Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

96 
 
tərəfindən bağlanmış əqdlərə də şamil edilir. Bu  şəxslər  yalnız qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada xırda məişət əqdlərini bağlaya bilərlər. 
Hüquqi  şəxslərin  bağladığı  əqdlər  aşağıdakı  əsaslara  görə  etibarsız 
hesab olunur: 
1)  hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla bağladığı 
əqdlər; 
2)  hüquqi şəxsin orqanının öz səlahiyyətlərini aşmaqla bağladığı əqdlər. 
Hüquqi 
şəxsin 
öz 
nizamnaməsində 
müəyyənləşdirilmiş 
fəaliyyət 
məqsədlərinə  zidd  olaraq  bağladığı  əqd  və  ya  müvafiq  fəaliyyətlə  məşğuliyyət 
üçün  xüsusi  icazəsi  (lisenziyası)  olmayan  hüquqi  şəxsin  bağladığı  əqd,  əgər 
əqddə  iştirak  edən  digər  tərəfin  onun  qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli 
olduğu  sübuta  yetirilərsə,  həmin  hüquqi  şəxsin,  onun  təsisçisinin  və  ya  hüquqi 
şəxsin  fəaliyyətinə  nəzarət  edən  orqanın  iddiası  ilə  məhkəmə  tərəfindən 
etibarsız sayıla bilər (Mülki Məcəllənin 349-cu maddəsi). 
Məzmununa  görə  əqdlərin  etibarsızlığı  onun  şərtlərinin  qanunun 
tələblərinə  uyğun  gəlməməsi  ilə  müəyyən  olunur.  Burada  «qanun»  dedikdə, 
respublikanın  qanun  və  qanun  qüvvəli  aktları,  xüsusilə  mülki  qanunvericiliyi 
nəzərdə  tutulur.  Belə  etibarsız  əqdlər  obyektiv  və  subyektiv  əlamətlərlə 
xarakterizə  olunur.  Əqdin  hüquqazidd  (qanunazidd)  xarakteri  onun  obyektiv 
əlamətidir.  Subyektiv  əlamət  isə  -  tərəflərin  əqdin  hüquqazidd  (qanunazidd) 
olduğunu başa düşdükləri halda, onu bağlamaq və icra etmək niyyətləri olması 
ilə əlaqədardır. 
Formasına  görə  bağlanan  əqdlərin  etibarsızlığı  onunla  şərtlənir  ki, 
qanunla  müəyyən  olunmuş  formaya  riayət  edilmir.  Formanı  pozmaqla 
bağlanmış əqdlər bilavasitə qanunda göstərilmiş hallarda etibarsız sayılır. 
İradə və iradə ifadəsindəki qüsurlar aşağıdakı hallarda özünü göstərir: 
1)  daxili  iradənin  deyil,  yalnız  iradə  ifadəsinin  mövcudluğu.  Bunlara 
zorakılıq, hədə təsiri altında bağlanan əqdlər, habelə öz hərəkətlərinin 
mənasını  başa  düşməyən  və  ya  öz  hərəkətlərinə  rəhbərlik  edə 
bilməyən şəxslərin bağladıqları əqdlər aiddir. 
2)  iradə  ifadəsinin  daxili  iradənin  düzgün  əks  etdirməməsi.  Məsələn,  bir 
tərəfin  nümayəndəsinin  digər  tərəflə  pis  niyyətlə  razılığa  gəlməsi 
nəticəsində bağlanmış əqdlər və s. 
3)  daxili  iradənin,  qeyri-normal  amillərin  təsiri  altında  formalaşması.  Bu 
cür  etibarsız  əqdlərə  aldatma,  yanılma  və  ya  ağır  vəziyyətə  düşmə 
nəticəsində bağlanan əqdləri misal göstərmək olar. 
4)  iradə və iradə ifadəsinin yalnız görünüş üçün mövcudluğu. Bura aiddir: 
uydurma və yalan əqdlər. 
Mülki  Məcəllənin  340-cı  maddəsinə  əsasən,  uydurma  əqd  ona  uyğun 
hüquqi  nəticələr  yaratmaq  niyyəti  olmadan  yalnız  görünüş  üçün  bağlanmış 
əqddir.  Uydurma  əqd  əhəmiyyətsizdir.  Yalan  əqd  isə  başqa  əqdi  pərdələmək 
məqsədilə bağlanan əqddir. Yalan əqd etibarsızdır. Yalan əqdə onun mahiyyəti 
nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları 
əqdə aid olan qaydalar tətbiq edilir. 
Ümumiyyətlə,  əqdin  etibarsızlığı  o  deməkdir  ki,  əqd  formasında  həyata 


97 
 
keçirilən  hərəkətlər  hüquqi  fakt  əlamətinə  malik  olmur.  Etibarsız  əqd  onun 
etibarsızlığı  ilə  bağlı  nəticələr  istisna  olmaqla,  hüquqi  nəticələrə  səbəb  olmur. 
Bu cür əqd bağlandığı andan etibarsızdır. 
Hüquq  normasına  uyğun  gəlməyən  əqdlər  bağlandığı  andan  buna  aid 
iddianın 
qaldırılmasından 
və 
məhkəmə 
tərəfindən 
etibarsız 
sayılıb-
sayılmamasından  asılı  olmayaraq  özlüyündə  əhəmiyyətsiz  əqdlərdir.  Bu  cür 
əqdlərin  etibarsızlığı  nəticələrinin  tətbiq  edilməsi  tələbini  hər  bir  maraqlı  şəxs 
irəli  sürə  bilər.  Məhkəmənin  bu  cür  nəticələri  öz  təşəbbüsü  ilə  tətbiq  etmək 
ixtiyarı vardır. Bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr  yaradan, lakin 
etiraz  nəticəsində  məhkəmə  qaydasında  etibarsız  hesab  edilən  əqdlər 
mübahisəli  əqdlər  adlanır.  Bu  əqdlər  məhkəmədə  mübahisələndirilməmişsə  və 
onlar  tərəfindən  etibarsız  sayılmamışdırsa,  qüvvədə  qalır.  Əqdi,  həmin  hissə 
daxil  edilmədən  bağlamağın  mümkünlüyü  güman  edilərsə,  əqdin  bir  hissəsinin 
etibarsız sayılması onun qalan hissələrinin etibarsızlığına səbəb olmur. 
Əgər  mübahisəli  əqdi  məhkəmə  etibarsız  sayırsa  o,  bağlandığı  andan 
belə  hesab  edilir,  məhkəmənin  qətnaməsi  geriyə  qüvvəyə  malik  olur.  Əqdin 
etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. 
Əgər belə əqd tərəflərdən biri və  yaxud hər ikisi tərəfindən icra edilmişsə 
onda məsələ bir qədər mürəkkəbləşir. Belə hallarda restitusiya (latınca restitutio 
– bərpa deməkdir) tətbiq olunur. 
Mülki  hüquqda  əqd  etibarsız  sayıldıqda,  əqd  bağlamış  tərəflərin  əvvəlki 
vəziyyətlərinə qaytarılması restitusiya adlanır. 
Əqdin etibarsız sayılması aşağıdakı nəticələrə səbəb olur: 
1)  ikitərəfli restitusiyanın tətbiq edilməsi; 
2)  birtərəfli restitusiyanın tətbiq edilməsi; 
3)  restitusiyanın rədd edilməsi. 
Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız olduqda, 
əgər  bu  Məcəllədə  onun  etibarsızlığının  ayrı  nəticələri  nəzərdə  tutulmayıbsa, 
tərəflərdən  hər  biri  əqd  üzrə  aldıqlarının  hamısını  digər  tərəfə  qaytarmağa, 
alınanları  eyni  ilə  qaytarmaq  mümkün  olmadıqda  isə  (o  cümlədən  alınanlar 
əmlakdan  istifadədə,  görülmüş  işdə  və  ya  göstərilmiş  xidmətdə  ifadə 
olunduqda)  onun  dəyərini  pulla  ödəməlidir.  Bir  sözlə,  tərəflər  müqavilə 
bağlayanadək  olduqları  əvvəlki  vəziyyətlərinə  qaytarılır.  Belə  nəticələr  ikitərəfli 
restitusiya  adlanır.  Yetkinlik  yaşına  çatmayan,  fəaliyyət  qabiliyyəti  olmayan, 
habelə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxslərin bağladıqları əqdlər 
üzrə  məhz  ikitərəfli  restitusiyaya  yol  verilir.  Mülki  hüquqda  bir  qayda  olaraq, 
ikitərəfli restitusiya tətbiq olunur. 
Əqd  bağlayarkən  tərəflərdən  biri  qəsdən  digər  tərəfin  zərərinə,  onun 
hüquqlarını  və  qanuni  mənafeyini  pozmaqla  və  yaxud  dövlətin  və  cəmiyyətin 
mənafeyinə  zidd  hərəkət  etdiyi  halda  yalnız  birtərəfli  restitusiya  tətbiq  edilir. 
Birtərəfli restitusiyaya zərər çəkən barəsində yol verilir. Aldatma, zorakılıq, hədə 
təsiri altında, habelə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa 
gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlər üçün 
məhz birtərəfli restitusiya nəzərdə tutulur. Bu zaman yalnız təqsirli tərəf aldığını 
bütünlüklə  qaytarır  və  çəkilmiş  xərcləri  ödəyir,  zərərçəkənin  təqsirli  tərəfdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə