Mövzu Fənnin mahiyyəti və vəzifələri


İstehsal sferasında əməkdaşlığın formaları



Yüklə 329,29 Kb.
səhifə2/5
tarix27.03.2018
ölçüsü329,29 Kb.
#34994
1   2   3   4   5

4.2 İstehsal sferasında əməkdaşlığın formaları

Bəzən sahibkarlar öz aralarında müqavilə bağlayarkən alacaqları iqtisadi səmərəni və gəlirini hesablamırlar.Belə münasibətlər yalnız uzunmüddətli razşlaşma əsasında qurula bilər. Ona görə də sahibkar tərəfdaş seçən zaman xüsusilə ehtiyatlı olmalıdır.

İstehsal sahəsində tərəfdaşlıq əlaqələrinin çoxsaylı formalarından daha geniş istifadə edilir. Misal olaraq müştərək sahibkarlıq geniş yayılmışdır.

Müştərək sahibkarlıq milli iqtisadiyyatın formalaşması və inkişafı beynəlxalq iqtisadi əməkdaşlığı obyektiv zərurətə çevirir. Beynəlxalq təsərrüfat əlaqələrinin formalaşmasında, dünya iqtisadiyyatına sıx inteqrasiya olunmasında müstəsna rol oynayan müştərək sahibkarlıq fəaliyyəti özbaşına və idarəolunmaz proses kimi baş vermir. O, əslində dövlətin iqtisadi siyasətinin önəmli istiqaməti kimi çıxış edir. Müştərək müəssisənin mahiyyəti barədə lazimi təsəvvürə malik olmaq üçün müştərək müəssisə anlayışını dərk etmək lazımdır. Müştərək müəssisə- dedikdə milli iqtisadiyyatın inkişafına investisiya qoyuluşunda iştirak edən yerli və xarici hüquqi şəxslər və ya fiziki şəxslər arasında bağlanmış müqavilə əsasında məhsulun istehsalı və satışı, xidmətlər göstərməsi üçün yaradılan müstəqil təsərrüfat subyektidir.

Müştərək müəssisənin səciyyələndirən xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

- müştərək müəssisə istehsal, ticarət, maliyyə, elmi-tədqiqat fəaliyyəti ilə məşğul ola bilər.

- müştərək müəssisə iki və daha cox tərəfdaşların aktivlərinin qismən bölüşdürülməsi, yaxud tərəfdaşlardan hər birinin kapital qoyulması yolu ilə yaradılır.

- tərəfdaşlar arasında idarəetmə ilə bağlı məsuliyyət bölgüsüdür.

- kapital qoyuluşu uzun müddətli olur.

- mənfəət və sahibkarlıq riski tərəfdaşlar arasında qoyulmuş vəsait hesabına bölüşdürülür.


4.3 Tərəfdaşlıq əlaqələrində françayzinq
Françayzinq dünyada ən geniş yayılmış tərəfdaşlıq əlaqələrinin və işgüzar əməkdaşlığın formasıdır. Françayzinq iri, nüfuzlu və kifayət qədər tanınmış şirkət, kiçik müstəqil müəssisəyə müəyyən məhsulları buraxmaq və onları satmaq, ticarət markası altında müəyyən bazarda xidmətlər göstərmək hüququnun verilməsi haqqında onunla müqavilə bağlayır. Belə qarşılıqlı münasibətdə iki tərəf çıxış edir. Françayzer və françayzi

Françayzer- baş şirkət, hansıki ticarət markasından istifadə hüququ daxil etməklə müəyyən hüquqa malikdir. Françayzi- kiçik müəssisə, hansıki müqaviləyə görə françayzer tərəfindən verilən hüquqdur. Françayzi françayzerin ticarət markasından istifadə edərək öz biznesini həyata keçirir. Bu əməkdaşlıq forması yeni yaradılan müəssisə üçün xüsusilə daha əlverişlidir.Müqavilənin şərtlərinə görə françayzer françayzinin normal təşkili ilə əlaqədar bütün kompleks xidmətləri göstərməyə borcludur. Buraya daxildir: avadanlığın göndərilməsi, texnologiya ilə təminatı, işçilərin ixtisas səviyyəsinin artırılması, digər uçot işlərinin və digər xidmətlərin göstərilməsi. Françayzi ticarət markasının nüfuzu ilə bağlı nə varsa, hamısına qoyulan tələblərə riayət etməyi öz öhdəsinə götürür.



4.4 Maliyyə münasibətləri sferasında əməkdaşlığın formaları
Maliyyə münasibətləri sferasında tərəfdaşlığın ən geniş yayılmış forması kimi faktorinqi göstərmək olar.

Faktorinq- sahibkar ilə faktor- firma arasında qurulan qarşılıqlı münasibətlər sistemidir. Faktorinqin məqsədi müqaviləyə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsini öhdəsinə götürür.Belə bir şəraitdə onların köməyinə faktorinq fəaliyyəti ilə məşğul olan şirkət gələ bilər. Üçüncü tərəf kimi çıxış edən faktorinq şirkəti malların satdığı müddətə malgöndərən firmanı (müştərini) onun ticarət şəbəkəsinə vermiş olduğu malların dəyərinin müəyyən hissəsi 80%-i həcmində maliyyələşdirir və əvəzində malgöndərən firma mağazaya verdiyi mallar üzrə ödəniş tələbini faktorinq şirkətinə güzəştə gedir. Faktorinq fəaliyyətinə yeni başlayan və sürətlə inkişaf edən firmalar olduqca vacibdir. Bu xidmətdən istifadə edən firmalar inkişaf prosesində müəyyən çatışmamazlıqlarını aradan qaldırır. Qonşu Türkiyədə faktorinq biznesi sahəsində xeyli irəli gedib. Hazırda bu ölkədə 80-ə yaxın faktorinq fəaliyyəti ilə məşğul olan subyekt mövcuddur. Azərbaycanda isə hələlik bu sahədə vəziyyət qənaətbəxş deyil. Səbəbi isə bu problemin həllinə hazır deyilik, ilk növbədə psixoloji çətinliklərin olmasıdır. Dogrudur, ölkəmizdə bazar münasibətlərinin mövcud vəziyyəti, xüsusən də ticarətin çoxdan sərbəstləşdirilməsi Azərbaycanda faktorinq xidmətinin meydana çıxmasına və təşəkkülünə şərait yaradır. Bu fəaliyyət növü üçün iqtisadi qanunvericilikdə - Mülki Məcəlləmizdə də öz əksini tapıb. Bu fəaliyyət növünün inkişafı üçün zəruri iqtisadi mühit formalaşmalıdır.



Mövzu 5. Lisenziyalaşdırma əlaqələri
5.1 Lisenziyanın mahiyyəti, məqsədi və növləri

5.2 Lisenziya sazişi

5.3 Lisenziya yaxud patent agentinin funksiyaları

5.4 Lisenziya agentinin mükafatlandırılması


5.1 Lisenziyanın mahiyyəti, məqsədi və növləri
Elmi-texniki tərəqqinin inkişafı nəticəsində lisenziya geniş yayılmışdır. Lisenziya dedikdə ayrı-ayrı şəxslərin təşkilatların patentlə mühafizə olunan ixtiralardan, texniki biliklərdən, təcrübədən, istehsal sirrindən, ticarət markasından istifadə etmələrinə verilən icazədir. Lisenziyalaşdırma əməkdaşlıq formasında əsas subyekt kimi lisenziar və lisenziat çıxış edirlər.

Lisenziar dedikdə - hər hansı ticarət markasına texnologiyaya, patentə yaxud mülkiyyət növünə sahiblik hüququ olan hüquqi və fiziki şəxsdir. Lisenziat dedikdə göstərilən hüquqları lisenziardan daimi və müvəqqəti əsaslarla müəyyən olunmuş ödəniş müqabilində icarəyə götürən fiziki və hüquqi şəxsdir. Lisenziyanın üç növündən geniş istifadə olunur. 1. Qeyri- müstəsna lisenziya 2. Müstəsna lisenziya 3. Tam lisenziya

Qeyri müstəsna lisenziyaların satılmasında lisenziar ixtiralardan, yaxud istehsalın sirlərindən sərbəst istifadə etmək, lisenziyaların şərtləri üzrə hüquqların verilməsindən istifadə etməyə lisenziata icazə verir.

Müstəsna lisenziyaların satılmasında lisenziar ixtiralardan yaxud istehsalın sirlərindən lisenziata danışılmış şərtlər əsasında və sazişdə göstərilmiş müəyyən coğrafi ərazidə istifadə etməsinə hüquq verir, lakin lisenziyası verilmiş ixtiradan sərbəst istifadə etməklə yanaşı başqa şəxslərə vermək hüququndan məhrum etmir. Müstəsna lisenziyaların verilməsi zamanı lisenziar çox vaxt sazişə lisenziatın hüququnu məhdudlaşdıran dəyişikliklər əlavə edilir. Belə lisenziyaya məhdudlaşdırılmış müstəsna lisenziya deyilir.

Tam lisenziyaların satılmasında lisenziata ondan sazişin bütün fəaliyyət ərzində istifadə etmək üçün müstəsna hüquqlar verir. Bu dövrdə lisenziar ixtiralardan və istehsalın sirlərindən müstəqil istifadə etməkdən, eləcə də lisenziyalarını başqa şəxslərə verməklə istifadə etmək hüququndan məhrum olunur. Tam lisenziyaların veriməsi beləliklə, patentin tam güzəştini xatırladır. Bu sazişin fərqi ondan ibarətdir ki, lisenziar patent mülkiyyətçiliyini öz üzərində saxlayır və müəyyən şərtlərinin araya çıxarılması ilə əlaqədar lisenziya sazişini poza bilər. Müstəsna və tam lisenziya verilməsi zamanı lisenziat əgər bu sazişdə müəyyən edilmişdirsə, ona verilmiş müstəsna hüquq dairəsində öz adından başqa şəxslərə lisenziarın yazılı icazəsilə verilə bilər.
5.2 Lisenziya sazişi
Lisenziya sazişi dedikdə işgüzar təcrübədə istifadə edilən saziş başa düşülür ki, bu sazişə uyğun olaraq bir şəxs lisenziar- o biri şəxsə lisenziata icazə verir ki, şərtləndirilmiş mükafatlandırmaya görə müəyyən hədd daxilində bu hüququn şərtindən istifadə etsin. Lisenziya müqaviləsinin obyekti kimi ixtiranın özünə baxılır. Bu zaman əsas fərq obyekti patentləşdirilmiş ixtira olan lisenziya müqaviləsi ilə aparılır. İxtiraçıya patent mühafizəsi verilib-verilməməsindən asılı olmayaraq ona lisenziya verilə bilər. Lisenziya müqaviləsi xarici ticarət sazişinin xüsusi növüdür. Onu tərəflərin müxtəlif milliyəti tərəfindən həm hər iki tərəfin xarici valyuta sazişi əsasında ödəniş aparılır. Sənaye firmaları lisenziya satışı üzrə əməliyyatlar aparmaq üçün özlərində lisenziya bölmələri, xarici lisenziyalaşdırma şöbələri və xarici lisenziyalaşdırma üzrə kompaniyalar yaradılır. Lisenziya bölmələri böyük həcmdə elmi-tədqiqat işləri aparır və öz ixtiralarını patentləşdirən ölkələrin iri kompaniyalarında yaradılır. Belə kompaniyaların funksiyaları genişdir. Burada patent və lisenziya ticarətinin öyrənilməsi, texniki xidmətlərə, istehsal bölmələrinə və şöbələrinə, firmalar haqqında məlumatlara, lisenziya şərtləri haqqında patent qanunvericiliyi, valyuta nəzarəti, mükafatlandırmanın verilmə qaydası haqqında məlumatların toplanması daxildir.

Sənaye firmalarında yaranan şöbələr firmaların elmi tədqiqatlarını və texniki nəaliyyətlərinin nəticələrinin patent mühavizəsini təmin edirlər.



5.3 Lisenziya yaxud patent agentinin funksiyaları
Patent mühafizəsi öz ölkəsində və xaricdə ixtiraların patentləşdirilməsini, məhsul nişanlarının və məhsul nümunələrinin qeydə alınmasını aparırlar. Bu məsələlərdən başqa patentin və məhsul nişanlarının təsdiq edilməsi ilə bağlı patent hüquqlarının başqa firmalar tərəfindən pozulmasının qarşısını da alırlar.

Patent və lisenziyalar alverində vasitəçi şəxs kimi çıxış edir. Onların xidmətlərindən fərdi patent sahibləri xırda və orta həcmli firmalar və habelə böyük miqyasda elmi-tədqiqat işləri aparmayan iri kompaniyalar istifadə edirlər. Belə agentlərin funksiyalarına daxildir.



  • öz ölkəsində və habelə xaricdə patent sahibinin adından onun ixtiralarının patentləşdirilməsi

  • rüsum ödəmələrinə nəzarət etməklə patentə tərəfdarlıq edilməsi

  • lisenziyaların və lisenziatların axtarılması

  • lisenziya sazişlərinin mətninin hazırlanması

  • lisenziyaların ixtiralarının reklam edilməsindən ibarət olan patent

  • lisenziyaların alqı və satqısında vasitəçilik edilməsi

  • lisenziya mükafatlandırılması haqqının düzgün ödənilməsinə nəzarət edilməsi

Lisenziya satan və alanla bir tərəfdən və digər tərəfdən agentlə qarşılıqlı münasibətlər lisenziyalı agent sazişləri əsasında tənzimlənir.Lisenziya agenti lisenziya satıcısının və eləcə də alıcısının marağını özündə əks etdirir. Lakin agent öz müştərilərinin marağını qoruyub saxlayır, ancaq rəqabətdə olan firmaların alqı- satqısına xidmət göstərmək hüququna malik deyildir. Lisenziya agentinin vəzifələri olduqca müxtəlif ola bilər. Onlar yalnız vasitəçilik və yaxud nümayəndəçilik funksiyalarını yerinə yetirməklə işlərini bitmiş hesab edirlər. Agentə sazişdə müəyyən edilmiş sahədə fəaliyyət göstərmək hüququ verilir.

5.4 Lisenziya agentinin mükafatlandırılması
Lisenziya agentinin mükafatlandırılmasının qayda və ölçüsü onunla müştərinin arasındakı sazişin şərtlərindən asılı olaraq öz üzərinə götürdüyü vəzifələrdən asılıdır. Adətən agentin mükafatlandırılması saziş müddətinin fəaliyyəti dövründə başlayır. Agentin vasitəçiliyi ilə ixtira lisenziyalarının satılmasından əldə edilmiş lisenziya haqqı kimi lisenziar tərəfindən faktiki alınan məbləğdən müəyyən faiz formasında hesablanır. Mükafatlandırma 10-15 % arasında dəyişir. Lisenziya agenti lisenziatın mükafatlandırılmasını və haqqının ödənilməsinin düzgün yerinə yetirilməsinə nəzarət etməyi öz öhdəsinə götürür və mükafatlandırmanın həcmini 40-50 %-ə qədər yüksəlir. Agentlə uzunmüddətli sazişlərin bağlanması zamanı onun xidmətləri bəzən bir ilə yaxud sazişin bütün fəaliyyət müddətinə müəyyən edilmiş məbləğ ödənilir. Lisenziya agentləri kimi ixtisaslaşdırılmış firmalar, eləcə də, vəkil firmaların assosiasiyaları patent işləyib hazırlanması üzrə mühəndis firmaları və s. mövcud ola bilər. Patent-ixtiraçının ixtira hüququnu təsdiq edən şəhadətnamədir və yaxud hər hansı bir fəaliyyətin həyata keçirilməsinə dövlət tərəfindən icazə verilməsini təsdiq edən sənəddir. Patent rüsumu- patent verildikdə dövlət orqanlarının tutduqları məbləğdir.


Mövzu 6. Layihələrin əsaslandırılması üzrə sahibkarlıq fəaliyyəti
6.1 Layihələrin investisiya qabağı tədqiqatları və ekspres qiymətləndirilməsi

6.2 Layihələrin imkanları və texniki- iqtisadi əsaslandırılması

6.3 İnvestisiya qərarlarının qəbul edilməsi

6.4 Layihənin hazırlanması və qiymətləndirilməsi üçün layihə strategiyası


6.1 Layihələrin investisiya qabağı tədqiqatları və ekspres qiymətləndirilməsi
İnvestisiya layihələrinin hazırlanması və realizə olunması prosesində müxtəlif idarəetmə səviyyələrində onların səmərəliliyinin qiymətləndirilməsi üçün tətbiq edilən göstəricilər, meyarlar və metodlar sistemindən istifadə edilir.

İnvestisiyalaşdırmanın məqsədəuyğunluğunu qiymətləndirmək üçün layihənin

investisiya qabağı tədqiqatları mühüm əhəmiyyət kəsb edir. Layihənin investisiya qabağı tədqiqatları bir neçə mərhələdə aparıla bilər.

1. İnvestisiya layihələrinin ümumi məlumatlarına görə layihənin investisiya imkanlarının ekspres qiymətləndirilməsi

2. Layihənin ilkin texniki- iqtisadi əsaslandırılması onun həyata keçirilməsi və səmərəliliyinin bütün məlum olan amillər və məlumatlar əsasında əsaslandırılması

3. Layihələrin qiymətləndirilməsinə görə yekun rəyi və investiyalaşdırma haqqında qərar qəbul edilməsi

Layihələrin investisiya imkanlarının ekspres qiymətləndirilməsi layihəin həyata keçirilməsinin real və rentabelli olmasının aşkar edilməsi məqsədilə aparılır. Ekspres tədqiq ümumi xarakter daşıyır və başlıca olaraq ümumi qiymətləndirməyə əsaslanır. Xərclər üzrə məlumatlar adətən layihə analoqlardan götürülür. Öyrənilmə şərtlərinin xüsusiyyətindən asılı olaraq və ümumi imkanların, ya konkret layihə üçün imkanları və ya hər ikisini nəzərə almaqla tədqiq edilir. Ümumi imkanların tədqiqi dedikdə layihələrin realizə olunduğu ərazi haqqında məlumatların təhlili burada coğrafi və iqtisadi vəziyyət, əhalinin məşğuliyyəti, hər nəfərə düşən gəlir, istehsalın mənimsənilməsi və potensial amilləri, təbii resurslar, onların istifadə edilməsi imkanları və dəyəri, ərazinin infrastrukturu, əsasən nəqliyyat və enerji təchizatı sistemi, buraxılacaq məhsula tələbat və s. Layihənin həyata keçirilməsi üçün tikinti təşkilatlarının gücü, həmin ərazidə reallaşdırılması ilə əlaqədar əlavə xərclər haqqında məlumatların toplanması və təhlili başa düşülür.


6.2 Layihələrin imkanları və texniki- iqtisadi əsaslandırılması
Layihələrin imkanlarının tədqiq edilməsi zamanı ümumi investisiyalaşdırma imkanları açıqlanmaqla investisiya layihələrinin ümumi məlumatları- daxili və xarici bazarda konkret məhsula olan tələbat, xammal materialları, tikinti sahəsinin yerləşdirilməsi, layihənin həyata keçirilməsi müddəti, investisiya və istehsal xərcləri, maliyyələşdirmə mənbələri və digər məlumatlar təhlil edilir. Fəaliyyət göstərən müəssisələrdə istehsal edilən məhsulun çeşidi onun fəaliyyətinin müsbət və mənfi amilləri, texnologiya səviyyəsi və mövcud texnologiyanın vəziyyəti təhlil edilir. İnvestisiyalaşdırmanın imkanlarının tədqiqi nəticəsində rəy tərtib olunur. Lakin layihənin investisiyalaşdırılması haqqında qərar adətən texniki-iqtisadi əsaslandırmadan sonra başlayır. Texniki-iqtisadi əsaslandırma uzunmüddətli və baha başa gələn prosesdir. Odur ki, belə tədqiqat üçün vəsait ayırmalarından əvvəl layihənin qiymətləndirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırma aparılır. Ilkin əsaslandırma mərhələsində əsaslandırmanın əsas komponenti üçün mövcud alternativlər haqqında məlumat hazırlanır. Adətən ilkin əsaslandırma aşağıdakı bölmələrdə öz əksini tapır.

1. Qoyulan məsələni ilkin şərtləri və tarixi

2. Layihənin və firmanın fəaliyyətinin həyata keçirilməsinin mümkün strategiyası (burada bazarın təhlili və marketinq konsepsiyası ilə əlaqədar layihənin hüdudları nəzərə alınır)

3. Xammal və köməkçi materiallar

4. Layihə sənədləri və texnologiya, istehsal proqramı və istehsal gücü, istehsal prosesinin və layihə konstruktor işlərinin seçilməsi

5. Əmək resursları, idarəetmə heyəti, işçi qüvvəsi üçün müəyyən edilmiş xərclər

6. Layihənin yerinə yetirilməsi qrafiki

Onu da qeyd etmək lazımdır ki, ilkin əsaslandırma texniki-iqtisadi əsaslandırmanın quruluşu ilə uyğun gəlməlidir.



6.3 İnvestisiya qərarlarının qəbul edilməsi
Texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəticəsində investisiya qərarlarının qəbul edilməsi üçün lazım olan layihənin mərhələləri aşağıdakı kimi tərtib edilir.

1. Layihənin məqsədi və mümkün olan marketinq strategiyası

2. Bazarın mümkün olan məhsulla ödənilməsi

3. İstehsal gücü

4. Müəssisənin yerləşdiyi ərazi

5. Mövcud xammaldan istifadə edilməsi

6. Uyğun avadanlıqlar və texnologiya ilə təchizat

7. İnvestisiya qoyuluşu xərcləri

8. İnvestisiya qoyuluşuna görə satışdan gəlir, mənfəət və habelə başqa parametrlər müəyyən edilir.

İnvestisiya qərarlarının əsas elementi layihənin maliyyələşdirmə üsulunun seçilməsidir. Bir qayda olmalıdır ki, layihənin sponsorları, investorlar məlum olduqdan sonra mexaniki iqtisadi əsaslandırma işlənib hazırlanır.İstehsal fəaliyyətinin geniş diapazonlu olması səbəbindən bütün investisiya layihələri üçün eyni cür yanaşma seçmək mümkün deyildir. Bununla belə investisiya qabağı tədqiqatların ümumiliyi nöqteyi nəzərdən texniki iqtisadi cəhətdən aparılan çoxlu investisiya layihələri üçün ümumi yanaşma təklif oluna bilər.

Layihənin strukturunu daha yaxşı anlamaq və kapital, istehsal və təchizat-satış xərclərini kalkulyasiyalaşdırmaq üçün layihələdiricilər bütün layihəni funksional təşkil ediləcək şəkildə qruplaşdırılır. Belə qruplaşdırma xərclərinə daxildir: anbar tikintiləri, inzibati binalar, yardımçı obyektlər–su kəmərləri, qaz, telefon şəbəkələri, daxili yollar və s. daxildir.

6.4 Layihənin hazırlanması və qiymətləndirilməsi üçün layihə strategiyası

Layihə strategiyası investisiya layihəsinin həm hazırlanması üçün, həm də qiymətləndirilməsi üçün əsas hesab olunur. Strategiya müvafiq marketinq konsepsiyası üçün təməl olmaqla yanaşı, müəssisənin yerləşmə prinsipinin seçilməsinə, onun texniki parametrlərinə və digər tələbatına təsir göstərir. Texniki-iqtisadi əsaslandırma işlənib hazırlanarkən marketinq strategiyasına dörd alternativ variant qiymətləndirilir. a) bazara daxil olma strategiyası b) bazarın inkişaf strategiyası c) məhsulun inkişaf strategiyası c) diversifikasiya (yeni bazarlara yeni məhsullarla daxil olmaq)

Gələcək layihənin əsas məqsədini, istehsal gücünü, xammal və materiallara olan tələbatı təyin etdikdən sonra obyektin yerləşdiyi ərazi və istehsal meydançası müəyyən edilir. Obyektin əlverişli ərazidə yerləşdirilməsi strategiyasının seçilməsi özündə aşağıdakıları birləşdirir. Bazar və bazarın xüsusiyyətlərini və habelə xammal və materialların əlverişli yaxınlığı, ekoloji prosesin xüsusiyyəti, istehsalın strukturu, müəssisənin ölçüsü kimi amillər nəzərə alınır. TİƏ-nin ən mühüm bölməsi layihənin həyata keçirilməsi prosesinin planlaşdırılmasıdır. Layihənin həyata keçirilməsi prosesinin planlaşdırılması mərhələsi investisiya qərarlarının qəbul edilməsindən, obyektin istismara verilməsinə qədərki dövrü əhatə edir. Bu mərhələdə layihənin həyata keçirilməsi prosesinin müxtəlif bölmələri işlənir. İnvestisiya tədqiqatlarının aparılmasında əsas rolu investor oynayır. Çox hallarda layihələrin həyata keçirilməsini investor başlayır, imkanların tədqiq olunmasını o, təklif edir. Odur ki, onu layihənin həyata keçirilməsinin ümumi şərtləri haqqında əsas informasiya mənbəyi qəbul etmək olar. Yuxarıda qeyd edildiyi kimi layihələndirmə prosesinin hər bir hissəsində və mərhələsində gələcək layihənin smetası qiymətləndirilir.


Mövzu 7. Layihələrin maliyyələşdirilməsi
7.1 Layihələrin maliyyələşdirilməsi mənbələri

7.2 Mülkiyyətçilər səviyyəsinə görə maliyyələşdirmə mənbələri

7.3 Təsərrüfat subyektlərinin maliyyələşdirilməsi

7.4 İnvestisiyanın maliyyələşdirilməsində digər sahələrin rolu


7.1 Layihələrin maliyyələşdirilməsi mənbələri
Beynəlxalq aləmdə bazar iqtisadiyyatı şəraitində investisiya layihələrinin səmərəliliyini qiymətləndirmək üçün müxtəlif metodlar işlənib hazırlanmış və geniş tətbiq edilməkdədir. Hazırda onların standartlaşması sahəsində xeyli işlər görülmüş, müxtəlif proqramlar işlənib hazırlanmışdır. Bunun üçün hər bir iqtisadçı, menecer və digər mütəxəssis mövcud investisiya resurslarını düzgün idarəetməyi, onların səmərəliliyini hesablamağı, bölüşdürməyi, əsaslı vəsait qoyuluşlarının həyata keçirilməsinin əlverişli varıantını seçməyi və onların nəticələrini proqnozlaşdırmağı bacarmalıdır. İnvestisiya fəaliyyətini həyata keçirən zaman nəzərə alınan bütün amillərdən biri də maliyyə mənbələrinin seçilməsidir. Bu mənbə əsas etibarilə investisiya fəaliyyətinin subyektləri tərəfindən müəyyən olunur. Hazırki şəraitdə qüvvədə olan qanunvericiliyə əsasən investisiyanın maliyyələşdirilməsi mənbələri aşağıdakı əlamətlərinə görə təsnifləşdirilir:

  • mülkiyyət münasibətlərinə görə

  • mülkiyyət növlərinə görə

  • mülkiyyətçilərin səviyyəsinə görə

  • mülkiyyət münasibətlərinə görə

Mülkiyyətçilərin münasibətlərinə görə maliyyələşdirmə mənbələri şəxsi, cəlb olunan və borc mənbələri fərqlənirlər. Investisiya layihələrin maliyyələşdirilməsi mənbələrinin strukturu müəyyən edilir. Mülkiyyət növlərinə görə investisiya mənbələri aşağıdakı kimi fərqləndirilir.

1. Dövlət maliyyələşdirmə mənbələri – buraya büdcə vəsaitləri və büdcədən kənar fondların vəsaitləri, dövlət borcları və dövlət mülkiyyətinin vəsaitləri daxil olmaqla başqa ehtiyatlar da şamil edilir.

2. Kommersiya və qeyri- kommersiya tipi təsərrüfat subyektlərinin, ictimai təşkilatların və fiziki şəxslərin maliyyə ehtiyatları- buraya mənfəət, amortizasiya ayırmaları, təbii fəlakət və qəzalar nəticəsində yaranmış itkilərin ödənilməsi üçün sığorta təşkilatlarının ayırdığı məbləğ və həmçinin səhmlərin satışından əldə edilə vəsaitlər aid edilir.

3. Xarici investorların vəsaitləri- buraya xarici dövlətlərin, beynəlxalq maliyyə və investisiya təşkilatlarının, ayrı-ayrı müəssisələrin, bankların və kredit təşkilatlarının vəsaitləri aid edilir.



7.2 Mülkiyyətçilər səviyyəsinə görə maliyyələşdirmə mənbələri
İnvestisiya əməliyyatlarının aparılması zamanı mülkiyyətçilərin səviyyəsinə görə maliyyələşdirmə mənbələrini aşağıdakı kimi fərqləndirirlər.

1. Dövlət və hökumət subyektləri üzrə

2. Müəssisələr üzrə

Layihələrin dövlət maliyyələşdirilməsi qaytarılmamaq və qaytarılmaq əsasında, qarışıq investisiyalaşdırma əsasında yüksək səmərəli investisiya layihələrinin maliyyə dəstəklənməsi, hökumət investisiya proqramlarının mərkəzləşdirilmiş maliyyələşdirilməsi həyata keçirilir. Qaytarılma əsaında vəsait ölkənin mövcud qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Milli Bankının verdiyi kreditlər Malyyə Nazirliyi tərəfindən ayrılır. Ayrılmış vəsaitlərin istifadə edilməsinin ümumi müddəti müqavilədə obyektin tikilməsi və istehsalın layihə gücünə çatdırılması müddəti nəzərə almaqla müəyyən edilir. Qaytarılmaq əsasında dövlət maliyyələşdirilməsi dövlət ehtiyaclarını ödəmək məqsədilə təsdiq olunmuş istehsal layihələri obyektlərin tikilməsi üçün, başqa mənbələr olmaqla şəxsi, borc və başqa vəsaitləri maksimum cəlb etməklə dövlət dəstəkləməsi qaydasında ölkə büdcəsi hesabına həyata keçirilir. Qarışıq investisiyalaşdırma əsasında tikililərin maliyyələşdirilməsi və kreditləşdirilməsi dövlət büdcəsi vəsaitləri, təşkilatların, müəssisənin və digər fiziki şəxslərin vəsaitləri hesabına həyata keçirilir. Burada əsas şərt kimi obyektlərin bütün inşaat dövründə büdcə vəsaitlərinin və şəxsi vəsaitlərin qəbulu hesabına müəyyən edilir.


7.3 Təsərrüfat subyektlərinin maliyyələşdirilməsi
Ölkənin yeni investisiya siyasətində əsaslı tikinti üçün dövlət büdcəsindən nəzərdə tutulmuş vəsaitin məhdudluğu investisiya layihələrində gecikmə olur. Təsərrüfat subyektlərinin şəxsi vəsaitləri, büdcə maliyyələşdirilməsi və ya dövlət dəstəyi ilə yanaşı layihələrin investisiyalaşdırılmasının müxtəlif növlərindən istifadə edilir.

1. Səhmlə maliyyələşdirmə. Bu növ pul vəsaitlərinin səhmlərə qoyulması olub, konkret layihə üçün əlavə investisiya ehtiyatlarının toplanmasına imkan verir. Bu metod vətəndaşlarda və müəssisələrdə müvəqqəti olaraq cəmlənmiş sərt pul kütlələrini cəlb etməyə, onları istehsal və sosial xarakterli tədbirləri investisiyalaşdırılmasına imkan verir.

2. Kreditləşdirmə- borc verən şəxslə kreditor arasındakı pul kütləsinin yerləşdirilməsinə əsaslanan iqtisadi münasibətləri əks etdirir. İnvestorlar müəyyən kredit almaqla məqsədəuyğun layihələrin reallaşmasına imkan əldə edirlər. Hüquqi və fiziki şəxslərə banklar arasında olan kredit münasibətlərinin əsasını kredit müqaviləsi təşkil edir. Bu sənədə bir qayda olaraq aşağıdakılar daxildir.

- verilən ssudanın məbləği

- verilmiş məbləğin istifadə və ödəniş vaxtı və ardıcıllığı

- faiz stavkası və kreditə görə digər ödənclər

- borcun qaytarılmasına verilən zəmanət forması

Hal-hazırda investisiya layihələrinin maliyyələşdirilməsinin perspektiv istiqamətlərindən biri də lizinqdir. Lizinq investisiyalaşdırma metodu olub özlüyündə maşın, avadanlıq, nəqliyyat, istehsal xarakterli qurğuların icarəyə götürülməsini əks etdirir. Başqa sözlə desək, lizinq istehlakçının sifarişi əsasında əmlakı satın almaqla onu digər istehlakçıya orta və uzun müddətə icarəyə vermək məqsədi ilə həyata keçirilən xidmət növüdür. Lizinq əməliyyatları subyektlərin iştirakından asılı olaraq iki formada həyata keçirilə bilər.



  • üç tərəfin iştirakı ilə həyata keçirilən xidmət

  • iki tərəfin iştirakı ilə həyata keçirilən xidmət. Burada müəssisə öz vəsaiti hesabına alır, lizinq müəssisəsinə satır və onu icarəyə götürür.

İpoteka üsulu- layihənin reallaşması üçün ssuda almaq məqsədilə daşınmaz əmlakın girov qoyulmasının bir növüdür.

Baxılan maliyyələşdirmə formalarından hər biri özünə məxsus xüsusiyyətlərə malikdir.




Yüklə 329,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə