Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   18   19   20   21   22   23   24   25   ...   84

44 
 
fəaliyyətinə müdaxilə etməyə imkan verən məsələlər əks olunmuşdur. Milli Məclisin həll etdiyi 
məsələlər içərisində 1-5-ci bəndlər istisna olmaqla yerdə qalan bütün məsələlərin həlli üçün 
qərar  qəbul  edilir.  Konstitusiyasının  95-ci  maddədə  əsasən  prezidentin  vəzifəyə  təyin  etdiyi 
ayrı-ayrı şəxslərin və irəli sürdüyü müxtəlif proqramların, təkliflərin təsdiqlənməsindən söhbət 
gedir.  Bu  maddədə  əks  olunan  məsələlərin  bir  qismi  investitura  institutu  ilə  əlaqədardır. 
İnvestitura  -  konkret  şəxslərin  vəzifəyə  təyin  olunması  ilə  bağlı  səlahiyyətlər  məcmusudur. 
İnvestitura  icra  hakimiyyətinə  müəyyən  üstünlüklər  verən  institutdur.  Belə  ki,  vəzifəyə  təyin 
edilən  şəxslərin  şəxsi  keyfiyyətləri  nəzərə  alındığından,  bir  çox  hallarda  icra  hakimiyyətinin 
bundan sui-istifadə ehtimalı mövcud olur. Yəni icra hakimiyyəti  başçısı  təyin edilən  şəxslərin 
peşəkarlıq, təcrübəlilik meyarları ilə yanaşı, onların sədaqətlilik, partiya mənsubiyyəti və sair 
keyfiyyətləri də nəzərə alınır. 95-ci maddəyə görə Milli Məclis prezidentin təqdim etdiyi hərbi 
doktrinanı,  dövlət  büdcəsini  təsdiq  edir,  Baş  nazirin  təyin  olunmasına  razılıq  verir,  yuxarı 
instansiya  məhkəmələrinin  -  Konstitusiya  Məhkəməsinin,  Ali  Məhkəmənin,  apelyasiya 
məhkəmələrinin  hakimlərini  vəzifəyə  təyin  edir,  Baş  prokurorun  təyin  olunmasına  və 
vəzifədən  kənarlaşdırılmasına  razılıq  verir,  beynəlxalq  müqavilələri,  Milli  Bankın  İdarə 
Heyətinin  üzvlərini  təsdiq  edir.  Bundan  başqa  qanunverici  orqan  Nazirlər  kabinetinə  etimad, 
prezidentin  impiçment  qaydasında  vəzifədən  kənarlaşdırılması,  prezidentin  müraciətinə 
əsasən  müharibə  və  sülhə  razılıq  verilməsi,  ordunun  təyinatı  ilə  bağlı  olmayan  işlərə  cəlb 
edilməsi məsələlərinə razılıq verir. Bunların da içərisində ən təsirlisi dövlət büdcəsinin təsdiqi 
və  onun  icrasına  nəzarətdir.  Dövlət  büdcəsini  təsdiq  etməklə  qanunverici  orqan  bütövlükdə 
icra  hakimiyyətinə  təsir  edə  bilir  və  çox  vacib  faktor  olan  maliyyə  sferasında  bu  hakimiyyət 
budağının  fəaliyyətinə  müdaxilə  edir.  Lakin  bu  səlahiyyətdən  ildə,  ancaq  bir  dəfə  istifadə 
edilməsi  dövlət  büdcəsinin  icrası  zamanı  baş  verən  dəyişikliklərə  Milli  Məclisin  əsaslı  və 
adekvat  cavab  vermək  imkanını  məhdudlaşdırır.  95-ci  maddənin 1-5-ci bəndlərində nəzərdə 
tutulan  məsələlər  üzrə  (MM-in  işinin  təşkili,  prezidentin  təqdimatı  ilə  diplomatik 
nümayəndəliklərin təsis olunması, inzibati ərazi bölgüsü, dövlətlərarası  müqavilələrin  təsdiqi, 
dövlət  büdcəsinin  təsdiqi)  qanunlar  qəbul  edilir.  Milli  Məclis  konstitusiya  ilə  nəzərdə  tutulan 
hallarda prezident fərmanlarını təsdiq edir. 111 və 112-ci maddələrə görə hərbi və fövqəladə 
vəziyyət  elan  edilməsi  haqqında  fərmanlar  Milli  Məclisin  təsdiqinə  verilir.  O  cümlədən,  Milli 
Məclis Baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verir.  
İcra  hakimiyyətinin  Milli  Məclisin  fəaliyyətinə  müdaxilə  etməsinə  imkan  verən  əsas 
səlahiyyət  promulqasiya  -  qanunları  imzalamaq  və  dərc  etmək,  habelə  veto  qoymaq 
hüququdur.  Prezidentin  veto  hüququ  Konstitusiyada  birbaşa  göstərilməsə  də  110-cu 
maddənin I hissəsində deyilir ki, qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb 
öz  etirazları ilə  Milli  Məclisə  qaytara bilər.  Bu  maddənin  II  hissəsində isə nəzərdə  tutulur  ki, 
Milli  Məclis  83  səs  çoxluğu  ilə  qəbul  olunan  qanunları  95  səs  çoxluğu,  63  səs  çoxluğu  ilə 


45 
 
qəbul  olunan  qanunları  isə  83  səs  çoxluğu  ilə  qəbul  edərsə,  belə  qanunlar  təkrar 
səsvermədən  sonra  qüvvəyə  minir.  Qanunlar  isə  Milli  Məclisin  hər  sessiyası  zamanı  qəbul 
olunur  və  hər  biri  də  mütləq  prezident  tərəfindən  imzalanmalıdır.  Bu  isə  icra  hakimiyyətinə 
böyük imkanlar verir.  
Azərbaycan  Respublikası  Milli  Məclisinin  hakimiyyətin  digər  qolu  -  məhkəmə 
hakimiyyəti ilə də qarşılıqlı əlaqəsi vardır. 
Məhkəmə  hakimiyyətinin  fəaliyyəti  müəyyən  mənada  qanunverici  hakimiyyətdən 
asılıdır.  Məhz  qanunverici  hakimiyyət  məhkəmə  quruluşu,  hakimlərin  statusu,  məhkəmə 
icraatı  və  s.  ilə  bağlı  məsələləri  nizama  salır.  Belə  hüquqi  tənzimlənmənin  əsasını  isə 
Konstitusiya təşkil edir. Məhz konstitusiyalarda məhkəmə hakimiyyətinin Konstitusiya əsasları 
yığcam şəkildə təsbit olunur. 
Qanunverici  hakimiyyətin  məhkəmə  hakimiyyətinə  təsiri  eyni  zamanda  hakimlərin 
təyinində və amnistiya aktlarının tətbiqində özünü göstərir. 
Lakin  qanunverici  hakimiyyətin  məhkəmə  hakimiyyətinə  təsiri  birtərəfli  deyildir. 
Məhkəmə hakimiyyəti də qanunverici orqanın qəbul etdiyi aktların Konstitusiyaya zidd olduğu 
barədə  qərar  qəbul  etməklə  qanunverici  hakimiyyətə  qarşılıqlı  təsir  göstərir.  Bu  təsir  eyni 
zamanda  Milli  Məclis  deputatlarının  seçkilərinin  nəticələrinin  yoxlanılması  və  təsdiqində  də 
özünü  göstərir.  Konstitusiyanın  86-cı  və  2003-cü  il  27  may  tarixli  «Azərbaycan 
Respublikasının  Seçkilər  Məcəlləsi»nin  171-ci  maddəsinə  görə  Milli  Məclis  deputatları 
seçkilərinin  nəticələrini  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  yoxlayır  və  təsdiq 
edir. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  fəaliyyətinin  əsasları  
Azərbaycan  Respublikası  Konstitusiyasının  7  və  81-ci  maddələrinə  görə  Azərbaycan 
Respublikasında  qanunvericilik  hakimiyyəti  Azərbaycan  Respublikasının  Milli  Məclisi 
tərəfindən  həyata  keçirilir.  Milli  Məclis  125  deputatdan  ibarət  tərkibdə  fəaliyyət  göstərir.  Milli 
Məclisin  deputatları  majoritar  seçki  sistemi,  ümumi,  bərabər  və  birbaşa  seçki  hüququ 
əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  hər  çağırışının  səlahiyyət  müddəti  5  ildir. 
Daxili nizamnaməyə görə Milli Məclis öz fəaliyyətində aşağıdakı prinsipləri üstün tutur: 
-     aşkarlıq; 

siyasi plüralizm, çoxpartiyalılıq; 

məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması.  
Milli  Məclisin iclaslarının məcmusu Milli Məclisin sessiyaları adlanır. 
Milli Məclis hər il iki növbəti sessiyaya yığılır: 
1)  yaz sessiyası - martın 1-dən mayın 31-dək davam edir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə