Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

69 
 
tutulduqda; 
2.  Xüsusi  təhlükəli  cinayətə  görə  məhkəməyə  verilmiş  təqsirləndirilən  şəxslərdən  heç 
olmasa  biri  ona  elan  edilmiş  ittihamla  məhkəmədə  andlı  iclasçıların  iştirakı  ilə  baxılması 
haqqında arzusunu bildirdikdə. 
Beləliklə,  yalnız  xüsusilə,  ağır  cinayətlərdə  ittiham  edilən  şəxslərə  münasibətdə 
andlılar  məhkəmələrinin  tətbiq  olunmasını  onunla  izah  etmək  olar  ki,  bu  zaman  həmin 
şəxslərin  həyatı  həll  olunur.  Ona  görə  də  belə  məsələni  1  və  ya  3  hakimə  deyil,  xalq 
içərisindən  seçilmiş  və  öz  vicdanının  səsinə  qulaq  asan  12  üzvə  həvalə  edilməsi  daha 
məqsədə müvafiq olardı. 
Azərbaycan  Respublikasının  Konstitusiyasının  125-ci  maddəsinin  I  hissəsinə  görə 
məhkəmə  hakimiyyətini  ədalət  mühakiməsi  yolu  ilə  məhkəmələr  həyata  keçirir.  Həmin 
maddənin  III  hissəsinə  görə  isə  məhkəmə  hakimiyyəti  konstitusiya,  mülki  və  cinayət 
məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. 
Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi qəbul edilir 
və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir. 
Hüquq  ədəbiyyatında  ədalət  mühakiməsinə  verilən  anlayış  əsasında  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsinin  ədalət  mühakiməsini  həyata  keçirməsini 
təsdiqləmək olar: 
1.  Ədalət  mühakiməsi  məhkəmələr  tərəfindən  həyata  keçirilir.  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsi  də  Azərbaycan  Respublikası  məhkəmə  sisteminə 
daxil olan ali instansiyadır. 
2.  Ədalət 
mühakiməsi 
məhkəmə 
iclaslarında 
həyata 
keçirilir. 
Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsi  də  onun  səlahiyyətinə  aid  edilmiş  işlərə  məhkəmə 
iclaslarında baxır. 
3.  Ədalət  mühakiməsi  Azərbaycan  Respublikası  Konstitusiyasında  və  digər 
qanunvericilik  aktlarında  müəyyən  edilmiş  demokratik  prinsiplər  əsasında  həyata  keçirilir. 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  öz  fəaliyyətini  Azərbaycan 
Respublikası Konstitusiyasında və «Konstitusiya Məhkəməsi haqqında» qanunun 15 - 19-cu 
və 25 - 29-cu maddələrində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirir. 
4.  Ədalət  mühakiməsi  qanunla  müəyyən  edilmiş  prosessual  qaydada  həyata  keçirilir. 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  Konstitusiya  icraatını  «Konstitusiya 
Məhkəməsi haqqında» qanunda müəyyən edilmiş prosessual qaydada həyata keçirir. 
«Konstitusiya  Məhkəməsi  haqqında»  qanunun  40-cı  maddəsinə  görə  Azərbaycan 
Respublikası Konstitusiya Məhkəməsində icraat aşağıdakı 2 üsulla həyata keçirilir:  
a) Konstitusiya məhkəmə icraatı; 
b) xüsusi Konstitusiya icraatı. 


70 
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya işləri üzrə 
konstitusiya  məhkəmə  icraatı  aşağıdakı  növlərdə  həyata  keçirilir:  Azərbaycan  Respublikası 
Konstitusiyasının  130-cu  maddəsinin  III  hissəsinin  1-6-cı  və  8-ci  bəndlərində  nəzərdə 
tutulmuş məsələlərin həlli üçün verilmiş sorğularla əlaqədar işlərin icraatı; qanunverici, icra və 
məhkəmə  hakimiyyəti  orqanları  arasında  səlahiyyətlər  bölgüsü  ilə  bağlı  mübahisələrlə 
əlaqədar sorğular üzrə işlərin icraatı. 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsində  baxılan  konstitusiya işləri  üzrə 
xüsusi  konstitusiya  icraatı  aşağıdakı  növlərdə  həyata  keçirilir:  Azərbaycan  Respublikası 
Konstitusiyasını və qanunlarının şərh edilməsi üçün verilən sorğularla əlaqədar işlərin icraatı; 
Azərbaycan  Respublikası  Prezidentinin  səhhətinə  görə  öz  səlahiyyətlərini  icra  etmək 
qabiliyyətini,  tamamilə,  itirdiyi  barədə  məlumatı  aydınlaşdırmaq  üçün  Azərbaycan 
Respublikasının Milli Məclisinin müraciəti ilə əlaqədar işlərin icraatı; Azərbaycan Respublikası 
Prezidentinin  istefa  ərizəsinə  baxılması  ilə  əlaqədar  işlərin  icraatı;  Azərbaycan  Respublikası 
Prezidentinin  vəzifədən  kənarlaşdırılması  məsələsi  ilə  əlaqədar  işlərin  icraatı;  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  deputatları  seçkilərinin  nəticələrinin  yoxlanılması  və  təsdiqi  ilə 
əlaqədar işlərin  icraatı;  yeni  seçilmiş Azərbaycan  Respublikasının  Milli  Məclisinin ilk iclasının 
keçirilməsi  vaxtının  təyin  edilməsi  ilə  əlaqədar  olan  işlərin  icraatı;  Azərbaycan  Respublikası 
Milli  Məclisinin  və  ya  Azərbaycan  Respublikası  Prezidentinin  Azərbaycan  Respublikası 
Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi  haqqında  təkliflərinə  dair  Azərbaycan 
Respublikası Konstitusiya Məhkəməsinin rəyinin çıxarılması ilə əlaqədar işlərin icraatı. 
Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  66-cı  maddəsinə  görə 
ədalət  mühakiməsinin  bir  forması  olan  cinayət  mühakimə  icraatını  aşağıdakı  məhkəmələr 
həyata keçirir: rayon (şəhər) məhkəmələri, hərbi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə 
Azərbaycan  Respublikası  məhkəməsi,  ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan 
Respublikası  hərbi  məhkəməsi,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsi,  Azərbaycan 
Respublikası Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi. 
Azərbaycan  Respublikasında  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələrin  icraatına  aid 
edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı Azərbaycan Respublikasının Ali 
Məhkəməsidir.  O,  qanunla  müəyyən  edilmiş  prosessual  qaydalarda  ümumi  və 
ixtisaslaşdırılmış  məhkəmələrin  işinə  nəzarəti  həyata  keçirir,  məhkəmələrin  praktikasına  aid 
məsələlər üzrə izahatlar verir. 
8.   Azərbaycan Respublikası Prokurorluğu 
Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyəti  sisteminə  daxil  olan  prokurorluq 
orqanlarının  dövlət  hakimiyyəti  sistemində  yerinin  müəyyənləşdirilməsi  aktual  məsələlərdən 
biridir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə