Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   15   16   17   18   19   20   21   22   ...   84

37 
 
qorunmasını  ifadə  edir.  Heç  kəs  Azərbaycan  Respublikası  vətəndaşını  dövlət 
ərazisindən qova bilməz.  
VI. Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan 
Azərbaycan  Respublikası  vətəndaşlarına  Azərbaycan  Respublikasının 
himayəçilik  prinsipi.  Bu  prinsip  qismən  formal  xarakter  daşıyır.  Çünki  yalnız 
böyük  dövlətlər  bu  imkana  malikdirlər.  Faktiki  olaraq,  xırda  dövlətlər  böyük 
dövlətlər ərazisində yaşayan vətəndaşlarına himayəçilik edə bilmir.  
VII.Vətəndaşlığın saxlanması. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, 
şəxs  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  hansı  müddətə 
yaşamasından  asılı  olmayaraq,  Azərbaycan  Respublikası  vətəndaşlığını 
saxlayır. 
VII.  Vətəndaşlıqla  bağlı  beynəlxalq  normaların  üstünlüyü.  ni 
Azərbaycan  Respublikası  xarici  dövlətlərlə  vətəndaşlıqla  əlaqədar  müqavilələr 
bağlaya  bilər.  Bu  müqavilələrlə  milli  hüquq  arasında  ziddiyyət  yaranarsa, 
beynəlxalq müqaviləyə üstünlük verilir. 
«Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında  qanun»a  görə, 
Azərbaycan Respublikası vətəndaşlığı aşağıdakı qaydalarla yaranır: 

doğulduqda; 

vətəndaşlığa qəbul edildikdə; 
 -      beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar olduqda. 
 
Vətəndaşhğm əldə edilməsi yollarına aşağıdakılar daxildir: 
 
 
1) filimasiya (vətəndaşlığın anadangəlmə əldə edilməsi). 
 
Burada iki prinsip var: 
1)    ius sanquini - qan hüququ; 
2)   ius soli - torpaq hüququ. 
 
Avropa dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq 
şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşından doğulubsa 
həmin  dövlətin  vətəndaşı  sayılır.  Bu  prinsip  Roma  hüququndan  qalıb. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  52-ci  maddəsinə  görə,  Azərbaycan 
Respublikasının 
vətəndaşlarından 

doğulmuş 
şəxs 
Azərbaycan 
Respublikasının  vətəndaşıdır.  Deməli,  bizdə  də  ius  sanquini  əsas  götürülür. 
Lakin  Konstitusiya  həmçinin  ius  solini  vətəndaşlığın  əldə  olunması  üsulu  kimi 
tanıyır. 
 2)  naturalizasiya  (vətəndaşlığın  şəxsi  vəsatətlə  əldə  edilməsi).  Bu 
bir 
qədər 
mürəkkəb 
qaydadır. 
Burada 
müxtəlif 
şərtlər 
var 
ki, 
onlara  əsasən,  şəxs  dövlətin  vətəndaşlığını  əldə  edir.  Azərbaycan 
Respublikasının vətəndaşlığını əldə etmək üçün şəxs: 

ən azı 5 il Azərbaycanda daimi yaşamalı; 

Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim etməli; 

Azərbaycan dövlətinin mənafelərinə uyğun gəlməlidir. 
             3)  optasiya (yaranmış ikili vətəndaşlıqdan birinin seçilməsi). 
             4  )transfert  (ərazilər  dəyişərkən,  yəni  bir  dövlətdən  digərinə  keçərkən 
həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunması). 
Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edirsə, transfert 
hamıya aid edilir. 
4)  vətəndaşlığın  bərpası  -  reinteqrasiya.  Yəni  şəxs  müəyyən 


38 
 
səbəbdən  öz  vətəndaşlığını  itirib,  sonra  bərpa  etmək  istəyirsə,  vətəndaşlıq 
bərpa olunur. Reinteqrasiya naturalizasiyaya bənzəsə də irəli sürülən tələblərin 
sadəliyi  ilə  ondan  fərqlənir.  Naturalizasiya  yeni  vətəndaşlığın  əldə  olunmasıdır. 
Reinteqrasiya  isə  itirilmiş  vətəndaşlın  bərpasıdır.  Reinteqrasiya  daha 
tez  baş  verir,  şəxsin  vəsatət  qaldırması  əsas  götürülür.  Naturalizasiyada  isə 
artıq qeyd etdiyimiz kimi müxtəlif şərtlər var. 
 
Vətəndaşlıq aşağıdakı üsullarla xitam oluna bilər: 
1)  vətəndaşlıqdan çıxma; 
2)  vətəndaşlığı itirmə və s. 
Vətəndaşlıqdan  çıxmaya  denaturalizasiya  da  deyirlər.  Bu  zaman  şəxs 
vətəndaşlıqdan  çıxmaq  barədə  vəsatət  qaldırır  və  prezidentin  sərəncamı  ilə 
vətəndaşlıqdan  çıxır.  Bununla  vətəndaşlıq  xitam  olunur.  Şəxs  bu  hərəkətinin 
səbəblərini  göstərməlidir.  Əgər  şəxsin  dövlət  və  ya  hərbi  xidmətlə  bağlı 
öhdəlikləri varsa, cinayət məsuliyyətinə cəlb olunaraq, məhkum olunubsa, mülki 
hüquqi  şəxslər  və  dövlət  qarşısında  öhdəlikləri  varsa,  onun  vəsatəti  qəbul 
olunmur. Bütün bunlar aradan qaldırılsa, şəxsin vəsatətinə baxılır. 
Hüquq  ədəbiyyatında  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslərlə  bağlı 
üç rejim fərqləndirilir: 
1)  milli rejim; 
2)  daha əlverişli rejim; 
3)  xüsusi rejim. 
Hazırda  əcnəbi  hər  hansı  bir  dövlətin  vətəndaşı  olub,  başqa  dövlət 
ərazisində  yaşayan  şəxslərə  deyilir.  Vətəndaşlığı  olmayan  şəxs  isə 
vətəndaşlığını  təsdiq  edən  sənədi  olmayanlardır.  Əcnəbi  və  vətəndaşlığı 
olmayanların  hüquqi  statusu  təqribən  üst-üstə  düşür.  Yalnız  bir  fərq  var: 
əcnəbini  yarana  biləcək  mübahisədə  himayə  edəcək  dövlət  var,  vətəndaşlığı 
olmayan şəxsi isə yoxdur. 
 
§9.  Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi 
statusunun əsasları. 
Demokratik  cəmiyyətdə  siyasi  sistemin  fəaliyyət  göstərməsi  siyasi 
plüralizmdən,  yəni  insanların  mənafe  və  fikirlərinin  rəngarəngliyindən,  ayrı-ayrı 
siyasi  qüvvələrin  fəaliyyətinin  müxtəlifliyindən,  xüsusilə  seçki  kampaniyaları 
dövründə onların rəqabətindən, siyasi mübarizələrindən başlanır. Bütün bunlar, 
ancaq qanun çərçivəsində və hədlərində olmalıdır. 
İctimai 
birliklər 
haqqında 
qanunvericiliyin 
əsasını 
Azərbaycan 
Respublikasının  Konstitusiyası,  «Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər) 
haqqında» Azərbaycan Respublikasının 13 iyun 2000-ci il tarixli qanunu, «Siyasi 
partiyalar haqqında» 3 iyun 1992-ci il Azərbaycan Respublikası qanunu və digər 
normativ hüquqi aktlar təşkil edir. 
«Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər)  haqqında»  qanunun  2-ci 
maddəsində  ictimai  birliklərin  anlayışı  verilmişdir.  Həmin  maddənin  1-ci 
hissəsinə  görə, ictimai  birlik təsis  sənədlərində müəyyən olunmuş məqsədlərlə 
ümumi  maraqlar  əsasında  birləşmiş  bir  neçə  fiziki  və  (və  ya)  hüquqi  şəxsin 
təşəbbüsü  ilə  yaradılmış  könüllü,  özünüidarəedən,  öz  fəaliyyətinin  əsas 
məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri 
arasında  bölməyən  qeyri-hökumət  təşkilatıdır.  İctimai birliklərə siyasi  partiyalar, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə