Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   44   45   46   47   48   49   50   51   ...   84

103 
 
əlamətlərinə, tamamilə, yabancı idi. 
İstər  iqtisad,  istərsə  də  hüquq  elmi  müxtəlif  münasibətlərin  olmasına 
baxmayaraq  mülkiyyətə  xüsusi  və  həm  də  dəyişkən  bir  iqtisadi  kateqoriya  kimi 
baxır. 
Beləliklə,  iqtisadi  mənada  mülkiyyət  dedikdə,  maddi  nemətlərin  və  ən 
əvvəl istehsal vasitələrinin mənimsənilməsi və onlar üzərində sahiblik, istifadə və 
sərəncam  verməklə  əlaqədar  olaraq  insanlar  arasında  tarixən  müəyyən  edilmiş 
iqtisadi münasibətlər başa düşülür. Bu münasibətlər hüquqla mühafizə edildikdə 
mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ öz normaları vasitəsilə mülkiyyəti, 
yəni  iqtisadi  münasibətləri  möhkəmləndirir  və  mühafizə  edir.  Mülki  Məcəllənin 
152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka 
(əşyaya)  öz  istədiyi  kimi  sahib  olmaq,  ondan  istifadə  etmək  və  ona  dair 
sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 
Mülki hüquq elmində mülkiyyət hüququ iki mənada başa düşülür: obyektiv 
və subyektiv mənada. 
Obyektiv  mənada  mülkiyyət  hüququ  dedikdə,  mülkiyyət  münasibətlərini 
nizama  salan  hüquq  normalarının  məcmusu,  subyektiv  mənada  mülkiyyət 
hüququ  dedikdə  isə  mülkiyyətçinin  öz  mülahizələrinə  görə,  heç  kimdən  asılı 
olmayaraq  qanunla  müəyyən  edilmiş  hüdudlarda  müəyyən  əmlaka  sahiblik, 
ondan  istifadə  və  üzərində  sərəncam  hüququ  başa  düşülür.  Demək,  mülkiyyət 
hüququnun  məzmununu  mülkiyyətçinin  əmlaka  sahiblik,  ondan  istifadə  və 
üzərində sərəncam hüququnun məcmusu təşkil edir. 
Sahiblik  hüququ  -  əmlaka  (əşyaya)  faktiki  sahibliyi  həyata  keçirməyin 
hüquqi  cəhətdən  təmin  edilmiş  imkanıdır.  Söhbət  əgər  faktiki  sahiblikdən 
gedirsə,  bu  o  demək  deyildir  ki,  sahibkar  əşya  ilə  bilavasitə  təmasda  olsun. 
Məsələn,  uzunmüddətli  məzuniyyətdə  olan  şəxs  onun  evində  olan  əmlakın 
sahibi  olaraq  qalır.  Deməli,  əşyaya  faktiki  sahib  olmağa  mahiyyətcə  müvəqqəti 
iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir. 
Əgər  sahib  əşyanı  məhdud  əşya  və  ya  şəxsi  sahiblik  hüququnun  həyata 
keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi 
vasitəli, ikincisi isə vasitəsiz sahibdir. 
Əmlak  üzərində  sahiblik  qanuni  və  qanunsuz  ola  bilər.  Əşya  üzərində 
sahibliyin hər hansı bir hüquqi əsası olduqda belə sahibliyə qanuni və yaxud titul 
sahibliyi  deyilir.  Hüquqi  əsasları  olmayan  sahiblik  qanunsuz  və  yaxud  titulsuz 
sahiblik  adlanır.  Əmlak,  ümumi  qayda  üzrə  o  adamların  sahibliyində  olur  ki, 
bunun  üçün  bu  və  ya  digər  hüquqlara  malik  olsun.  Belə  hallarda  mübahisəli 
məsələlərə  faktiki  sahibliyin  qanuna-uyğunluğu  prezumpsiyası  vasitəsilə  baxılır. 
Başqa sözlə,  əmlakın faktiki sahibinin  əmlak üzərindəki sahibliyinin əksi sübuta 
yetirilməzsə, tanınır. 
Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan 
edilmiş  özbaşınalıq  sayılır.  Hər  bir  sahibin  qadağan  edilmiş  özbaşınalıqdan 
müdafiə  üçün  güc  işlətmək  ixtiyarı  vardır.  Bu  zaman  o,  şəraiti  nəzərə  almaqla, 
əsassız  güc  hərəkətlərindən  çəkinməlidir.  Sahiblikdən  məhrum  olan  onun  üçün 
qanunsuz  sahibdən  sahibliyin  qaytarılmasını  tələb  edə  bilər.  Sahiblikdən 
məhrumetmə  faktiki  sahib  və  ya  onun  hüquq  sələfi  barəsində  səhv  addım 
olduqda  və  sahiblik  məhrumetmədən  əvvəlki  ildə  əldə  edildikdə  iddia  istisna 
edilir (Mülki Məcəllənin 164-cü maddəsi). 
Qanunsuz  sahiblik  öz  növbəsində  iki  yerə,  vicdanlı  və  vicdansız  sahibliyə 
ayrılır.  Mülki  Məcəllənin  166-cı  maddəsində  mülkiyyətin  sahiblik  əsasında 
ehtimal edilməsindən bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın 
sahibi  haqqında  ehtimal  edilir  ki,  o  əşyaya  mülkiyyətçi  hüququ  ilə  sahiblik  edir. 
Hər  hansı  əvvəlki  sahib  haqqında  ehtimal  edilir  ki,  öz  sahibliyi  zamanı  o, 


104 
 
mülkiyyətçi  olmuşdur.  Daşınar  əşyanın  mülkiyyətçisi  olmaq  istəməyən  sahibi 
ehtimal  edə  bilər  ki,  bu  əşya  kimdən  arxayın  alınmışdırsa,  həmin  şəxsin 
mülkiyyətindədir.  Sahiblik  hüququ  olmadığını  bilən  və  ya  bilməli  olan  sahib 
vicdansız sahibdir.  Daşınar  əşya üzərində məhdud əşya hüququna və  ya şəxsi 
hüquqa  iddia  edən  daşınar  əşya  sahibinin  bu  cür  hüququnun  olduğu  ehtimal 
edilir.  Lakin  o  həmin  əşyanı  aldığı  şəxsin  bu  cür  hüququ  olduğunu  ehtimal  edə 
bilməz. 
Əşyanın  vicdansız  sahibi  onu  mülkiyyətçisinə  qaytarmalı  və  əşyanı 
saxlaması  ilə  bağlı  bütün  zərərin  əvəzini  ödəməli,  habelə  əldə  etdiyi  bəhərin 
əvəzini ödəməlidir. 
Əşyanın  vicdanlı  sahibi  isə  öz  ehtimal  edilən  hüququna  uyğun  olaraq 
əşyadan  fayda  götürdüyünə  və  ondan  istifadə  etdiyinə  görə  ixtiyarlı  şəxsə 
zərərin əvəzini  ödəməyə borclu deyildir. O, əvəzi  ödənilərkən  yoxa  çıxan və  ya 
zərərçəkən şeyin əvəzini ödəməyə borclu deyildir. 
İstifadə  hüququ  -  əmlakdan  (əşyadan)  onun  faydalı  təbii  xassələrini  hasil 
etməyin,  habelə  ondan  fayda  götürməyin  hüquqi  cəhətdən  təmin  edilmiş 
imkanıdır.  Ola  bilsin  ki,  bəzi  əşyalar  həm  şəxsi,  həm  də  təsərrüfat  məqsədilə 
istifadə  edilsin.  Məsələn,  tikiş  maşını  ilə  nəinki  ailə  üzvləri  üçün,  habelə  haqqı 
ödənilməklə  digər  şəxslər  üçün  də  paltar  tikilə  bilər.  İstifadə  hüququ,  adətən 
sahiblik  hüququna  söykənir.  Lakin  sahibi  olmadığın  əşyadan  da  istifadə  etmək 
olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak 
kirayəsi  müqaviləsinə  görə  kirayəçi,  nəinki  əmlakın  müvəqqəti  sahibi,  o, 
həmçinin, əmlakın istifadəçisi hesab edilir. 
İstifadə  hüququna  şəxsin  öz  əşyasından  istifadə  etməməsi  imkanı  da 
daxildir.  Əgər  əşyanın  tətbiq  edilməsi  və  ya  ona  qulluq  olunması  ictimai 
mənafelərə  qəsd  edirsə,  istifadə  və  ya  qulluq  və  saxlama  vəzifəsi 
müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra 
etmək  və  ya  müvafiq  muzd  müqabilində  əşyanın  başqa  şəxslərin  istifadəsinə 
vermək vəzifəsi qoyula bilər. 
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər. 
Sərəncam  hüququ  -  əmlakın  (əşyanın)  hüquqi  müqəddəratını  təyin 
etməyin  hüquqi  cəhətdən  təmin  edilmiş  imkanıdır.  Mülkiyyətçi  öz  əmlakını 
satmaq, kirayə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə 
qərar  qəbul  edir.  Bir  qayda  olaraq,  əmlak  üzərində  sərəncam  mülkiyyətçiyə 
məxsus  olur.  Mülkiyyətçi  olmayanın  əmlak  üzərində  sərəncam  verməsi  yalnız 
qanunda göstərilən hallarda ola bilər. Bu, kreditorun borcunu ödəmək məqsədilə 
mülkiyyətçinin  əmlakının  məcburi  satılmasında  ve  s.  hallarda  özünü  göstərir. 
Məsələn,  vətəndaşlar  özlərinə  məxsus  olan  bu  və  ya  digər  əmlaklarını  ssuda 
almaq  məqsədilə  lombardlara  təhvil  verirlər.  Əgər  onlar  göstərilən  müddətdə 
aldıqları pulu geri qaytarmasalar lombardlara verilən əmlak satılır. Sonra verilmiş 
ssuda  götürülür, qalan  hissə isə mülkiyyətçiyə verilir. Bir sıra əmlakdan istifadə 
edildikdə onlar öz varlığını itirir, məhv olurlar. Bununla əlaqədar olaraq mülkiyyət 
hüququ  xitam  edilir.  Deməli,  mülkiyyətçi  tərəfindən  əmlakın  məhv  edilməsi  də 
sərəncam  hesab  edilir.  Lakin  əmlakını  məhv  edən  mülkiyyətçinin  fəaliyyətinin 
hüquqi  tənzimini  vermək  nəzərə  çarpacaq  dərəcədə  mürəkkəbdir.  Əgər 
mülkiyyətçi  əmlakı  məhv  edir  və  ya  atırsa,  o,  əmlak  üzərində  sərəncamını 
birtərəfli  qaydada  əqdin  baş  verməsi  vasitəsilə  həyata  keçirmiş  olur,  bu  halda 
mülkiyyətçinin  iradəsi  mülkiyyət  hüququnun  xitamına  və  yaxud  bu  hüquqdan 
imtina  olunmasına  yönəldilmişdir.  Yox,  əgər  əmlakdan  bir  dəfə  istifadə 
olunmaqla (məsələn, meyvəni yemək və s.) mülkiyyət hüququna xitam verilirsə, 
onda  mülkiyyətçinin  iradəsi  mülkiyyət  hüququnun  xitamına  deyil,  əmlakdan 
faydalı  xassələrin  hasil  edilməsinə  yönəlir.  Deyilən  misalda  əmlak  üzərində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə