Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   21   22   23   24   25   26   27   28   ...   84

51 
 
 
4.  Deputatın  sorğu  hüququ.  Deputat  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarına, 
məhkəmə  hakimiyyəti  orqanlarına,  Baş  Prokurora,  yerli  özünüidarə  orqanlarına, 
Milli  Bankın  İdarə  Heyətinə,  Hesablama  Palatasına  sorğu  verə  bilər.  Deputat 
sorğusu  deputat  tərəfindən  fərdi  qaydada  və  ya  iclasda  yazılı  şəkildə  verilir.  Bu 
sorğuya  müvafiq  orqanlar  və  ya  vəzifəli  şəxslər  bir  ay  müddətində  rəsmi  surətdə 
yazılı cavab verməlidir. 
5.  Deputatın məlumat almaq və ya yaymaq hüququ. Deputat öz fəaliyyəti ilə əlaqədar 
zəruri  materialları  və  sənədləri almaq  üçün müvafiq  orqanlara  müraciət  edə  bilər. 
Həmin  orqanlar  materialları  və  sənədləri  10  gün  müddətində  deputata  təqdim 
etməlidirlər. 
6.  Deputatın toxunulmazlığı. Bu hüquq deputatın evinin, mənzilinin, əşyalarının şəxsi 
və  xidməti  nəqliyyat  vasitələrinin,  istifadə  etdiyi  rabitə  vasitələrinin,  ona  məxsus 
sənədlərin, yazışmaların toxunulmazlığını əhatə edir. 
7.  Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ. 
8.  Deputatın 
vəzifəli 
şəxslər 
tərəfindən 
təxirə 
salınmadan 
qəbul 
edilmə 
hüququ. 
Deputat 
müvafiq 
dövlət 
orqanları, 
təşkilatları 
tərəfindən təxirə salınmadan qəbul olunmalıdır. 
9.  Deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ. 
Qanuna görə deputatın vəzifələrinə aşağıdakılar daxildir: 

deputat  öz  vəzifələrini  icra  edərkən  vətəndaşların  hüquq  və  azadlıqlarını, 
Azərbaycan  Respublikasının  mənafelərini  qorumalı,  konstitusiya  və  qanunları 
rəhbər tutmalı, deputat etikasını gözləməlidir; 

deputat Milli Məclisin iclaslarında və üzvü olduğu komissiyanın iclaslarında iştirak 
etməlidir.  Üzürsüz  səbəbdən  30  dəfə  iclaslarda  iştirak  etməyən  deputat  63  səs 
çoxluğu ilə deputat mandatından məhrum edilə bilər; 

deputat  qanunazidd  hərəkətlərə,  adına  xələl  gətirə  biləcək  davranışa,  insanın 
şərəf  və  ləyaqətini  alçaldan  kobud,  təhqiramiz  sözlər  və  hərəkətlərə  yol 
verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalıdır. 
Deputatlıq  fəaliyyətinin  təminatlarından  danışdıqda  birinci  növbədə  immunitet  və 
indemniteti  qeyd  etmək  lazımdır.  İmmunitet  dedikdə,  deputatın  toxunulmazlığı  başa  düşülür. 
Konstitusiyanın  90-cı  maddəsinə  görə,  səlahiyyət  müddəti  ərzində  deputatın  şəxsiyyəti 
toxunulmazdır.  Deputat  səlahiyyət  müddəti  ərzində  cinayət  başında  yaxalanma  hallarından 
başqa,  cinayət  məsuliyyətinə  cəlb  edilə  bilməz,  tutula  bilməz,  onun  barəsində  məhkəmə 
qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz,  şəxsi 


52 
 
müayinə  edilə  bilməz.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  cinayət  başında 
yaxalanarkən  tutula  bilər.  Belə  olduqda  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatını 
tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatının  toxunulmazlığına  yalnız 
Azərbaycan  Respublikası  Baş  prokurorunun  təqdimatına  əsasən  Azərbaycan  Respublikası 
Milli  Məclisinin  qərarı  ilə  xitam  verilə  bilər.  Nizamnamədə  göstərilir  ki,  bu  barədə  təqdimata 
Milli  Məclis  onun  daxil  olduğu  vaxtdan  7  gün  müddətində  baxır,  təqdimat  intizam 
komissiyasına  göndərilir  və  komissiyada  bu  məsələyə  baxılır.  Komissiya  təqdimata  dair  rəy 
qəbul  edir.  Rəydə  deputat  toxunulmazlığına  xitam  verilib-verilməməsi  barədə  intizam 
komissiyasının  qənaəti  söylənilir.  İşə  həmin  deputatın  iştirakı  ilə  baxılır.  Tələb  olunan  səs 
çoxluğu ilə deputat toxunulmazlığına xitam verilir. 
İndemnitet termini iki mənada başa düşülür: 
Birinci  mənada,  indemnitet  -  deputatın  öz  fəaliyyətinə,  səsverməyə  və  söylədiyi  fikrə 
görə  məsuliyyət  daşımaması  və  şahid  qismində  ifadə  verməkdən  imtina  etməsidir.  Bu, 
Konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb. 
İkinci  mənada,  indemnitet  -  deputatın  fəaliyyətinə  görə  əmək  haqqı  almasıdır.  Əmək 
haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur. 
Milli  Məclisin  Daxili  Nizamnaməsinin  45-ci  maddəsində  deputatın  parlamentdaxili 
məsuliyyətə cəlbolunma əsasları göstərilir: 
1)  Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda; 
2)  Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə; 
3)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  sakitliyi  və  iş  qaydasını 
pozduqda; 
4)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  insanın  şərəf  və  ləyaqətini 
alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə; 
5)  deputat adına xələl gətirən hərəkətlər etdikdə; 
6)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  üzürsüz  səbəbdən  iştirak 
etmədikdə. 
Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər: 
1)  xəbərdarlıq; 
2)  sözkəsmə; 
3)  iclas salonundan çıxarma; 
4)  töhmət; 
5)  deputat səlahiyyətlərinin itirilməsi. 
1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət  etməsi  üçün  iki 
aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət 


53 
 
müddəti  qurtardıqdan  sonra  işə  düzələnədək  bir  il  müddətində  deputatın  əmək  haqqının 
80%-i  məbləğində  pul  təminatı  alır.  Səlahiyyət  müddəti  qurtardıqdan  sonra  təqaüd  yaşına 
çatmış deputat, əmək haqqının 80%-dən az olmayan məbləğdə təqaüd alır. Qanuna əsasən 
deputatın dövlət icbari sığortası nəzərdə tutulur. 
3. Qanunvericilik prosesi 
Qanunvericilik, hüquqyaratma fəaliyyətinin əsas, ən mühüm formasıdır. Qanunvericilik 
fəaliyyəti  dedikdə,  ali  dövlət  hakimiyyəti  orqanının  qanunlar  qəbul  etməyə  yönəldilmiş 
fəaliyyəti başa düşülür. 
Qanunvericilik  fəaliyyəti  qanunvericilik  prosesi  vasitəsilə  reallaşır.  Parlament 
qanunvericilik  fəaliyyətini  yerinə  yetirərkən  qanunvericilik  prosesinə  ciddi  əməl  edir,  çünki 
qanunvericilik prosesinin pozulması qəbul edilmiş qanunun qeyri-legitimliyinə səbəb olur. 
Qanunvericilik prosesi, istənilən hüquqi proses kimi aşağıdakı mərhələlərdən ibarətdir: 
1)  Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik təşəbbüsü); 
2)  Qanun  layihəsinə  parlament  palataları  və  komitələrində  (komissiyalarında) 
baxılması; 
3)  Qanunun qəbul edilməsi; 
4) 
Qanunun 
sanksiyalaşdırılması, 
promulqasiya 
və 
dərc 
edilməsi. 
Bəzən sonuncu mərhələni iki yerə bölürlər: 
1)  Qanunun sanksiyalaşdırılması və dövlət başçısı tərəfindən imza edilməsi; 
2)  Rəsmi dərc etmə ilə promulqasiya (elanetmə). 
Qanunvericilik   prosesinin   ilkin   mərhələsi   qanunvericilik   təşəbbüsüdür. 
Qanunvericilik  təşəbbüsü  -  səlahiyyətli  subyektin  qanun  layihəsi  və  ya  qanuna  dair 
təkliflərin parlamentin  səlahiyyətli orqanına  rəsmi  surətdə  təqdim  edilməsidir.  Qanun layihəsi 
və  qanuna  dair  təkliflər  arasında  fərq  hərfi  mənada  özünü  göstərir.  Belə  ki,  qanun  layihəsi 
gələcək qanun olduğu üçün qanunun bütün atributlarına - preambulaya, maddələrə, bəndlərə, 
normaların  dəqiq  formulalarına  və  s.  malikdir.  Qanuna  dair  təklif  isə  -  gələcək  qanun 
barəsində ideya, bəzən nəzəri konsepsiya şəklində olur.  
Subyektin  qanunvericilik  təşəbbüsü  hüququna  malik  olması  o  deməkdir  ki,  parlament 
həmin  subyekt  tərəfindən  təklif  olunmuş  qanun  layihəsinə  mütləq  baxmalıdır.  Onun  qəbul 
edilməsi  isə  zəruridir.  Parlament  müvafiq  olan  qanun  layihəsini  olduğu  kimi  qəbul  etməyə 
borclu deyildir və ola bilər ki, onu bütünlüklə və digər formada qəbul etsin. Konstitusiyanın 96-cı 
maddəsinə  əsasən  Azərbaycan  Respublikasında  qanunvericilik  təşəbbüsü  hüququ  (qanun 
layihələrinin  və  başqa  məsələləri  Azərbaycan  Respublikası  Milli  Məclisinin  müzakirəsinə 
təqdim  etmək  hüququ)  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarına,  Azərbaycan 
Respublikasının  Prezidentinə,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə,  Azərbaycan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə