Mövzu Fənnin mahiyyəti və vəzifələri


İnvestisiyanın maliyyələşdirilməsində digər sahələrin rolu



Yüklə 329,29 Kb.
səhifə3/5
tarix27.03.2018
ölçüsü329,29 Kb.
#34994
1   2   3   4   5

7.4 İnvestisiyanın maliyyələşdirilməsində digər sahələrin rolu
İnvestisiyalaşdırma prosesində xüsusi rolu banklar və digər maliyyə strukturları oynayırlar. Belə ki, onlar öz fəaliyyətini effektli layihələrin axtarılması və onlara sərbəst vəsaitlərin qoyulması üzərində qururlar. Layihənin maliyyələşdirilməsi həmçinin reqres ilə maliyyələşdirmə adlanır. Reqres- borc vermiş məbləğin qaytarılması haqqında tələbdir. Layihə maliyyələşdirilməsinin üç formasını fərqləndirirlər.

1. Borc alana tam reqres ilə maliyyələşdirmə

2. Borc alana hüquqi reqres olmadan maliyyələşdirmə

3. Borc alana məhdud hüquqi reqres ilə maliyyələşdirmə

Borc alana tam reqres ilə maliyyələşdirmə dedikdə zəmanət və ya layihənin kreditorlarının məsuliyyətini məhdudlaşdıran müəyyən tələblər olan halda maliyyələşmədir. Borc alana hüquqi reqres olmadan maliyyələşdirmə elə maliyyələşdirmə formasıdır ki, bu halda kreditorun borclarından heç bir zəmanət yoxdur və layihənin realizə olunması ilə əlaqədar bütün riskləri öz üzərinə götürür. Üçüncü formada bütün iştirakçılar öz üzərlərinə konkret kommersiya öhdəlikləri götürürlər.

İnvestisiya layihələrinin maliyyələşdirilməsi inkişaf etmiş ölkələrdə uzun müddətdir ki, istifadə edilir. Azərbaycanda bu metod “Pay bölgüsü sazişi” haqqında 1997-ci ildə qəbul edilmiş fərmandan sonra istifadə edilməyə başlanmışdır.



Mövzu 8. Əlaqələrin yaradılmasında “Pablik rileyşnz” əhəmiyyəti
8.1 Müəssisə haqqında ictimai rəyin yaradılması

8.2 Pablik rileyşnzdən istifadə mexanizmi və konsepsiya

8.3 Pablik rileyşnzin konseptual modeli

8.4 Pablik rileyşnzin ictimaiyyətlə əlaqəsi


8.1 Müəssisə haqqında ictimai rəyin yaradılması

İctimaiyyət tərəfindən müəssisə haqqında müsbət və mənfi rəyin yaradılması müəyyən səbəblər üzündən baş verə bilər. Odur ki, belə hallarda ictimaiyyətlə iş aparma metodlarından geniş istifadə edilməsi zərurəti meydana gəlir. Bu məsələdə müəssisə fəaliyyətinin işıqlandırılmasına, müəssisə daxilində və onun xaricində stabil informasiya axınının təşkilinin düzgünlüyündən asılıdır. Müəssisənin işgüzar reputasiyasında, yəni tərkib hissəsində müəssisənin vizual obrazı, menecment və müəssisənin texnologiyası sahəsində imiclə yanaşı, Pablik rileyşnz mühüm əhəmiyyət kəsb edir.

Pablik rileyşnz- müəssisə haqqında ictimai rəyin təşkili üzrə çoxpilləli fəaliyyət, o cümlədən müəssisənin populyarlığının yaranmasının istiqamətləndirilmiş kütləvi informasiya vasitələrinin geniş cəlb olunmasıdır.

Pablik rileyşnz – təşkilat və cəmiyyət arasında qarşılıqlı münasibətlərinin yaxşılaşdırılmasına kömək edən hər şeyi özündə birləşdirən cəmiyyətlə, habelə onun daxilində olduğu kimi xaricdən onunla əlaqəyə girən hər bir kəslə əlaqələr sistemidir.

Pablik rileyşnz həqiqətən tam informasiyaya əsaslanmış qarşılıqlı anlaşmaya nail olma hesabına biznesdə yüksək nəticələrin alınması haqqında elm və sənət olmaqla, firmanın layiqli imicinin formalaşmasına şayələrdən və mümkün böhranlardan qaçmağa, habelə istehlakçının vahid bazar tələbatının keyfiyyətinin yüksəlməsinə təminat verir.

Pablik rileyşnzin ən başlıca vəzifəsi biznesin və sahibkarlığın tarixən yaranmış müəyyən amillərin digər ənənələrini toplamaq, öyrənmək və yaymaqdır. Kommersiya şirkəti və cəmiyyətin qarşılıqlı təsirinin əsas istiqamətlərinə daxildir:

a) xüsusiyyətçilik

b) sosial xarakterli investisiyalar

c) partnyorluq

d) razılıqlı təsir biznesi

Xüsusiyyətçilik-incəsənətə, təhsilə, idmana və işin mühafizəsənə aid məsələlər daxildir.

Sosial xarakterli investisiyalarda müəssisənin məqsədi hökumət və qeyri-hökumət orqanları ilə birlikdə sosial xarakterli istiqamətdə investisiya qoyulur.

Portnyorluq – qarşılıqlı təsirin iştirakçılarının köməyi onların iqtisadi nailiyyətlərinə kömək və könüllü tərəfdaşlıq həyata keçirilir. Qarşılıqlı təsir biznesində - əsas kommersiya münasibətlərinin bütün iştirakçılarının maraqlarını nəzərə alan və tarazlaşdıran qarşılıqlı münasibətdir. İlk dəfə olaraq Pablik rileyşnz ifadəsi ABŞ-da meydana gəlmişdir. İngilis dilində “Pablik rileyşnz”in mənası ictimaiyyətlə əlaqə deməkdir və özündə əmtəə-pul münasibətlərinin çox cəhətlərinin bazar münasibətlərinə inteqrasiya etməkdir.
8.2 Pablik rileyşnzdən istifadə mexanizmi və konsepsiya

Bazar əlaqələrində Pablik rileyşnzdən istifadə mexanizmlərinin baçlıca prinsiplərindən biri kommersiya problemidir. Kommersiya problemini həll etmək üçün cəmiyyətlə əlaqələr haqqında istifadə edənlərin vicdanlıq və düzlük əsasında bazar münasibətlərində qarşılıqlı mənafeyi təmin rdilməsi prinsipidir. Pablik rileyşnz konsepsiyası biznesin və sahibkarlığın yetki və inkişaf etmiş mədəniyyətində, müəssisənin müəyyən üsul və imicində, rəhbərin və işçiləri öz aralarında və ictimaiyyətdə davranış tərzində özünü göstərir. Pablik rileyşnzin müasir konsepsiyasına banisi sosioloq Sem Blekin fikrincə ictimaiyyətlə əlaqələrin məqsədi müəssisənin simasında idarə subyektinin qarşılıqlı təsirindən və ya xüsusi istehlakçılardan tutmuş müxtəlif maliyyə və digər peşə sahibi olan idarə obyektlərinin təşkilindən ibarətdir. Pablik rileyşnz konsepsiyasının əsas tərkib hissələrindən aydın olur ki, o məqsədli auditoriyanın rəyini, əhval-ruhiyyəsini, təkliflərini, maraq və davranışını etibarlı, diqqətli və hörmətli uçot üzərində qurur.



8.3 Pablik rileyşnzin konseptual modeli
Pablik rileyşnzin konseptual modelində iştirakçılar tərəfindən başlıca elementlərindən istifadə olunmaqla yerinə yetirilir. Konseptual modelində reklam verən, sponsor olan sifarişçi tapşırığın məqsədini, xərclərin təxmini həcmini, sifarişin xüsusiyyətini, yerinə yetirilməsi müddətini və göstərilən nəticəni nəzərə alaraq müəyyənləşdirir. Bu mərhələnin başlıca məqsədi Pablik rileyşnzin ünvanına ictimaiyyətlə lazımi əlaqələrin yaradılması üçün layihə- tapşırığın tərtibidir. Pablik rileyşnz agentlik sifarişi layihə- tapşırıq formasında qəbul edərkən ilk anda işin həcminin qiymətləndirilməsidir. Yaradıcılıq metodlarından, informasiya məlumatlarının toplanması, qabaqcıl təcrübədən istifadə olunmasını nəzərə alaraq öz real imkanlarını dəqiqləşdirir.

Pablik rileyşnzin müraciətinin üç əsas elementini fərqləndirirlər:

a) Başlıq- bu müraciətin bütün mətninin qısa şəkildə çatdırılmasıdır. Bir qayda olaraq müraciətin bütün məzmununun qısa, konkret, epiqraf formasında və reklam şəklində verilməsindən ibarətdir.

b) Firma markasında müəssisənin, şirkətin, firmanın dəqiq poçt ünvanı, bank hesabının, telefonun, faksın, teleksin və ticarət markasının nömrələri göstərməklə yanaşı, digər məlumatların verilməsi də nəzərdə tutulur.

c) Əsas mətn- bu elementdə mətn kifayət qədər kəsə məktub formasında yazılmalı, qarşıya qoyulan vəzifələrin məqsədini, yerinə yetirilməsi işləri üsul və metodları dəqiq qeyd edilməklə aydın ifadə olunmalıdır. Əsas mətində biznes əməliyyatlarının reallaşdırılmasının strategiya və taktikasının əsas mərhələləri şərh edilə bilər.

Beləliklə, Pablik rileyşnzin konseptual məzmunu bir sıra elementlərin birgə və qarşılıqlı təsirindən ictimaiyyətlə əlaqədə və münasibətlərin mürəkkəb prosesinin canlı obrazını almağa imkan verir. Təklif olunan konseptual model Pablik rileyşnzin qanunauyğunluğunu və funksiyalarını birləşdirməyə kömək edir.




8.4 Pablik rileyşnzin ictimaiyyətlə əlaqəsi
İctimaiyyətlə əlaqələrə müxtəlif problemlərin həlli daxiıdir. İctimaiyyət tərəfindən xeyirxah münasibətlərin, oların funksiyalarının əsas istiqamətlərinə görə sosial məsuliyyəti nəzərə almaqla firmanın professional fəaliyyətinin müsbət qiymətləndirilməsini nəzərə alır. İctimaiyyətlə əlaqələrdə əmək kollektivində daxili mikroiqlimin saxlanması, davranış tərzinin qorunub saxlanması və firmanın nüfuzunun qoruması daxildir. İctimaiyyətlə əlaqədə sosial məsuliyyət, maraqlar, mənafelər, tərbiyə, digər imkan verən forma və metodların istifadə edilməsi nəzərə alınmalıdır. Pablik rileyşnz hansı vəzifələri yerinə yetirir, hər hansı biznesmen və sahibkarın başlıca vəzifəsi ictimaiyyətlə əlaqə yaratmaq, paxıllıq, inciklik, düşmənçilik hissini aradan götürmək, istedad cəmiyyətə xeyir və fayda vermək, digər keyfiyyətlərdən istifadə etməkdir. Pablik rileyşnz və ictimaiyyətlə əlaqələr, idarəedici fəaliyyətin mühüm komponenti kimi məqsəd və vəzifələrtdən başqa bazar, sosial və dövlət sahəsində açıq ifadə olunan kompleks funksiyalara malikdir. Pablik rileyşnz qarşısına qoyduğu məqsədlərə nail olmaq və məsələləri həll etmək üçün lazım olan kompleks funksiyalarda özünü göstərir:

1. Analitik-proqnostik funksiya.

2. Təşkilati-texnoloji funksiya.

3. İnformasiya- kommuikasiya funksiyası.

4. Konsultativ-metod funksiyası.

Analitik-proqnostik funksiyada hadisələrin hərəkətini qeyd edən informasiya siyasətinin, onun strategiya və taktikasının işlənib hazırlanmasına yönəldilir. Təşkilati-texnoloji funksiyada işgüzar görüşlərin, sərgilərin, konfransların keçirilməsi, təşkilati tədbirlərin keçirilməsini nəzərdə tutur. İnformasiya- kommuikasiya funksiyasına təkcə ünsiyyət deyil, həm də etimad və etibarlılıq atmosferinin yaradılması, sosial-psixoloji iqlimin saxlanması üçün lazım olan informasiyaların gözlənilməsi aiddir. Konsultativ-metod funksiyası ictimaiyyətlə münasibətlərin təşkili, qaydaya salınması, əməkdaşlıq, pablik rileyşnz proqramlarının hazırlanmasıdır. Beləliklə, ictimaiyyətlə əlaqələr, münasibətlərin təşkili və qaydaya salınması çoxfunksional sistemdir.



9. Beynəlxalq biznes əlaqələri
9.1. Beynəlxalq biznes əlaqələrinin mahiyyəti və məqsədi

9.2. Beynəlxalq biznesin istehsal və elmi-texniki əməkdaşlıq əlaqələri

9.3. Beynəlxalq biznesdə kommersiya əməliyyatları

9.4. Biznesin təşkili mərhələləri və inkişaf istiqamətləri
9.1. Beynəlxalq biznes əlaqələrinin mahiyyəti və məqsədi
Beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi və idarə edilməsi mexanizmində beynəlxalq biznes əlaqələrinin həyata keçirilməsinin böyük iqtisadi əhəmiyyəti vardır. Beynəlxalq biznes dedikdə iki və daha çox ölkələr tərəfindən həyata keçirilən istənilən təsərrüfat əməliyyatlarının aparılmasıdır. Beynəlxalq iqtisadi münasibətlər ölkələr arasında məhsullar, elmi-texiki yaradıcılıq, iqtisadi-texniki əməkdaşlığın digər xidmətlərin aparılmasının təzahür formasıdır. Beynəlxalq biznes əlaqələrində qarşılıqlı münasibətlərdə həm özəl şirkətlər, həm də dövlət təşkilatları səviyyəsində aparıla bilər. Müasir tələblər səviyyəsində beynəlxalq biznes əlaqələrinin daha dərindən öyrənilməsinin bir sıra səbəbləri vardır. Əsas səbəblərdən biri mütəxəssislərin gələcəkdə dünyanın başqa ölkələrində işgüzar əməliyyatların həyata keçirilməsində yaxından iştirak etməsidir. Zəruri şərtlərindən daha bir səbəb ondan ibarətdir ki, idarəetmə texnologiyaları sferasında son nailiyyətlərindən istifadə etməsini, menecmentin öyrənilməsi proqramından istifadə edilməsidir. Qloballaşan iqtisadiyyat şəraitində elmi-texiki tərəqqinin sürətlənməsi ilə şərtlənən məhsuldar qüvvələrin dinamik inkişafı istehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşmanın dərinləşməsinə gətirib çıxarır. İstehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyalaşmanın dərinləşməsi öz növbəsində təchizat bazarının genişlənməsinə və beynəlxalq təsərrüfat əlaqələrinin bütün formalarının inkişafına səbəb olur. Hər bir biznesmen və sahibkar, xüsusilə beynəlxalq biznes sferasında əsas məqsədi sərf olunmuş əmək və kapitala görə mənfəət əldə etməkdən ibarətdir. Hər zaman həmin məhsulların istehsalını biznesmenin özünün təşkil edib etməməsi və yaxud istehsalçı ilə istehlakçı arasında vasitəçi qismində çıxış edib etməməsinin fərqi yoxdur. Müasir qlobal iqtisadiyyatda beyəlxalq biznes beynəlxalq iqtisadi münasibətlərin reallaşdırılmasının əsas və ən əhəmiyyətli sahəsini özündə əks etdirir.
9.2. Beynəlxalq biznesin istehsal və elmi-texniki əməkdaşlıq əlaqələri
Beynəlxalq biznesin istehsal və elmi-texniki əməkdaşlıq sahəsini xüsusi qeyd etmək lazımdır. Bu cür əməkdaşlıq müəyyən təşkilati-idarəetmə fəaliyyətinin nəticəsi kimi çıxış edir və əsas məqsədi istehsalın ixtisaslaşması və kooperasiyası haqqında, elmi-tədqiqatların birgə yerinə yetirilməsi haqqında obyektlərin birgə inşası və istismarının təşkili haqqında, elmi-tədqiqatların birgə yerinə yetirilməsi haqqında ticarət sazişlərini bağlamaqdır. Həmin sazişlər beynəlxalq təsərrüfat sistemində istehsal və elmi-texniki əlaqələrin öyrənilməsi zamanı nəzərə alınmalıdır.

Beynəlxalq biznes fəaliyyəti aşağıdakı məsələlərin ardıcıl həllini tələb edir:

- beynəlxalq ticarətin yeni forma və metodların həllini tələb edir.

- kommersiya əməliyyatlarının aparılması haqqında müqavilələrin hazırlanması və bağlanması.

- ticarət-vasitəçilik strukturunun funksiyası və dünya bazarından kommersiya əməliyyatlarının təşkili.

- beynəlxalq əmtəə birjalarında, xərraclarda, yarmarkalarda və sərgilərdə əməliyyatları təşkili.

- elmi-texniki biliklərin və xidmətlərin beynəlxalq ticarətinin təşkili.

- xarici şirkətlərlə beynəlxalq istehsal-texniki əlaqələrin qurulması.

- dövlətin anti-inhisar tənzimlənməsinin forma və vasitələri.
9.3. Beynəlxalq biznesdə kommersiya əməliyyatları
Beynəlxalq biznes təcrübəsində kommersiya əməliyyatları birbaşa və dolayı metodla həyata keçirilir. Birbaşa metod istehsalçı ilə son istehlakçı arasında birbaşa əlaqələrin qurulması, alqı-satqı müqaviləsi əsasında bilavasitə istehsalçıdan malı sərbəst şəkildə alınaraq son istehlakçıya göndərilməsini nəzərdə tutur. Müəssisələr birbaşa metoddan aşağıdakı hallarda istifadə edirlər:

- uzunmüddətli sazişlər əsasında sənaye xammalının xarici bazarda satılması və alınması;

- iri qabaritli və başqa qiymətli avadanlıqların ixracı;

- özünün pərakəndə satış şəbəkəsi olan xarici filiallar və yeni yaranma firmaları vasitəsilə standart çoxseriyalı avadanlıqların ixracı;

- inkişaf etmiş ölkələrdə bilavasitə istehsalçı- fermerlərdən kənd təsərrüfatı məhsullarının alınması.

Beynəlxalq iqtisadi münasibətlərdə inkişaf etmiş və həm də inkişaf etməkdə olan olkələrdə dövlət müəssisə və təşkilatları tərəfindən həyata keçirilən kommersiya əməliyyatlarının çox hissəsini birbaşa ixrac və idxal təşkil edir. Sənaye təyinatlı məhsulların təchizatında birbaşa satışın həcminin artması hər şeydən əvvəl əmtəə bazarında məhsulların texniki səviyyəsinin yüksək olması, xüsusilə maşın və avadanlıqların sayının çoxalması ilə şərtlənir.

Birbaşa əlaqələrin aşağıdakı xüsusiyyətləri vardır:

- birbaşa xarici istehlakçının spesifik tələbinə uyğun olaraq, əvvəlcədən müəyyən edilmiş məhsul növünün göndərilməsini nəzərdə tutur.

- məqsədyönlü əlamətə malikdir, çünki malgöndərənlərdən təqribi alınmış məhsul növünün göndərilməsini nəzərdə tutur.

- məqsədyönlü istehsal üçün zəruri xammal, material, komplektləşdirici məmulat göndərənlərlə istehlakçı arasında qarşılıqlı münasibətlər uzunmüddətli və etibarlı olmalıdır.

Birbaşa beynəlxalq kommersiya əlaqələrinin inkişafı dolayı yolla məhsulların ixrac və idxalı əməliyyatının nisbətən azalmasına baxmayaraq ticarət- vasitəçi strukturların rolu hələlik yüksək olaraq qalır.

- yeni ideyanı axtarışı və yaradılması

- onun hərtərəfli qiymətləndirilməsi

- biznes-planın işlənib hazırlanması

- fəaliyyət konsepsiyasının yaradılması və məqsədinin seçilməsi

- fəaliyyət strategiyasının işlənib hazırlanması

- tələb olunan ehtiyatların cəlb olunması

- layihələrin həyata keçirilməsi

- müəssisənin təşkili və idarə edilməsi.

Beynəlxalq biznes əlaqələrinin müxtəlif formaları mövcuddur. Bu formaları dərindən təhlil edərək qarşıya qoyulan konkret məqsədə nail olmağı təmin edə bilən formanı seçir. Beynəlxalq biznes fəaliyyətinin təşkili formasının seçilməsinə təsir edən əsas amillərə hüquqi aspekt, xərclərin həcmi, qazanılmış təcrübə, rəqabətin və riskin səviyyəsi, nəzarətin bölünməsi aiddir. Beynəlxalq biznesin inkişafının başlıca istiqaməti regional iqtisadi inteqrasiyanın inkişafı və dərinləşdirilməsidir. Beynəlxalq iqtisadi əməkdaşlıq ayrı-ayrı ölkələr arasınnda müstəqillik, bərabərlik, bir-birinin daxili işlərinə qarışmamaq və tərəflərin qarşılıqlı səmərə prinsipi əsasında müxtəlif iqtisadi və elmi-texniki əlaqələrin inkişafıdır. Beynəlxalq iqtisadi əməkdaşlığın formalarından biri əmtəə sazişidir. İnkişaf etmiş ölkələr ənənəvi möhkəm valyuta axınını təmin edən bir-iki məhsulun ixracını nəzərdə tuturlar, hansı ki, bunsuz iqtisadi tərəqqi qeyri-mümkündür. Qiymətin stabil saxlanılması üçün istehsalçı və istehlakçı ölkələr arasında əmtəə sazişi imzalanır. Müəyyən səviyyədə qiyməti saxlamaqdan ötrü istehsalçı və istehlakçı ölkələr arasında istehsal və satışın həcmini bölüşdürərkən kvota sistemi tətbiq edilir. Kvota-idxal və ixrac olunan mallara qiymət və kəmiyyət ifadəsində qoyula məhdudiyyətdir və tənzimlənmədir. Daha doğrusu kvota hər hansı bir tədiyyələrin ümumi pul tərkibində olan payı, yaxud hər hansı malın istehsalında, satılmasında, ixrac və idxalında ortaq olmaq norması, həddi ölçüsüdür. Kvota adətən idxal və ya ixraca icazə verən lisenziyalar arasında bölüşdürülür. Lisenziyalar təsdiq edilmiş əmtəə siyahısına müvafiq olaraq xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən verilir.

- uzunmüddətli sazişlər əsasında sənaye xammalının xarici bazarda satılması və alınması;

- iri qabaritli və başqa qiymətli avadanlıqların ixracı;

- özünün pərakəndə satış şəbəkəsi olan xarici filiallar və yeni yaranma firmaları vasitəsilə standart çoxseriyalı avadanlıqların ixracı;

- inkişaf etmiş ölkələrdə bilavasitə istehsalçı- fermerlərdən kənd təsərrüfatı məhsullarının alınması.

Beynəlxalq iqtisadi münasibətlərdə inkişaf etmiş və həm də inkişaf etməkdə olan olkələrdə dövlət müəssisə və təşkilatları tərəfindən həyata keçirilən kommersiya əməliyyatlarının çox hissəsini birbaşa ixrac və idxal təşkil edir. Sənaye təyinatlı məhsulların təchizatında birbaşa satışın həcminin artması hər şeydən əvvəl əmtəə bazarında məhsulların texniki səviyyəsinin yüksək olması, xüsusilə maşın və avadanlıqların sayının çoxalması ilə şərtlənir.

Birbaşa əlaqələrin aşağıdakı xüsusiyyətləri vardır:

- birbaşa xarici istehlakçının spesifik tələbinə uyğun olaraq, əvvəlcədən müəyyən edilmiş məhsul növünün göndərilməsini nəzərdə tutur.

- məqsədyönlü əlamətə malikdir, çünki malgöndərənlərdən təqribi alınmış məhsul növünün göndərilməsini nəzərdə tutur.

- məqsədyönlü istehsal üçün zəruri xammal, material, komplektləşdirici məmulat göndərənlərlə istehlakçı arasında qarşılıqlı münasibətlər uzunmüddətli və etibarlı olmalıdır.

Birbaşa beynəlxalq kommersiya əlaqələrinin inkişafı dolayı yolla məhsulların ixrac və idxalı əməliyyatının nisbətən azalmasına baxmayaraq ticarət- vasitəçi strukturların rolu hələlik yüksək olaraq qalır.



9.4. Biznesin təşkili mərhələləri və inkişaf istiqamətləri
Bizneslə məşğul olmaq istəyən hər bir biznesmen və sahibkarın məqsədi öz fəaliyyət sferasını müəyyən etmək, uğur gətirən yeni ideyanı tapmaq, mümkün risk və mənfəət proqnozu nöqteyi nəzərdən onu hərtərəfli qiymətləndirməyi bacarmalıdır. Biznesin təşkili bir sıra mərhələləri özündə əks etdirir.

- yeni ideyanı axtarışı və yaradılması

- onun hərtərəfli qiymətləndirilməsi

- biznes-planın işlənib hazırlanması

- fəaliyyət konsepsiyasının yaradılması və məqsədinin seçilməsi

- fəaliyyət strategiyasının işlənib hazırlanması

- tələb olunan ehtiyatların cəlb olunması

- layihələrin həyata keçirilməsi

- müəssisənin təşkili və idarə edilməsi.

Beynəlxalq biznes əlaqələrinin müxtəlif formaları mövcuddur. Bu formaları dərindən təhlil edərək qarşıya qoyulan konkret məqsədə nail olmağı təmin edə bilən formanı seçir. Beynəlxalq biznes fəaliyyətinin təşkili formasının seçilməsinə təsir edən əsas amillərə hüquqi aspekt, xərclərin həcmi, qazanılmış təcrübə, rəqabətin və riskin səviyyəsi, nəzarətin bölünməsi aiddir. Beynəlxalq biznesin inkişafının başlıca istiqaməti regional iqtisadi inteqrasiyanın inkişafı və dərinləşdirilməsidir. Beynəlxalq iqtisadi əməkdaşlıq ayrı-ayrı ölkələr arasınnda müstəqillik, bərabərlik, bir-birinin daxili işlərinə qarışmamaq və tərəflərin qarşılıqlı səmərə prinsipi əsasında müxtəlif iqtisadi və elmi-texniki əlaqələrin inkişafıdır. Beynəlxalq iqtisadi əməkdaşlığın formalarından biri əmtəə sazişidir. İnkişaf etmiş ölkələr ənənəvi möhkəm valyuta axınını təmin edən bir-iki məhsulun ixracını nəzərdə tuturlar, hansı ki, bunsuz iqtisadi tərəqqi qeyri-mümkündür. Qiymətin stabil saxlanılması üçün istehsalçı və istehlakçı ölkələr arasında əmtəə sazişi imzalanır. Müəyyən səviyyədə qiyməti saxlamaqdan ötrü istehsalçı və istehlakçı ölkələr arasında istehsal və satışın həcmini bölüşdürərkən kvota sistemi tətbiq edilir. Kvota-idxal və ixrac olunan mallara qiymət və kəmiyyət ifadəsində qoyula məhdudiyyətdir və tənzimlənmədir. Daha doğrusu kvota hər hansı bir tədiyyələrin ümumi pul tərkibində olan payı, yaxud hər hansı malın istehsalında, satılmasında, ixrac və idxalında ortaq olmaq norması, həddi ölçüsüdür. Kvota adətən idxal və ya ixraca icazə verən lisenziyalar arasında bölüşdürülür. Lisenziyalar təsdiq edilmiş əmtəə siyahısına müvafiq olaraq xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən verilir.



Mövzu 10. Biznes əlaqələrində kommersiya bankları
10.1 Kommersiya banklarının yaradılması

10.2 Kredit təşkilatlarına bank lisenziyalarının verilməsi

10.3 Bankların fəaliyyəti və lisenziyanın geri götürülməsi qaydası

10.4 Kommersiya banklarının təşkilati və idarəetmə strukturları

10.5 Kommersiya banklarının funksiyaları
10.1 Kommersiya banklarının yaradılması
Kommersiya bankı konkret olaraq fiziki və hüquqi şəxslərdən vəsaitlərin qaytarmaq və ödəmək şərti ilə cəlb edilməsi və yerləşdirilməsi üçün yaradılmış və digər çoxlu bank əməliyyatlarını həyata keçirən hərtərəfli kredit təşkilatıdır. “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti” haqqında qanunda göstərilmişdir:

- kredit təşkilatı dedikdə öz fəaliyyəti məqsədində mənfəət götürmək üçün Milli Bankın lisenziyası əsasında, qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını aparmaq hüququna malik olan şəxsdir.

- bank dedikdə- fiziki və hüquqi şəxslərin pul vəsaitlərini cəlb etmək, həmin vəsaiti müddətlik və faizlə geri qaytarmaq şərtilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxlərin hesabını açmaq və aparmaq üçün müstəsna hüquqa malik olan kredit təşkilatıdır.

Kommersiya banklarının fəaliyyəti ikili xüsusiyyətə malikdir. Bir tərəfdən onlar kommersiya təşkilatı olmaqla yanaşı, həm də cəmiyyətin ictimai təşkilatları kimi çıxış edir. Digər tərəfdən kommersiya təşkilatı kimi onlar maksimal mənfəət əldə etmək istiqamətində fəaliyyət göstərir. Kommersiya banklarının fəaliyyətinin bu iki cəhəti qarşılıqlı vəhdət təşkil edir və daimi olaraq dövlətin və cəmiyyətin nəzarətindədir. Azərbaycan hökuməti və Milli Bank bankların yaradılmasının və fəaliyyət göstərməsinin əsas qaydalarını tənzimləyir, nizamlayıcı normativlər sistemindən istifadə edərək onların fəaliyyətinə nəzarət edir. Azərbaycan Respublikasının mövcud qanunlarının tələblərinə əsasən kommersiya bankları hüquqi şəxs statusu almaq üçün Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Kommersiya bankları bununla əlaqədar olaraq təsdiqedici sənədlər toplusunu hazırlamalı, bu sənədlər Milli Bankın aidiyyatlı şəxsləri tərəfindən yoxlanmalı, qanunvericiliyin tələblərinə uyğunlaşdırılmalıdır. Sənədlər toplusu “Hüquqi Şəxslərin dövlət qeydiyyatı haqqında“ Azərbaycan Respublikasının qanununa uyğun olaraq Ədliyyə Nazirliyinə təqdim edir. Kommersiya bankı dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu aldıqdan sonra bank lisenziyası almaq üçün Milli Banka yazılı olaraq müraciət edir.



10.2 Kredit təşkilatlarına bank lisenziyalarının verilməsi
Yeni yaranan kommersiya bankları qeyd olunan sənədləri bank lisenziyası almaq üçün Milli Banka təqdim edir. Qanunvericiliyə əsasən Milli Bank bu məsələyə 30 gün müddətinə baxmalıdır. Bunun üçün Milli Bankda sənədlərin ilkin ekspertizası aparılır və onun nəticələri barəsində 3 gün müddətində həmin vasitəçiyə məlumat verilir. Sənədlər tələblərə uyğun olduqda Milli Bank yeni kredit təşkilatları üçün hesab açır və həmin dövr üçün müəyyən edilmiş minimal nizamnamə kapitalının ödənilməsini tələb edir. Tələb olunan minimal nizamnamə kapitalının tam məbləğdə ödənilməsi haqda sənədlər kredit təşkilatları tərəfindən təqdim edildikdən sonra Milli Bank 3 gün müddətində kredit təşkilatlarına bank əməliyyatlarının aparılması üçün lisenziya verilməsi haqqında qərar qəbul edir.

Milli Bank tərəfindən yeni kredit təşkilatlarına bank lisenziyası qeyri-müəyyən müddətə verilir. Lısenziya verilərkən onun verilməsi haqqında qərqrında Milli Bank kredit təşkilatlarına əsalandırılmış şərtlər və məhdudiyyətlər qoya bilər.Belə şərt və məhdudiyyətlər lisenziya verildikdən sonra kredit təşkilatı “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” qanuna və ya Milli Bankın hər hansı normativ sənədinə əməl etmiş olsun. Kredit təşkilatı bank lisenziyası aldıqdan sonra bank statusu alır, bank sisteminə daxil olur və fəaliyyətə başlayır. Milli Bank qeydiyyatdan keçdiyi bütün kredit təşkilatlarını, ümumi yoxlama və kütləvi məlumat almaq üçün lisenziyaların və icazələrin mərkəzi qeydiyyatına daxil edir. Qeydiyyatda kredit təşkilatlarının onların filiallarının adları, ünvanları, lisenziya və icazələrin qeydiyyat nömrələri və tarixi yazılır.

Kredit təşkilatları fəaliyyətlərini Nizamnamə əsasında qururlar. Nizamnamə dövlət qeydiyyat orqanı olan Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ona dəyişikliklər etmək zərurəti yarandıqda bütün dəyişikliklər dövlət qeydiyyatı orqanında qeyd olunmalıdır.

Kredit təşkilatları bank lisenziyası almaq üçün müəyyən edilmiş sənədlərdən başqa onların etibarlılığını qiymətləndirməyə və likvidliyini qorumağa imkan verən bəzi tələbləri özündə əks etdirən sənədlərdə hazırlanır.

Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasının ərazisində kredit təşkilatlarına siyasi partiyalar, ictimai təşkilatlar, nəzərdə tutulan digər təşkilati hüquqi formada yaradıla bilər.


Yüklə 329,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə