Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   20   21   22   23   24   25   26   27   ...   84

48 
 
aşağıdakı daimi komissiyaları yaradır: 
1) 
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası; 
2) 
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası; 
3) 
İqtisadi siyasət daimi komissiyası; 
4) 
Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası; 
5) 
Aqrar siyasəti daimi komissiyası; 
6) 
Sosial siyasət daimi komissiyası; 
7) 
Regional məsələlər daimi komissiyası; 
8) 
Elm və təhsil məsələləri daimi komissiyası; 
9) 
Mədəniyyət məsələləri daimi komissiyası; 
10) 
İnsan hüquqları daimi komissiyası; 
11) 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası. 
Daxili  nizamnaməyə  görə  Milli  Məclisin  deputatlarından  müvəqqəti  komissiyalar 
yaradıla  bilər.  Müvəqqəti  komissiyaların  fəaliyyəti  Milli  Məclisin  qəbul  etdiyi  qərarlarla 
müəyyənləşdirilir. 
2. Milli Məclis deputatının hüquqi statusu 
Məlum  olduğu  kimi,  hakimiyyətin  bölgüsünə  əsasən,  qanunverici  hakimiyyət 
parlamentin  əlində  cəmləşir.  Parlament  üzvləri  müxtəlif  dövlətlərdə  müxtəlif  cür  adlandırılır. 
Azərbaycanda isə parlamenti (Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. 
«Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas 
vəzifəsi  qanunvericilik  prosesində  iştirak  etmək  və  qanunda  göstərilmiş  funksiyaları  həyata 
keçirməkdir.  Belə  ki,  Russo  deyirdi:  «Deputat  xalqın  nümayəndəsi  hesab  olunmalıdır.  O, 
seçicilərin  müvəkkil  olunmuş,  səlahiyyətli  nümayəndəsidir».  Yəni  xalq  deputatı  seçir  və  o, 
xalqın  ümumi  iradəsinə  uyğun  hərəkət  etməlidir.  Bu  fikirdən  «imperativ  mandat»  prinsipi 
meydana gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə, deputat onu 
seçən şəxslərin - seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə 
uyğun  hərəkət  etməzsə,  seçicilər  onu  geri  çağıra  bilər.  Əslində  imperativ  mandat 
məqsədəuyğun  deyil.  Çünki  parlamentdə  qanun  qəbul  olunarkən  deputat  heç  də  bütün 
seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz. 
Başqa  bir  prinsip  «azad  mandat»  prinsipidir.  Bu  prinsip  alman  hüquqşünasları 
tərəfindən  irəli  sürülüb.  Mahiyyəti  ondan  ibarətdir  ki,  hansı  dairədən  seçilməsindən  asılı 
olmayaraq  deputat  bütün  xalqın  nümayəndəsidir.  Yəni,  deputat  konkret  seçicilərin  deyil, 
xalqın  mənafeyini  təmsil  edir.  Prelo  azad  mandatın  məzmununu  aşağıdakı  qaydada 
ümumiləşdirib: 
1)  bu  mandat  ümumi  hesab  olunur.  Yəni  deputatlar  ayrı-ayrı  dairələrdən  seçilməsinə 


49 
 
baxmayaraq, onlar bütün xalqı təmsil edir; 
2)  bu  mandat  imperativ  deyil,  konsultativdir.  Yəni  deputat  məcburiyyətdən  uzaqdır, 
onu  konkret  olaraq  nəyisə  etməyə  məcbur  etmək  qadağan  olunur,  deputat 
seçicilər qarşısında məsuliyyət daşımır; 
3)  bu mandat geri çağırıla bilməz; 
4)  bu mandat, həyata keçirən deputat üzərinə öhdəlik qoymur 
Bu  dörd  xüsusiyyət  azad  mandatın  əsas  əlamətləridir  və  müxtəlif  Konstitusiya 
normalarında  öz  əksini  tapır.  Əksər  dövlətlərdə,  o  cümlədən  Azərbaycanda  da  bu  mandat 
tətbiq olunur. 
Deputatın  səlahiyyət  müddəti,  adətən  seçkilərdən  sonra  başlanır.  Azərbaycan 
Respublikası  Konstitusiyanın  84-cü  maddəsinə  görə,  deputatın  səlahiyyət  müddəti 
Azərbaycan Respublikası Milli Məclisinin çağırışının  səlahiyyət  müddəti ilə  məhdudlaşır.  Milli 
Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər 
keçirilərsə,  yeni  seçilən deputatın  səlahiyyət müddəti  deputatlıqdan  çıxanın  qalan  səlahiyyət 
müddəti  ilə  məhdudlaşır.  87-ci  maddəyə  görə,  deputatların  səlahiyyətləri  Milli  Məclisin  yeni 
çağırışının ilk iclas  günü  bitir.  Milli  Məclisin deputatlıqdan  çıxanların  yerinə yeni  seçkilər  Milli 
Məclisin  səlahiyyət  müddətinin  bitməsinə  120  gündən  az  müddət  qalarsa,  keçirilmir.  Milli 
Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur. 
«Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatının  statusu  haqqında»  1996-cı  il  17 
may  tarixli  Qanunun  4  və  5-ci  maddələrində  deputatın  səlahiyyətləri  və  fəaliyyət  formaları 
göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var: 

Milli Məclisin iclaslarında iştirak etmək; 

Milli Məclisin orqanlarına seçmək və seçilmək; 

qanunvericilik təşəbbüsünü həyata keçirmək; 

deputat sorğusu vermək; 

məlumat almaq və yaymaq; 

toxunulmaz olmaq; 

Konstitusiya ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina 
etmək; 

vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək. 
Qanuna görə deputat aşağıdakı formalarda fəaliyyət göstərir: 
1) 
Milli Məclisin iclaslarında iştirak edir; 
2) 
komissiyaların işində iştirak edir; 
3) 
Milli Məclisin sədrinin, komissiyaların tapşırıqlarını yerinə yetirir; 
4) 
deputat sorğuları verir; 


50 
 
5) 
seçicilərlə iş aparır. 
Konstitusiyanın  89-cu  maddəsinə  görə,  Milli  Məclisin  deputatı  aşağıdakı  hallarda 
mandatdan məhrum edilir: 

seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda; 

Azərbaycan  Respublikası  vətəndaşlığından  çıxdıqda  və  ya  başqa  dövlətin 
vətəndaşlığını qəbul etdikdə; 

cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda; 

dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya 
və  başqa  ödənişli  fəaliyyətlə  məşğul  olduqda  (elmi,  pedaqoji  və  yaradıcılıq 
fəaliyyəti istisna olmaqla); 

özü imtina etdikdə. 
Deputat  öz  səlahiyyətlərini  daimi  icra  edə  bilmədikdə  və  qanunda  nəzərdə  tutulmuş 
digər  hallarda  onların  səlahiyyətləri  itirilir.  Bu  haqda  qərarın  qəbul  olunma  qaydası  qanunla 
müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası 
rəy verir. Rəyə Milli Məclis növbəti iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq 
səlahiyyətlərinin  itirilməsi  qaldırılan  deputatın  iştirakı  ilə  baxır.  Tələb  olunan  səs  çoxluğu  ilə 
bu haqda qərar qəbul olunur. 
1996-cı  il  17  may  tarixli  Qanununa  əsasən  deputatın  hüquq  və  vəzifələri  göstərilir. 
Deputatın hüquqları aşağıdakılardır: 
1. 
Deputatın  Milli  Məclisin iclaslarında iştirak  etmək  hüququ  və  səs  hüququ.  Deputat 
müzakirə olunan məsələ barədə fikrini bildirə, təklif və qeydlərini verə bilər. 
2.  Deputatın seçmək və seçilmək hüququ. Milli Məclisin sədrinin, sədr müavinlərinin, 
komissiya  sədrlərinin  və  üzvlərinin  seçkiləri  zamanı  deputat  özünün  və  başqa 
deputatların  namizədliklərini  irəli  sürə  bilər,  namizədlərin  müzakirəsində  və 
səsvermədə iştirak edə bilər. 
3.  Deputatın  qanunvericilik  təşəbbüsü  hüququ.  Deputat  qanunvericilik  hüququnu 
aşağıdakı formalarda həyata keçirir: 
 

yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər; 

qüvvədə  olan  qanuna  və  ya  qərara  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında 
layihə təklif edə bilər; 

qüvvədə  olan  qanunun  və  ya  qərarın  qüvvədən  düşməsi  haqqında  layihə  təklif 
edə bilər; 

Milli  Məclisdə  baxılan  qanuna  və  qərar  layihəsinə  dəyişiklik  və  əlavə  edilməsi 
haqqında təkliflər irəli sürə bilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə