Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu


MÖVZU CƏMIYYƏT HAQQINDA FƏLSƏFI TƏLIM. CƏMIYYƏT



Yüklə 0,78 Mb.
səhifə6/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

8. MÖVZU

CƏMIYYƏT HAQQINDA FƏLSƏFI TƏLIM. CƏMIYYƏT

VƏ TƏBIƏT, ONLARIN QARŞILIQLI ƏLAQƏSI.

2 saat
P L A N


1. Cəmiyyət anlayışı. İnsan cəmiyyəti, onun meydana gəlməsi və inkişafında əməyin rolu.

2. Cəmiyyət və təbiət, onların qarşılıqlı əlaqəsi. Coğrafi mühitin və əhali artımının cəmiyyətdə rolu.

3. Tarixi qanunauyğunluq və insanların şüurlu fəaliyyəti. Zərurət və azadlıq.

4. Maddi istehsal- cəmiyyətin inkişafının mühüm amilidir. Cəmiyyətə dialektik materialist baxışın yaranması. Bazis və üstqrumun rolu.



Ə D Ə B İ Y Y A T
1. Marks K. Siyasi iqtisadın tənqidinə dair. “Müqəddimə”. əsər 3 cilddə. III c.

2. Engels F. Təbiətin dialektikası. Bakı. 1996.

3. Qasımzadə F. Tarixi materializm. Bakı. 1972.

4. Cəlilov M. Sosial fəlsəfə. Bakı. 1993.

5. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı. 1996.

6. Şükürov A. Fəlsəfə. Bakı. 1997.

7. Paşayev V. Fəlsəfə. Bakı. 1999.

8 . A.M. Bayramov, H. T. Budaqov Bakı 2015


Sosial fəlsəfə cəmiyyət inkişafının ən ümumi qanunlarını öyrənir.Əgər siyasi iqtisadi, politologiya tarix, sosiologiya, etika, etnoqrafiya və s. cəmiyyət inkişafının bir cəhtini, müəyyən bir sahəsini öyrənirsə, onlardan fərqli olaraq sosial fəlsəfə cəmiyyət inkişafını bütöv halda öyrənir, onun ən ümumi inkişaf qanunlarından bəhs edir.Həmin qanunlardan: ictimai varlığın ictimai şüuru müəyyən etməsi qanunu mənəvi həyat inkişafının varisliyi və ya nisbi sabitliyi qanunu istehsal münasibətlərinin məhsuldar qüvvlərin xarekter və səviyyəsinə uyğunluğu qanunu sinfi mübarizənin antaqonist cəmiyyətlərin inkişafının hərəkətverici qüvvəsi qanunu və s. qeyd etmək olar.Cəmiyyətin mahiyyəti və onun inkişaf amilləri haqqında fəlsəfə tarixində müxtəlif növləri olmuşdur.Son dövrün fəlsəfi ensklopedik ədəbiyyatda bu barədə ümumi-ləşmiş fikirlər belədir.

“Cəmiyyət” geniş mənada insanların tarixən təşəkkül tapmış birgə fəaliyyət formalarının məcmusudur.Cəmiyyət canlı sistemlərin xüsusi yüksək mərhələsi kimi meydana gəlmişdir; bu sosial təşkilatların, instutların, qurupların fəaliyyəti və inkişafında sinfi və s. sosial ziddiyyətlərdə təzahür edir.Dar mənada bəşər tarixinin müəyyən mərhələsi, ictimai-iqtisadi formasiya, formasiyalar arası və formasiya daxili tarixi pillə,ayrıca fərdi cəmiyyət (məs: sovet cəmiyyəti) və ya sosial münasibətlərin müəyyən forması (məsələn,Hegeldə dövlətə qarşı qoyulan cəmiyyət)başa düşülür.Fəlsəfə tarixində isə “cəmiyyət” anlayışına müxtəlif mövqedən cavablar verilmişdir.Aristotelə görə cəmiyyət fərlərin məcmusudur, “sosial münasibətləri” tənzimləmək üçün insanların birliyidir; Hobbs, Russo və b. cəmiyyəti “insanların öz hərəkətləri üzərində nəzarət vasitəsi” hesab etmişdir. XVII-XIX əsrlərdə cəmiyyətin “ictimai müqavilə” razılaşma əsasında yaranması ideyası mühüm yer tutmuşdur. Lakin XIX əsrin ortalarında bu baxışlar tənqid olundu. Kont belə iddia edirdi ki, cəmiyyətin əsasında, onun mürəkkəb və ahənkdar sistem halında olması üçün bir sıra xüsusi mücərrəd qanunlar durur.Hegel “müqavilə nəzəriyyəsinə” qarşı çıxaraq “vətəndaş cəmiyyəti ” ideyasını irəli sürür. Hegelə görə cəmiyyətin əsasında iqtisadi münasibətlər hamını və hər kəsi bir –birindən asılı hala salır, birləşdirir. Bəzi mütəfəkirlər isə cəmiyyətə fərdlərin insanların toplusu, məcmusu kimi baxmışlar. Cəmiyyətin və ya elə insan özü də təkcə ictimai münasibətlərin deyil, həmin münasibətlər sisteminində insanların qarşılıqlı fəaliyyətinin məhsuldar (K.Marks).

Cəmiyyət elə bir inkişaf edən sosial-siyasi və iqtisadi mütəşəkil vahid sistemidir ki, o ictimai münasibətlərlə , xüsusilə istehsal münasibətləri ilə səciyyələnən, tarixi inkişafın müəyyən mərhələsində durur özünəməxsus məhsuldar qüvvələri və istehsal münasibətləri ilə fərqlənən, spesifik bazisi və üstqurumu, sosial-sinfi sturukturu, ictimai siyasi quruluşu olan, “ön” ictimai varlığı və ictimai şüuru, ailə məişəti və ənənləri həyat tərzi və mənəviyyatı ilə müəyyənləşən ictimai orqanizmdir, birlikdir.Cəmiyyət haqqında dilektik materializm fəlsəfəsi meydana çıxana qədər bir çox mütəfəkirlər belə hesab etmişlər ki, cəmiyyət inkişafı heç də ümumi qanunauyğunluqlar əsasında getmir.Onun səbəbi ya allahdan, ya ayrı-ayrı görkəmli şəxsiyyətlərdən, ya mütərrəqi ideya və nəzəriyyələrdən, ya da adamları idarə etməyə qabil olan “ədalətli hökmdarlar”, sərkərddələr, ideoloqlar və b.asılıdır.Azərbaycan ictimai fəlsəfəsi fikri tarixində də cəmiyyətə, onun inkişaf və dəyişməsinə, hərəkətverici qüvvələrinə münasibətdə müxtəlif baxışlar, mövqelər mövcud olmuşdur. Qədim və Orta əsr Şərqində olduğu kimi, Azərbaycanda da ilahiyyatçılar, islam ideoloqları cəmiyyət inkişafında fatalist ideyaları,”allah iradəsini”, peyğəmbərin “müsəlman cəmiyyətinin prinsiplərini” əsas tutur, hakimiyyətin cəmiyyət iradəsinin “Allah əlamətinəəsaslandığını” “ilahi iradəyə tabe olduğunu, bütövlükdə cəmiyyətin”Allah nizamının,qurğusunun təzahürü olduğunu təbliğ edirlər.Azərbaycanın bir sıra mütəkəkkirləri cəmiyyətin tərəqqisini,ədalətli cəmiyyət qurulmasını görkəmli şəxsiyyətlərlə,şahlar və hökmdarlarla,onların adliyi ilə bağlamışlar.N.Gəncəvi əsərlərində “ədalətli idarə olunan”, “insanlıq qanunlarına istinad edən”, “ağıllı”, “adil” padşahların idarə etdiyi, “hamının öz zəhməti ilə yaşadığı”, “azad və bərabər olduğu”, aclıq,fitnə, qan tökməyin nə olduğunu bilməyən, “xoşbəxt cəmiyyət”arzulamışdır.A.Bakıxanov, M.F.Axundov xalqın maarifləndirilməsi, despotizmin aradan götürülməsi,cəhalətin yox edilməsi yolu ilə “yeni cəmiyyət qurulacağına”ümid bəsləmişlər.-Cəmiyyət,onun hərəkətverici qüvvələrinə belə müxtəlif baxışları ümumiləşdirərək,onda cəmiyyətin nəzəri modelinin alınması məsələsində bir-birindən fərqlənən üç mövqeyin olduğunu görərik: naturalizm, idealizm və materializm. Naturalizm- (latın dilindən alınmış sözdür,fransızca mənası təbii, “təbii olan”deməkdir) fəlsəfə tarixində dünyaya elə xüsusi baxışdır ki, urada,təbii olana bütün mövcudatın universal prinsipi, əsası kimi baxılır.

Cəmiyyətin idealist nəzəri modeli-mütləq ideyanı,dünya zəkasını,ideal olanları, mənəvi həyat amillərini,nəzəriyyələri,ideoloqları və s.əsas götürür.Matedialist nəzəri cəmiyyət modelində isə -maddi amillərə,istehsal üsulu problemlərinə üstünlük verilir.heç şübhəsiz,bu amillərin hamısının cəmiyyət inkişafında müəyyən yeri,özünəməxsus təsir qüçu vardır.Məsələn,əlverişli coğrafi mühit olmadan cəmiyyət nə yarana,nə də inkişaf edə bilməzdi.Cəmiyyət inkişafının müəyyənedici və ya əsas səbəbini əhali artımı və ya əhali sıxlığı ilə bağlayan sosioloji cərəyan tərəfdarları isə iddia edirdilər ki, hansı ölkədə əhali daha çoxdursa,o ölkələrdə işçi qüvvəsi də çoxdur,həmin ölkələr daha çox maddi nemətlər istehsal edirlər.Belə ölkələr daha çox inkişaf edirlər.Əlbəttə,əhali olmadan heç bir əmlak bölgüsü,istehsal mümükün olmazdı.Lakin bu heç dı o demək deyil ki, əhali cəməiyyət inkişafının yeganə müyyənedici amilidir.

Vaxtilə ingilis iqtisadçısı geniş T.R.Maltus (1766-1834) iddia etmişdir ki, yer üzərində əhali “həndəsi silisilə”üzrə,maddi nemətlər istehsal isə “ədədi silsilə”üzrə artır.Odur ki, cəmiyyətdə aclıq,işsizlik, fəlakət baş verir. Maltusçuluq və bu qəbilədən olan başqa təlimlər cəmiyyətdəki, balaların səbəblərini yanlış olaraq ictimai münasibətlərin xarakterində deyil, “təbii qanunlarda” axtarmışlar, aclığı, epidemiyaları, -müharibələri və s. zəruri və faydalı hesab etmişlər. XIX əsrə qədər cəmiyyət haqqında baxışların iki mühüm ümumi məhdud cəhəti olmuşdur: a)cəmiyyət haqqında həmin baxışlar idealist xarakterdə idi, yəni onlar deyirdilər ki, nəhayət edtibarı ilə cəmiyyət insan zəkasının məhsuludur, “dünya ideyaları yaradır və idarə edir”.Onlar tarixi inkişafının köklərinin maddi istehsalın inkişasf dərəcəsində olduğunu anlamırdılar b) cəmiyyət haqqında həmin baxışlar xalq kütlələrinin əməli fəaliyyətini əhatə etmirdi, yəni onlar deyirdilər ki, xalq kütlələri tarixin yaradıcı deyildir, cəmiyyəti görkəmli şəxsiyyətlər yaradır və idarə edir. Beləliklə,bu cəmiyyətşünaslar bəşər tarixinin ancaq ideya-nəzəri,fərdi-mənəvi mənbələrini araşdırmağa çalışır,onun maddi-iqtisadi və sosial-ictimai köklərini arxa plana keçirirdilər. Fəlsəfənin inkişafında özünəməxsus yer tutan markisist konsepsiya cəmiyyət haqıqnda baxışların səmərəli cəhətlərini mənimsəmək əsasında dialektik materializm müdəalarını cəmiyyət hadisələrinin, tarixin öyrənilməsinə tətbiq etdi. Bötövlükdə, ictimai münasibətlər-cəmiyyətdə insanların müxtlif həyat-fəaliyyəti sahələrində:əmək-istehsal,sosial-siyasi,mənəvi-mədəni,ailə-məişət,dini vəs.-insanlar arasında,yaranan münasibətlərdir;-onların təbiətə,cəmiyyətə bir-birinə, müxtəlif həyat fəaliyyəti sahələrinə olan münasibətlərinin ifadəsidir;cəmiyyətdə yaranan maddi və ideoloji,sosial-siyasi və mənəvi münasibətlərin sintetik ifadəsidir; cəmiyyətdə insan fəaliyyətinin müxtəlif formaları ilə əlaqədar yaranan iqtisadi, maddi, siyasi, sosial, elmi, texniki, etik, dini, bədii, maarifçilik və s.ictimai münasibətləri cəmiyyətdə insanların məcmusu kimi də səciyyələndirmək olar.Cəmiyyət bütövlükdə ictimai münasibətlərin ibarət olan mütəşəkkil sistemdir.

Bunalara əsasən, ictimai münasibətlərin növələrini belə qruplaşdımaq olar: istehsal və ya maddi və iqtisadi münasibətlər (buraya mülkiyyət, mübadilə, bölgü, istehlak münasibətləri və s. daxildir);sosial-siyasi münasibətlər (buraya millətlər, siniflər, dövlət və insanlar arasındakı qarşılıqlı fəaliyyəti ifadə edən münasibətlər sinfi,milli,siyasi,demoqrafik,etnik və s. daxildir):ideal və ya ideoloji münasiətlər (buraya siyasi, elmi, mənəvi, əxlaqı,bədii estetik,dini,səhiyyə,maarifçilik və s. münasibətlər daxildir)ailə-məişət və ya fərdi münasibətlər və i.a.

İctimai inkişaf qanunları obyektiv xarakteriə malikdir,onları dəyişmək,başqaları ilə əvəz etmək və onlardan yan keçmək olmaz.Lakin insanlar onları dərk edə,kəşf edə bilər,əməli fəaliyyətlərində olardan istifadə edə bilərlər.Təbiət qanunlarından fərqli olaraq ictimai inkişaf qanunları uzun müddətli,əbədli xarakterə malik deyildir.Onlar müəyyən tarixi dövr ərzində fəaliyyət göstərirlər.Həmin dövr aradan çıxdıqda onlar da fəaliyyətini dayandırırlar.Mövcud olma müddətinə görə ictimai inkişaf qanunları bir neçə növə ayırırlar:a)bütün bəşər cəmiyyəti inkişafına xas olan ən ümumi sosiloji qanunlar,məsələn,istehsal münasibətlərinin məhsuldar qüvvələrin xarakterinə və inkişaf səviyyəsinə uyğunluğu qanunu; b)bəşər cəmiyyəti inkişafınnı ancaq müəyyən mərhələsində və bir neçə mərhələsində fəaliyyət göstərən ümumi qanunlar,məsələn sini mübarizə fəaliyyət göstərən xususi qanunlar,məsələn izafi dəyər qanunu və s. həmin qanunları dərk etmək ictimai həyat hadisələrinin düzgün anlaşmasına,sosial-tarixi prosesi,istehsalı düzgün idarə etməyə,fəal həyat mövqeyi tutmağa imkanı verir.Cəmiyyətin inkişafında tarixi obyektiv qanunauyğunsuzluq və insanların çüurlu subyektiv fəaliyyəti möhkəm qarşılıqlı əlaqədədir,onlar bir-birini tamamlayır və bütövlükdı cəmiyyət inkişafını şərtləndirir.İnsanların fəaliyyətində kənarda heç bir cəmiyyət yoxdur.Cəmiyyətin tarixi-insanların fəaliyyəti tarixidir.Ona görə də cəmiyyəti ancaq insan fəaliyyətinin qanunauyğunsuzluqlarını öyrənmək əsasında dərk etmək olar.Azadlıq və zərurət-dialektik vəhdətdə olan bir-birini tamamlayan anlayışlardır.Azadlıq heç də son,hzır,nəticə deyildir,zərurətin dərk edlməsinə əsaslanan fəaliyyətdi,hərəkətdir,inkişafdır.Azadlıq-obyektiv zərurətin dərk edilməsindən başlayaraq təcrübədə,gerçəkliyi dəyişdirməyə yönəldilmiş subyektiv əliyyətdə feallaşır.İctimai həyat hadisələri maddi və ideal olmaqla iki qruppa ayrılır.Maddi və ideal hadisələr bir-biri ilə qarşılıqlı təsirdə bir-birini şərtləndirir.Bu qarşılıqlı əlaqə,təsir və vəhdət cəmiyyət inkişafının mühüm şərtləridir.Obyektiv idealizmə görə cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi və müəyyənedici amili əbədi və əzəli qüvvə (Allah,müləq ideya,dünya zəkası vəs.)təbiəti də,cəmiyyəi də,insanı da yaratmış,onların inkişafını da özünə xas olan əbədi qanunlara müvafiq tənzim edir.belə filosoflardan Platonu,Leybentsi,Hegeli və b. göstərmək olar.

Subyektiv idealizm isə belə hesab edir ki, cəmiyyətin inkişafının müəyyənedici amili və hərəkətverici qüvvəsi subyektin,görkəmli çəxsiyyətlərin,tənqidi düşünən şəxslərin,çalran,kralların ideyaları,istəyi,arzusu,iradəsi,hətta şıltaqlığıdır.

Dialektik matrialist sosial fəlsəfə isə cəmiyyətin ibkişafının müəyyənedici amilini maddi olanda,görür,ideal olanı,ayrı-ayrı şəxsiyyəylərin baxışlarını,onların ideya və nəzəriyyələrini,istək və arzularını,bütövlükdı ictimai çüuru maddi-ictimai varlığın inikası,ondan törəmə,ona nisbətən ikinci hesab edir. Lakin bu fəlsəfə maddi olanı müəyyənedici,əsas amil hesab etsədə,idealı tısiredici amil sayır.Beləliklə,markisist fəlsəfi konsepsiya dialektikanın müddəalarını ictmai həyatın,cə miyyətin inkişafının öyrənilməsinə yəybiq etmiş,tarixi inkişafın dialektik materialist anlayışını yaratmışdır.Həmin konsepsiya cəmiyyət həyatının bütün sahələri içərisində iqtisadi sahəni,bütün ictimai münasibətlər sistemindən istehsal münasibətlərini ayıraraq,ona bütün başqa münasibətlərin ilkin əsası, təməli, müəyyənedici amili kimi baxır. Beləliklə,cəmiyyət inkişafına obyektuv təbii-tarixi, zəruri bir proses kimi baxılmışdır.Bu o deməkdir ki, təbiət də olduğu kimi,cəmiyyətdə də inkişaf təbii-qanunauyğun obyektiv bir prosesdir.Cəmiyyətdə müəyyən obyektiv qanunların fəaliyyət təsirindədir. Lakin burada fərq ondadır ki, cəmiyyət qanunları insanalrın şüurlu fəaliyyəti nəticəsində özünə yol açır,təbiətdə isə kortəbiidir. Cəmiyyətin movcudluğu və inkişafı,insanın özünün bir şəxsiyyət kimi yetişməsi,əsasən maddi və mənəvi amillərin vəhdəti ilə şərtlənir,cəmiyyətdə maddi və mənəvi nemətlərin istehsalından asılıdır.Məhz maddi və mənəvi nemətlər istehsalı prosesində insan özünü təbiətdən ayırır,onun təbiəti və cəmiyyəti öz məqsədinə uyğun dətişdirməyə yönəldilən fəaliyyəti mümkün olur.İnsanlar maddi nemətlər istehsalını nəinki bir illiyə,hətta bir neçə aylığa dayandırmış olsaydılar bəşəriyyət məhv olub gedərdi.Deməli,cəmiyyət haqqında dialektik fəlsəfi təliməinə görə,cəmiyyət inkişafının,insanın bütün fəaliyyət növlərinin (istehsal,ailə-məişət,siyasi,sosial,mənəvi fəaliyyət vəs.)əsasını əmək prosesi və ya maddi nüemətlərin istehsalı təşkil edir.Əmək vasitələri adlanır.Bu vasitələrin cəmiyyət həyatında çox böyük əhəmiyyəti vardır.İnsanlar birgə istehsal münasibətlərinə girməsələr,maddi neməylər istehsalı heç vaxt mümkün olmazdı.

İstehsal münasibətləri-maddi nemətlər istehsalı prosesində insanlar arasında yaranan əməkdaşlıq və ya qarşılıqlı yardım,ağalıq və ya tabelik mümasibətləri sistemdir.Həmin münasibətlər madidir,obyektiv-xarakter daşıyır.İstehsal münasibətlərinə daxildir a)istehsal vasitələrinə,xüsusilə əmək alətlərinə əsaslanan mülkiyyət münasibətləri b)bilavasitə istehsal prosesində yaranan münasibətlər və ya “mübadilə fəaliyyəti”münasibətləri v)bölgü münasibətləri və ya əmək məhsullarının bölüşdürülməsindən yaranan münasibətlər q)istehlak münasibətləri.Bütün istehsal münasibətləri sistemində aparıcı və müəyyənedici rol mülkiyyət münasibətlərinə məxsusdur,çüki bütün digər münasibətlər ondan asılıdır,onunla müəyyə olunur,hətta istehsal üsulunun növü belə mülkiyyətin növündən asılıdır.İstehsal üsulunun iki tərəfini təşkil edən məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında dialektik qarşılıqlı əlaqə,istehsal münasibətlərinin məhsuldar qüvvələrin xarakter və səviyyəsinə uy\uluğu ümum sosiloji qanunun fəaliyyəti ilə müəyyən olunur, şərtlənir. İstehsal münasibətləri ilə məhsuldar qavvələrin qarşılıqlı təsiri məzmun forma münasibətlərinə uyuğundur. Məzmun (mənsuldar qüvvələr) müəyyənedicidirsə,forma da (istehsal münasibəlri)

Təsiredici,fəaldır.Beləliklə,mürəkkəb sistem və ya “sosial orqanizm olan cəmiyyətin başlıca xüsusiyyətlərini burada hər bir adamın başqaları ilə ictimai əlaqə və münsibətlərə girməsi,bu yolla da, “vahid tamamlıq”təşkil edir.Buna görə də cəmiyyətin və onun inkişaf qanunauyğunluqlarının öyrənulməsi;hər şeydən əvvəl,orada mövcud olan ictimai münasibətlərin,əlaqə və proseslərin dəqiq müəyyənləşdirilməsindən asılıdır.Bir halda biz istehsal üsuluna cəmiyyətin mövcudluğu və inkişafının əsas amili kimi baxırıq,onda deməli,ictimai münasibətlər sistemində də müəyyənedici,determinləşdiric münasibətlər-istehsal münasibətləridir. Bütün digər əlaqə və müasibət formaları:hərbi,milli,sinfi və s. istehsal çümasibətləri əsasında formalaşır,ona uyğun olur,ona nisbətən üstqurumu təşkil edirlər.Məhz buna görə cəmiyyətin iqtisadi quruluşunu təşkil edən istehsal münasibətlərinin məcmusu bazis adlanır(yunanca “basiz”-əsas,fundament,zül deməkdir.)İstehsal münasibətlərinin reallaşması əsasında meydana çıxan ideoloji, mənəvi, hüquqi, bədii və i.a. münasibətlər,ictimai təsisat,təşkilat və müəssisələr isə cəmiyyətin üstqurumunu təşkil edir.

Bazis və üstqurum müəyyən formasiyaya məxsusdur,həmin konkret formasiyanın keyfiyyət xüsusiyyətlərini əks etdirir.Formasiyaya mənsub olmayan bazis və üstqurum yoxdur.Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesində yeni formasiyaya uyğun bazis ünsürləri,köhnənin daxilində,təsərrüfat ukladları şəklində formalaşmağa başlayır,yeninin qələbəsi ilə yeni bazis başlayır.Bazis və üstqurumun formalaşması və inkişafı obyektiv prosesidir.Bazislə üstqurum arasında dialektik qarşılıqlı əlaqə və təsir vardır.Bazis nüstqurumu müəyyən etsə də,üstqurum da nisbi müstəqilliyi və fəallığına görə öz növbəsində bazisə fəal əks təsir göstərir,onun inkişafını ləngidir və ya sürətləndirir.


IX MÖVZU:
CƏMIYYƏTIN SOSIAL SİNFİ, SiYASİ VƏ MİLLİ MÜNASİBƏTLƏRİ. DÖVLƏT, ONUN TARIXI TIPLƏRI VƏ IDARƏ FORMALARI

2 SAAT
P L A N


1. Cəmiyyətin sosial – sinfi strukturu anlayışı.

2. İnsan birliyinin tarixi formaları.

3. Siniflərin mənşəyi və mahiyyəti, cəmiyyətin sinfi qurluşunun dəyişməsi. Sinfi

mübarizənin əsas formalar.

4. Cəmiyyətin siyasi münasibətləri. Dövlət, onun tarixi tipləri və idarə formaları.

5. Demokratik dövlət quruculuğu və müasirlik.



Ə D Ə B i Y Y A T

1. Marks K. Veydemeyerə məktub 5mart 1852. 1c.

2. Qasımzadə F. Tarixi materializm. Bakı. 1969.

3. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı. 1996.

4. Şükürov A. Fəlsəfə. Bakı. 1997.

5. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı. 1990.



6. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı


IX MÖVZU:
Cəmiyyətin sosial-sinfi və siyasi münasibətləri ictimai münasibətləri ictimai münasibətlərin xüsusi növüdür.Onu “Sosial siaysi münasibətlər” anlayışı ilə də ifadə etmək olar, çünki “sinifli münasibətlər” də ictimai münasibətlərin xüsusi növü olmaqla “sosial-siyasi münasibətlərə” daxildir, onun tərtib komponentlərindən biridir. Sosial-siyasi münasibətlər –cəmiyyətin sosial-siyasi sturukturuna daxil olan sosial birliklər, siniflə, millətlər, ictimai qurup və təbəqələr arasındakı münasibətləridir, onların bir-birilə, bütövlükdə cəmiyyətə, dövlətə insanlara olan əlaqə və münasibətlərində meydana çıxan münasibətlərin məcmusudur. Bütövlükdə ictimai münasibətlərə əsasən, aşağıdakı münasibət qurupları daxildir:a) sosial-iqtisadi və bölgü münasibətləri(əməyə, mülkiyyətə, istehsala, mübadiləyə, maddi və mənəvi sərvətlərin insanlar arasında bölüşdürülməsi, onların sosial təlabatının ödənilməsinə olan münasibətlərin və s.ifadəsi) daxildir; b) sosial-sinfi münasibətlər (siniflər ictimai təbəqə və quruplar arasında olan əlaqə və qarşılıqlı münasibətlər ifadəsi).c)sosial-siayasi münasibətlərə (cəmiyyət üzvlərinin dövlətə qanunvericilik və icarə hakimiyyətinə, hüquq və vəzifələrə, ictimai-siyasi hərəkatlara və partiyalara və i.a olan münasibətlərin ifadəsi).q) sosial-demokrafik münasibətlər (əhali qurupları: şəhər və kənd əhalisi, qadın-kişi, qoca, gənc, yeniyetmə, müxtəlif peşə qurupları və s arasındakı əlaqə və münasibətlərin ifadəsi ) və nəhayət d) sosial-etnik və ya mənəvi münasibətlər (millətlər, xalqlar, etnik qurumlar və s arasındakı əlaqə və münasibətlərin ifadsi).Cəmiyyətin sosial sturukturu dedikdə hər bir cəmiyyətin sosial münasibətləri sisteminə daxil olan sinfi, milli-etnik, ailə, demoqrafik, məişət və s.münasibətləri nəzərdə tutulur.Cəmiyyətin sosial sturukturunun başlıca tərkib hissəsini siniflər, sosial quruplar, ictimai təbəqələr, sosial-siyasi birliklər, millətlər, xalqlar, milli qurumlar,əhalinin digər qurupları və onlar arasında yaranan münasibətlər təşkil edir.Sinif tarixi hadisədir.Bu o deməkdir ki, cəmiyyətin inkişafında uzun zaman siniflər olmamışdır.İlk ictimai-iqtisadi formasiya olan ibtidai-icmada siniflər yox idi. Burada istehsal vasitələri bütün icmanın mülkiyyəti idi.Hamı birgə işləyir, məhsulu bərabər bölür, birgə yaşayırdılar.İbtidai cəmiyyətin inkişafının bərabərində vəziyyət dəyişir.Qəbilə-tayfa münasibətləri dağılmağa başladı, tədricən varlı adamlar təbəqəsi formalaşdı: qəbilə başçıları, ağsaqqallar, əyanlan istehsal olunmuş məhsulun artıq hissəsini öz yüksək mövqelərinə görə”himayə edən” adamlar zümzəsi meydana çıxdı.Tayfalare arasında baş verən müharibələr nəticəsində əsir düşmüş adamlar tədricən qula çevrilir, ələ keçrilmiş sərvət isə bu və ya digər nəslin əlində cəmləşdirdi.Həmin prosesdə siniflər əmələ gəlməyə başlamışdı.Siniflərin yaranmasının iki yolunu qeyd etmək olar 1) icma mülkiyyətinin dağılması və istehsal vasitələri üzərində xüsusi mülkiyyətin formalaşması yolu ilə icma üzvlərinin varlı və yoxsul təbəqələrə parçalanması 2)müharibələr zamanı əldə edilmiş hərbi əsrlərin əsarət altında alınaraq qula (kələyə) çevrilməsi. Buna zorakırlıq yolu da demək olar. Cəmiyyətin siniflərə bölünməsi əmək bölgüsü qanuna əsaslanır: köçəri həyatdan oturaq həyata, maldarlıqdan əkinçiliyə keçilməsi və nəhayət, sənətkarlığın əkinçilikdən ayrılması nəticəsində məhsuldar qüvvələr daha da inkişaf etdi, onun da nəticəsində əmək məhsuldarlığı artdı.Bu vəziyyət icma üzvləri arasında iqtisadi bərabərliyi gücləndirdi və əsaslandırdı.Fəlsəfə tarixində siniflərin əmələ gəlməsi haqqında müxtəlif baxış və nəzəriyyələr də olmuşdur. Burjua iqtisadçıları, xüsusilə A.Soit və D.Rikardoya görə siniflərin əmələ gəlməsinin əsas səbəbi gəlirin mənbəyidir.Onlara görə kapitalizmdə mövcud olan burjua mülkədarlar və fəhlə sinifləri bir-birindən gəlirin mənbəyinə görə fərqlənirlər.Zorakırlıq nəzəriyəsinə görə (E.Durinq vəs.) sinif ona görə əmələ gəlmişdir ki, bir qrup əhali ( qəbilə, tayfa , və s.) müharibə nəticəsində digər qrup əhalini zorla əsir alıb qula çevrirmişdir. Təşkilat nəzəriyyəsinə görə siniflərin əmələ gəlməsi insanların razılığa gələrək şüurlu surətlə təşkil edənlərə və təşkil olunanlara bölünməsi nəticəsi kimi qiymətləndirilir. İctimai müqavilə, üzvi və s. nəzəriyyələr də siniflərin mənşəyinə razılıq və ya müqavilə əsasında baş verdiyini, insan bədəninin ayrı-ayrı üzvüləri kimi cəmiyyətin də təbii olaraq müxtəlif insan qrupuna parçalanması yolu ilə meydana çıxdığını iddia edirlər. Dini ilahiyyat təliminə görə siniflərin əmələ gəlməsi Allah iradəsinin ifadəsidir. Siniflərə insan birliyinin tarixi forması arasında da müəyyən qarşılıqlı əlaqə vardır.Sinif etnik-milli deyil, sosial –tarixi hadisədir. O, xüsusilə insan birliyinin xalq və millət formasında mövcud olmuşdur. İnsanların ilkin tarixi bilik forması olan qatilə -tayfada sinif yox idi. Qəbilə tayfa birliyinin əsas əlamətləri qan qohumluğu və mənəvi adət-ənənə ümumiliyi idi.Sonra meydana çıxan, quldarlıq və feodalizm dövründə mövcud olan xalq birliyində quldarlıq və qullar, feodallar və kəndlilər sinifləri olmuşdur.

Xalq birliyinin əsas əlamətləri, dil, ərazi və mədəniyyət ümumiliyi idi. Kapitalizm dövrünün məhsulu olan millət birliyində isə burjaziya, fəhlələr, mülkədarlar, kəndlilər sinfi vardır. Millət birliyinin əsas əlamətləri ərazi, dil, mədəniyyət (mənəviyyat ) və iqtisadi-və iqtisadi –həyat ümumiliyidir. Uzun zaman iddia olunmuşdur ki, sosializm şəraitində insanların yeni sosial-beynəlmiləl birlik forması olan sovet xalqı meydana çıxmaqdadır. Lakin bir ideya özünü doğrultmadı. Çünki burada milli münasibətlər vahid sovet xalqının formalaşması istiqamətində yox, ciddi çətinliklər və zidiyyətlərlə inkişaf etdi.Bu prosesdəki “ahəgdarlıq” “birlik” “qovuşmaq “və s. kimi anlayışlarəslində illiziya imiş. Sinfin bir sıra mühüm və qeyri –mühüm əlamətləri vardır. Sinif –tarixi inkişafın müəyyən mərhələsində istehsal sistemində tutduqları yerə görə , istehsal alət və vasitələrinə olan (əsasən rəsmən qanunlaşdırılmış) münasibətlərinə görə və yaradılmış ictimai sərvətlərdən pay almaq üsulu və həmin payın miqdarına görə fərqlənən böyük insan qruplarına deyilir. Həmin tərif əsasında sinfin aşağıdakı mühüm əlamətlərini qeyd etmək olar.

Tarixən müəyyən ictimai istehsal sistemində tutduqları yer və mövqe. Bu o, deməkdirki, tarixən istehsal inkişafın müəyyən mərhələsinə uyğun konkret sinif vardır.Sinif tarixi hadisə olmaqla, tarixən müəyyən mərhələdə əmələ gəlib, tarixi inkişafın müəyyən mərhələsində də aradan çıxacaqdır.İstehsalda tutduqları mövqeyə görə siniflər arasında ağalıq-tabelik münasibətləri mövcuddur:

İstehsal alət və vastələrinə münasibət sinfin başlıca əlamətidir.Antaqonist cəmiyyətlərdə istehsal vasitələrinə sahib olmaq və ondan məhrum olmağa görə istismar edən və istismar olunan siniflər yaranır.Həmin vəziyyət isə çox zaman rəsmi qanunlarla qorunur, dövlət tərəfindən müdafiə olunur:

Məhz istehsal vasitələrinə münasibət əsasında sinif öz əlində müəyyən miqdar xüsusi mülkiyyət toplayır və ya xüsusi mülkiyyətdən məhrum olur;

İctimai əmək təşkilində rollarına görə istehsal vasitələrinə sahib olan sinif əməyin biləvasitə təşkilatçısı kimi çıxış edir.Yaşamaq üçün öz qüvvəsini satmağa, ancaq müəyyən yaşayış vasitələri vəldə etməyə məcbur olan sinif isə daim əmək çəkir, işləyir:

Siniflərin ictimai sərvətin bölüşdürülməsində iştirakı (sərvətdən pay almaq üsulu və payın miqdarı) sinfin digər əlamətlərindən asılıdır.Bölgü münasibətlərini isə mülkiyyət münasibətləri müəyyən edir.Antaqonist cəmiyyətlərin bütün inkişaf tarixi boyu siniflər arasında mübarizə getmişdir.Sinfi mübarizə antaqonist cəmiyyətlərin inkişafının hərəkətverici qüvvəsi, mühüm qanunudur.İndiyədək olan tarix siniflər mübarizəsinin tarixi olmuşdur; dialektik materialist sosial fəlsəfəyə görə azad insanla qul, patrisi ilə plebey mülkədarla təhkimli, usta ilə şagird, müxtəsər, zalımla məzmun arasında əbədi bir antaqonizm olmuş onlar gah gizli, gah da açıq şəkildə daim bir-birilə mübarizə aparmışlar.Tarixən sinfi mübarizənin üç forması olmuşdur:iqtisadi, ideoloji və siyasi mübarizə formaları.İqtisadi- mübarizə ilkin formadır, həyat və iş şəraətini yaxşılaşdırmaq iqtisadi islahatları həyata keçirmək, maddi tələblər (maaşın artırılması), mənzil yaşayış vasitələri, iş gününün qısaldılması və s ğrunda da olan mübarizədir.İdeoloji mübarizə- ideyaldır, əqidələr, dünyagörüşün mübarizəsidir, bir-birinə zidd sosial iqtisadi, mənəşvi və siyasi mənafeləri olan siniflərin, ideologiyaların mübarizəsidir.Siyasi mübarizə- müəyyən sinfin siyası hakimiyyəti ələ alması uğrunda mübarizəsidir, sinfi mübarizənin yekunu və əsas formasıdır.Sosial inqilab isə sinfi mübarizənin ən yüksək ifadəsi, cəmiyyət inkişafında keyfiyyət sıçırayışıdır.Sosial inqilab elə tarixi ictimai hadisəsidir ki, onun baş verməsi nəticəsində keyfiyyət sıçrayışı meydana çıxır, bir ictimai-iqtisadi formasiya digəri ilə, daha müvəqqətiictimai-iqtisadi formasiya ilə əvəz olunur.Sosial inqilabın xarakteri onun qarşısına qoyduğu məqsədilə müəyyən olunur.Əgər sosial inqilab feodal üsul idarəsini, feodal aristokratiyasının hakimiyyətini yazıb, burjaziyanı siyasi hakimiyyətə gətirməyiqarşısına məqsəd qoyubsa, o burjua inqilabıdır.Sosial inqilabın hegamonu və hərəkətverici qüvvələri isə orada iştirak edən rəhbər qüvvələr və aparıcı kütlə ilə müəyyən olunur.Hər bir sosial inqilabın baş verməsi üçün onun obyektiv iqtisadi əsasında olması və inqilabi şəraitin yetişməsi zəruridir.Sosial inqilabın obyektiv ilkin şərtləri bunlardır:

a)ölkədə “ümumdilli böhranın”yetişməsi. Bu o deməkdir ki, “yuxarılar” hakimiyyəti köhnə qaydalarla idarə etməyi bacarmır, “yuxarıların böhranı”baş verir. Aşağılar da böhran keçirir,köhnə qaydalarla yaşamağı bacarmırlar b) məzlum kütlələlərin məşqqəti və istismarın həddini aşması v)bununla əlaqədar olaraq, ölkədə inqilabi fəallığın olduqca yüksəlməsi,məzlum siniflərin sinfi mübarizəsinin geniş vüsət alması.İnqilabi şəraitin subyektiv ilkin şərtləri isə:inqilabçı sinfin şurluğu və fəallığının əldə edilməsi;inqilabda “ölümə getməyə hazır olmaq”təsəvvürü və psixologiyasının mövcudluğu;inqilaba rəhbərlik edə biləcək ardıcıl, mübariz partiyanın mövcud olması;inqilabçı sinfin müttəfiqlərinin,bütün yoxsul kütlələrin mübarizə üçün hazır olması və s.ibarətdir. Cəmiyyət imkişafının müyyən mərhələsində zəruri olaraq siyasi münasibətlər meydana çıxır. Həmin münasibətlər süni təsisatlar,siyasi təşkilatlar,dövlət orqanları ilə əhali qrupları arasındakı münasibətləri təşkil edir, xüsusi siyasi ideya və nəzəriyyələrdə ifadə olkunur.Siyasət qədim yunan dilində “poetike”sözündən olub, mənası “dövləti idarə etmək sənəti”deməkdir.Həmin termin hazırda da siyasət anlayışının məzmununu müəyyən mənada əks etdirir.

Siyasət-müəyyən hakim sinfin və ya bütövlükdə cəmiyyətin mənafeyinəuyğun şəkildə,müxtəlif sinfi və sosial qruplarda birləşmiş inasnların,cəmiyyətdə formalaşmış ictimai quruluşu və siyasi mütəşəkkilliyi qorumağa,təkmilləşdirməyə və inkişaf etdirməyə yönəldilmiş xüsusi növ siyasi fəaliyyətdir.Siyasət kütlələrin dövlət idarəçiliyində,onun formaları,vəzifələri və məzmununun müəyyən edilməsində iştirakını ifadə edən xüsusi fəaliyyətidir.Siyasət əsasən hakimiyyətə münasibətdə meydana çıxır.Siyasətdə ən mühüm ideya dövlət hakimiyyətinin saxlanması,onun fəaliyyəti üçün əlverişli şərait yaradılması və ya həmin hakimiyyətin dətişdirilməsi tələbidir.Siyasi fəaliyyətin strukturuna ən geniş mənada aşağıdakılar daxildir:

a)cəmiyyət inkişafının müəyyən konkret mərhələsində qarşıya yaxın və perspektiv strateji bacarığı b)qarşıya qoyulmuş həmin məqsədləri həyata keçirmək üçün sosial qüvvələri daha səmərəli təçkil etməyin əlverişli metodlarını,yollarını,forma və vasitələrini tapmaq bacarığı v)həmin məqsədlərə yönəltmək.Cəmiyyətin siyasi təşkili və siyasi münasibətləri sistemində əsas rol dövlətə məxsusdur.Ona görə ki, cəmiyyətdə dövlət bütün sosial-sinfi strukturu əhatə etməklə, bütün sinif və təbəqələrdən ibarət olan insan qruplarının mənafeyinə bu və ya digər dərəcədə toxunur. Dialektik sosial fəlsəfə dövlətə tarixi kateqoriya kimi baxaraq onu inkişafda götürmüş,dövlətin hansı şəraitində meydana gəldiyini,tarixi inkişafını və ölüb-getməsi şəraitinin ardıcıllıqla təhlilini vermişdir. Dövləti qəbilə-tayfanın ictimai təşkilindən fərqləndirən üç əsas əlaməti də qeyd etmək birincisi, qəbilə-tayfa ictimai təşkilində mövcud olan, bilavasitə qəbilə üzvlərinin silahlanması əvəzinə fövlətdə kütləvi-hakimiyyətin olması; bu məcburi deyildir,məhz kütləvi hskimiyyətdir,əhali kütləsinin deyil, xüsusi adamlar zümrəsi tərəfindən həyata keçirilən hakimiyyətdir;ikinci dövlət yəşkili şəraitində hakimiyyət aparatı,onun orqan və təsisatlarını saxlamaq üçün,qəbilədə mövcud olmayan vergi alınması;üçüncü,qəbilə-tayfa ictimai təşkilində mövcud olan qan qohumluğu əvəzində,dövlətin ərazi bölgüsünə malik olması.Hər bir dövlətin iki əsas funksiyası vardır:daxili və xarici.Təsərrüfat quruculuğu, qanunvericilik, nəzarət, intizam, tərbiyə və s. vəzifələrini həyata keçirmək dövlətin daxili funksiyasını,xarici dövlətlərlə iqtisadi, siyasi, hərbi, mədəni və s. əlaqələrin tənzim edilməsi, ölkənin bütövlüyünün qorunması və s. dövlətin xarici funksiyasını təşkil edir.Tarixdə müxtəlif cür dövlət idarəçiliyi formaları mövcud olmuşdur.Məsələn,quldarlıq dövlətinin idarəçilik forması monarxiya (tək hökmdarın qeyri-mahmud hakimiyyəti, imperator, şah vəs.)və respublikadan (aristokratik və demokratik respublika:ali hakimiyyət orqanı müəyyən müddətə seçilir) ibarətdir. Feodalizmdə əsas dövlət idarəçiliyi forması monarxiyadır. Kapitalizmdə isə dövlət idarəçiliyinin müxtəlif formaları mövcuddur: respublika, monarxiyalı respublika, parlamenti respublika və s.

Sosialist dövlət idarəçiliyinin isə üç forması mövcud olmuşdur.Paris Kommunası, sovetlər respublikası və xalq demokratik respublikası.Müstəqillik qazanmış hər bir xalq öz demokratik dövlətini qurmadan milli azadlıq hərəkətinin nailiyyətlərini qoruyub saxlaya bilməz.Hər bir suveren ölkə öz iqtisadiyyatını yüksəltmək, sosial, siyasi və mənəi islahatları həyata keçirmək, ərazi bütövlüyünü qoruyub saxlamaq üçün güclü demokratik dövlətə nail olmalıdır.Bu istiqlaliyyətini əldə etmiş ölkənin ən ümdə vəzifəsidir. Düzdür, Azərbaycanda müstəqil demokratik dövlət quruculuğu 7 ilə yaxın bir müddətdə Ermənistanın respublikamıza qarşı ərazi iddiaları əsasında apardığı qanlı fəlakətlər doğuran qəsbkarlıq müharibə şəraitində həyata keçirilir Xalqımız üz-üzə dayanmışdır.Müstəqil ölkənin demokratik dövlət quruculuğunda müvəffəqiyyətlə irəliləməsi üçün,hər şeydən əvvəl,cəmiyyət miqyasında demokratik prinsiplərə dönmədən əməl olunması təmin edilməli,xüsusilə ölkənin rəhbər dairələri,görkəmli şəxsiyyətləri və siyasi xadimləri öz demokratikliyi ilə seçilməli,fəaliyyətlərində demokrtikliklə qanunçuluğu,intizamı,tələbkarlığı və insanpərvərliyi üzvi surətdə əlaqələndirməlidirlər,sözün geniş mənasında demokratiya mədəniyyətinə yiyələnməlidirlər.

Cəmiyyətin demoqratik dövlət quruculuğu ilə irəliləməsinin təmin edilməsi üçün isə demokratiyanın məzmunu və mahiyyəti bütün çalarları ilə dərindən dərk edilməli, demokratik nəzəri ideya və baxışlar əsasında şəxsiyyətdədemokratik əqidə formalaşmalı və bütöv ölkə miqyasında demoqratik prinsiplərin reallaşması üçün fəaliyyət mexanizmi yaradılmalıdır.



: img -> page -> tmp
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə