Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

25 
 
Üçüncü  funksiya  ölkənin  siyasi  sistemi  ilə  bağlı  olan  siyasi  funksiyadır. 
Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa 
bağlıdır.  Konstitusiya  fərdlərin  siyasi  sistemdə,  siyasi  durumda  davranış 
qaydalarını  müəyyən  edir,  siyasi  qüvvələrin  hakimiyyəti  əldə  etməsinin  sivil 
forma  və  üsullarını  təsbit  edir  və  nəhayət,  siyasi  partiyaların  təşkili  və 
fəaliyyətinin  hüquqi  əsasını  formalaşdırır.  Siyasi  sistemə  giriş-çıxış  birbaşa 
konstitusiyadan asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun 
qaydaları»  burada  müəyyənləşdirilir.  Məhz  konstitusion  normalar  bütün  siyasi 
qüvvələr  üçün  ümumi  imperativlər  müəyyən  edir  və  siyasi  sistemdə  bu 
imperativlərə  riayət  olunmasına  nəzarət  edir  (siyasi  partiyaların  fəaliyyətinin 
Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilməsi buna misal ola bilər). 
Dördüncü  funksiya  tərbiyəvi  funksiyadır.  Bu  funksiya,  hər  şeydən  əvvəl, 
hər  bir  insanda  konstitusiyaya,  qanunlara,  insan  və  vətəndaşın  hüquq  və 
azadlıqlarına  və  dövlətə  hörmət  ruhu  aşılayır.  O  eyni  zamanda  müəyyən 
dünyagörüşünü ifadə edir. 
Tərbiyəvi  funksiya  həm  də  insan  -  cəmiyyət  -  dövlət  münasibətlərinin 
qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır. 
Konstitusiyanın  hüquqi  qüvvəsi  məsələsi  son  illər  konstitusiya  hüquq 
elmində  aktiv  müzakirə  olunan  məsələlərdən  biridir.  Bu  ondan  irəli  gəlir  ki, 
konstitusiyanın hüquqi qüvvəsi onun xüsusiyyətlərinə görə digər aktların hüquqi 
qüvvəsindən  fərqlənir.  Hüquqi  aktların  qüvvəsi  onların  nəyə  və  necə,  hansı 
dairədə tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə 
onların  tətbiqi  və  hüquqi  qüvvəsi  də  bir-birindən  asılıdır.  Elə  buna  görə  də 
hüquqda  birbaşa  hüquqi  qüvvə  və  dolayı  hüquqi  qüvvə  anlayışları  vardır.  Bir 
qayda  olaraq,  aktlar  birbaşa  hüquqi  qüvvəyə  malikdir.  Birbaşa  hüquqi  qüvvə 
onu  ifadə  edir  ki,  aktın  nəzərdə  tutulmuş  fakta  tətbiqi  üçün  başqa  bir  akta 
ehtiyacı yoxdur və özü konkret hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi 
qüvvədə  hüquqi  nizamasalma,  sadəcə,  aktın  öz  gücü,  öz  imkanları  hesabına 
həyata keçirilir. Dolayı hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə 
tutulmuş  konkret  hala  tətbiqi  üçün  başqa  hüquqi  akt  da  olmalıdır  və  həmin  akt 
olmadan  onun  tətbiqi  qeyri-mümkündür.  Burada  aktın  realizə  olunması  bir 
başqa  aktla  şərtləndiyinə  görə  ona  dolayı  hüquqi  qüvvə  deyilir.  Dolayı  hüquqi 
qüvvəsi  olan  akt  ortaya  çıxmış  konkret  halı  tənzimləmək  üçün  bir  başqa  aktın 
olmasını  tələb  edir.  Lakin  burada  aktın  dolayı  hüquqi  qüvvəsi  ilə  fərdi  hüquqi 
tənzimləmənı qarışdırmaq olmaz. Ümumiyyətlə, bütün hüquq sistemi reallığa iki 
cür  təsir  edir:  1)  normativ  nizamasalma;  2)  fərdi  hüquqi  nizamasalma.  Fərdi 
hüquqi  nizamasalma  hüququn  tətbiqi  prosesinə  aid  olub,  aktın  hüquqi 
qüvvəsindən  asılı  deyil  və  bir  çox  hallarda  tətbiq  olunur.  Fərdi  hüquqi 
nizamasalma  mərkəzləşdirilmiş  qaydada,  yalnız  dövlət  orqanları  tərəfindən 
həyata  keçirilə  və  ya  fərdlərin  özləri  tərəfindən  realizə  oluna  bilər.  Məsələn, 
əmək müqaviləsi, mülki müqavilə fərdlərin özləri tərəfindən həyata keçirilən fərdi 
hüquqi  nizamasalma  vasitəsidir.  Fərdi  hüquqi  nizamasalma  vasitəsi  qanunun 
tələblərini  reallığa  çevirmək  üçün  baş  vermiş  faktı  incəliklərinə  qədər  tənzim 
edən  hüququn  tətbiqi  mərhələsidir.  İstənilən  məhkəmə  qərarı,  hökmü  fərdi 
hüquqi  tənzimləmə  vasitəsidir.  Dolayı  hüquqi  qüvvəyə  malik  olan  aktın  realizə 
olunmaq  üçün  fərdi  hüquqi  nizamasalmaya 
deyil,  normativ  hüquqi 
nizamasalmaya ehtiyacı olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın - 
qanunun  tətbiq  olunması  üçün  sərəncam,  əmr  verilməmişdən  əvvəl  (fərdi 


26 
 
hüquqi nizamasalma vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir.  
Azərbaycan  Respublikası  Konstitusiyasının  147-ci  maddəsinə  görə, 
konstitusiya  Azərbaycan  Respublikasında  ən  yüksək  və  birbaşa  hüquqi 
qüvvəyə  malikdir.  Bu  o  deməkdir  ki,  heç  bir  akt  konstitusiyaya  zidd  ola  bilməz 
və  konstitusion  müddəalar  birbaşa  praktikada  tətbiq  edilir.  Yəni  hər  hansı 
qanunun olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların 
realizə edilməsini tələb edə bilər. 
Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir. 
Burada  isə  əsas  problemlərdən  biri  norma-prinsiplərin  birbaşa  təsbit 
olunmasıdır. 
Konstitusiyanın  birbaşa  tətbiqində  məhkəmə  hakimiyyətinin  rolu  xüsusilə 
yüksəkdir.  Məhz  məhkəmə  pozulmuş  hüquq  və  azadlıqları  müdafiə  edir  və 
hüququn tətbiqi ilə də ən çox elə o məşğuldur. 
Hər  bir  Konstitusiya  ən  yüksək  hüquqi  qüvvəyə  malik  olan  əsas  qanun 
kimi  özünün  hüquqi  mahiyyəti  ilə  bərabər,  sosial-siyasi  mahiyyətə  də  malikdir. 
Bu  da  ondan  ibarətdir  ki,  Konstitusiya  qəbul  olunduğu  zaman  özündə  mövcud 
olan siyasi qüvvələrin nisbətini təcəssüm etdirir.  
Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət 
hakimiyyətinin  aliliyini  təsbit  edən  hüquqi  təsis  sənədidir.  O,  Konstitusiya 
quruluşuna  sistemli  baxışa  əsas  verir,  dövlət  institutları  sistemində  balans 
yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  yalnız  dövlətin  təşkilini  deyil, 
həm də qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun  əsaslarını, cəmiyyətin 
mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir. 
Onun  tənzimləyici  rolu  bütün  dövlət  orqanizminə  aiddir.  Odur  ki,  Azərbaycan 
Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarmı, insan 
və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar 
dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə 
hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin 
əsaslarım təsbit edir. 
§5.  Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri 
Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  1921-ci  il  29  mayda  I 
Ümumazərbaycan  Sovetlər  Qurultayı  tərəfindən  qəbul  edilmişdir.  O, 
Konstitusiyanın  sosialist  tipdə  inkişafının  başlanğıcını  qoymuş,  Azərbaycanın 
sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə 
bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir. 
1921-ci  il  Azərbaycan  SSR-in  Konstitusiyasından  sonra  respublikamızda 
baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-
ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. 
1978-ci  ildə  qəbul  edilmiş,  1980-ci  illərin  ikinci  yarısından  etibarən 
çoxsaylı  əlavə  və  dəyişikliklərə  məruz  qalmış  və  bunun  nəticəsində  ilkin 
redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-
in  Konstitusiyası,  1995-ci  il  Azərbaycan  Respublikası  Əsas  Qanunu  qəbul 
edilənədək qüvvədə olmuşdur. 
Azərbaycan  Respublikasının  yeni  Konstitusiyasının  qəbulu  ölkədə  baş 
verən  köklü  ictimai-siyasi  və  iqtisadi  dəyişikliklərin  hüquqi  cəhətdən  təsbit 
olunması zərurəti ilə şərtlənirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə