Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

23 
 
Konstitusiya  dövlətin  konstitusiya  quruluşunu,  insan  və  vətəndaşın  başlıca 
hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi 
quruluşunu,  dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  sistemini  təsbit  edir, 
hüquq  qaydasının  və  qanunçuluğun  əsaslarmı  müəyyən  edir.  Ona  görə  də 
konstitusiya  normaları  dövlət  orqanları,  siyasi  partiyalar,  ictimai  təşkilatlar, 
vəzifəli  şəxslər  və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları 
bütün  başqa  hüquq  normalarına  münasibətdə  daha  yüksək  hüquqi  qüvvəyə 
malikdir. 
3.  Konstitusion 
nizamasalmanın 
hərtərəfliliyi. 
Göstərildiyi 
kimi, 
Konstitusiya  çox  geniş  və  mürəkkəb  olan  sosial-siyasi  sistemin  əsaslarını 
müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi 
müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi 
rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna 
əhəmiyyətə  malik  olmaqla  onun  çıxış  nöqtəsini  təşkil  edir.  Seçki  sistemi  siyasi 
sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də 
konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən 
əsas tərəflərini müəyyən edir. 
4.  Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı 
kimi,  hüququn  əsas  mənbəyidir.  O,  cari  qanunvericilik  üçün  hüquqi  bazadır  və 
onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını 
inkişaf  etdirir.  Bəzi  hallarda  Konstitusiyada  bu  və  ya  digər  qanunun  qəbul 
edilməsi  haqqında  göstəriş  olur  (məsələn,  Azərbaycan  Respublikası 
Konstitusiyasının  142-ci  maddəsində  göstərilir  ki,  bələdiyyələrə  seçkilərin 
qaydaları  qanunla  müəyyən  olunur).  Qanunvericiliyin  hüquqi  bazası  kimi 
Konstitusiya  bütün  hüquq  məkanında  əsas  mərkəzdir.  O,  bütünlükdə  hüququn 
inkişafında uzlaşmaya və hüququn sistemləşdirilməsinə kömək edir. 
5.  Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malikdir.  Əsas  Qanun  kimi 
Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının 
digər  aktları  onun  əsasında  və  ona  uyğun  olaraq  qəbul  edilir.  Konstitusiyaya 
ciddi  və  dəqiq  riayət  etmək  bütün  dövlət  orqanları,  ictimai  birliklər,  bütün 
vətəndaşlar üçün ən ali davranış normasıdır. 
6.  Konstitusiyanın  yuxarıda  göstərilən  xüsusiyyətlərindən  doğan  ayrıca 
hüquqi  xassələri  də  mövcuddur.  Bunlara  legitimlik,  reallıq  və  stabillik  xassələri 
aiddir. 
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur: 
1.  Konstitusiyanın  xalq  tərəfindən  seçilmiş  ali  nümayəndəli  hakimiyyət 
orqanı tərəfindən qəbul edilməsi. 
2.  Ümumxalq  səsverməsi  (referendum)  yolu  ilə  qəbul  edilməsi 
(Azərbaycan Respublikasının Konstitusiyası). 
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi. 
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir: 
1. 
Konstitusiya 
müddəalarının 
nizama 
saldığı 
ictimai 
münasibətlərin xarakterinə uyğun gəlməsi. 
2. 
Konkret  tarixi  şəraitdə  tarixi,  siyasi,  etnoqrafik,  iqtisadi 
xüsusiyyətlərin nəzərə alınması. 
3.  Konstitusiya    müddəalarının    sosial    nəticələrini    əvvəlcədən 


24 
 
görmək (məqsəd və nəticə). 
4. Konstitusiyanın real təminat verməsi. 
Qeyd  etdiyimiz  kimi,  Konstitusiyanın  hüquqi  xassələrindən  biri  də  onun 
stabilliyidir.  Konstitusiya  uzun  müddət  üçün  nəzərdə  tutulan  normativ  hüquqi 
sənəd  olduğuna  görə  o,  konstitusion  tənzimləmənin  obyekti  olan  ictimai 
münasibətlərə  məqsədyönlü  təsir  etməlidir.  Bunun  üçün  cəmiyyətdə  aşağıdakı 
şərtlərin olması zəruridir: 
1.  Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır. 
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir. 
3. Konstitusiyanın 
səmərəli 
müdafiə 
mexanizmi 
olmalıdır. 
Konstitusiya      ən      yüksək    hüquqi      qüvvəyə      malik      olan      və      bir   
tərəfdən 
insan  və  cəmiyyət  arasında,  digər  tərəfdən  isə  insan  və  dövlət  arasında 
münasibətlərin  əsaslarını  nizamlayan  hüquq  normaları  sistemidir.  Bu  hüquq 
normaları bir və ya bir neçə normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə 
bilər.  Həmin  normalar  çoxsaylı  normativ  hüquqi  aktlardan,  eləcə  də  məhkəmə 
presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər. 
Konstitusiya  maddi  mənada  özündə  yazılı  aktı,  aktlar  məcmusunu  və 
yaxud  Konstitusiya  adətlərini  təcəssüm  etdirir.  Bu  da  ilk  növbədə  insan  və 
vətəndaş  hüquq  və  azadlıqlarını  bəyan  edir  və  onlara  təminat  verir,  eləcə  də 
konstitusiya  quruluşunun  əsaslarını,  idarəetmə  formasını  və  ərazi  quruluşunu, 
mərkəzi 
və 
yerli 
hakimiyyət 
orqanlarının 
təşkili 
əsaslarını, 
onların 
səlahiyyətlərini  və  qarşılıqlı  münasibətlərini,  dövlət  rəmzlərini  və  ölkənin 
paytaxtmı müəyyən edir. 
Demokratik  hüquqi  dövlətdə  Konstitusiya  nəinki  dövlətin,  habelə  xalqın 
dövlətçilik  iradəsini,  suverenliyi  ifadə  etdirən  cəmiyyətin  də  əsas  qanunudur. 
Konstitusiya  insanın  və  vətəndaşın  əsas  hüquq  və  azadlıqlarını,  hakimiyyətin 
ictimai-siyasi  institutlarını  və  xalqın  özünüidarə  sistemini  təsbit  edir,  vətəndaş 
cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir. 
Konstitusiya  müxtəlif  funksiyalara  malikdir.  Onun  əsas  funksiyası  hüquqi 
funksiyadır.  O,  nə  qədər  müxtəlif  sosial  hadisələrlə  əlaqədar  olsa  da, 
konstitusiya  hüquq  normaları  sistemidir  və  bütün  hüquq  sisteminə  xas  olan 
tənzimləmə,  qoruma  funksiyalarını  yerinə  yetirir.  O  həm  də  qanunvericilik 
sistemində  bütün  digər  normaların  keyfiyyət  və  xarakterinin  müəyyən  edilməsi 
üçün başqa heç bir hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının 
hüquqauyğunluğunun  qiymətləndirilməsi,  müəyyənləşdirilməsi  funksiyasını 
yerinə yetirir. 
Konstitusiyanın  ikinci  funksiyası  onun  sosial  funksiyasıdır.  Konstitusiya 
ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial 
sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində 
davranış  imkanı  verir,  onları  təşkilatlandırır.  Ailə,  din  kimi  sosial  təsisatlara, 
atalıq,  analıq  kimi  sosial  dəyərlərə  təsir  göstərərək,  bütün  sosial  sistemdə 
mövcud  münasibətlərə  təsir  edir  və  yeni  dəyərlərin  formalaşması  üçün  zəmin 
yaradır.  Konstitusiya  sosial  sistemin  sabitliyini  təmin  edir,  onun  inkişafının 
ümumi əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin  yaşamasına 
birbaşa  təsir  göstərən  ünsürlərə  təsir  etməklə  konstitusiya  bu  sistemin  həyati 
əhəmiyyətli maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə