Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   43   44   45   46   47   48   49   50   ...   84

100 
 
özü təqsirkardırsa, onda iddia müddəti bərpa edilmir və iddia rədd edilməlidir. 
Şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi, 
əmanətçilərin  banka  qoyulmuş  əmanətlərinin  verilməsi,  fiziki  şəxsin  həyat  və 
sağlamlığına  vurulmuş  zərərin  əvəzinin  ödənilməsi,  mülkiyyətçinin  və  ya  digər 
sahibin  onun  hüququnun  hər  cür  pozuntularının  aradan  qaldırılması  və  s.  bu 
kimi tələblər istisna olmaqla iddia müddəti bütün əmlak tələblərinə aid edilir. 
 
 


101 
 
MÖVZU 5.      MÜLKİYYƏT   HÜQUQU,   ONUN   ƏLDƏ EDİLMƏSİ,   
İTİRİLMƏSİ VƏ MÜDAFİƏSİ. 
 
P L A N 
1. Mülkiyyət hüququnun anlayışı və məzmunu.  
2. Mülkiyyət hüququnun formaları  və növləri. 
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). 
4. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. 
 
1.  Mülkiyyət hüququnun anlayışı və məzmunu 
 
Mülkiyyətçilik  elə  anlayışlara  aiddir  ki,  onun  ətrafında  uzun  əsrlər  boyu 
insanların  düşüncələri  qarşı-qarşıya  gəlmişdir.  Lakin,  təkcə  nəzəri  döyüşlərlə  iş 
bitmir.  İnsanların  mülkiyyətçilik  münasibətlərinin  dəyişdirilməsi,  bu  sahədə  yeni 
münasibətlərin  bərqərar  olunması  uğrunda  mübarizələri  bütün  dünyada  həmişə 
sosial  təbəddülatların  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Bu  mübarizələr 
bəzən  müvəffəqiyyətli,  bəzən  də  çox  uğursuz  nəticələrə  səbəb  olmuşdur. 
Olmuşdur  ki,  cəmiyyət,  həqiqətən,  öz  inkişafının  yeni,  daha  yüksək  pilləsinə 
qalxmışdır.  Lakin,  mülkiyyətçilik  münasibətlərinin  dağıdılması  nəticəsində 
cəmiyyətin  çox  geri  düşməsi  və  bu  gerilikdən  uzun  müddət  çıxa  bilməməsi 
halları da olmuşdur. 
XX  əsrdə  bizim  ölkəmizdə  mülkiyyətçilik  münasibətlərinin  iki  dəfə 
dağıdılması  prosesi  baş  vermişdir.  Birinci  dəfə  bu  fəlakətlə  nəticələnmiş  və 
nəticələri  neçə-neçə  nəsli  korlamış  olan  1920-ci  ilin  aprelində  başlanmışdır. 
İkinci  dəfə  isə  bizim  günlərdə  baş  verir.  Onun  əsas  məqsədi  mülkiyyətçilik 
münasibətlərini onun əsl mahiyyətinə qaytarmaq, indiki rejimin sosial dayağı ola 
biləcək xüsusi mülkiyyətçilərin geniş təbəqəsini yaratmaqdan ibarətdir. Beləliklə, 
nə deməkdir mülkiyyət? 
Bu, ilk növbədə şəxsin və yaxud kollektivin ona mənsub əmlaka öz əmlakı 
kimi  münasibət  bəsləməsi  kimi  başa  düşülə  bilər.  Mülkiyyət  «mənimki»  və 
«səninki» olanların fərqləndirilməsinə əsaslanır. Hər hansı bir konkret məqamda 
hansı  mülkiyyət  forması  və  ya  növünün  daha  yüksəkdə  olmasından  asılı 
olmayaraq mülkiyyətçilik o vaxt meydana gələ bilər ki, istehsalın nəticələrinə və 
şərtlərinə  kimsə  «özününkü»,  kimsə  «özgəninki»  kimi  münasibət  bildirə  bilsin. 
Bunsuz,  ümumiyyətlə,  mülkiyyət  yoxdur.  Bu  nöqteyi-nəzərdən  hansı  ideoloji 
niyyətə xidmət etsə də, hər hansı bir mülkiyyət forması xüsusidir. 
Mülkiyyətin  elementar  izahından  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  o, 


102 
 
insanın  əşyaya  münasibəti  deməkdir.  Lakin  bu  mülkiyyətin  məzmununun 
açılmasında  kifayət  edici  deyildir.  Belə  ki,  mülkiyyətçi  öz  əşyası  ilə  bağlı  digər, 
kənar  şəxslərlə  də  münasibətdə  olur.  Buna  görə  de  mülkiyyət  təkcə  insanın 
əşyaya  münasibətində  deyil,  həmin  əşya  barəsində  insanlar  arasındakı 
münasibətlərdə  özünü  göstərir.  Münasibətlərin  bir  qütbündə  əşyaya  öz  əşyası 
kimi  münasibət  göstərən  mülkiyyətçi,  digər  qütbündə  isə  həmin  əşyaya  yad 
münasibət  göstərməyə  borclu  olan  digər,  üçüncü  şəxslər  çıxış  edir.  Bu  o 
deməkdir  ki,  bütün  üçüncü  şəxslər  özgə  əşyasına,  o  cümlədən  bu  əşyada 
təcəssüm  edən  mülkiyyətçinin  iradəsinə  hər  cür  təcavüzdən  imtina  etməyə 
borcludurlar. 
Mülkiyyətin  müəyyən  olunması  o  deməkdir  ki,  o,  əşya  qismində  olanın 
maddi qidavericisidir. Mülkiyyətə eyni zamanda iradəvi məzmun da xasdır, belə 
ki,  məhz  mülkiyyətçinin  suveren  iradəsi  ona  mənsub  olan  əşyanın  məişət 
təyinatını müəyyən edir. 
Mülkiyyət  -  ictimai  münasibətdir.  Əgər  özgə  şəxslərdə  mülkiyyətçinin 
əşyasına  «özgəninki»  münasibəti  olmasaydı,  mülkiyyətçinin  də  həmin  əşyaya 
«özününkü»  münasibəti  olmazdı.  İctimai  münasibət  kimi  mülkiyyətin  məzmunu 
mülkiyyətçinin  maddi  nemətlərin  istehsalı,  bölgüsü,  dəyişməsi  və  istifadə 
edilməsi  prosesində  digər  şəxslərlə  çıxış  etməsi  labüd  olan  əlaqə  və 
münasibətlərdə açılır. 
Mülkiyyət  maddi  və  iradəvi  məzmuna  malik  olan  ictimai  münasibətdir  və 
əmlak  münasibətlərində  başlıca  yer  tutur.  Lakin  bu,  mülkiyyətin  xarakteri  üçün 
kifayət hesab oluna bilməz. Bunun üçün mülkiyyətçinin ona mənsub əmlaka hər 
hansı  bir  konkret  formada  ifadə  oluna  bilən  iradəvi  aktını  göstərməsi  lazımdır. 
Mülkiyyətçi  öz  əmlakıyla  bağlı  istənilən  münasibətə  girə  bilər,  bir  şərtlə  ki,  bu 
qanunvericiliklə  qadağan  edilməsin  və  yaxud  mülkiyyətin  sosial  təbiətinə  zidd 
olmasın.  Mülkiyyətçinin  iradəsi  ona  mənsub  əmlaka  sahiblik,  istifadə  və 
sərəncamda  ifadə  olunur.  Mülkiyyətçinin  əşyaya  (əmlaka)  münasibətdə  konkret 
aktı, nəticə etibarilə bunlarla məhdudlaşır. 
Sahiblik  dedikdə,  mülkiyyətçinin  əmlak  (əşya)  üzərində  faktiki  sahibliyi, 
yəni  təsərrüfat  ağalığı  başa  düşülür.  Sahiblikdə  mülkiyyətçilik  münasibətlərinin 
tarazlığı, əmlakın fərdə və kollektivə bağlılığı əks olunur. Əmlakdan onun faydalı 
təbii xassələrinin hasil edilməsi, habelə ondan fayda götürülməsi istifadə adlanır. 
İstifadədən fayda - gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola 
bilər.  Sərəncam  dedikdə  isə  mülkiyyətçi  tərəfindən  əmlakın  hüquqi 
müqəddəratının  təyin  edilməsi  başa  düşülür.  Bu,  əmlakın  özgəninkiləşdirilməsi, 
kirayə  verilməsi,  girov  qoyulması  və  s.  üsullarla  ola  bilər.  Əmlakdan  istifadə 
edilməsi  və  onun 
üzərində  sərəncam  verilməsində, 
artıq  mülkiyyət 
münasibətlərinin dinamikası ifadə olunur. 
İqtisadi kateqoriya kimi mülkiyyət, bütün tarixi dövrlərdə mövcud olmuşdur. 
Əlbəttə,  insanların  hələ  təbiətdən  ayrılmadığı,  öz  ehtiyaclarını  sadə  vasitələrlə 
ödədiyi  bəşər  cəmiyyətinin  ilk  başlanğıc  mərhələsi  istisna  olunur.  Cəmiyyətin 
inkişafının müxtəlif dövrlərində əmlak münasibətləri də müxtəlif olmuşdur. İctimai 
formasiyalara  uyğun  olaraq  mülkiyyətin  müxtəlif  tipləri  -  ibtidai  icma,  quldarlıq, 
feodal  -  təhkimçi  və  kapitalist  tiplərini  bir-birindən  ayırmaq  olar.  Yaxın  keçmişə 
qədər  mülkiyyətin  bir  tipi  kimi  sosialist  mülkiyyəti  də  kifayət  qədər  əsaslar 
olmadan  qeyd  edilirdi.  Sosializm  birliyinə  daxil  olan  dünyanın  heç  bir  ölkəsində 
sosializm  əslində  qurula  bilmədi.  Bilavasitə  istehsalçılar  istismara  məruz  qalır, 
istehsal vasitələrinin istehsalçılara verilməsi həqiqətdə baş vermədi. Bu ölkələrin 
totalitar  rejimləri  mülkiyyətin  o  tipini  təsdiq  etdi  ki,  o,  mülkiyyətin  xarakterik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə