Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   13   14   15   16   17   18   19   20   ...   84

33 
 
özünümüəyyən  etməsini,  özünürealizəsini,  onun  hər  hansı  qanunsuz 
müdaxilədən muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir. 
Vətəndaş  hüquqları  fərdin  dövlətlə  münasibətlər  sferasını  əhatə  edir. 
Burada  o,  yəni  fərd,  təkcə  öz  hüquqlarının  qanunsuz  müdaxilədən  müdafiə 
olunmasına  deyil,  həmçinin  də  dövlət  tərəfindən  onların  həyata  keçirilməsinə 
aktiv  dəstək  olunmasına  ümid  edir.  Vətəndaşın  statusu  onun  dövlətlə  xüsusi 
hüquqi  əlaqəsindən  -  vətəndaşlıq  institutundan  irəli  gəlir  (Azərbaycan 
Respublikasının Konstitusiyasının 52-ci maddəsi)  
Vətəndaş  hüquqlarından  fərqli  olaraq,  insan  hüquqları  həmişə  hüquqi 
kateqoriya kimi çıxış etmir, yalnız mənəvi və sosial kateqoriya kimi çıxış edir. 
İnsan hüquqlarına aşağıdakı əlamətlər xarakterikdir: 
1.  Onlar insanın təbii və sosial məzmunu əsasında meydana gəlir və 
inkişaf edir; 
2.  Obyektiv mövcud olur və dövlət tərəfindən tanınmasından asılı deyil; 
3.  İnsana doğulduğu andan məxsusdur; 
4.  Toxunulmazlıq, pozulmazlıq xarakterinə malikdir, təbii kimi qəbul edilir 
(hava, torpaq və su kimi); 
5.  Birbaşa qüvvəyə malikdir; 
6.  Ali nemət kimi tanınır; 
7.  Hüququn zəruri hissəsi kimi çıxış edir; 
8.  İnsan və dövlət arasında qarşılıqlı münasibətlərin prinsip və 
normalarını özündə əks etdirir; 
9.  Onların tanınması, riayət edilməsi və müdafiəsi dövlətin başlıca 
vəzifəsi hesab olunur. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  «Əsas  insan  və  vətəndaş 
hüquqları  və  azadlıqları»  adlanan  III  fəslinin  bütün  maddələri  ardıcıl  şəkildə 
yuxarıda göstərilən prinsiplər üzrə hüquq və azadlıqları fərqləndirir. Bu öz əksini 
ayrı-ayrı  maddələrdə  müxtəlif  ifadələrin  təsbitində  tapır.  İnsan  hüquqları  haqda 
söhbət  gedən  yerlərdə  Konstitusiya  «hər  kəsin...  hüququ  vardır»,  «hər  kəsə... 
təminat  verilir»,  «hər  kəs...  bilər»  və  s.  ifadələrdən  istifadə  edir.  Bu  cür 
ifadələrdən  istifadə  onu  göstərir  ki,  göstərilən  hüquq  və  azadlıqlar  Azərbaycan 
Respublikası ərazisində olan, Azərbaycan Respublikası vətəndaşı, əcnəbi və ya 
vətəndaşlığı  olmayan  şəxs  olmasından  asılı  olmayaraq  hər  kəs  üçün  tanınır. 
Burada  belə  bir  formula  diqqət  yetirmək  yerinə  düşərdi:  «hər  bir  vətəndaş 
insandır,  hər  bir  insan  hələ  vətəndaş  deyil».  Odur  ki,  vətəndaşlar  insan 
hüquqlarından tam həcmdə istifadə etdikləri halda, dövlətin vətəndaşı olmayan, 
lakin  dövlət  ərazisində  müvəqqəti  olan  və  ya  daimi  yaşayan  şəxslər,  yəni 
əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  yalnız  qanunla  nəzərdə  tutulan 
hallarda vətəndaş hüquqlarından istifadə edə bilərlər. 
Bununla  yanaşı,  52-57-ci  maddələrdə  göstərilmiş  hüquqlar  yalnız 
Azərbaycan  Respublikası  vətəndaşlarına  məxsusdur.  Bunlar,  əsasən  siyasi 
hüquqlardır - vətəndaşlıq hüququ, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak 
hüququ,  dövlətin  idarə  olunmasında  iştirak  etmək  hüququ,  müraciət  etmək 
hüququ və sairədir. 
Konstitusiyada  yalnız  Azərbaycan  Respublikası  vətəndaşlarının  daşıdığı 
vəzifələr  də  göstərilib  -  Vətənə  sədaqət  (maddə  74),  Vətəni  müdafiə  (maddə 
76),  Dövlət  rəmzlərinə  hörmət  (maddə  75).  Azərbaycan  Respublikasından 
qovulmanın  və  ya  xarici  dövlətə  verilmənin  (ekstradisiya)  qadağan  edilməsi 
yalnız Azərbaycan Respublikası vətəndaşlarına şamil edilir (maddə 53) 


34 
 
Subyektiv mənada hüquq şəxsin öz iradəsilə həyata keçirə bildiyi mümkün 
davranış  variantı,  imkanıdır.  Vəzifə  isə  insanın  obyektiv  zəruri,  məcburi 
davranışıdır. 
Beləliklə,  hüquq,  azadlıq  və  vəzifələri  ehtiva  edən  insan  və  vətəndaşın 
hüquqi  statusu,  insanların  bir-birilə  qarşılıqlı  əlaqəsinin  tarazlaşdırılmış 
üsullarının 
yaradılmasına 
və 
fərdin 
cəmiyyətin 
və 
dövlətin 
normal 
münasibətlərinin qurulmasına məqsədyönlü şəkildə təsir göstərir. 
Azərbaycan  Respublikası  Konstitusiyasmın  24-cü  maddəsində  (ümumilik, 
ayrılmazlıq,  pozulmazlıq  və  toxunulmazlıq  prinsipləri),  25-ci  maddəsində 
(bərabərlik prinsipi), 71-ci maddəsinin 1-ci hissəsində (dövlət müdafiəsi prinsipi), 
71-ci  maddəsinin  6-
CI 
hissəsində  (birbaşa  qüvvədə  olma  prinsipi)  insan  və 
vətəndaşın hüquqi statusunun əsas prinsipləri təsbit olunmuşdur. 
Şəxsi  (mülki)  hüquqların  təyinatı  vətəndaş  cəmiyyətində  fərdin  azadlığını 
və muxtariyyətini təmin etməkdən, hər-hansı kənar qanunsuz müdaxilədən onun 
hüquqi  müdafiəsini  təşkil  etməkdən  ibarətdir.  Mülki  hüquqların  üzvi  əsası  və 
əsas  vəzifəsi  ondan  ibarətdir  ki,  hər  bir  şəxsiyyətin  inkişafının  fərdi,  daxili 
oriyentirlərinin üstünlüyünü təmin etsinlər. 
Bu  kateqoriya  hüquqlar  onunla  xarakterizə  olunurlar  ki,  dövlət,  müəyyən 
münasibətlər  sferasında  şəxsiyyətin  azadlığını  tanıyır.  O,  neqativ  adlandırılan 
azadlığı  təmin  edir.  Hər  bir  fərdin  atributu  olan  bu  hüquqların  vəzifəsi  şəxsi 
maraqların fəaliyyət sahəsini müdafiə etməkdən, şəxsiyyətin fərdi özünü realizə 
etməsinin təmin edilməsindən ibarətdir.  
İnsanın  şəxsi  mülki  hüquq  və  azadlıqlarına,  adətən  bunlar  aid  edilir: 
yaşamaq  hüququ,  azadlıq  hüququ,  şəxsi  toxunulmazlıq,  şəxsi  həyatın 
toxunulmazlığı, mənzil toxunulmazlığı, hərəkət və yaşamaq yeri seçmək azadlığı, 
vicdan azadlığı, milli mənsubiyyətin və ünsiyyət vasitəsi olan dilin sərbəst seçim 
hüququ.  Mahiyyət  etibarilə  hüquqların  bu  toplusu  hər  bir  cəmiyyətin  demokratik 
təşkilinin 
humanistik 
prinsiplərini 
ifadə 
etməklə 
şəxsiyyət 
azadlığının 
fundamental aspektlərini əhatə edir. 
Siyasi  hüquq  və  azadlıqlar  vətəndaşın  subyektiv  hüquq  və  azadlıqlarının 
mühüm  kateqoriyasıdır.  Onlar,  insanın  (həm  fərdi,  həm  də  kollektiv  şəkildə) 
dövlətin ictimai-siyasi həyatında və idarə olunmasında iştirak etmək imkanı kimi 
başa  düşülür.  Bununla  da  dövlətin  vətəndaşdan  təcrid  olunması  aradan 
qaldırılır.  Vətəndaşların  siyasi  hüquqları  bütün  digər  hüquqların  həyata 
keçirilməsinin  zəruri  şərtidir,  çünki  onlar  demokratik  sistemin  üzvi  əsasını  təşkil 
edirlər  və  hakimiyyətin,  özünü  məhdudlaşdırmalı  olduğu  dəyərlər  kimi  çıxış 
edirlər. 
Dövlətin  təbiətini  müəyyən  edən  faktor,  hakimiyyətə  nəzarət  vasitəsi, 
demokratik  rejimin  qiymətləndirici  meyarı  kimi  çıxış  edən  siyasi  hüquq  və 
azadlıqlar  mədəni  cəmiyyətin  məcburi  elementləridir.  Hüquq  ədəbiyyatında 
onların aşağıdakı bölgüsü həyata keçirilir: 
1.  Dövlətin  və  onun  orqanlarının  təşkili  və  fəaliyyətində  nümayəndəli  və 
birbaşa  demokratiyanın  müxtəlif  formaları  ilə  iştirak  etmək  üzrə 
hüquqlar (seçki hüquqları, petisiya hüququ); 
2.  Cəmiyyətin  həyatında  aktiv  iştirak  üzrə  hüquqlar  (söz  və  mətbuat 
azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ). 
Şəxsi  hüquqlardan  fərqli  olaraq  siyasi  hüquq  və  azadlıqların  məqsədi 
insanın muxtariyyətini təmin etməkdən deyil, siyasi prosesin aktiv iştirakçısı kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə