Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   38   39   40   41   42   43   44   45   ...   84

90 
 
Əşyaların  xüsusi qrupunu pul və qiymətli kağızlar təşkil edir.  Mülki hüquq 
münasibətlərinin  obyekti  kimi  pulun  əsas  xüsusiyyəti  onun  ümumi  əvəzedici 
olması  və  bu  xüsusiyyətinə  görə  digər  əşyalardan  əhəmiyyətli  dərəcədə 
fərqlənməsindən ibarətdir. Başqa sözlə, əgər qanun qadağan etmirsə, yaxud da 
kreditorun buna etirazı yoxdursa, istənilən əmlak borcunu praktiki olaraq pul ilə 
ödəmək olar. 
Öz  təbiətinə  görə  pullar  cinsən  müəyyən  edilən,  əvəz  olunan  və  bölünər 
əşyalara aid edilir. Bunlar öz təbii xüsusiyyətlərinə və xüsusi mal dəyərinə görə 
yox,  onda  ifadə  olunan  pul  məbləğinə  görə  digər  cinsən  müəyyən  edilən 
əşyalardan fərqlənir. 
Mülki dövriyyədə istifadə olunan materiallar içərisində qiymətli kağızlar da 
mühüm  yer  tutur.  Qiymətli  kağızlar  özündə  əmlak  hüquqlarının  vacib  şərtlərini 
əks  etdirən,  müəyyən  formada  yerinə  yetirilməsi  ilə  təsdiq  edilən  və  yalnız 
təqdim olunması ilə həyata keçirilən qiymətli sənədlərə deyilir. 
Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir: 
1.  Təqdimedici (adsız) qiymətli kağızlar; 
2.  Adlı qiymətli kağızlar; 
3.  Orderli qiymətli kağızlar. 
Təqdimedici  qiymətli  kağızlar  dedikdə,  təqdim  olunması  ilə  icra  edilən  və 
orada  göstərilmiş  hüquqların  konkret  olaraq  kimə  məxsus  olması  qeyd 
edilməyən  kağızlar  başa  düşülür.  Onlara  səhmlər,  lotereya,  adsız  istiqrazlar, 
özəlləşdirmə çekləri və s. daxildir. 
Adlı qiymətli kağızlar müəyyən şəxsin  adına  yazılmış qiymətli kağızlardır. 
Yəni  kağızda  adı  qeyd  olunan  şəxsin  özü  və  ya  onun  nümayəndəsi  tərəfindən 
təqdim  olunduqda  orada  göstərilən  hüquqlar  həyata  keçirilə  bilər.  Adlı  qiymətli 
kağızlara əmanət kitabçaları, adlı istiqrazlar və s. misal ola bilər. 
Orderli  qiymətli  kağızlarda  isə  icranın  kimin  üçün  yerinə  yetirilməsi 
göstərilir. Bu qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir. 
Mülki  hüquq  münasibətlərinin  böyük  bir  hissəsi  yaradıcılıq  fəaliyyətinin 
nəticələri  -  elm,  ədəbiyyat,  incəsənət  əsərləri,  kəşf,  sənaye  nümunələri  və  i.a. 
yaradılması  və  istifadəsi  ilə  əlaqədar  əmələ  gəlir.  Yaradıcılıq  fəaliyyətinin  bu 
məhsulları  əqli  mülkiyyətin  obyektini  təşkil  edir.  Əqli  mülkiyyət  -  bu,  şərti 
ümumiləşdirilmiş  anlayış  olub,  Azərbaycan  da  daxil  olmaqla  bir  çox  ölkələrin 
qanunvericiliklərində və beynəlxalq konvensiyalarda istifadə olunmaqla əqli, hər 
şeydən  əvvəl  yaradıcılıq  fəaliyyətinin  nəticələrinə  olan  xüsusi  hüquqların 
məcmusunu ifadə edir. 
Yaradıcılıq  fəaliyyətinin  nəticələri  əşyalardan  fərqli  olaraq  özündə  qeyri-
maddi  nemətləri  əks  etdirir.  Belə  ki,  elm,  ədəbiyyat,  incəsənət  əsərləri  -  yeni 
ideyaların,  obrazların,  anlayışların  məcmusu;  ixtira,  faydalı  nümunə  və 
səmərələşdirmə  təklifləri  -  məsələlərin  texniki  həlli;  sənaye  nümunələri  - 
məmulatların  xarici  görünüşlərinin  bədii-konstruktor  həllini  və  s.  əks  etdirir. 
Onlar mülki hüquq münasibətlərinin obyekti  onda  ola bilərlər ki, digər şəxslərin 
onları  mənimsəmələrini  təmin  edən  hər  hansı  bir  obyektiv  formada  ifadə 
olunsunlar.  Belə  ki,  ədəbiyyat  əsərləri  əlyazma  şəklində  mövcud  ola  bilər, 
maqnit  lentinə  yazıla  bilər  və  i.a;  ixtira  çertyojlar,  sxemlər  formasında  ifadə 
oluna bilər və i.a. 
Yaradıcılıq  nəticəsinin  maddi  daşıyıcıları  (əlyazma,  maqnit  lentinə 
yazılma, çertyoj və i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf 
oluna bilər və i.a. Yaradıcılıq fəaliyyətinin həmin nəticələri qeyri-maddi nemətlər 


91 
 
olmaqla  onun  müəlliflərinin  razılığına  əsasən  digər  şəxslər  tərəfindən  ancaq 
müəllifliyi  saxlanılmaqla  istifadə  oluna  bilər  (qanunda  nəzərdə  tutulan  hallar 
istisna olmaqla). 
Mülki  hüquq  münasibətlərinin  obyektinə  yaradıcılıq  fəaliyyətinin  nəticələri 
ilə yanaşı, digər fəaliyyətlərin nəticələri də daxildir. Belə ki, podrat müqaviləsinin 
predmetini  podratçının  sifarişçi  üçün  yerinə  yetirdiyi  işin  nəticələri  təşkil  edir. 
Podrat  müqaviləsində  və  podrat  tipli  digər  müqavilələrdə  nəticə  maddi  forma 
alır,  yəni  yaradılmış,  təmir  olunmuş,  hazırlanmış  əşyalarda  maddiləşdirilir.  Bu 
nəticə  həmin  fəaliyyətlərdən  ayrılmaqla  mülki  hüquq  münasibətlərinin  müstəqil 
obyekti hesab oluna bilər. 
Mülki  hüquq  münasibətlərinin  xüsusi  qrupunu  qeyri-maddi  nemətlər  təşkil 
edir.  Qeyri-maddi  nemətlər  dedikdə,  qüvvədə  olan  qanunvericiliklə  nəzərdə 
tutulan  və  mühafizə  edilən,  şəxsiyyətdən  ayrılması  qeyri-mümkün  olan  və 
iqtisadi məzmuna malik olmayan nemət və azadlıqlar başa düşülür. Onlara həyat 
və sağlamlıq, şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, işgüzar nüfuz, şəxsi və ailə 
sirri, ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir. 
4. Əqdlər 
Əqdlərin anlayışı və əlamətləri. Əqdlər hüquqi faktların ən geniş yayılmış 
növlərindən  biridir.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  324.1-ci 
maddəsində əqdin anlayışı verilmişdir: 
«Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya 
xitamına  yönəldilmiş birtərəfli, ikitərəfli  və  ya çoxtərəfli iradə ifadəsidir». Əqdlər 
aşağıdakı əlamətlərlə xarakterizə olunur: 
1)  əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 
2)  əqd hüquqauyğun hərəkətdir; 
3)  əqd  xüsusi  olaraq  mülki  hüquq  münasibətlərinin  əmələ  gəlməsinə, 
dəyişməsinə və xitamına yönələn hərəkətdir; 
4)  əqd 
müəyyən 
hüquqi 
nəticələr 
əmələ 
gətirən 
hərəkətdir.                                                 
          Hər  bir  əqd  iradəvi  akt  kimi  bir  sıra  psixoloji  amillərlə  bağlıdır.  Əqdin 
bağlanması  üçün  hər  şeydən  əvvəl  tərəflərin  arzusu,  istəyi  olmalıdır.  Mülki 
hüquqda  bu,  daxili  iradə  adlanır.  Lakin  təkcə  daxili  iradənin  mövcudluğu  əqdin 
bağlanması  üçün  kifayət  deyildir.  Bunun  üçün  həm  də  daxili  iradənin  digər 
şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna, iradə ifadəsi deyilir. Demək, 
əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi - iradə ifadəsini 
özündə  birləşdirir.  Hüquqi  nəticələr  iradə  ifadəsi  ilə  bağlıdır.  Onun  sayəsində 
əqdlərə aydınlıq və dəqiqlik gətirilir. 
Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: 
1)  düzünə iradə ifadəsi. Bu, şifahi və yaxud yazılı formada yerinə yetirilir. 
Məsələn,  müqavilənin  bağlanması,  zərərin  əvəzinin  ödənilməsi  haqqında 
razılığın bildirilməsi və s. 
2)  dolayı  iradə  ifadəsi.  Əgər  şəxsin  hərəkətlərindən  onun  iradəsini 
müəyyən  etmək  mümkündürsə  bu,  dolayı  iradə  ifadəsi  adlanır.  Mülki  hüquqda, 
adətən  buna  konklyudent  (latınca  concludere  -  nəticə  çıxartmaq,  nəticəyə 
gəlmək  mənasını  bildirir)  iradə  ifadəsi  deyilir.  Məsələn,  elektrik  qatarında 
getməyə  bilet  almaq  və  yaxud  mağazaların  piştaxtalarında  qoyulmuş  mallar 
şəxslərin əqd bağlamaq arzularını özündə əks etdirir və s. 
3)  susmaq  nəticəsində  iradə  ifadəsinin  bildirilməsi.  Bu  üsulla  iradənin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə