Mövzu Fənnin mahiyyəti və vəzifələri


Bankların fəaliyyəti və lisenziyanın geri götürülməsi qaydası



Yüklə 329,29 Kb.
səhifə4/5
tarix27.03.2018
ölçüsü329,29 Kb.
#34994
1   2   3   4   5

10.3 Bankların fəaliyyəti və lisenziyanın geri götürülməsi qaydası
Kommersiya bankları ölkə iqtisadiyyatında mühüm əhəmiyyət daşıyan, özünəməxsus xüsusiyyətə malik olan iqtisadi təşkilatdır. Onlar dövlət hakimiyyət və idarəetmə strukturlarından asılı olmayan müstəqil qurumlardır. Kommersiya bankları öz fəaliyyətini aşağıdakı prinsiplər əsasında qurur:

- Kredit təşkilatlarıın bütün fəaliyyət istiqamətlərində müstəqilliyi;

- İdarəetmə və təşkilati strukturun müəyyənləşdirilməsində müstəqillik;

- Rəhbər işçilərin, filial rəhbərlərinin seçilməsi və təyin edilməsidə müstəqillik;

- Müştərilərin sərbəst, azad surətdə, qarşılıqlı anlaşma şəraitində seçilməsi;

- Öz fəaliyyətinin nəticələrinə görə tam maddi məsuliyyət daşıması;

- Qanunla müəyyənləşdirilmiş qaydada, öz əmanətçilərinin borclarını, qiymətli kağız sahiblərinin, öz səhmdar və payçılarını qarşısında öhdəliklərin yerinə yetirilməsi;

- Risklərin minimuma, mənfəətin maksimuma çatdırılması əməliyyatlarının yerinə yetirilməsi.

Göründüyü kimi, kredit təşkilatlarının əsas fəaliyyət prinsiplərində biri müstəqillikdir. Bank sisteminin fəaliyyət tarixi göstərir ki, normal fəaliyyət göstərə bilməyən, likvidliyini qoruya bilməyən qanunsuzluqlara yol verən kredit təşkilatlarının lisenziyaları geri götürülə bilər.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyində bank lisenziyalarının geri götürülməsi halları nəzərdə tutulmuşdur. Lisenziya geri götürülərkən bu Milli Bankın idarə heyətinin qərarı ilə rəsmiləşdirilir və bütün səbəblər göstərilməklə kredit təşkilatlarına yazılı surətdə bildirilir. Bununla yanaşı Milli Bank kredit təşkilatlarının lisenziyalarının geri alınması barədə 5 gün müddətində Ədliyyə Nazirliyinə xəbər verir, bu barədə mətbuatda rəsmi məlumat verilir. Bank lisenziyaların geri götürülməsi haqqında qərar qüvvəyə mindiyi gündən bütün əməliyyatlar dayandırılır. Kredit təşkilatının ləğv edilməsi prosesi bankın özünün, ehtiyac olduğu hallarda isə Milli Bankın yaratdığı ləğvetmə kommersiyasının nəzarəti altında keçirilir.


10.4 Kommersiya banklarının təşkilati və idarəetmə strukturları
Kredit təşkilatları ölkə ərazisində fəaliyyətini öz nizamnaməsi və qanunun tələbləri çərçivəsində tərtib və qəbul edir. Nizamnamədə kredit təşkilatlarının strukturu, yaranma qaydaları, fuksiyaları əks olunur.

Kommersiya bankları öz fəaliyyətini dövlət qeydiyyat orqanında təsdiq edilmiş nizamnamə əsasında həyata keçirirlər. Kredit təşkilatlarının ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Hər bir kredit təşkilatı normal fəaliyyət göstərmək, özünün fəaliyyət strategiyasını hazırlamaq və fəaliyyətə nəzarəti həyata keçirmək üçün daxili strukturlarını, müşahidə şurasını, maliyyə-təftiş komissiyasını, məsul icra orqanı olan idarə heyyətini yaradır. Mövcud qanunvericiliyə görə müşahidə şurası kredit təşkilatının fəaliyyəti üzərində nəzarəti həyata keçirir. Strukturlardan biri də Maliyyə-təftiş komissiyasıdır. Bu komissiya da kredit təşkilatlarının ümumi yığıncağı tərəfindən 4 il müddətinə seçilir. Onun təşkili ən azı 3 nəfər olmaqla seçilir. İdarə heyəti kredit təşkilatlarının məsul icra orqanıdır. Bu orqan səlahiyyət müddəti ərzində kredit təşkilatlarını idarə edir və bütövlükdə onun fəaliyyəti üçün tam məsuliyyət daşıyır. İdarə heyəti 3 nəfərdən az olmamaq şərti ilə 4 il müddətinə seçilir.



10.5 Kommersiya banklarının funksiyaları

Mülkiyyət formasından asılı olmayaraq kommersiya bankları iqtisadiyyatın müstəqil subyektidir. Onlar paylar-səhmlər əsasında təşkil edilirlər, dövlət, səhmdar, kooperativ qarışıq formada olurlar. Kommersiya bankları öz fəaliyyətləri dövründə əsasən aşağıdakı funksiyaları yerinə yetirirlər:

- müvəqqəti sərbəst pul vəsaitlərinin edilməsi və onların kapitala çevrilməsi;

- dövlətin müxtəlif mülkiyyət formaları;

- kredit pulların buraxılması;

- təsərrüfatda hesablamaların və ödəmələrin həyata keçirilməsi;

- müştərilərə kassa-hesablaşma xidməti;

- məsləhətlər, iqtisadi və maliyyə məlumatlarının verilməsi.

Sərbəst pul vəsaitlərinin kapitala çevrilməsi funksiyasında kommersiya bankları pul gəlirlərini səfərbər edir və onları əmanət şəklində qəbul edir. Hər bir əmanətçi faiz formasında mükafat alır. Beləliklə bank tərəfindən əmanət kimi qəbul edilmiş vəsaitlər kapitala çevrilir. Kommersiya bankları mövcud bank qanunvericiliyi əsasında fəaliyyət göstərirlər.

Mövzu 11. Əmtəə və təsərrüfat sferasıda əməkdaşlıq
11.1 Əmtəə alıcıları arasında təsərrüfat əlaqələri

11.2 Əmtəələrin topdansatışının formaları və metodları

11.3 Əmtəələrin pərakəndə satışı üzrə kommersiya xidməti

11.4 Əmtəələrin pərakəndə satış metodları

11.1 Əmtəə alıcıları arasında təsərrüfat əlaqələri
Əmtəə alıcıları və təchizatları arasında təsərrüfat əlaqələri geniş dairəsinə malik olan bir sistem kimi meydana çıxır. Təchizat prosesində alıcılar və satıcılar arasında yaranan iqtisadi, təşlilati, kommersiya, inzibati- hüquqi, maliyyə və digər münasibətlər aiddir.

Təsərrüfat əlaqələri sistemində xüsusilə sənaye müəssisələrində təsərrüfat əlaqələri yaradılarkən təsərrüfat müqavilələri, müqavilə tələblərinin yerinə yetirilməsinə nəzarət, iqtisadi sanksiyanın tətbiqi, təklif olunan məhsulun keyfiyyətinin yoxlanılması, maliyyə münasibətlərinin yaradılması, inzibati hüquq normasının tətbiq edilməsi və s. aid edilir.

Əmtəələrin alqı – satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təsərrüfat əlaqələri formalarından biridir. Azərbaycan kommersantları üçün alqı – satqı müqavilələrinin həyata keçirilməsinin normativ hüquqi bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Alqı – satqı müqaviləsinə görə tərəflərdən biri digər tərəfin mülkiyyətinə verməyi alıcı isə qəbul edilmiş məhsula görə onun əvəzinə müəyyən pul məbləğinin verilməsini öz öhdəsinə götürür. Alqı – satqı müqavilələri tərəflər arasında sabit qarşılıqlı təsərrüfat münasibətlərinin mövcud olduğu halda və vaxtaşırı böyük həcmli mal göndərilməsi zamanı bağlanır. Alqı – satqı müqavilələrində məhsulların növü, çeşidi, göndərilmə müddəti qaydaları, məhsulların keyfiyyəti və komplektliyi, tərəflərin mülkiyyət məsuliyyətləri nəzərdə tutulmalıdır. Belə ki, müqavilələrdə əmtəələrin cari göndərişi üçün sifarışlərin təqdim olunması qaydası, təşkilatlara mal göndərilməsi üzrə yerinə yetirməyən hər

bir sifariş üzrə müəssisələrin məsuliyyəti, məhsul növləri üzrə çatışmamazlıqlar üçün məsuliyyət, müəssisələr tərəfindən sifarişlərin təqdim olunması üçün məsuliyyəti nəzərdə tutulmalıdır. Tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozulduqda və ya bu məsələdə, bu müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri öhdəliklər mütləq yerinə yetirilməlidir.




11.2 Əmtəələrin topdansatışının formaları və metodları

Əmtəələrin topdansatışı pərakəndə satışdan fərqli olaraq əmtəələrin topdan alıcılarla reallaşdırılmasını nəzərdə tutur. Belə satışın nəticəsi topdan mal dövriyyəsinin müəyyən məbləğində öz əksini tapır.Əmtəələrin topdansatışı iki formada həyata keçirilə bilər. 1. Tranzit 2. Anbar Tranzit formada müəssisə məhsullarını öz anbarlarına daxil etmədən onların satışını aparır və ya məhsulların satışını öz anbarlarında həyata keçirir. Tranzit mal dövriyyəsinin əmək tutumu anbar dövriyyəsindən xeyli aşağıdır. Məhsulların tranzit daşınması üçün əsas sənəd məhsullar məhsulların sifarişi siyahısıdır. Bu da topdan müəssisə tərəfindən tərtib olunur və ya konkret malgöndərənə ünvanlanır, bir surəti isə bazanın alıcısına göndərilir. Əmtəələrin hərəkəti müəssisənin anbar təsərrüfatında saxlanılır. Əmtəələri hərəkəti müəssisənin anbar təsərrüfatında saxlanılır. Əmtəələrin anbarlardan topdansatışı zamanı aşağıdakı metodlar tətbiq olunur.

- məhsulların alıcılar tərəfindən şəxsi seçimi yolu ilə;

- yazılı telefon, teleqraf, teletayp, telefaks sifarişi ilə;

- maldaşıyan əmtəəşünaslar vasitəsilə məhsul nümunələrinin nümayiş etdirilməsi yolu ilə.

Məhsul seçimində alıcılar üçün əlverişli şərait yaratmaq məqsədilə istehlak kooperasiyasının topdan bazarları, məhsulların topdansatışının məhsul nümunələri zalları, ticarət kommersiya köşkləri vasitəsilə həyata keçirirlər. Bazar münasibətləri şəraitində yalnız məhsul satışı topdan müəssisələrin əsas funksiyası kimi nəzərdən keçirilə bilməz. Topdan ticarətin səmərəliliyi topdan müəssisələrin öz müştərilərinə - məhsul alıcılarına və malgöndərənlərəgöstərdiyi xidmətlərin kəmiyyəti və keyfiyyəti ilə xarakterizə olunur. Məhsul hərəkəti şəraitindən və bazar münasibətləri iştirakçılarına göstərilən informasiya kommersiya xidmətlərindən asılı olaraq topdan ticarət xidmətlərinin tərkibi və növləri çox müxtəlif ola bilər. Bazar münasibətləri şəraitində müəssisələr öz xüsusi mağazaları, anbarları vasitəsilə və avtomağazalardan istifadə edərək məhsulların əhaliyə pərakəndə satışını da həyata keçirirlər. Bu hallarda topdan müəssisələr faktiki olaraq topdan – pərakəndə firmalara və ya ticarət evlərinə çevrilirlər.



11.3 Əmtəələrin pərakəndə satışı üzrə kommersiya xidməti

Pərakəndə ticarət müəssisələri pərakəndə ticarətin özünəməxsus, xüsusi spesifik üsul və metodlarını tətbiq etməklə, məhsullarını bilavasitə əhaliyə, yəni fiziki şəxslərə satırlar. Əhaliyə ticarət xidmətlərinin göstərilməsi xüsusi quraşdırılmış və avadalıqlarla təchiz olunmuş ticarət yerlərinin olmasını şərtləndirir. Bu yerlər alıcılara xidmətin daha da yaxşılaşdırılmasını, ticarət çeşidlərinin seçilməsi və formalaşdırılmasını, əhalinin tələbinin dəyişməsinə müvafiq olaraq dəyişdirilməsi mümkünlüyünü təmi etmək, konkret alıcıya əmtəə təklif etmək, satmaq bacarığını nümayiş etdirmək işinə xidmət etməlidir. Bazar münasibətləri şəraitində Azərbaycanda pərakəndə ticarət inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində ticarətin inkişaf təcrübəsindən istifadə edir, ölkələrdə böyük insa resursları cəmləşir, bu sahəyə geniş həcmdə maliyyə vəsaitləri cəlb olunur, elm və texnikanın son nəaliyyətləri geniş tətbiq olunur,ticarətdə özünəxidmət metodu ilə həyata keçirilir. Özünəxidmət metoduna keçmək və pərakəndə satış ticarətdə məşğul olanların tərkibi dəyişir. Pərakəndə satış ticarət şəbəkəsində məhsulların müvəffəqiyyətli satışının əsas kommersiya şərtlərindən biri də əhalinin alıcılıq tələbinin öyrənilməsi və proqnozlaşdırılmasından ibarətdir. Topdan ticarət müəssisələrində bu iş əsasən tələbin öyrənilməsi və proqnozlaşdırılması, tələbin quruluşunun müəyyənləşdirilməsi istiqamətinə yönəldilmişdir. Pərakəndə ticarətdə tələbin öyrənilməsi ilə mütəxəssislər- marketoloqlar, iqtisadçılar, ticarət firmalarının, birliklərin və ya mağazaların kommersantları məşğul olurlar. Əmtəələrin pərakəndə satışının ən səmərəli metodlarının seçilməsi ticarət müəssisələrinin kommersiya işinin mühüm mərhələsini təşkil edir. Əmtəələrin satışının səmərəli təşkili mağazanın mal dövriyyəsinin artımına, əhalinin tələbinin daha yaxşı ödənilməsinə şərait yaradır və müəssisənin işinin rentabelliyini təmin edir.




11.4 Əmtəələrin pərakəndə satış metodları
Məhsul satışı üzrə əməliyyatların xarakteri və quruluşu, reallaşdırılan məhsulların çeşidindən və onların satış metodlarından bilavasitə asılıdır. Belə ki, gündəlik tələbat malların seçiminə alıcı xeyli az vaxt sərf edir. Satışı müxtəlif metodlarını tətbiq edən mağazalarda əmtəə satışı üzrə əməliyyatlar fərqlənir. Pərakəndə ticarətda əmtəə satışının aşağıdakı metodları tətbiq edilir.

- özünəxidmət;

- nümunələr üzrə;

- malların açıq nümayişi və alıcıların məhsulları seçmək yolu.

Əmtəələrin özünəxidmət əsasında satışı – alıcılarla məhsul satışının ən əlverişli metodlarından biridir. Bu metod ticarət şəbəkəsində düzülmüş məhsullarla alıcıların sərbəst satıcıların köməyi olmadan sərbəst seçmək mümkünlüyü nəzərdə tutur. Bu metod əksər ərzaq və qeyri - ərzaq malların satışı zamanı tətbiq olunur.

Əmtəələrin nümunələri üzrə satışını məhsulların ticarət sahəsində nümayiş etdirilməsini və alıcıların onlarla müstəqil surətdə tanış olmasını nəzərdə tutur. Məhsulların çeşidindən və onların haqqı ödənildikdən sonra satıcı nümunələrə uyğun məhsulları alıcıya təqdim edir. Bu metod ona görə əlverişlidir ki, ticarət sahəsində kifayət qədər geniş çeşiddə məhsul nümunələri yerləşdirmək mümkündür. Əmtəələrin sərbəst seçmək üsulu ilə satış zamanı alıcılar satıcının işçi yerində düzülmüş məhsullarla müstəqil tanış olmaq və seçib almaq imkanı əldə edir. Satışın bu metoduna alıcının funksiyalarına alıcılara məsləhət vermək, məhsul seçimində kömək etmək və lazımi məhsulları təqdim etmək aiddir. Sadaladığımız əlavə xidmətlərlə yanaşı mağazada alıcılar üçün əlverişli olan digər xidmətlər də göstərilə bilər. Əhaliyə göstərilən ticarət xidmətlərinin geniş və çoxluğu mağazalarda daha çox alıcıların cəlb olunmasına və əldə edilən gəlirlərin artmasına imkan verir.




Mövzu 12. Biznes əlaqələrində Holdinq Şirkətləri
12.1. Biznes fəaliyyətində Holdinq Şirkətlərinin rolu

12.2. Holdinq Şirkətlərinin yaradılması

12.3. Holdinq Şirkətlərinin formalaşması

12.4. Holdinq Şirkətlərinin layihələşdirilməsi
12.1. Biznes fəaliyyətində Holdinq Şirkətlərinin rolu
İndiki şəraitdə biznesin səmərəli təşkili və intensiv inkişaf etdirilməsi təkcə ölkə daxilində əmtəə-pul münasibətlərinin inkişafı deyil, həm də xarici-iqtisadi, ticarət və elmi-texniki əlaqələrin möhkəmləndirilməsinə zəruri şərait yaratdı. O cümlədən Azərbaycan Respublikası üçün biznes fəaliyyətini inkişaf etdirməklə dünya iqtisadiyyatına sıx inteqrasiya müstəsna əhəmiyyətə malikdir. Keçid dövründə Azərbaycan Respublikası da artıq sınaqdan çıxmış bu təcrübələrdən bacarıqla istifadə edərək öz milli iqtisadiyyatını bazar münasibətləri əsasında formalaşdırır və intensiv inkişaf etdirir. Biznes fəaliyyətinin səmərəli təşkilində, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasında, yeni sahələrin yaradılmasında, o cümlədən Holdinq Şirkətlərinin yaradılmasına da çox böyük diqqət yetirildi. Holdinq Şirkətlərində sənaye kapital, investisiya, elmi yaradıcılıq, kompyuterləşdirilmiş iş yerlərində ixtisaslı kadrlar cəmləşir. Respublikamızda dövlət əmlakının özəlləşdirilməsi və iqtisadiyyatın indiki inkişaf prosesində bizesin müxtəlif təşkilati-hüquqi formaları-səhmdar cəmiyyəti maliyyə-sənaye qrupları, Holdinq Şirkətləri yaradılmışdır. Təcrübə sübut etmişdir ki, Holdinq Şirkətləri bazar iqtisadiyyatı şəraitində idarəetməni ən effektiv formasıdır. Holdinq Şirkətlərinin maliyyə aktivlərinin çox hissəsini başqa kompaniyaların, cəmiyyətlərin səhmləri təşkil edir. Holdinq Şirkətlərinin mülkiyyətçiləri çoxlu sayda müəssisələr, səhmdarlar ola bilər ki, bu da böyük həcmdə kapitalın formalaşmasını asanlaşdırır. Holdinq Şirkətləri müstəqil olaraq müqavilə bağlamağa, mülkiyyətə malik olan, iddiaçı cavabdeh qismində çıxış edə bilər və hüquqi şəxs kimi çıxış edir. Məsuliyyətin məhdudluğu Holdinq Şirkətlərinin üstün cəhətlərindən biridir. Şirkət öz hərəkətləri üçün öhdəlikləri üzrə məsuliyyət daşıyır. Holdinq Şirkətlərinin səhmdar kapitalı müəssisədir, ən üstün cəhətlərindən biri də iri biznesin səmərəli idarə edilməsi hesab olunur.

12.2. Holdinq Şirkətlərinin yaradılması
Bazar iqtisadiyyatı inkişaf etmiş ölkələrdə Holdinq Şirkətləri geniş yayılıb, hətta bir çox mövcud korporasiyalar Holdinq Şirkətlərinə transformasiya olunurlar. Holdinq Şirkətlərinin yaradılmasının zəruriliyi hər şeydən əvvəl onunla izah edilir ki, yeni müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasında böyük rol oynayır. Holdinq Şirkətlərinin yaradılması biznesin inkişaf strategiyası ilə sıx surətdə əlaqədardır. Biznesin inkişaf strategiyasının dörd növü mövcuddur:- təmərküzləşdirilmiş artım strategiyası, inteqrasiyalaşdırılmış artım strategiyası, diversifikasiyalaşmış artım strategiyası, azalma strategiyası. Holdinq Şirkətləri biznesin inkişaf strategiyalarının müvəffəqiyyətlə həyata keçirilməsində son dərəcə müstəsna rol oynayırlar. Müstəqil dövlət birliyi ölkələrində, o cümlədən Azərbaycan Respublikasında Holdinq Şirkətlərinin böyük əksəriyyəti qarışıq holdinqlərdir. Buna misal olaraq “Azərenerji”, “Azərqaz”, Azər Sun” və s. Holdinq Şirkətlərini göstərmək olar. Hazırda Azərbaycanda 61-dən çox Holdinq Şirkətləri fəaliyyət göstərir ki, onlardan 17-si transmilli şirkətlərdir. Respublikamızda xarici Holdinq Şirkətlərinin 6 filialları və 8 nümayəndəlikləri açılıb. Hal-hazırda Holdinq strukturları iqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olurlar. Araşdırmalar göstərir ki, korporativ sektor təsərrüfatçılığın bazar mexanizmi və dövlətin tənzimləmə sistemi ilə yanaşı bazar iqtisadiyyatının başlıca qüvvəsidir. Bunu Azərbaycandakı Holdinq Şirkətlərinin istehsal-təsərrüfat fəaliyyətinin nəticələri bir daha təsdiq edir.

12.3. Holdinq Şirkətlərinin formalaşması
Holdinq şirkətlərinin fəaliyyətinin mahiyyəti, ilk növbədə istehsalın sürətli inkişafı üçün müəssisə və firmaların vəsaitlərini cəlb etməkdən ibarətdir. Ona görə də, Holdinq strukturlarının başlıca məqsədi alınan mənfəətin yığılması və investisiyaya yönəldilməsi hesabına öz kapitalını artırmaqdır. Bu isə cəmiyyətin müəyyən növ məhsul və xidmətlərə olan tələbatının ödənilməsi məqsədilə əsalanır. Holdinq şirkətkəri aşağıdakı əlamətlərinə görə təsnifləşdirilir. Rəqabət qabiliyyətli holdinq şirkətlərinin formalaşması üzrə tədbirlərdə ölkənin sosial – iqtisadi inkişafının prioritet istiqamətləri və biznesin inkişafına dövlət dəstəyi mütləq nəzərə alınmalıdır. İqtisadiyyatın idarə olunması və tənzimlənməsində dövlətin inkişafını nəzərə alınmaqla holdinq şirkətinin təşkilati layihəsini işləyib hazırlayarkən aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

- Holdinq şirkətinin əsas müəssisəsinə dövlətin səhm paketinin verilməsi;

- Dövlətin mülkiyyətinin özəlləşdirilməsi prosesində dövlətin nəzarət səhm paketi vasitəsilə holdinq şirkətinin əsas müəssisəsinin yaradılması;

- Holdinq şirkətlərində müqavilə münasibətlərinin yaradılmasına, idarəetmə kadrlarının yerləşdirilməsinə dövlətin dəstək verməsi.

Bu tədbirləri nəzərə almaqla, layihələndirilən holdinq şirkətləri proqram – məqsədli, ixracyönlü, problem və transmilli ola bilər.

Proqram – məqsədli holdinq şirkətləri ölkə və regional əhəmiyyətli məqsəd proqramların reallaşdırılmasında həqiqi aparıcı rolunu oynayır və bunun üçün aşağıdakı şərtləri nəzərə almalıdır.

- Proqram tədbirlərin həyata keçirilməsinin xalq təsərrüfatı və kommersiya əhəmiyyətli, istehsal edilən məhsullar yüksək rəqabət qabiliyyətli olmalıdır;

- Proqram iştirakçılarını maliyyələşdirmək üçün müsabiqədə bank təminatı olan holdinq şirkətlərinə üstünlük verilməlidir;

- Müəssisənin ixrac fəaliyyətinin reallaşması istiqamətlərini dəqiqləşdirmək və yeniləşdirmək;

- Seçilən, müəssisə və təşkilatların maliyyə vəziyyətlərinin ekspertizasını aparmaq;

- Holdinq şirkətlərin yaradılması üzrə zəruri tədbirlərin həyata keçirilməsinə kömək etmək.


12.4. Holdinq Şirkətlərinin layihələşdirilməsi
Holdinq şirkətlərinin təşkilati layihələşdirilməsində holdinq münasibətlərinin çoxcəhətli və müxtəlif növlülüyünün nəzərə alınması çox vacibdir. Bununla əlaqədar olaraq holdinq şirkətləri iki növə bölünür. A) yeni yaradılan müəssisələrin əmlakına sahib olmağa əsaslanan “sərt” holdinq b) Birgə fəaliyyətin tənzimlənməsi haqqında müqavilə və digər münasibətlərə əsasən fəaliyyət göstərən “yumşaq” holdinq.

Müqavilə münasibətlərinə əsasən holdinq şirkəti yaradılarkən layihədə əsas firmanın yerinə yetirəcəyi idarəetmə funksiyası və idarəetmə orqanları hərtərəfli əsaslandırılmalıdır.

Holdinq şirkətlərinin təşkilati layihələşdirilməsinə həmçinin sağlam rəqabətə maneçilik törədilməsi barədə inandırıcı faktlar göstərilməli, qarşılıqlı ödəmələrin həlli yolları ətraflı şərh edilməlidir.

Müasir dünya iqtisadiyyatının inkişaf meylləri böyük həcmdə kapitala malik olan şirkətlər, xüsusilə holdinq şirkətlərini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ən əlverişli təsərrüfat subyekti biznesin təşkilinin səmərəli forması kimi dəyərləndirməyə imkan verir.



Mövzu 13. Maliyyə münasibətlərində əməkdaşlıq
13.1 Maliyyə biznesinin əhəmiyyəti və məqsədi

13.2 Maliyyə münasibətlərində biznes iştirakçıları və idarəetmə

13.3 Maliyyənin planlaşdırılması və idarə edilməsi

13.4 Maliyyə və valyuta bazarları

13.1 Maliyyə biznesinin əhəmiyyəti və məqsədi
Müəssisənin maliyyəsi, müəssisənin istehsal – təsərrüfat fəaliyyəti prosesində və onun maliyyə ehtiyatlarının formalaşdırılması və bölüşdürülməsi ilə əlaqədar ortaya çıxan pul münasibətləri kimi özünü əks etdirir. Maliyyə münasibətləri iqtisadi münasibətlərin ayrılmaz tərkib kimi iqtisadi biznesin tərkibinə daxildir. Maliyyə biznesi alqı – satqı qismində pul və qiymətli kağızların çıxış etdiyi xüsusi sahibkarlıq biznes formasıdır. Maliyyə biznesi istənilən sahibkarlıq növü kimi maliyyəbazarlarının vəziyyəti haqqında informasiyaları natamam olması və kifayət etməməsi üzündən qərarların qeyri – müəyyənliyinə görə maliyyə kredit münasibətlərində əsas baş verən müəyyən risklə bağlıdır. Maliyyənin mövcudluğunu zəruri edən səbəblər əsasən aşağıdakılardır:

- Əmtəə pul münasibətlərinin meydana gəlməsi;

- Dövlətin fəaliyyət göstərməsi, yəni ölkədə maliyyə ehtiyaclarının öyrənilməsi, dövlətin ardıcıl olaraq baş verməsi;

- Təkrar istehsal prosesinin fasiləsiz olaraq baş verməsi xüsusilə müəssisələrdə istehsal fondlarının ardıcıl olaraq baş verməsi;

- Ölkədə yaradılan ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsünün həyata keçirilməsi;

- Mülkiyyət iştirakçıları arasında əmtəə-pul münasibətlərinin yaradılması;

- İqtisadiyyatın dövlət tənzimlənməsində alət kimi istifadə edilməsi;

- Bazar iqtisadiyyatı şəraitində daxili və beynəlxalq bazar əlaqələri yaratmaq, beynəlxalq kredit əməliyyatlarına qoşulmaq məqsədi.

Maliyyə münasibətlərini zəruri edən bu səbəblər kompleks xarakter daşıyır və bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Beləliklə maliyyənin meydana gəlməsi, cəmiyyətdə rolu, inkişaf qanunauyğunluqları, ictimai təkrar istehsal prosesinə təsiri hər bir dövlətin öz funksiyalarını yerinə yetirmə xüsusiyyətləri ilə müəyyən olunur. Maliyyəni daha geniş formada açıqlasaq deyə bilərik ki, maliyyə dövlətin öz sosial-iqtisadi funksiyalarını və vəzifələrini yerinə yetirməsi, geniş təkrar istehsal şərtlərinin təmin oluması məqsədilə mərkəzləşmiş və qeyri-mərkəzləşmiş pul vəsaiti fondlarının əmələ gəlməsi, bölüşdürülməsi və onların istifadəsi ilə əlaqədar yaranan iqtisadi kateqoriyadır.


13.2 Maliyyə münasibətlərində biznes iştirakçıları və idarəetmə
Maliyyə biznesi real olaraq nə zaman meydana gəlmişdir? Demək olar ki, onun meydana gəlməsi tarixini valyuta kredit və fond bazarlarının inkişafı ilə bağlamaq olar. Maliyyə biznesi iştirakçıları olaraq dövlət və mərkəzi banklar, milli bank, kommersiya bankları, onların köməyi ilə bütün hesablaşmalar və qiymətli kağızların alqı-satqısının əsas mənbəyi müəyyənləşdirilir. Maliyyə biznesinin inkişaf etdirilməsində aşağıdakı xüsusiyyətlərin əhəmiyyəti böyükdür:

- Beynəlxalq iqtisadi əlaqələrin inkişafı;

- Təsərrüfat əlaqələrinin genişləndirilməsi;

- Dünya valyuta sisteminin möhkəmləndirilməsi;

- Bank kapitalının təmərküzləşməsi və mərkəzləşdirilməsi.

İqtisadiyyatda maliyyə sektorunun qabaqlayıcı inkişafı prosesi maliyyə biznesinin inkişafına şərait yaratmışdır. Bu isə özündə aşağıdakıları əks etdirir:

- Sənayecə inkişaf etmiş ölkələrin ÜDM-da iqtisadiyyatın maliyyə sektorunun xüsusi çəkisinin artması;

- Xidmətlərin ümumi həcmində maliyyə xidmətlərinin xüsusi çəkisinin artması;

- Əmtəə bazarlarına nisbətən maliyyə bazarlarının qabaqlayıcı inkişafı;

-Müəssisə balanslarında maliyyə aktivlərinin artırılması.

Maliyyənin düzgün idarə edilməsi biznesdə həlledici rol oynayır. Hər bir sahibkar və biznesmen işə başlayarkən hər şeydən əvvəl maliyyələşdirmə mənbələri barəsində məsələni həll etmək lazımdır. Biznesin uğurlu innkişafı işin təşkili mərhələsində və gələcəkdə müəssisənin cari fəaliyyətinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün lazım olan kapitalın cəlb edilməsi imkanlarından asılıdır.

Maliyyələşdirmə mənbələrini adətən iki kateqoriyaya bölürlər:

a) Şəxsi məbələr:

- şəxsi vəsaitlər

- tərəfdaşların vəsaitləri

- mənfəət

- amortizasiya

- aktivlərin satışı

- debitor borcu

b) Borc mənbələri

- bank krediti

- sığorta ödənişi

- hökumət proqramları

- aktivlər üçün kreditlər

- vençur kapital

Ən sadə və etibarlı mənbə - şəxsi vəsaitlərdir. Bizesin inkişafı şəraitində şəxsi mənbələr qismində mənfəət, amortizasiya ayırmaları, müəssisənin səhmləri və aktivlərinin satılmasından vəsaitlər, habelə debitor borcundan istifadə ediləcəkdir.




Yüklə 329,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə