Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   24   25   26   27   28   29   30   31   ...   84

59 
 
Prezident  ölkənin  daxilində  və  xarici  münasibətlərdə  dövləti  təmsil  edir;  Azərbaycan 
xalqının vahidliyini təcəssüm etdirir; Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. O, dövlət 
müstəqilliyinin,  ərazi  bütövlüyünün,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 
müqavilələrə  riayət  olunmasının  və  məhkəmə  hakimiyyətinin  müstəqilliyinin  təminatçısıdır. 
Qeyd olunan bu funksiyalar dövlət başçısı üçün tarixən xarakterik olan bütün əlamətləri əhatə 
edir. 
Bununla yanaşı, Konstitusiyanın 7 və 99-cu maddələrinə görə Prezident, həmçinin, icra 
hakimiyyətini  həyata  keçirir.  Deməli,  Azərbaycan  Respublikasında  Prezident  həm  dövlət 
başçısıdır, həm də icra hakimiyyəti ona mənsubdur. Prezidentin hüquqi statusunun əsaslarını 
ilk növbədə onun səlahiyyətlərinin məcmusu təşkil edir. 
Prezidentin səlahiyyətlərini şərti olaraq dörd qrupa bölmək olar. 
I.  Milli Məclisin fəaliyyəti ilə bağlı səlahiyyətlər. Bura daxildir: 
1) 
Prezident Milli Məclisə seçkiləri təyin edir; 
2)  qanunvericilik təşəbbüsü hüququnu həyata keçirir; 
3)  qanunları imzalayır və dərc etdirir, veto hüququndan istifadə edir. Bu promulqasiya 
adlanır. Bəzi dövlətlərdə (Məsələn, Peruda) qanunu prezidentlə birgə parlamentin 
sədri  də  imzalayır.  Bizdə  də  90-cı  illərin  əvvəllərində  belə  bir  məsələ  ortaya 
qoyuldu,  amma  sonra  aradan  qalxdı.  Çünki  1995-ci  il  Konstitusiyası  bunu  təsdiq 
etmədi; 
4)  Konstitusiya  Məhkəməsi,  Ali  Məhkəmə  və  Apellyasiya  məhkəmələri  hakimlərinin 
namizədliyini Milli Məclisə təqdim edir; 
5)  Baş prokurorun namizədliyini Milli Məclisə təqdim edir; 
6)  Milli Məclisin razılığı ilə Baş Naziri vəzifəyə təyin edir; 
7)  Azərbaycan  Respublikası  Milli  Bankının  İdarə  Heyəti  üzvlərinin  vəzifəyə  təyin  və 
vəzifədən azad edilməsi barədə Milli Məclisə təqdimat verir; 
8)  Azərbaycan  Respublikasının  hərbi  doktrinasını  Azərbaycan  Respublikası  Milli 
Məclisinin təsdiqinə verir. 
II.  Hökumətin fəaliyyəti ilə əlaqədar olan səlahiyyətlər. Bura daxildir: 
1) 
Prezident Baş Naziri təyin edir; 
2)  Nazirlər Kabinetinin iclaslarına sədrlik edir; 
3)   hökumət üzvlərini vəzifəyə təyin və azad edir; 
4)  Nazirlər Kabinetinin iş qaydasını təsdiq edir; 
5)  Nazirlər  Kabinetinin  təqdim  etdiyi  dövlət  büdcəsini  təsdiq  üçün  Milli  Məclisə 
təqdim edir; 
6)  Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir. 
III.  Xarici siyasət, milli təhlükəsizlik və müdafiə sahəsində olan səlahiyyətlər. Bura 


60 
 
daxildir: 
1) 
ölkənin daxili və xaricində ölkəni təmsil edir; 
2)  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və  beynəlxalq  təşkilatlarda 
diplomatik  nümayəndələrini  təyin  edir;  Azərbaycan  Respublikasının  xarici 
ölkələrdə  diplomatik nümayəndəliklərinin  açılması  haqqında  Milli  Məclisə  təqdimat 
verir; 
3)  Xarici  ölkələrin  diplomatik  nümayəndəliklərinin  etimadnamə  və  övdətnamələrini 
qəbul edir; 
4)  dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır; 
5)  dövlətlərarası  beynəlxalq  müqavilələrin  ratifikasiyası  və  denansasiyası  üçün  Milli 
Məclisə təqdim edir; 
6)  silahlı  qüvvələrin  ali  baş  komandanıdır;  silahlı  qüvvələrin  ali  komanda  heyətini 
(Müdafiə  Naziri,  onun  müavinləri  və  baş  qərargah  rəisini)  vəzifəyə  təyin  və  azad 
edir; 
7)  Milli Məclisin razılığı ilə fövqəladə və hərbi vəziyyət elan edir; 
8)  Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır; 
9)  ölkənin hərbi doktrinasını təsdiq edir; 
10)  Təhlükəsizlik Şurasını yaradır. 
IV.  Müvafiq  hakimiyyət  strukturlarının  fəaliyyətinin  əlaqələndirilməsi  və  sair 
məsələlərlə bağlı səlahiyyətlər. Bura aiddir: 
1)  Prezident  icra  hakimiyyəti  orqanlarının  Konstitusiyaya,  qanunlara  və  onun 
fərmanlarına zidd olan qərarlarını ləğv edir; 
2)  Prezident  icra  hakimiyyəti  orqanları  arasında  baş  verən  münaqişələrin  nizama 
salınması üçün razılaşdırıcı proseduradan istifadə edir; 
3)  insan  və  vətəndaşların  hüquq  və  azadlıqlarını  və  dövlətin  suverenliyini,  ərazi 
bütövlüyünün qorunması ilə əlaqədar tədbirlər görür; 
4)  referendum təyin edir; 
5)  icra başçılarını vəzifəyə təyin və azad edir; 
6)  vətəndaşlıq məsələlərini həll edir; 
7)  fəxri fərmanlarla təltif edir, fəxri adlar verir. 
 
Azərbaycan  Respublikası  Prezidentinin  seçilməsi  və  səlahiyyətlərinin  xitam 
edilməsi  qaydaları.  Azərbaycan  Respublikası  Konstitusiyasının  100-cü  maddəsinə  əsasən 
yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi 
yaşayan,  seçkilərdə  iştirak  etmək  hüququna  malik  olan,  o  cümlədən  ağır  cinayətə  görə 
məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı 


61 
 
olmayan  Azərbaycan  Respublikasının  vətəndaşı  prezident  seçilə  bilər.  Konstitusiyaya  görə 
prezident  5  il  müddətinə  seçilir  və  heç  kəs  iki  dəfədən  artıq  təkrarən  Azərbaycan 
Respublikasının Prezidenti seçilə bilməz. 
Azərbaycan  Respublikası  Prezidentinin  seçilmə  qaydası  2003-cü  il  27  may  tarixli 
«Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi»  ilə  tənzimlənir.  Məcəlləyə  görə  Prezident 
seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən seçki gününə azı 120 gün 
qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr 
ayının  üçüncü  həftəsinin  çərşənbə  günü  hesab  olunur.  Əgər  növbədən  kənar  seçkilər 
keçirilərsə, bu zaman Milli Məclis və Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edildiyi 
gündən  başlayaraq  bir  həftədən  gec  olmayan  müddətdə  Mərkəzi  Seçki  Komissiyası  seçki 
gününü  çərşənbə  gününə  təyin  edir  və  seçkilər  3  ay  ərzində  keçirilir.  Seçkilər  təyin 
olunduqdan sonra seçki komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir: 
1) 
Mərkəzi Seçki Komissiyası; 
2)  dairə seçki komissiyaları; 
3)  məntəqə seçki komissiyaları. 
Seçki Məcəlləsinə görə prezident seçkiləri Azərbaycan Respublikasının ərazisini əhatə 
edən  vahid  seçki  dairəsi  üzrə  keçirilir.  Seçicilərin  səs  verməsinin  keçirilməsi  və  səslərin 
hesablanmasını  təşkil  etmək  üçün  seçki  məntəqələri  yaradılır.  Bu  zaman  aşağıdakı  tələblər 
nəzərə alınmalıdır: 
- hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan sayda seçicini 
əhatə etməlidir; 
-  sanatoriyalarda,  istirahət  evlərində,  xəstəxanalarda,  seçicilərin  digər  müvəqqəti 
məskunlaşma  yerlərində,  gediş-gəliş  çətin  olan  yerlərdə,  dövlət  bayrağı  altında  üzən 
gəmilərdə  seçki  məntəqələri  seçki  gününə  50  gün  qalmış,  müstəsna  hallarda  isə  5  gün 
qalmış təşkil edilməlidir. 
Məntəqələrin təşkilindən sonra seçici siyahıları tərtib olunur və namizədlər irəli sürülür. 
Seçki  Məcəlləsinə  görə  prezidentliyə  namizəd  siyasi  partiyalar,  siyasi  partiya  blokları  və 
bilavasitə  seçicilər  tərəfindən  irəli  sürülə  bilər.  Siyasi  partiya  bloku  azı  iki  siyasi  partiya 
tərəfindən yaradıla bilər. Prezidentliyə namizədin müdafiəsi üçün 45.000 imza toplanmalıdır. 
Bütün  bunlardan  sonra  səsvermə  keçirilir  və  seçki  məntəqələrində  səslər  hesablanır. 
Mərkəzi  Seçki  Komissiyası  səsvermə  günündən  başlayaraq  14  gündən  gec  olmayan 
müddətdə  prezident  seçkilərinə  yekun  vurur  və  nəticələri  təsdiq  olunmaq  üçün  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsinə  göndərir,  seçkilərin  nəticələrini  müəyyən  edir. 
Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin səsini toplamış namizəd prezident seçilir. Əgər 
bu  səs  çoxluğu  səsvermənin  birinci  dövrəsində  toplanmayıbsa,  səsvermə  günündən  sonra, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə