Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   16   17   18   19   20   21   22   23   ...   84

39 
 
kütləvi  hərəkatlar,  dini  birliklər,  həmkarlar  ittifaqları,  vətəndaşların  digər 
assosiasiyaları (qadınlar, veteranlar, gənclər təşkilatları,  yaradıcılıq ittifaqları  və 
i.a.) aiddir. 
Kütləvi  ictimai  hərəkatlar  -  siyasi  və  yaxud  digər  məqsədlər  güdən,  qəti 
müəyyən edilmiş üzvlüyə malik olmayan birliklərdir. Üzvlüyün olmaması ictimai 
hərəkatları  digər  birliklərdən  fərqləndirir  və  onun  tərkibində  kollektiv  üzvlərin, 
məsələn, partiyaların iştirakına imkan yaradır. 
Cəmiyyətdə  həmkarlar  ittifaqlarının  da  böyük  rolu  vardır.  Onlar  dövlət 
orqanları, təsərrüfat təşkilatları, kooperativlərlə qarşılıqlı əlaqədə istehsal, sosial-
iqtisadi  və  mədəni  sahələrdə  öz  üzvlərinin  mənafelərini  təmsil  edir  və  müdafiə 
edirlər. Həmkarlar ittifaqları qəti müəyyən edilmiş fərdi üzvlüyə malikdirlər. Bütün 
həmkarlar ittifaqları qanun qarşısında bərabərdirlər. 
Bütün siyasi partiyalar, ictimai təşkilatlar və kütləvi hərəkatlar Azərbaycan 
Respublikası  Konstitusiyası  və  qanunları  çərçivəsində  fəaliyyət  göstərməlidir. 
Azərbaycan  Respublikasında  məqsəd  və  fəaliyyəti  konstitusiya  quruluşunun 
əsaslarının  zorla  dəyişdirilməsi  və  ya  dövlətin  ərazi  bütövlüyünün  pozulması, 
dövlət  təhlükəsizliyinin  sarsılması,  hərbi  birləşmələrin  yaradılması,  sosial,  irqi, 
milli  və  dini  ədavətin  qızışdırılmasından  ibarət  olan  ictimai  birliklərin  təşkil 
edilməsi  və  fəaliyyəti  qadağandır  (AR  Konstitusiyasının  58-ci  maddəsinin  IV 
hissəsi). 
İctimai  birlik  onun  qanunla  nəzərdə  tutulan  subyektlər  tərəfindən  təsis 
edilməsi  nəticəsində,  habelə  mövcud  olan  ictimai  birliyin  yenidən  təşkili 
nəticəsində yaradıla bilər. 
İctimai  birliyin  təsis  edilməsi  nəticəsində  yaradılması  təsisçilərin  qərarı  ilə 
həyata keçirilir. Bu halda təsis  yığıncağı çağırılır və birliyin  nizamnaməsi  qəbul 
olunur. 
İctimai  birliyin  nizamnaməsində  birliyin  adı  və  yerləşdiyi  yer,  fəaliyyətinin 
məqsədləri  və  idarə  olunması  qaydası,  üzvlərin  hüquq  və  vəzifələri,  üzvlüyə 
qəbulun  və  ondan  çıxmanın  şərtləri  və  qaydası,  ictimai  birliyin  əmlakının 
formalaşma  mənbələri,  nizamnamənin  qəbulu,  ona  əlavə  və  dəyişikliklərin 
edilməsi  qaydası,  birliyin  ləğv  edilməsi  və  ləğv  edildiyi  halda  əmlakdan  istifadə 
qaydası müəyyən edilir. 
İctimai birliklərin əmlakının formalaşdırılma mənbələri aşağıdakılardır: 
1)  təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik 
üzvlük haqları; 
2)  könüllü əmlak haqları və ianələri; 
3)  malların  satışından,  xidmətlər  göstərilməsindən,  işlər  görülməsindən 
daxilolmalar; 
4)  səhmlər,  istiqrazlar,  başqa  qiymətli  kağız  və  əmanətlər  və  dividentlər, 
gəlirlər; 
5)  öz  əmlakından  istifadə  və  onun  satılması  nəticəsində  əldə  edilən 
gəlirlər; 
6)  qrantlar; 
7)  qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər. 
İctimai  birliklərin  idarə  olunmasının  əsasları  «Qeyri-hökumət  təşkilatları 
haqqında» 
Azərbaycan 
Respublikası 
qanununun 
25-ci 
maddəsində 
göstərilmişdir.  İctimai  birliyin  strukturu,  tərkibi,  idarəetmə  orqanlarının 
səlahiyyəti,  formalaşdırılma  qaydası  və  onların  səlahiyyət  müddəti,  qərar 
qəbuletmə  və  ictimai  birliyin  adından  çıxış  etmə  qaydaları  qanunlara  müvafiq 


40 
 
olaraq ictimai birliyin nizamnaməsi ilə müəyyən edilir. 
Siyasi  partiyalar  -  daimi  əsasda  fəaliyyət  göstərən,  təşəkkül  tapmış 
təşkilati  quruluşa  malik  birliklərdir.  Siyasi  partiyalar  -  öz  üzvlərinin  siyasi 
mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı 
olan,  əsas  məqsədi  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının  təşkilində  və 
habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata 
keçirilməsində  iştirak  etməkdən  ibarət  olan  ictimai  birliklərin  bir  növüdür. 
Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər. 
Siyasi partiyaları başqa ictimai birliklərdən fərqləndirən əsas cəhət ondan 
ibarətdir ki, siyasi partiyalar parlament və hökumətdə yer əldə etmək üçün açıq 
şəkildə  mübarizə  aparır.  Siyasi  partiyalar  siyasi  sistemin  əsas  komponentidir. 
Onlar  siyasi  prosesin  bütün  mərhələlərində  (seçkilərdə,  dövlət  orqanlarının 
təşkilində,  siyasi  və  dövlət  qərarlarının  qəbulunda  və  onların  həyata 
keçirilməsində)  fəal  iştirak  edir.1992-ci  il  3  iyun  tarixli  «Siyasi  partiyalar 
haqqında»  Azərbaycan  Respublikasının  Qanununun  1  -  ci  maddəsində  deyilir: 
«Siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi 
həyatında  iştirak  edən  Azərbaycan  Respublikası  vətəndaşlarının  birlikləri 
nəzərdə tutulur». 
Deməli, siyasi partiya anlayışının tərkib elementləri aşağıdakılardır: 

vahid siyasi ideya və məqsəd (siyasi partiyada mütləq vahid siyasi 
ideya və məqsəd olmalıdır, ictimai birliklərdə də ideya və məqsəd olur, 
amma onlar siyasətdə iştirak edə bilməzlər) 

ölkənin siyasi həyatında iştirak. 

könüllü birlik; 

partiyaya  üzv  olmaq  hüququnun,  yalnız  Azərbaycan  Respublikası 
vətəndaşlarına mənsub olması. 
Əsas tərkib elementlərindən başqa, köməkçi tərkib elementləri də var. 

hər  bir  siyasi  partiya  cəmiyyətin  müəyyən  hissəsinin  avanqardı, 
aparıcı qüvvəsidir; 

hər  bir  partiya  cəmiyyətin  müəyyən  hissəsinin  ideoloji  daşıyıcısıdır. 
Hər  bir  partiya  onun  ətrafında  birləşən  insanların  ideologiyalarının 
daşıyıcısıdır. 
Dünya praktikasında siyasi partiyaların meydana gəlməsinin iki yolu var: 
1)  Elektoral yol 
2)  Milli-azadlıq hərəkatı nəticəsində partiyaların yaranması. 
Qeyd  olunduğu  kimi,  siyasi  partiyaların  əsas  məqsədi  hakimiyyətə 
gəlməkdir.  Seçkilər  isə  hakimiyyətə  gəlməyin  yeganə  qanuni  yoludur.  Yəni 
istənilən partiya seçkilər vasitəsilə - elektoral yolla hakimiyyətə gələ bilər. 
Milli  azadlıq  hərəkatı  zamanı  hərəkatın  idarə  edilməsi  üçün  bir  quruma 
ehtiyac yaranır. Belə qurum da bir qayda olaraq siyasi partiya olur. 
 
«Siyasi  partiyalar  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  5-ci 
maddəsinə  əsasən,  respublikamızda  partiyalar  aşağıdakı  yolla  siyasi  fəaliyyət 
göstərirlər: 

nizamnamələrinə  uyğun  olaraq  ictimai  rəyin  fomalaşmasına  təsir 
göstərmək; 

öz üzvlərinin siyasi fəallığına rəvac vermək; 

vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək; 

nizamnamələrinə 
uyğun 
olaraq 
Azərbaycan 
Respublikasının 
qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinə  təsir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə