmin, ilkin əsaslar yaranmalıdır.Həmin ilkin əsaslar, zəmin və amillər tədricən yetişir, inkişaf edir, obyektiv qurumların fəaliyyəti təsirin də yeniliyin meydana çıxmasına səbəb olur. Yeninin meydana çıxmasına şərait yaradan həmin zəminə və ilkin əsasların məcmusuna imkan deyildir.Gerçəklik imkanın həyata keçməsi, fəaliyyət göstərməsidir.

İmkandan bəhs edərkən real və abstrakt (formal) imkanları və imkansızlığı da bir-birindən fərqləndirmək lazımdır.Real imkan elə imkandır ki, müəyyən konkret şəraitdə onun həyata keçməsi üçün real, zəruri və obyektiv zəmin vardır.Yuxarıda qeyd olunan misalda SSRİ-nin dağılması və müstəqil milli respublikasının əmələ gəlməsi məhz belə real imkanı ifadə edir.Abstrakt (formal) imkan isə elə imkandır ki, onun reallaşması, həyata keçməsi müəyyən mövcud tarixi şəraitdə mümkün deyildir.Necə deyərlər, abstrakt imkan indiki konkret şəraitdə reallaşa bilməz.Bundan ötrü zaman dəyişkənliyi, zəmin hazırlanması tələb olunur.Məsələn: Günəş sistemi planetlərinin digər böyük səma cisimləri ilə toqquşması abstrakt formal) imkandır.Lakin bu ehtimal isə tam istisna etmək olmaz.abstrakt imkan obyektiv qanunlara zidd deyil, müvafiq şərait yetişdikdə reallaşa bilər.Buna görə də abstrakt (real) imkanı imkansızlıq heç zaman reallaşa bilməyən hadisədir, çünki onun obyektiv zəmini yoxdur, hadisələr arasındakı qanunauyğun, zəruri əlaqələrdən irəli gəlmir.Real və abstrakt imkan arasındakı əlaqə nisbidir, onlar bir-birinə keçə bilər.



: img -> page -> tmp
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə