Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   40   41   42   43   44   45   46   47   ...   84

94 
 
müəyyənləşdirilməyibsə,  şərt  yalnız  hadisənin  baş  verməyəcəyinin  aydın 
olduğu vaxt yerinə yetirilmiş sayılır (Mülki Məcəllənin 328.5-ci maddəsi). 
Əqdlərin  formaları.  Əqd  bağlanarkən  iradənin  ifadə  üsulu  əqdin  forması 
adlanır. Əqdin etibarlı olması  üçün qanunvericiliklə müəyyənləşdirilmiş formaya 
riayət  edilməsi  zəruridir.  Belə  forma  müəyyənləşdirilməyibsə,  tərəflər  onu  özləri 
müəyyənləşdirə  bilərlər.  Əqdlər  şifahi  və  ya  yazılı  formada  bağlanır.  Şifahi 
bağlana  bilən  əqd  o  halda  bağlanmış  sayılır  ki,  şəxsin  əqdi  bağlamaq  iradəsi 
onun rəftarından məlum olur. 
Mülki  Məcəllənin  330-cu  maddəsinə  əsasən,  bu  Məcəllə  ilə  və  ya 
tərəflərin razılaşması ilə yazılı forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana 
bilər.  Əgər  tərəflərin  razılaşmasında  ayrı  qayda  müəyyənləşdirilməyibsə, 
bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması 
müəyyənləşdirilmiş  əqdlər  və  sadə  yazılı  formasına  riayət  edilməməsi 
etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir. 
Yazılı  əqd  onun  məzmununu  ifadə  edən  və  əqdi  bağlayan  şəxs  və  ya 
şəxslər  və  ya  onların  lazımınca  vəkil  etdikləri  şəxslər  tərəfindən  imzalanmış 
sənədin tərtibi yolu ilə bağlanmalıdır. 
Yazılı formada əqdin bağlanmasının aşağıdakı müsbət cəhətləri vardır: 
1.Yazılı  formada  bağlanması  şifahiyə  nisbətən  əqdin  məzmununu  daha 
geniş açır; 
2.  Mülki  dövriyyənin  işirakçılarına  öz  iradələrini  dəqiq  ifadə  etməyə  və 
müqaviləni dəqiq yerinə yetirməyə imkan verir; 
3.  Əqddən  irəli  gələn  öhdəliklərin  tərəflərdən  birinin  yerinə  yetirməməsi 
hallarını aradan qaldırmaq üçün məhkəmənin işini yüngülləşdirir. 
Yazılı  əqdlər  də  iki  cür  olur:  sadə  əqdlər  və  notarial  qaydasında  təsdiq 
edilməli  olan  əqdlər.  Sadə  yazılı  formada  bağlanan  əqdlərdə  müqavilə  üçün 
lazım  olan  bütün  rekvizitlər  –  tərəflərin  adları,  əqdin  məzmunu,  iştirakçıların 
imzaları  göstərilməlidir.  Bu  cür  əqdlərin  etibarlı  olması  üçün  əqddə  iştirak  edən 
şəxslərin mütləq imzaları olmalıdır. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə 
və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa 
fiziki  şəxs  imzalaya  bilər.  Başqa  fiziki  şəxsin  imzası  əqdi  bağlayanın  özünün 
imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür 
notarial  hərəkəti  etməyə  hüququ  çatan  digər  vəzifəli  şəxs  tərəfindən 
təsdiqlənməlidir. 
Elə  dövlət  hüquqi  şəxsləri  var  ki,  onların  bağladığı  əqdlər  iki  imza  ilə  - 
müdirin (direktorun, rəisin və s.) və baş mühasibin imzası ilə təsdiq olunmalıdır. 
Məktub və ya teleqramlarla mübadilə, sifarişin qəbul olunmasının təsdiq edilməsi 
də sadə yazılı əqdlərə aiddir. 
Əqdin  sadə  yazılı  formasına  riayət  edilməməsi  mübahisə  halında  əqdi  və 
onun  şərtlərini  təsdiq  etmək  üçün  tərəfləri  şahid  ifadələrinə  istinad  etmək 
hüququndan  məhrum  edir,  lakin  yazılı  və  digər  sübutlar  təqdim  etmək 
hüququndan  məhrum  etmir.  Qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  əqdin 
sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. 
Notarial  formanın  sadə  yazılı  formadan  fərqi  ondan  ibarətdir  ki,  əqdin 
notariat  qaydasında  təsdiqlənməsi  yazılı  sənəddə  notariusun  və  ya  bu  cür 


95 
 
notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici 
qeyd etməsi yolu ilə həyata keçirilir. 
Mülki  Məcəllənin  334.3-cü  maddəsinə  əsasən,  əqdlərin  notariat 
qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir: 
1)   bu Məcəllədə göstərilmiş hallarda; 
2)  bu  Məcəllə  ilə  həmin  növlü  əqdlər  üçün  bu  forma  nəzərdə  tutulmuş 
olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə. 
Hər  şeydən  əvvəl  yaşayış  evinin  və  s.  daşınmaz  əmlakın  alqı-satqı 
müqaviləsi  bağlanarkən,  vəsiyyətnamə  tərtib  edilərkən  bu  qaydalara  riayət 
olunmalıdır. 
Əqdin  notarial  formasına  riayət  edilməməsi  onun  etibarsızlığına  səbəb 
olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 
Bir  sıra  hallarda  yazılı  formaya  riayət  etməkdən  başqa,  həm  də  əqdin 
müəyyən 
dövlət 
orqanında 
qeydiyyata 
alınması 
tələb 
olunur. 
Qeydiyyatdankeçmə  başlıca  olaraq  əqdin  məzmununun  qanuniliyini  yoxlamaq, 
həmçinin, əqddən əmələ gələn hüquqların qeydiyyata alınması məqsədi daşıyır. 
Əqddən  irəli  gələn  hüquqların  dövlət  qeydiyyatına  alınması  tələbinə  riayət 
edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 
Əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ 
gələn  hüquqların  qeydiyyatından  boyun  qaçırırsa,  digər  tərəfin  tələbi  ilə 
məhkəmənin  həmin  hüquqların  qeydə  alınması  barədə  qərar  çıxarmaq  ixtiyarı 
vardır.  Bu  halda  əqddən  əmələ  gələn  hüquqlar  məhkəmənin  qərarına  uyğun 
qeydə alınır (Mülki Məcəllənin 336.2-ci maddəsi). 
Əqdlərin  etibarsızlığı.  Mülki  qanunvericilikdə  əqdin  etibarsız  hesab 
olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 
1) subyekt tərkibinə görə; 
2)  məzmununa görə; 
3)  formasına görə; 
4)  iradə və iradə ifadəsinə görə. 
Subyekt  tərkibinə  görə  bağlanan  əqdlərin  etibarsızlığı  onunla  şərtlənir  ki, 
əqd onu bağlayan şəxslərin hüquq və fəaliyyət qabiliyyətinə uyğun gəlmir. Belə 
əqdlərin  etibarsızhğı  çox  zaman  onların  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya 
fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılmış  şəxslər  tərəfindən  bağlanılması  ilə  izah 
olunur.  Mülki  Məcəllənin  342.1-ci maddəsinə əsasən psixi pozuntu  nəticəsində 
fəaliyyət  qabiliyyəti  olmayan  sayılmış  fiziki  şəxsin  bağladığı  əqd  etibarsızdır. 
Belə  əqdin  tərəflərindən  hər  biri  aldıqlarının  hamısını  digər  tərəfə  eynilə 
qaytarmalı,  alınanları  eynilə  qaytarmaq  mümkün  olmadıqda  isə  onun  dəyərini 
pulla  ödəməlidir.  Bundan  başqa,  əgər  fəaliyyət  qabiliyyətli  tərəf  digər  tərəfin 
fəaliyyət  qabiliyyəti  olmadığını  bilirdisə  və  ya  bilməli  idisə,  ona  dəymiş  real 
zərərin əvəzini də ödəməlidir. 
Spirtli  içkilərdən  və  ya  narkotik  vasitələrdən  sui-istifadə  etməsi,  habelə 
qumara  qurşanması  nəticəsində  fəaliyyət  qabiliyyəti  məhkəmə  tərəfindən 
məhdudlaşdırılmış  fiziki  şəxsin  öz  himayəçisindən  razılıq  almadan  əmlaka  dair 
sərəncam  verilməsi  barədə  bağladığı  əqd  himayəçinin  iddiası  ilə  məhkəmə 
tərəfindən  etibarsız  sayıla  bilər.  Belə  qayda  yetkinlik  yaşına  çatmayanlar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə