Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   36   37   38   39   40   41   42   43   ...   84

86 
 
üçün  vacibdirsə,  onda  əmlak  ayrılığı  da  bu  birliyin  fəaliyyətinin  maddi  bazasını 
əmələ gətirir. Hər hansı bir təşkilat özünün maddi bazasına - torpaq sahələrinə, 
texniki  predmetlərə,  daşınar  obyektlərə,  pul  vəsaitlərinə  və  s.  malik  olmadan 
fəaliyyət  göstərə  bilməz.  Bütün  bunlar  kompleks  halında  hüquqi  şəxsin  xüsusi 
əmlakını təşkil edir və onu digər şəxslərdən fərqləndirir. 
3.  Müstəqil əmlak məsuliyyəti. 
Ümumi  qaydaya  görə  hüquqi  şəxsin  əmlakının  mülkiyyətçiləri  və  yaxud 
iştirakçıları  onun  öhdəliklərinə  görə  cavab  vermirlər,  eyni  zamanda  hüquqi 
şəxslər  də  onların  öhdəliklərinə  görə  məsuliyyət  daşımırlar.  Başqa  sözlə,  hər 
hansı  bir  hüquqi  şəxs  öz  öhdəliklərinə  görə  müstəqil  surətdə  mülki-hüquqi 
məsuliyyət daşıyır. 
Hüquqi şəxsin kreditorları öhdəlikdən yaranan tələblə yalnız həmin hüquqi 
şəxsə  müraciət  edə  bilərlər.  Bu  tələbə  görə  çərimə,  qanun-vericiliklə  müəyyən 
edilmiş qaydada yalnız hüquqi şəxsin əmlakından alına bilər. 
4.  Mülki dövriyyədə öz adından çıxış etməsi. 
Hüquqi  şəxsin  mülki  dövriyyədə  öz  adından  çıxış  etməsi  özünü  onda 
göstərir  ki,  o,  öz  adından  mülki  hüquqlar  əldə  edə  və  həyata  keçirə,  habelə 
vəzifələr daşıya bilər, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  49.1-ci  maddəsinə  əsasən 
hüquqi  şəxslər  qanunvericiliyə  və  nizamnaməyə  uyğun  fəaliyyət  göstərən  öz 
orqanları  vasitəsilə  mülki  hüquqlar  əldə  edir  və  öhdələrinə  mülki  vəzifələr 
götürürlər.  Bəzi  hallarda  hüquqi  şəxsin  marağına  uyğun  olaraq  hüquqi 
hərəkətləri  onun  adından  etibarnaməyə  əsasən,  onun  təmsilçiləri  həyata 
keçirirlər.  Yuxarıda  göstərilən  maddənin  3-cü  bəndinə  müvafiq  olaraq  hüquqi 
şəxs  adından  çıxış  edən  şəxs  təmsil  etdiyi  hüquqi  şəxsin  mənafeləri  üçün 
vicdanla  və  ağılla  hərəkət  etməlidir.  Əgər  müqavilədə  ayrı  qayda  nəzərdə 
tutulmayıbsa,  hüquqi  şəxsin  təsisçilərinin  (iştirakçılarının)  tələbi  ilə  o,  hüquqi 
şəxsə vurduğu zərərin əvəzini ödəməlidir. 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hüquqi şəxsin mülki dövriyyədə  öz 
adından çıxış etməsi onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri 
özündə  cəmləşdirir.  Maddi  və  təşkilati  zəmin  əsasında  yaranaraq,  bu  əlamət, 
hüquqi şəxsin müstəqilliyinin və mülki hüquq subyektliyinin son ifadəsidir. 
Göstərilən  bu  dörd  əlamətin  hamısının  birlikdə  olması  vacibdir.  Bu  və  ya 
digər  təşkilat,  idarə  və  müəssisə  göstərilən  əlamətlərdən  biri-nə  belə  malik 
deyilsə, hüquqi şəxs hesab oluna bilməz. 
Hüquqi  şəxs  dövlət  qeydiyyatına  alındığı  andan  mülki  hüquqlara  malikdir 
və  mülki  vəzifələr  daşıyır.  Kommersiya  hüquqi  şəxsləri  qanunla  qadağan 
edilməyən  istənilən  fəaliyyət  növlərini  həyata  keçirmək  üçün  zəruri  mülki 
hüquqlara  malik  ola  və  mülki  vəzifələr  daşıya  bilərlər.  Siyahısı  qanunvericiliklə 
müəyyənləşdirilən  ayrı-ayrı  fəaliyyət  növləri  ilə  hüquqi  şəxslər,  yalnız  xüsusi 
icazə  (lisenziya)  əsasında  məşğul  ola  bilərlər.  Hüquqi  şəxsin  hüquq 
qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 
Fiziki  şəxsdən  fərqli  olaraq,  hüquqi  şəxsin  fəaliyyət  qabiliyyəti  hüquq 
qabiliyyəti  ilə  eyni  zamanda  əmələ  gəlir.  Hüquqi  şəxslər  xüsusi  hüquq 
qabiliyyətinə  malikdirlər.  Bu  onunla  izah  edilir  ki,  hüquqi  şəxs  öz  əsasnaməsi 
(nizamnaməsi)  dairəsində  fəaliyyət  göstərir.  Hüquqi  şəxsin  fəaliyyət  qabiliyyəti 
dedikdə, onun mülki dövriyyədə müstəqil olaraq çıxış edəbilmə qabiliyyəti başa 
düşülür.  Qanunvericiliyə  əsasən,  hüquqi  şəxsin  fəaliyyət  qabiliyyəti  faktiki 
cəhətdən  onun  orqanlarının  yaradılması  ilə  əmələ  gəlir.  Hüquqi  şəxslərin 


87 
 
orqanları  vahid  və  kollegial  olmaqla  iki  qrupa  bölünür.  Dövlət  hüquqi  şəxsləri 
vahid  rəhbərlik prinsipi əsasında təşkil edilir və adətən bir  orqanları  olur. Vahid 
rəhbərliyə  hüquqi  şəxs  olan  idarə,  müəssisə  və  təşkilatın  direktoru,  rəisi  və  s. 
misal  ola  bilər.  Kollegial  orqanlardan  fərqli  olaraq  onlar  təyin  edilirlər. 
Kooperativ,  ictimai  və  digər  hüquqi  şəxslər  isə  kollegial  orqanlara  malikdir.  Bu 
cür  tipli  hüquqi  şəxslərin  orqanları  onların  ümumi  yığıncağı  tərəfindən  təyin 
edilir.  Kollegial  orqanlara  ümumi  yığıncaqdan  əlavə,  yuxarı  orqana  tabe  olan 
icra orqanı, nəzarət orqanı olan - təftiş komissiyası və s. misal ola bilər. 
Hüquqi  şəxsin  orqanı  onun  tərkib  hissəsidir.  Orqanın  nizamnamə  ilə 
müəyyən  edilən  fəaliyyəti  həyata  keçirməsi  hüquqi  şəxsin  fəaliyyəti  kimi 
qiymətləndirilir və onun üçün hüquq və vəzifələr yaradır. 
Hüquqi  şəxsin  fəaliyyət  qabiliyyəti,  həmçinin  onun  nümayəndəlikləri 
vasitəsilə  həyata  keçirilir.  Hüquqi  şəxsin  olduğu  yerdən  kənarda  yerləşən  və 
hüquqi  şəxsin  mənafelərini  təmsil  və  müdafiə  edən  ayrıca  bölməsi 
nümayəndəlik  sayılır.  Hüquqi  şəxsin  olduğu  yerdən  kənarda  yerləşən  və  onun 
funksiyalarının  hamısını  və  ya  bir  hissəsini,  o  cümlədən,  nümayəndəlik 
funksiyalarmı həyata keçirən ayrıca bölməsi filial sayılır. 
Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq 
etdiyi  əsasnamələr  üzrə  fəaliyyət  göstərirlər.  Nümayəndəliklərin  və  filialların 
rəhbərləri  hüquqi  şəxs  tərəfindən  təyin  edilir  və  onun  etibarnaməsi  əsasında 
fəaliyyət göstərirlər. 
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır: 
1)  sərəncam; 
2)  icazə; 
3)  təqdimedici normativ üsul. 
Sərəncam qaydasında dövlət hüquqi şəxsləri əmələ gəlir. Bunun mahiyyəti 
ondan ibarətdir ki, hüquqi şəxsin yaranması üçün səlahiyyətli dövlət orqanlarının 
xüsusi inzibati sərəncamı lazımdır. 
İcazə qaydasında yeni hüquqi şəxsin yaradılması təşəbbüsü təşkilatçılara - 
fiziki və yaxud hüquqi şəxslərə aiddir. Belə hüquqi şəxsin yaradılmasında dövlət 
orqanının  iştirakı  həmin  hüquqi  şəxsin  yaradılmasına  icazə  verməsində  ifadə 
olunur.  Burada  icazə  ya  dövlət  orqanları,  ya  da  buna  səlahiyyəti  çatan 
kooperativ  və  ictimai  təşkilatlar  tərəfindən  verilir.  İcazə  qaydasında  yaranan 
hüquqi  şəxslərə  həmkarlar  ittifaqlarını,  idman  cəmiyyətlərini  və  s.  misal 
göstərmək olar. 
Təqdimedici  normativ  qaydada  hüquqi  şəxsin  əmələ  gəlməsi  üçün  dövlət 
orqanlarının  sərəncamı  və  icazəsi  lazım  deyildir.  Belə  hüquqi  şəxslərin  əmələ 
gəlməsi  onunla  izah  edilir  ki,  onların  yaradılması  qabaqcadan  xüsusi  hüquq 
normalarında  müəyyən  olunmuşdur.  Dövlət  orqanı  isə  belə  hüquqi  şəxsin 
yaradılmasında  hüquq  normalarına  əməl  olunmasını  yoxlamaq  səlahiyyətinə 
malikdir. Hüquqi şəxslərin əmələ gəlməsinin belə qaydası istər respublikamızda, 
istərsə də xarici ölkələr-də daha çox yayılmışdır. 
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası gö-stərilir: 
1)  yenidən təşkiletmə; 
2)  təsviyyə, yəni ləğvetmə. 
Hüquqi  şəxsin  yenidən  təşkili  onun  təsisçilərinin  (iştirakçılarının)  və  ya 
hüquqi  şəxsin  nizamnamə  ilə  vəkil  edilmiş  orqanının  qərarı  ilə  həyata  keçirilə 
bilər.  
Yenidən  təşkiletmə  qaydasında  universal  (ümumi)  hüquq  varisliyi  tətbiq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə