Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   12   13   14   15   16   17   18   19   ...   84

31 
 
vəzifəsini daşıyır. 
Azərbaycan dövlətinin mahiyyətini təşkil edən xarakterik cəhətlərdən biri 
də 
onun 
sosiallığıdır, 
yəni 
sosial 
dövlət 
olmasıdır. 
Azərbaycan 
Respublikasının  sosial  dövlət  kimi  siyasətinin  əsas  istiqamətini  insanın  azad 
inkişafı  və  onun  ləyaqətli  həyatının  təmin  edilməsi  şərtləri  təşkil  edir.    bu  da 
Konstitusiyanın  I  və  II  bölmələrində  təsbit  edilmişdir.  Konstitusiyaya  əsasən 
insanların sağlamlığı və əməyin müdafiəsi; əmək haqqının təminatlı minimum 
məbləğdə  müəyyən  edilməsi;  ailələrin,  analığın,  atalığın  və  uşaqların,  əlil  və 
yaşlı vətəndaşların dövlət tərəfindən himayə edilməsinin təmin edilməsi; dövlət 
təqaüdlərinin,  yardımların  və  sosial  müdafiənin  digər  təminatlarının  müəyyən 
edilməsi və s. hüquqi dövlətin əsas prinsiplərini təşkil edir.  
Dünyəvi   dövlət.    Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir 
ki,  Azərbaycan  Respublikasında  din  dövlətdən  ayrıdır,  başqa  sözlə,  bunlar 
qarşılıqlı fəaliyyət göstərir, bir-birilərinin işlərinə qarışmırlar. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsinə  əsasən, 
Azərbaycan  dünyəvi  dövlətdir.  Azərbaycan  dövlətinin  dünyəvi  dövlət 
xarakteristikası 
özünü 
aşağıdakı 
amillərdə 
göstərir. 
Birincisi, 
rəsmi, 
qanuniləşdirilmiş  dinin  mövcud  olmaması  -  heç  bir  din  məcburi  müəyyən 
edilməmişdir.  İkincisi,  dinin  dövlətdən  ayrılması.  Üçüncüsü,  bütün  dini 
etiqadların 
qanun 
qarşısında 
bərabərliyi. 
Bu 
müddəalar 
Azərbaycan 
Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunmuşdur. 
Azərbaycan  Respublikası  Konstitusiyanın  18-ci  maddəsinə  görə, 
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun 
qarşısında  bərabərdir,  insan  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik 
prinsiplərinə  zidd  olan  dinlərin  yayılması  və  təbliği  qadağandır,  habelə  dövlət 
təhsil sistemi dünyəvi xarakter daşıyır. 
Bununla  belə,  respublika  qanunvericiliyi  dini  birliklər  üçün  aşağıdakıları 
müəyyən edir: 

dini birliklər qanuna uyğun olaraq öz fəaliyyətlərini qurur və həyata keçirir; 

dövlət  orqanlarının  və  yerli  özünüidarəetmə  orqanlarının  vəzifələrini  icra 
etmir; 

dövlət  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarına  seçkilərdə  iştirak 
etmir; 

siyasi  partiyaların  və  hərəkatların  fəaliyyətində  iştirak  etmir  və  onlara 
maliyyə və digər yardım göstərmir. 
Respublika idarəetmə forması.   Dövlət və hüquq nəzəriyyəsi kursundan 
məlum  olduğu  kimi,  dövlətin  forması  anlayışı  özündə  üç  müstəqil  elementi 
birləşdirir:  idarəetmə  forması,  dövlət  quruluşu  forması  və  dövlət  rejimi  (siyasi 
rejim). 
Azərbaycan  Respublikası  Konstitusiyasının  7-ci  maddəsi  dövlətimizin 
başlıca  əlamətlərini  göstərməklə  yanaşı  onu,  idarəetmə  formasına  görə 
respublika  kimi  təsbit  etmişdir.  Respublikanın  başlıca  əlamətləri  -  dövlət 
başçısının  seçkilər  vasitəsilə  bu  vəzifəni  əldə  etməsi  və  Konstitusiya  ilə 
müəyyən  olunmuş  müddətdə  öz  səlahiyyətlərini  həyata  keçirməsidir.  Bu 
xüsusiyyətlər,  respublikanı  dövlət  başçısı  vəzifəsini  tutmağın  irsi  xarakter 
daşıdığı monarxiyadan fərqləndirir. 
Azərbaycan  Respublikası  Konstitusiyası  dövlətimizi  respublikanın  hər 


32 
 
hansı  bir  növünə  (parlamentli,  prezidentli,  qarışıq)  aid  olduğunu  birbaşa  olaraq 
təsbit etmir. Dövlət başçısının konstitusion statusunun təhlili, onun hakimiyyətin 
digər  qolları,  hər  şeydən  əvvəl  parlamentlə  qarşılıqlı  fəaliyyəti  ölkəmizdə 
prezidentli respublikanın mövcudluğu haqqında nəticə çıxarmağa imkan verir. 
Belə bir nəticəyə aşağıdakılar da əsas verir: prezident həm dövlət başçısı, 
həm  də  icra  hakimiyyətinin  başçısıdır;  prezident  ümumi,  bərabər  və  birbaşa 
seçkilər nəticəsində xalq tərəfindən seçilir; hökumət parlament tərəfindən deyil, 
prezident  tərəfindən  təşkil  olunur,  prezident  qarşısında  məsuliyyət  daşıyır  və 
hesabat  verir;  hökumət  parlament  qarşısında  deyil,  prezident  qarşısında  istefa 
verir;  prezidentin  parlamenti  buraxmaq  səlahiyyəti  yoxdur;  parlamentin 
prezidentə impiçment tətbiq etmək səlahiyyəti var. 
Unitar  dövlət  quruluş  forması.    Hər  bir  dövlətdə  onun  dövlət 
quruluşunun  forması  əhəmiyyətli  rol  oynayır.  Bu  həmin  dövlətin  mahiyyəti, 
habelə dövlətlə onun tərkib hissələri (inzibati - ərazi vahidləri, muxtar təsisatlar, 
federasiya  subyektləri)  arasındakı  münasibətlər  ilə  müəyyən  edilir.  Öz 
növbəsində  dövlət  quruluşunun  forması  dövlət  hakimiyyətini  və  onun  həyata 
keçirilmə metodlarının mövcudluğunu möhkəmləndirir. 
Dövlət  quruluşu  bir  qayda  olaraq  ölkənin  Konstitusiyasında  və  onun 
əsasında qəbul edilmiş digər normativ hüquqi akflarda təsbit olunur. 
Azərbaycan  Respublikası  Konstitusiyası  (7-ci  maddə)  dövlət  quruluşuna 
görə respublikamızı unitar dövlət kimi xarakterizə edir. 
Dövlət    rejimi.    Dövlət  rejimi  -  dövlət  hakimiyyətinin  həyata  keçirilməsi 
metodlarını səciyyələndirən dövlət formasının ən fəal, dinamik hissəsidir. Dövlət 
rejimi avtoritar və demokratik olmaqla iki qrupa bölünür. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  bizim  ölkəmizdə  dövlət 
rejiminin  konkret  növünü  müəyyən  etməklə  dövlətimizin  dünyanın  demokratik 
dövlətlərindən  biri olduğunu sübut  etdi.  Konstitusiyanın  7-ci maddəsində  birbaşa 
olaraq  Azərbaycan  dövlətinin  demokratikliyi  təsbit  edilir.  Hakimiyyətlərin 
bölünməsi  prinsipi;  dövlət  hakimiyyət  orqanlarının  və  yerli  özünüidarəetmə 
orqanlarının  seçilməsi  və  vaxtaşırı  olaraq  dəyişilməsi;  insan  hüquq  və 
azadlıqlarının  ali  dəyərlər  kimi  tanınması,  onlara  riayət  edilməsi  və  təminatının 
dövlətin  vəzifəsi  hesab  olunması;  siyasi  plüralizm;  qanunvericiliyin  əsası  kimi 
Azərbaycan  Respublikası  Konstitusiyasının  aliliyinin  müəyyən  edilməsi 
dövlətimizin demokratikliyini sübut edən əsas amillərdən hesab olunur. 
 
 
 
 
§7.   İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri.   İnsan 
və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi və hüquqlar. 
 
 
Vahid  hüquqi  statusa  mənsub  olan  hər  bir  insanın  hüquqlarının  həcmi 
müəyyən  dərəcədə,  bu  fərdin  insan  yoxsa,  vətəndaş  kimi  çıxış  etməsindən 
asılıdır.  Belə  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası  əsas  hüquq  və 
azadlıqları  «insanın»  və  «vətəndaşın»  hüquq  və  azadlıqlarına  bölməklə 
fərqləndirir.  
Belə sual yarana bilər ki, bu cür fərqləndirmənin, insanın ikiləşdirilməsinin 
mənası  nədir?  Bu  hər  şeydən  əvvəl  vətəndaş  cəmiyyətində  şəxsiyyətin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə