Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   23   24   25   26   27   28   29   30   ...   84

56 
 
Məclisin sədrinə göndərilir. 
Milli  Məclisdə  ikinci  oxunuşda  baxılmasına  azı  beş  gün  qalmış  qanun  layihəsi  onun 
təşəbbüsçüsünə göndərilir. 
Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin, 
Azərbaycan  Respublikası  Prokurorluğunun,  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin 
qanunvericilik  təşəbbüsü  qaydasında  Milli  Məclisin  müzakirəsinə  verdikləri  qanun  layihələri 
təqdim  olunmuş  şəkildə  müzakirəyə  çıxarılmalı  və  səsə  qoyulmalıdır.  Belə  qanun 
layihələrində dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər. 
Qanun  layihəsinin  ikinci  oxunuşda  müzakirəsi  aparıcı  daimi  komissiyanın 
nümayəndəsinin  məruzəsi  ilə  başlanır.  Məruzəçi  daimi  komissiyada  layihəyə  baxılmasının 
nəticələri haqqında məlumat verir. 
Layihənin ikinci oxunuşda müzakirəsi bir qayda olaraq qanun layihəsi təşəbbüsçüsünün 
və ya onun nümayəndəsinin çıxışı ilə davam edir. 
Daha  sonra,  ikinci  oxunuşda  müzakirə  edilən  qanun  layihəsinin  əsas  kimi  qəbul 
edilməsi  barəsində  protokol  qaydasında  qərar  qəbul  edilir.  Bu  cür  qərar  qəbul  edilməzsə, 
qanun  layihəsi  qəbul  edilməmiş  sayılır.  Qanun  layihəsi  əsas  kimi  qəbul  olunduqdan  sonra 
Milli  Məclisin  iclasına  sədrlik  edən  deputatlardan  qanun  layihəsində  edilmiş  dəyişikliklərə 
etirazların olub-olmamasını öyrənir.  
Bundan  sonra  qanun  layihəsi  ikinci  oxunuşda  qəbul  edilir.  İkinci  oxunuşda  qəbul 
edilmiş  qanun  layihəsi  müzakirə  zamanı  müəyyənləşdirilmiş  daxili  ziddiyyətlərin  aradan 
qaldırılması və redaktə edilməsi üçün aparıcı daimi komissiyaya qaytarılır. 
Bu iş başa çatdıqdan sonra aparıcı daimi komissiya üçüncü oxunuş üçün hazırlanmış 
qanun layihəsini  Milli  Məclisin  sədrinə  göndərir.  Milli  Məclisin sədri qanun layihəsinə üçüncü 
oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə salır. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  Daxili  Nizamnaməsinin  19-cu  maddəsinə 
əsasən,  üçüncü  oxunuş  zamanı  qanun  layihəsi  bütövlükdə  səsə qoyulur.  Qanun layihəsinin 
üçüncü  oxunuşu  zamanı  onun  mətnində  dəyişikliklər  edilə  bilməz.  Müstəsna  hallarda  Milli 
Məclisin  iclasında  iştirak  edən  deputatların  əksəriyyətinin  tələbi  ilə  üçüncü  oxunuşda  olan 
qanun layihəsi ikinci oxunuşa qaytarıla bilər. 
Qanunların 
qəbulunda 
sonrakı 
mərhələ 

qanunun 
sanksiyalaşdırılması, 
promulqasiyası  və  dərc  edilməsidir.  Qanunun  sanksiyalaşdırılması  dövlət  başçısının  onun 
rəsmi  mətninə  imza  atması  ilə  həyata  keçirilir.  Əks  halda  dövlətin  başçısı  imza  atmaqdan 
imtina edir və ona «veto» qoyur. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  97-ci  maddəsinə  əsasən  qanunlar 
qəbul  edildiyi  gündən  14  gün  müddətində  Azərbaycan  Respublikasının  Prezidentinə 


57 
 
imzalanmaq üçün təqdim edilir.  
Konstitusiyanın  110-cu  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının  Prezidenti 
qanunları  ona  təqdim  olunmuş  gündən  başlayaraq  56  gün  ərzində  imzalayır.  Qanun 
Azərbaycan  Respublikasının  Prezidentinin  etirazını  doğurarsa,  o,  qanunu  imzalamayıb,  öz 
etirazı  ilə  birlikdə  göstərilən  müddət  ərzində  Azərbaycan  Respublikasının  Milli  Məclisinə 
qaytara  bilər.  Konstitusiya  qanunları  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən 
imzalanmazsa,  qüvvəyə  minmir.  Azərbaycan  Respublikası  Milli  Məclisi  83  səs  çoxluğu  ilə 
qəbul edilən qanunları 95 səs, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu 
ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir. 
Azərbaycan  Respublikasının  Prezidentinin  qaytardığı  qanunu  Milli  Məclisin  sədri 
müvafiq  aparıcı  daimi  komissiyanın  və  ya  xüsusi  yaradılmış  komissiyanın  rəyinə  göndərir. 
Həmin  komissiya  məsələyə  10  gün  müddətində  baxır,  aşağıdakı  qərarlardan  birinin  qəbul 
olunmasını təklif edir: 

qanun  Azərbaycan  Respublikasının  Prezidentinin  təklif  etdiyi  dəyişikliklərlə  qəbul 
edilsin; 

Azərbaycan  Respublikasının  Prezidentinin  qanunun  məqsədəuyğun  olmaması 
barədə təklifi qəbul edilsin; 

qanun qəbul edilmiş redaktədə saxlanılsın. 
Bu barədə Prezidentə dərhal məlumat verilir. 
Təkrar baxılma Prezidentin nümayəndəsinin çıxışı ilə başlanır. 
Yuxarıda  (Konstitusiyanın  110-cu  maddəsi)  qeyd  etdiyimiz  formada,  təkrar 
səsvermədən  keçən  qanun  dərc  olunmaq  üçün  7  gündən  gec  olmayaraq,  Azərbaycan 
Respublikasının Prezidentinə göndərilir. 
Qanunun dərc olunması qanunvericilik prosesinin ən son mərhələsidir. Dərc olunma - 
qanunun mətninin rəsmi olaraq nəşrindən ibarətdir. 
 
4. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya 
statusunun əsasları 
Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu sahəsində 
də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir. 
İdarəetmə  forması  kimi  prezidentli  respublika  ilk  dəfə  1787-ci  il-də  ABŞ-ın 
Konstitusiyasında  təsbit  edilmişdir.  Lakin  dövlətin  funksiyalarının  hakimiyyət  orqanları 
arasında  bölüşdürülməsi  bir  anlığa  baş  verməmişdir.  ABŞ-da  təsis  olunmuş  prezidentlik 
institutu  özünün  nəzəri  əsasını  hakimiyyətin  bölgüsü  nəzəriyyəsindən  götürmüşdür. 


58 
 
Hakimiyyətin  bölgüsü  nəzəriyyəsi  də  ilk  dəfə  XVIII  əsrdə  Monteskyö  tərəfindən  irəli 
sürülmüşdür.  Monteskyö  hakimiyyətin  bölgüsü  nəzəriyyəsini  irəli  sürərkən  o  nöqteyi-
nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq 
ola bilməz». 
Müxtəlif  dövlətlərdə  prezidentlik  institutu  ayrı-ayrı  dövrlərdə  idarəetmə  formasından 
asılı olaraq tətbiq olunmuşdur.  
Prezidentlik  institutu  dövlətçiliyimizin  inkişafı  tarixində  qısa  müddəti  əhatə  edir. 
Respublikamızda prezidentlik institutu 1990-cı ilin may ayında təsis edilmişdir, sonradan, yəni 
1991-ci  il  iyunun  26-da  Azərbaycan  Respublikası  Ali  Soveti  tərəfindən  «Azərbaycan 
Respublikası  Prezident  seçkiləri  haqqında»  qanun  qəbul  edilmişdir.  Lakin  respublikamızda 
prezidentlik  institutunun  tətbiqindən  sonra  bu  institutun  nəzəri  və  tarixi,  həmçinin,  ali 
hakimiyyət orqanlarına əhəmiyyətli təsirinin mahiyyətini açan xüsusi tədqiqat aparılmamışdır. 
Bununla  belə,  respublikamızda  prezidentlik  institutu  müasir  konstitusion  təcrübəni,  milli 
ənənələri, bütün dünyada, habelə Müstəqil Dövlətlər Birliyi üzvləri ölkələrində siyasi reallıqları 
nəzərə  almaqla  daha  əlverişli  modeli  seçməklə  tətbiq  edilir.  Məlumdur  ki,  ölkədə  baş  verən 
islahatların  müvəffəqiyyəti  birbaşa  siyasi  rejimdən  asılıdır.  Bununla  əlaqədar  olaraq  müasir 
dövr üçün mühüm əhəmiyyət prezident institutuna verilir. 
Respublikamız  keçmiş  SSRİ respublikaları içərisində  prezident institutunu ilkin  olaraq 
təsis  etmişdir.  Əlbəttə,  prezident  institutunun  səmərəliliyinin  artırılmasında  prezidentin  şəxsi 
keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir. 
1991-ci  il  oktyabrın  18-də  qəbul  edilmiş  «Azərbaycan  Respublikasının  Dövlət 
Müstəqilliyi  haqqında»  Konstitusiya  Aktında  dövlət  hakimiyyətinin  hakimiyyətin  bölgüsü 
prinsipinə  əsaslanması  təsbit  edilmişdir.  13-cü  maddənin  III  hissəsində  deyilirdi:  «Ali  icra 
hakimiyyəti  Azərbaycan  dövlətinin  başçısı  olan  Azərbaycan  Respublikası  prezidentinə 
məxsusdur». 
Buradan göründüyü kimi, ali icra hakimiyyətinin dövlət başçısı - prezidentə məxsusluğu 
artıq hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq bölüşdürülməsini zəruri edirdi. Bu da 
öz növbəsində yeni Konstitusiyanın qəbulu ilə həyata keçirilməli idi. 
Məlumdur  ki,  12  noyabr  1995-ci  ildə  müstəqil  Azərbaycan  Respublikasının  ilk 
Konstitusiyası  referendum  (ümumxalq  səsverməsi)  yolu  ilə  qəbul  edildi.  Konstitusiyanın  8-ci 
maddəsi «Azərbaycan dövlətinin başçısı» adı altında verilmişdir. Burada deyilir: «Azərbaycan 
dövlətinin  başçısı  Azərbaycan  Respublikasının  Prezidentidir».  Həmçinin  Konstitusiyanın  7-ci 
maddəsinin  3-cü  hissəsində  və  99-cu  maddəsində  qeyd  olunur  ki,  «Azərbaycan 
Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur». 
Konstitusiyanın  bu  müddəalarından  göründüyü  kimi,  Azərbaycan  Respublikasının 
Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti prezidentə mənsubdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə