Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   33   34   35   36   37   38   39   40   ...   84

80 
 
aldığı  əşyaya  mülkiyyət  hüququ  yaranır.  Adətən,  hüquq  yaradan  hüquqi 
faktlarda subyektə hüquq ilk dəfə verilir. 
Hüquq  dəyişən  faktlar  o  hüquqi  faktlara  deyilir  ki,  burada  fakt  mütləq 
hüquq  münasibətlərinin  dəyişməsinə  səbəb  olur.  Bu  cür  faktlara  borcun  tələb 
edilməsinin güzəşti və ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki 
hüquq münasibətlərinin dəyişməsi təkcə bu münasibətlərin subyektiv tərkibində 
deyil,  həm  də  obyektlərinin,  məzmununun  dəyişməsində  özünü  göstərir. 
Məsələn,  əmlak  kirayəsi  (icarə)  müqaviləsinə  əsasən,  kirayəçi  (icarəçi)  əşyanı 
itirərsə, onun dəyərini ödəməlidir. 
Xitamverici  hüquqi  faktlar  elə  faktlardır  ki,  burada  mövcud  hüquq 
normaları  əsasında  mülki  hüquq  münasibətlərinə  xitam  verilir.  Mülki  hüquq 
münasibətlərinə  xitam  verilməsi  şəraitdən  asılı  olaraq  müxtəlif  cür  olur. 
Məsələn,  mülkiyyət  hüququ  olan  obyektin  məhvi,  sıradan  çıxması,  hüquq 
münasibətlərinə girən iştirakçılardan birinin ölməsi, borclunun borcu ödəməsi və 
s. 
Mülki hüquqi  nəticələrin  baş verməsi  üçün tələb olunur ki, onları  yaradan 
şərait  qanunla  müəyyən  olunsun.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
14-cü  maddəsində  deyilir:  «Mülki  hüquqlar  və  vəzifələr  mülki  qanunvericilikdə 
nəzərdə  tutulan  əsaslardan,  habelə  fiziki  və  hüquqi  şəxslərin  qanunvericilikdə 
nəzərdə  tutulmasa  da,  mülki  qanunvericiliyin  prinsiplərinə  görə  mülki  hüquqlar 
və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir. 
Məsələn,  insanın  doğulması  faktı  ilə  onun  mülki  hüquq  qabiliyyəti  yaranır, 
vətəndaşın 18  yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti  əldə edir, iddianın 
irəli sürülməsi iddia müddətinin axımını kəsir. 
Hüquqi  faktların  daha  çoxsaylı  qrupunu  mülki  hüquq  münasibət-ərinin 
əmələ gəlməsi, dəyişməsi və  ya  xitamı ilə bağlı vəziyyətlər  (əsaslar) təşkil edir 
(MM-nin    14-cü  maddəsinin  2-ci  hissəsi).  Həmin  əsaslara  əqdlər,  müqavilələr, 
səlahiyyətli  orqanların  verdiyi  aktlar,  elm,  ədəbiyyat,  incəsənət  əsərlərinin 
yaradılması,  başqa  şəxsə  zərər  vurulması,  əsassız  varlanma  və  s.  daxildir. 
Qanun  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsi,  dəyişməsi  və  xitam 
olunmasını  çox  vaxt  bir  vəziyyətlə  deyil,  hüquqi  və  ya  faktiki  tərib  adlanan 
hüquqi  faktların  məcmusu  ilə  əlaqələndirir.  Məsələn,  vəsiyyətnaməyə  görə 
vərəsə  üç  hüquqi  faktın  yaranması  ilə  miras  əmlakına  sahib  olur: 
vəsiyyətnamənin  tərtib  olunması,  vəsiyyət  edənin  ölümü,  mirasın  qəbul 
edilməsinə razılığın olması. 
Yaratdığı  hüquqi  nəticələrdən  və  insanların  iradəsi  ilə  əlaqəsindən  asılı 
olaraq  hüquqi  faktlar  təsnifləşdirilir.  Mülki  qanunvericilikdə  hüquqi  faktların  iki 
növü fərqləndirilir. 
1. 
Hadisələr; 
2. 
Hərəkətlər. 
İnsanların  iradəsi  ilə  əlaqəsi  olmayan  hüquqi  faktlara  hadisələr  deyilir. 
Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və 
s.  misal  ola  bilər.  O  hadisələr  hüquqi  əhəmiyyət  kəsb  edir  ki,  onların  baş 
verməsi  hüquqi  nəticələrə  səbəb  olur.  Məsələn,  insanın  anadan  olması, 
valideynlərin  uşağı  saxlamaq  və  tərbiyə  etmək  vəzifəsini  əmələ  gətirir,  yaxud 
insanın  ölməsi,  bir  hüquqi  fakt  kimi  vərəsələr  arasında  hüquq  münasibətlərinin 
əmələ gəlməsinə səbəb olur və s. 
Mülki hüquqda hadisələr də iki qrupa bölünür: 
1.  Mütləq və yaxud fors-major hadisələr; 


81 
 
2.  Nisbi hadisələr. 
Mütləq  hadisələr  elə  hadisələrdir  ki,  onların  yaranması  və  inkişafı  insanın 
iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s. 
Nisbi  hüquqi  hadisələr  insanların  fəaliyyəti  nəticəsində  yaranır,  ancaq  bu 
hərəkətdən asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın 
doğulması və s. 
Hərəkətlər  insanların  iradəvi  hərəkətlərinin,  yəni  şüurlu  fəaliyyətinin 
nəticəsi  olan  həyati  faktlardır.  Qanun  isə  onları  müəyyən  hüquqi  nəticə  ilə 
əlaqələndirir.  Hüquqi  faktların  əksəriyyətini  hərəkətlər  təşkil  edir.  Hərəkətlər  də 
öz növbəsində hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür. 
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının 
(qanunun)  tələbləri  ilə  üst-üstə  düşür,  heç  bir  halda  qanuna  zidd  olmur.  Qanun 
əsasında  bağlanılmış  bütün  mülki-hüquqi  əqdlər  alqı-satqı,  dəyişmə  və  s. 
müqavilələr belələrindəndir. 
Hüquqauyğun  hərəkətlər  içərisində  hüquqi  aktlar  və  hüquqi  əməllər 
mühüm  yer  tutur.  Mülki  hüquqda  mülki  hüquq  münasibətlərinin  yaranmasına, 
dəyişməsinə və xitam edilməsinə yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. 
Mülki hüquqi aktlar sistemində əsas yerlərdən birini əqdlər tutur. Hüquqi aktlara, 
həmçinin,  səlahiyyətli  dövlət  orqanlarının  fərdi  aktları,  ərizələr,  şikayətlər, 
sazişlər  və  s.  aiddir.  Vətəndaşların  və  təşkilatların  müəyyən  hüquqi  nəticələr 
əldə  edilməsinə  yönəldilmiş  hüquqauyğun  fəaliyyəti  saziş  adlanır.  Sazişlərin 
əhatə dairəsi olduqca genişdir. 
Hüquqi  əməl  mülki  hüquq  subyektinin  elə  hüquqauyğun  hərəkətidir  ki, 
burada  hüquqi  nəticə  şəxsin  arzusundan  asılı  olmayaraq  baş  verir.  Hüquqi 
əməllərə  elmi  əsərin  yaradılması,  müəssisələrdə  malların  hazırlanması  və  s. 
misal ola bilər. 
Mülki  hüquqda  bəzən  hərəkətsizlik  də,  yəni  qanunla  nəzərdə  tutulmuş 
müəyyən  hərəkətləri  etməmək  də  hüquqi  nəticələrə  səbəb  olur.  Məsələn, 
kreditorun  vaxtı  çatmış  və  ona  təklif  olunmuş  icranı  qəbul  etməməsi  və  ya 
borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri  yerinə 
yetirməməsi və s. 
Hüquqauyğun  hərəkətlərdən  fərqli  olaraq,  hüquqazidd  hərəkətlər  hüquq 
pozuntusuna  səbəb  olan  hərəkətlərdir.  Öhdəliklərin  yerinə  yetirilməməsi, 
başqasının mülkiyyətinə ziyan vurulması və s. hüquqazidd hərəkətlərə misal ola 
bilər.  Hüquqazidd  hərəkətlər  hüququ  pozan  şəxs  üçün  xoşagəlməz  hüquqi 
nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və cəmiyyətin mənafeyinə 
zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır. 
Mülki  hüquq  münasibətlərinin  məzmunu  və  forması.  –  Mülki  hüquq 
münasibətlərinə  onların  strukturu  aspektində  baxılmalıdır.  Digər  hüquq 
münasibətlərində olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə 
aşağıdakı hissələrdən ibarətdir: 
1)  məzmun və forma; 
2)  subyektlər; 
3)  obyektlər. 
İctimai  münasibətlərin  mülki  hüquqi  tənzimi  prosesində  onların 
iştirakçılarına  verilən  subyektiv  hüquq  və  vəzifələr,  mövcud  olan  hüquq 
münasibətləri çərçivəsində onların gələcək davranışlarını qabaqcadan müəyyən 
edir.  İstənilən  ictimai  münasibət  kimi,  mülki  hüquq  münasibətləri  də  insanlar 
arasındakı  qarşılıqlı  əlaqələr  nəticəsində  formalaşır.  Hüquq  münasibətlərində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə