Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə35/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   84

76 
 
təşkilatlar  arasındakı  əmlak  münasibətləri  nizama  salınır.  Bundan  başqa,  digər 
dövlət  orqanlarının  verdiyi  aktlar  da  mülki  hüququn  mənbəyi  sayılır  və  mülki 
münasibətləri  nizama  salır.  Məsələn,  Milli  Bankın  instruksiyası  ilə  kredit  və 
hesablaşma  münasibətləri,  Nəqliyyat  Nazirliyinin  qaydaları  və  başqa  aktları  ilə 
sərnişinlərin və yüklərin daşınması və s. münasibətlər nizama salınır. 
Mülki  hüquq  normaları,  həmçinin,  yerli  icra  hakimiyyəti  və  bələdiyyə 
orqanlarının qərarlarında öz əksini tapır. 
Azərbaycan  Respublikasının  bütün  qanunları  kimi  mülki  qanunlar  da  dərc 
edildiyi  gündən  qüvvəyə  minir  (əgər  qanunda  başqa  müddət  göstərilməyibsə). 
Mülki  qanunların  geriyə  qüvvəsi  yoxdur,  yəni  mülki  qanunlar  ondan  əvvəl 
yaranan  münasibətlərə  tətbiq  edilmir. Mülki  Məcəllənin  7-ci  maddəsinə  əsasən, 
qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi 
ola  bilər.  Mülki  hüquq  subyektlərinə  ziyan  vurarsa  və  ya  onların  vəziyyətini 
pisləşdirərsə,  mülki  qanunvericiliyin  geriyə  qüvvəsi  ola  bilməz.  Mülki  hüquq 
normaları,  onların  ləğv  olunması  və  ya  qanun  qaydasında  dəyişdirilməsi  ilə  öz 
qüvvəsini itirir. 
Azərbaycan Respublikasının mülki qanunları respublikanın bütün ərazisində 
qüvvədədir.  Mülki  qanunvericilikdə  nəzərdə  tutulan  hüquqlar  Azərbaycan 
Respublikasının  bütün  ərazisində  maneəsiz  həyata  keçirilə  bilər  və  hökmən 
mühafizə edilməlidir. 
Mülki  qanunvericilik  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət 
göstərən bütün fiziki və hüququ şəxslər üçün qüvvədədir. Mülki qanunvericiliklə 
müəyyənləşdirilmiş  qaydalar,  əgər  qanunda  ayrı  hal  nəzərdə  tutulmayıbsa, 
əcnəbilərin,  vətəndaşlığı  olmayan  şəxslərin  və  xarici  hüquqi  şəxslərin  iştirak 
etdiyi  münasibətlərə  də  tətbiq  olunur.  Xarici  vətəndaşların  və  hüquqi  şəxslərin 
Azərbaycan 
Respublikası 
ərazisindəki 
hüquqi 
vəziyyətinin 
müəyyən 
edilməsində beynəlxalq müqavilələrin böyük əhəmiyyəti var. 
Məhkəmələr  tərəfindən  qəbul  edilən  aktlar  heç  bir  hüquq  norması 
yaratmadığı, dəyişdirmədiyi və  xitam etmədiyi üçün mülki hüququn mənbəyi də 
hesab  edilmir.  Bu  aktların  ən  böyük  əhəmiyyəti  ondan  ibarətdir  ki,  onlar  mülki 
qanunvericilikdəki boşluğu doldurur və qərarların qanuna uyğun qəbul edilməsini 
təmin edir. Mülki qanunvericilikdə boşluq o deməkdir ki, müəyyən məsələ hüquq 
vasitəsilə  həll  edilməlidir,  lakin  qanunvericilikdə  onun  hüquqi  cəhətdən  həlli 
nəzərdə tutulmayıb. 
Məhkəmə  mübahisəli  məsələni  həll  edərkən  qanunvericilikdəki  boşluğu 
aşkar  edərsə,  özü  onu  həll  edə  bilməz.  Bu  halda  o,  qanunverici  orqana  yeni 
norma  qəbul  etmək  haqqında  müvafiq  təqdimat  verməlidir.  Qanunla  müəyyən 
edilmiş hallarda məhkəmə konkret işi qanunun analogiyası (yunanca analogia 
uyğunluq, oxşarlıq), yaxud hüququn analogiyası əsasında həll edə bilər. 
Mülki Məcəllənin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki 
qanunvericiliklə  və  ya  tərəflərin  razılaşması  ilə  birbaşa  tənzimlənmədikdə  və 
onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, 
onların  mahiyyətinə  zidd  deyildirsə,  oxşar  münasibətləri  tənzimləyən  mülki 
qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 
Oxşar  münasibətləri  tənzimləyən  mülki  hüquq  normaları  olmadıqda 
tərəflərin  hüquq  və  vəzifələri  mülki  qanunvericilik  prinsipləri  əsas  götürülməklə 
tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, 
insaf 
və 
mənəviyyat 
tələbləri 
nəzərə 
alınmalıdır. 
Mülki 
hüquqları 
məhdudlaşdıran  və  ya  məsuliyyət  müəyyənləşdirən  mülki  qanunvericilik 


77 
 
normalarının analogiya üzrə tətbiqinə yol verilmir. 
 
2. Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu 
Mülki  hüquq  münasibətlərinin  anlayışı  və  xüsusiyyətləri.  Müxtəlif 
səpkili  normativ  aktlarda  ehtiva  olunan  mülki  hüquq  normalarının  tənzim  etdiyi 
əmlak  və  şəxsi  qeyri  -  əmlak  xarakterli  ictimai  münasibətlər  mülki  hüququn 
predmetini  təşkil  edir.  İctimai  münasibətlərin  mülki-hüquqi  tənzimetmə 
mexanizminin  açılmasında  mülki  hüquq  münasibətlərinin  anlayışı  mühüm  rol 
oynayır. 
İctimai  münasibətlərin  mülki  hüquq  normaları  ilə  tənzim  edilməsi 
nəticəsində onlar hüquqi forma əldə edir və mülki hüquq münasibətləri təşəkkül 
tapır.  Mülki hüquq münasibətləri - mülki hüquq normaları ilə nizama salınan  bu 
və  ya  digər  münasibətlər  deyil,  məhz  həmin  ictimai  münasibətlərdir.  Mülki 
hüququn  predmetinə  həm  əmlak,  həm  də  şəxsi  qeyri-əmlak  münasibətləri 
daxildir.  Əmlak  münasibətlərinin  mülki  hüquqla  tənzim  edilməsi  nəticəsində 
mülki  əmlak  hüquq  münasibətləri  əmələ  gəlir.  Şəxsi  qeyri-əmlak  hüquq 
münasibətləri də, bu münasibətlərin mülki hüquq normaları ilə nizama salınması 
nəticəsində formalaşır. 
Mülki  hüquq  normaları  ilə  nizama  salınan  ictimai  münasibətlərə  mülki 
hüquq  münasibətləri  deyilir.  Eyni  anlayış  şəxsi  qeyri-əmlak  münasibətləri  üçün 
də  xasdır.  Hüquqi  tənzimetmə  hər  hansı  bir  yeni  ictimai  münasibətin  əmələ 
gəlməsinə  deyil,  mülki  hüquq  münasibətlərinin  növlərindən  biri  olan  və  artıq 
mövcud  olan  şəxsi  qeyri-əmlak  münasibətlərinə  müəyyən  forma  verməsinə 
səbəb olur. 
Mülki hüquq münasibətlərini digər ictimai münasibətlərdən fərqləndirən bir 
sıra spesifik xüsusiyyətlər vardır. Bu xüsusiyyətlər aşağıdakılardır: 
1)  Mülki  hüquq  münasibətlərinin  subyekt  çoxluğunun  olması  və  bu 
subyektlərin bir-birinə qarşı münasibətdə bərabər olması; 
2)  Mülki  hüquq  münasibəti  subyektlərinin  münasibətin  məzmununu 
müəyyən etməkdə sərbəstliyi; 
3)  Mülki hüquq münasibətlərinin obyekt çoxluğunun olması; 
4)  Mülki hüquq münasibətlərinin əmələgəlmə əsaslarının müxtəlifliyi; 
5)  Mülki  hüquq  münasibətlərinin  pozulması  nəticəsində  məsuliyyətin 
əmlak xarakteri daşıması; 
6)  Mülki  hüquq  münasibətlərinin  müdafiəsinin  bir  qayda  olaraq  iddia 
qaydasında olması. 
Beləliklə,  bütün  bu  xüsusiyyətləri  ümumiləşdirməklə  mülki  hüquq 
münasibətlərinə  belə  bir  geniş  anlayış  vermək  olar:  subyektləri  bir-biri  ilə 
qarşılıqlı  hüquq  və  vəzifələrlə  əlaqədar  olan,  subyektlərin  bərabərliyinə, 
sərbəstliyinə  və  məsuliyyətinə  əsaslanan,  pozularkən  bir  qayda  olaraq  iddia 
qaydasında müdafiə olunan, əmtəə-pul formasında olan əmlak münasibətləri və 
şəxsi  qeyri-əmlak  münasibətlərinin  məcmusuna  mülki  hüquq  münasibətləri 
deyilir. 
Mülki  hüquq  münasibətlərinin  təsnifatı  (növləri).  Mülki  hüquq 
münasibətləri bir sıra əsaslara görə tənifləşdirilir: Maddi məzmununa görə mülki 
hüquq münasibətləri 2 yerə bölünür: 
1.  Əmlak münasibətləri; 




Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə