Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   14   15   16   17   18   19   20   21   ...   84

35 
 
təzahür etməsini təmin etməkdən ibarətdir. Bu kateqoriya hüquqların dəyərliliyi 
ondan  ibarətdir  ki,  onlar  dövlət  və  vətəndaş  arasında  münasibətlərin 
möhkəmləndirilməsi üçün şərait yaradılmasına xidmət edirlər.  
Sosial-iqtisadi  hüquqlar  (mədəni  hüquqlarla  yanaşı)  fərdin  sosial-iqtisadi 
həyat  şəraitinin  saxlanılmasına  və  normativ  şəkildə  müəyyən  edilməsinə 
aiddirlər,  insanın  iş  və  məişət,  məşğulluq,  həyat  səviyyəsi,  sosial  müdafiəsi 
sahəsində  vəziyyətini  müəyyən  edirlər.  Onların  həcmi,  həyata  keçirilməsi 
səviyyəsi xeyli dərəcədə dövlətin iqtisadiyyatından və ehtiyatlarından asılıdır və 
buna görə də  onların həyata keçirilməsinin təminatları, siyasi hüquqlar və mülki 
hüquqlarla müqayisədə daha az inkişaf etmişdilər. 
İnsan  hüquqlarının  digər  növlərindən  fərqli  olaraq  sosial-təminat 
hüquqlarının xüsusiyyətləri aşağıdakılardır: 

insan həyatının müəyyən - sosial-iqtisadi sahəsinə şamil edilməsi; 

əsas  müddəalarda  məsləhətverici,  «qeyri-ciddi»  təriflərin  verilməsi 
(məsələn, «layiqli həyat», «ədalətli və uyğun həyat şəraiti»); 

sosial-iqtisadi  hüquqların  həyata  keçirilməsinin  iqtisadi  və  ehtiyatların 
vəziyyətindən asılı olması.  
 
Sosial-iqtisadi  hüquqların  müdafiəsi  sahəsində  dövlətin  vəzifəsi  ondan 
ibarətdir  ki,  mütərəqqi  iqtisadi  və  sosial  islahatlar  həyata  keçirsin,  iqtisadi 
inkişafın  proses  və  faydasına  öz  xalqının  iştirakını  təmin  etsin,  öz  resurslarını 
hamının  bu  hüquqdan  bərabər  imkanlarla  istifadəsini  təmin  etməklə  istifadə 
etsin 
İqtisadi  hüquqlar  insana  təsərrüfat  fəaliyyətinin  əsas  faktorlarına  sərbəst 
sərəncam  vermək  imkanını  təmin  edirlər.  Bunlara  aiddirlər:  əmək  hüququ, 
mülkiyyət  hüququ,  təsərrüfatçılıq  (azad  sahibkarlıq)  hüququ,  tətil  hüququ  və  s. 
Bundan başqa, işə götürənlər və işçilər kollektiv müqavilə bağlamaq hüququna, 
öz  maraqlarının  müdafiəsi  üçün  milli  və  beynəlxalq  təşkilatlarda  müstəqil 
birləşmək hüququna malikdirlər. 
Sosial hüquqlar insana layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin 
edirlər. Bu kateqoriya hüquqlardan ən mühümü, sosial sığorta, pensiya təminatı 
və tibbi xidməti ehtiva edən sosial təminata olan hüquqdur. 
Mədəni hüquqlar insanın mənəvi inkişafına təminat verir, hər fərdə siyasi, 
mənəvi,  sosial  və  mədəni  tərəqqinin  faydalı  iştirakçısı  olmağa  kömək  edir.  Bu 
hüquqlara  aiddirlər: təhsil  hüququ, cəmiyyətin mədəni  həyatında sərbəst iştirak 
etmək  hüququ,  yaradıcılıq  hüququ,  elmi  tərəqqi  və  onun  praktiki  tətbiqi 
nəticələrindən istifadə etmək hüququ. 
 
§8. Azərbaycan Respublikası vətəndaşlığı . 
Vətəndaşlıq  məfhumu  hələ  qədim  Afina  və  Romada  tətbiq  olunmuşdur. 
Burada  vətəndaşlıq  azad  insanlara  məxsus  idi.  Orta  əsrlərdə  isə  vətəndaşlıq 
məfhumu təbəəliklə əvəz olundu.  
Konstitusiyamızın  52-ci  maddəsində  və  «Azərbaycan  Respublikasının 
vətəndaşlığı  haqqında»  1998-ci  il  30  sentyabr  qanununun  1-ci  maddəsində 
göstərilir: «Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, 
habelə  qarşılıqlı  hüquq  və  vəzifələri  olan  şəxs  Azərbaycan  Respublikasının 
vətəndaşıdır». 
Qarşılıqlı  hüquq  və  vəzifələr  şəxs  və  dövlət  arasındakı  daimi  siyasi  və 
hüquqi əlaqədən irəli gəlir. 


36 
 
Siyasi  əlaqə,  siyasi  hakimiyyətin  təşkilində  vətəndaşın  iştirakı  və  onun 
siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. 
Vətəndaşla  dövlət  arasında  hüquqi  əlaqə  daimidir.  Əcnəbilər  və 
vətəndaşlığı  olmayan  şəxslər  isə  yalnız  müvəqqəti  hüquqi  əlaqədə  olur.  Dövlət 
həm  əcnəbiləri,  həm  də  vətəndaşları  müdafiə  edir.  Lakin  vətəndaşları 
əcnəbilərdən  onun  dövlətlə  siyasi  əlaqəsinin  olması  fərqləndirir.  Əcnəbilərin 
siyasi sahədə hüquqları məhdudlaşdırılır. Deməli, vətəndaşlıq dedikdə, şəxsin 
dövlətə  mənsubiyyəti,  şəxslə  dövlət  arasında  onların  qarşılıqlı  hüquq  və 
vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür. 
Azərbaycan  Respublikasında  vətəndaşlıq  Konstitusiyada  və  qanunda 
müəyyən  olunmuş  prinsiplərə  əsaslanır.  Bu  prinsiplər  vətəndaşlıqla  bağlı 
münasibətləri 
tənzimləyən, 
qanunvericiliklə 
müəyyən 
olunan 
rəhbər 
müddəalardır. 
Azərbaycan Respublikası vətəndaşlığının prinsiplərinə daxildir. 
I.  Vətəndaşlığın  müstəqil  müəyyən  olunması.  Bu  prinsipin  mahiyyəti 
ondan 
ibarətdir 
ki, 
şəxslər 
özləri 
öz 
vətəndaşlıqlarını 
müəyyən 
edirlər.  Şəxs  istənilən  vaxt  vətəndaşlıqdan  imtina  edə  bilər.  «Azərbaycan 
Respublikası 
vətəndaşlığı 
haqqında 
qanun»un 

maddəsinə 
görə 
aşağıdakı şəxslər Azərbaycan Respublikası vətəndaşlarıdır: 
1)  bu  qanunun  qüvvəyə  mindiyi  günədək  Azərbaycan  Respublikasının 
qeydiyyatında olan vətəndaşlar; 
2)  1992-ci il yanvarın 1-dək vətəndaşlığı olmayan, lakin qeydiyyatda olan 
şəxslər.  Burada  şərt  var.  Həmin  şəxslər  qanun  qüvvəyə  mindiyi 
gündən  bir  il  müddətində  Azərbaycan  Respublikası  vətəndaşlığına 
qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər; 
3)  1988-ci  ildən  1992-ci  ilədək  Azərbaycan  ərazisində  məskunlaşmış 
qaçqınlar; 
 4)  bu qanuna əsasən vətəndaşlıq əldə etmiş şəxslər. 
II.  Vahid vətəndaşlıq prinsipi. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, 
Azərbaycan  Respublikası  öz  vətəndaşının  digər  dövlətlər  qarşısında 
vətəndaşlıqdan  irəli  gələn  öhdəliklərini  tanımır,  amma  digər  dövlətlərin 
vətəndaşlığını  əldə  etmək  hüququnu  tanıyır.  Böyük  dövlətlər  çox  vaxt  ikili 
vətəndaşlıq  prinsipini  tanıyır.  Məsələn,  Rusiya  Federasiyasının  vətəndaşlıq 
haqqında  qanunvericiliyi  ikili  vətəndaşlığı  tanıyır.  Amma  o  şərtlə  ki,  həmin 
dövlətlə  Rusiya  arasında  müqavilə  bağlansın.  Xırda  dövlətlər  isə  ikili 
vətəndaşlığı 
tanımır. 
Çünki 
onlar 
ehtiyat 
edirlər 
ki, bu böyük dövlətlərə onların daxili işlərinə qarışmasına imkan yarada bilər. 
III. Bərabər vətəndaşlıq prinsipiBu prinsipin mahiyyəti ondan ibarətdir 
ki,  vətəndaşlığın  əldə  edilməsi  üsulundan  və  əldə  olunması  müddətindən  asılı 
olmayaraq, bütün vətəndaşlar bərabərhüquqludur. 
IV. 
Vətəndaşlıqdan 
məhrumetmənin 
yolverilməzliyi 
prinsipi. 
Vətəndaşlıqdan  məhrumetmə  əslində  insan  və  vətəndaş  hüquqlarının 
məhdudlaşdırılması  deməkdir.  SSRİ  dövründə  cinayət  törədən  şəxs  həm 
məhkum  olunur,  həm  də  vətəndaşlıqdan  məhrum  edilirdi.  Amma  indi  bu 
Azərbaycan  Respublikası  Konstitusiyasının  53-cü  maddəsinə  müvafiq  olaraq 
yolverilməzdir. 
V.  Azərbaycan 
Respublikası 
vətəndaşlarının 
Azərbaycan 
Respublikası  ərazisindən  qovulmasının  və  ya  xarici  dövlətə  verilməsinin 
yolverilməzliyi.  Bu  prinsip  vətəndaşın  dövlət  hakimiyyətinin  təzyiqindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə