Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   42   43   44   45   46   47   48   49   ...   84

98 
 
aldığı isə dövlət mədaxilinə tutulur. 
Əqdin  etibarsız  sayılmasının  xüsusi  bir  nəticəsini  restitusiyanın  rədd 
edilməsi  və  yaxud  restitusiyaya  yol  verilməməsi  təşkil  edir.  Restitusiyanın  rədd 
edilməsi dedikdə, tərəflərdən  heç birinin əvvəlki vəziyyətə qaytarılmaması başa 
düşülür.  Bu  zaman  hər  iki  tərəfin  icra  etdiyi  və  ya  icra  etməli  olduğu  dövlət 
mədaxilinə  keçir.  Bu  qayda  əsasən,  tərəflərin  hər  ikisinin  hərəkətlərində  qəsd 
olduğu hallarda tətbiq olunur. 
Bəzi  hallarda  əqdin  etibarsız  sayılması,  əqdin  etibarsızlığında  təqsirli  tərəf 
üçün digər tərəfin çəkdiyi zərəri ödəmək öhdəliyini əmələ gətirir. 
Göründüyü  kimi  mülki  hüquqda  əqdin  etibarsız  sayılmasının  mühüm 
əhəmiyyəti  vardır.  Bu,  hüquq  qaydalarının  qorunmasına,  qanunazidd  olan 
hüquq  və  vəzifələrin  yaranmasının  qarşısını  almağa  yönəldilməklə  mülki 
dövriyyənin normal inkişafına şərait yaradır. 
5. İddia müddəti. 
 
Mülki  hüquqda  müddətlərin  xüsusi  qrupunu  mülki  hüquqların  müdafiəsi 
müddətləri  təşkil  edir.  Mülki  hüquqların  müdafiəsi  müddəti  dedikdə  elə  müddət 
başa düşülür ki, həmin müddət ərzində hüququ pozulmuş şəxs öz hüquqlarının 
müdafiəsini  və  yaxud  məcburi  qaydada  həyata  keçirilməsini  tələb  edə  bilər. 
Pozulmuş  mülki  hüquqların  müdafiəsinin  əsas  vasitəsini  iddialar  təşkil  etdiyinə 
görə, göstərilən müddətləri də iddia müddətləri adlandırırlar. 
Hüququ  pozulmuş  şəxsin  iddiası  üzrə  onun  hüquqlarını  müdafiə  etmək 
üçün  müəyyən  olunmuş  müddətə  iddia  müddəti  deyilir.  İddia  müddəti  qanunla 
elə  hallar  üçün  müəyyən  edilmişdir  ki,  həmin  hallarda  konkret  şəxsə  məxsus 
olan  maddi  hüquq  pozulur  və  bu  hüququn  müdafiəsi  üçün  hüququ  pozmuş 
şəxsə  məcburedici  tədbirlərin  tətbiq  edilməsi  lazımdır.  Məcburetmə  tədbirləri 
qanunla  mülki  hüquqların  müdafiəsi  üçün  səlahiyyəti  olan  orqanlar  (məhkəmə 
və  s.)  tərəfindən  tətbiq  edilir.  Maraqlı  tərəfin  tələbi  üzrə  məcburetmə 
tədbirlərinin  tətbiqinə  həmişə  deyil,  yalnız  iddia  müddəti  hüdudları  daxilində  yol 
verilir. 
Pozulmuş  subyektiv  mülki  hüquqların  məcburi  həyata  keçirilməsi  imkanı 
maddi  mənada  iddia  hüququ,  bu  hüquqların  müdafiəsi  üçün  məhkəməyə 
müraciət  etmək  hüququ  isə  prosessual  mənada  iddia  hüququ  adlanır.  İddia 
müddətinin  ötürülməsi  məhkəməyə  iddia  ilə  müraciət  etmək  hüququnu  aradan 
qaldırmır.  Subyektiv  mülki  hüququn  pozulmasından  nə  qədər  vaxt  keçərsə 
keçsin,  maraqlı  şəxs  istənilən  vaxt  iddia  qaldıra  bilər.  İddia  müddətinin 
keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb 
baxılmaq üçün məhkəmə tərəfindən qəbul edilir. Beləliklə, hətta maddi mənada 
iddia hüququ aradan qalxsa belə, prosessual mənada iddia hüququ saxlanılır. 
Mülki  Məcəllənin  373-cü  maddəsinə  əsasən,  ümumi  iddia  müddəti  on  il 
təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı 
müqavilə  tələbləri  üzrə  iddia  müddəti  isə  altı  ildir.  Vaxtaşırı  icra  edilməli 
öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 


99 
 
Tələblərin  ayrı-ayrı  növləri  üçün  ümumi  müddətə  nisbətən  qısaldılmış  və 
ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 
İddia  müddətinin  axımı  iddia  hüququ  əmələ  gələn  gündən  başlanır.  İddia 
hüququ  isə  şəxsin  öz  hüququnun  pozulmasını  bildiyi  və  bilməli  olduğu  gündən 
əmələ  gəlir.  Bəzən  elə  hallar  olur  ki,  iddiaçı  özündən  asılı  olmayaraq  qanunla 
müəyyən  edilmiş  müddətdə  iddia  verə  bilmir.  Belə  hallarda  iddia  müddətinin 
dayandırılması müəyyən edilmişdir. 
İddia  müddətinin  dayandırılmasının  mahiyyəti  ondan  ibarətdir  ki,  şəxs 
qanunda  göstərilən  səbəblərə  görə  iddia  qaldıra  bilmək  və  ya  öz  hüquqlarını 
müdafiə etmək imkanından məhrum  olduğuna görə iddia qaldıra bilmədiyi vaxt 
kəsiyi iddia müddətinə daxil edilmir. İddia müddətinin dayandırılması üçün əsas 
olan halların mövcud olduğu vaxt kəsiyi iddia müddətinə hesablanmır. Göstərilən 
hallar aradan çıxdıqdan sonra iddia müddəti öz axımını davam etdirir. 
Mülki  Məcəllənin  379.1-ci  maddəsinə  əsasən,  iddia  müddətinin  axımı 
aşağıdakı hallarda dayandırılır: 
1)  iddianın  irəli  sürülməsinə  fövqəladə  və  həmin  şəraitdə  qarşısı  alına 
bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 
2)  iddiaçı  və  ya  cavabdeh  hərbi  vəziyyətə  keçirilmiş    silahlı  qüvvələrin 
tərkibində olduqda; 
3)  müvafiq  icra  hakimiyyəti  orqanı  öhdəliklərin  icrası  üçün  möhlət 
(moratorium) müəyyənləşdirdikdə; 
4)  fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 
5)  müvafiq münasibəti tənzimləyən qanunun və  ya digər normativ-hüquqi 
aktın qüvvəsi dayandırıldıqda. 
İddia  müddətinin  axımı  bir  şərtlə  dayandırılır  ki,  bu  maddədə  göstərilmiş 
hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı 
aydan  az  olduqda  isə  iddia  müddəti  ərzində  əmələ  gəlsin  və  ya  mövcud 
olmaqda  davam  etsin.  Müddətin  dayandırılması  üçün  əsas  olan  maneələr 
aradan  götürüldüyü  gündən  müddətin  axımı  davam  edir  və  müddətin  qalan 
hissəsi  altı  aya  qədər  uzadılır.  Iddia  müddəti  altı  aydan  az  olduqda  isə  iddia 
müddəti həmin müddətə çatdırılır. 
Müəyyənləşdirilmiş  qaydada  iddia  irəli  sürüldükdə,  habelə  borclu  şəxs 
borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 
Fasilədən  sonra  iddia  müddəti  yenidən  başlanır.  Fasiləyə  qədər  keçmiş  vaxt 
yeni müddətə daxil edilmir. 
Borclu  öz  öhdəliyini  iddia  müddəti  keçdikdən  sonra  icra  edibsə,  icraedici 
etdiyi zaman iddia müddətinin keçməsini bilməmiş olsa da icra etdiyini geri tələb 
etməyə haqlı deyildir. 
İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün 
əsasdır.  Məhkəmə  iddia  müddətinin  keçməsi  səbəbini  üzrlü  hesab  etdikdə 
pozulmuş  hüquq  müdafiə  edilməlidir.  Üzrlü  səbəblərə  ağır  xəstəlik,  köməksiz 
vəziyyət, savadsızlıq və i.a. aiddir. Əgər vəziyyət obyektiv xarakter daşıyırsa və 
o,  iddianın  vaxtında  qaldırılmasına  mane  olmuşsa,  onda  onlar  üzrlü  səbəb 
hesab  edilə  bilər.  Əgər  iddia  müddətinin  buraxılmasında  öz  təsərrüfatsızlığına, 
səhlənkarlığına,  diqqətsizliyinə  görə  vaxtında  iddia  qaldırmayan  maraqlı  şəxs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə