Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   45   46   47   48   49   50   51   52   ...   84

105 
 
sərəncam  hüququnun  deyil,  istifadə  hüququnun  həyata  keçirilməsi  baş  vermiş 
olur. 
Mülkiyyət  hüququnun  anlayışının  açılması  mülkiyyətçinin  malik  olduğu 
səlahiyyətlərlə  başa  çatmır.  İş  ondadır  ki,  eyni  səlahiyyətlərə  həm  mülkiyyətçi, 
həm  də  digər  şəxslər  (məsələn,  mülkiyyətçinin  əmlakına  tam  təsərrüfatçılıq 
aparmaq  hüququ  olan  şəxs  və  s.)  malik  ola  bilər.  Bunun  üçün  məhz 
mülkiyyətçinin  səlahiyyətlərini  əks  etdirən  spesifik  əlamətlər  müəyyən 
olunmalıdır.  Bu  əlamətlər  ondan  ibarətdir  ki,  mülkiyyətçi  öz  səlahiyyətlərini  öz 
mülahizəsinə  görə  həyata  keçirir.  Bu  zaman  mülkiyyətçi  öz  mülahizəsinə  görə 
səlahiyyətlərini  həyata  keçirmək  və  ya  əmlak  üzərində  sərəncam  vermək 
hüququnu  digər  şəxslərin  həmin  əmlak  üzərində  iradəsindən  asılı  olmayaraq 
bilavasitə  qanuna  əsaslanaraq  həyata  keçirir.  Digər  şəxslərin  əmlak  üzərində 
iradəsi  isə  təkcə  qanuna  söykənmir,  eyni  zamanda  mülkiyyətçinin  iradəsindən 
asılı olur və onunla şərtlənir. 
Mülkiyyət  hüququ  mütləq  hüquqdur.  Qanuna  görə  o  hər  kəsdən  müdafiə 
edilir,  yəni  qeyri-müəyyən  dairədə  şəxslərdən  qorunmalıdır,  çünki  mülkiyyət 
hüququnu  hər  kəs  poza  bilər.  Buna  görə  də  qanun,  mülkiyyətçiyə,  onun 
səlahiyyətlərini həyata keçirməyə imkan verməyən hər cür maneələri dəf etmək 
hüququ  vermişdir.  Bu  zaman  o,  özünümüdafiə  tədbirlərindən  də  istifadə  edə 
bilər. 
Lakin  mülkiyyətçinin  əmlak  üzərində  sahibliyini  nəhayətsiz  hesab  etmək 
olmaz. Qanuna görə mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər 
vurmamalı,  qanunların  və  ya  üçüncü  şəxslərin  hüquqlarını  pozmamalı, 
cəmiyyətin,  xüsusilə  dövlətin  qanunla  qorunan  mənafelərinə  zidd  olmamalı, 
yaxud hüquqdan sui-istifadə edilməməlidir. 
Mülkiyyətçinin  sahiblik  və  istifadəsində  olan  əmlak  üzərində  hüquqlarını 
həyata  keçirmək  üçün  təkcə  o  lazımdır  ki,  üçüncü  şəxs  həmin  əmlaka  təcavüz 
etməsin. Lakin həmişə  belə  olmur. Əmlak üzərində sərəncam verərkən  (əmlakı 
satarkən,  kirayə  verərkən,  girov  qoyarkən  və  s.)  mülkiyyətçi  konkret  şəxslə 
(məsələn, əmlakı alanla, kirayə və ya girov götürənlə və s.) hüquq münasibətinə 
girir.  Mülkiyyətçi  bu  zaman  öz  hüquqlarını  həyata  keçirsə  də,  bəzən  həmin 
hüquqların  tənzimlənməsi  mülkiyyət  hüququnun  hüdudlarından  kənara  çıxır,  o, 
özü isə satıcı, kirayə verən, girov qoyan kimi çıxış edir. Belə hallarda mülkiyyət 
hüququ  pozulmuşsa,  onda  hər  şey  bu  hüququn  saxlanıb  saxlanılmamasından 
asılı  olur.  Əgər  bu  hüquq  saxlanmışsa,  pozulmuş  hüquqların  bərpası  mülkiyyət 
hüququ  institutu  normaları  ilə  baş  verir.  Əgər  mülkiyyət  hüququ  qalmamışsa 
(deyək  ki,  əmlak  məhv  edilmişdir),  onda  pozulmuş  hüquqların  bərpası  digər 
hüquq  normaları  ilə  mümkün  olur  (məsələn,  zərərvurma  nəticəsində  əmələ 
gələn  öhdəliklər,  yaxud  sığorta  hüququ).  Beləliklə,  mülkiyyət  hüququ  normaları 
digər hüquq normaları ilə daimi əlaqədə və qarşılıqlı fəaliyyətdədir. 
 
2.  Mülkiyyət hüququnun formaları  və növləri. 
 
Mülkiyyət  hüququnun  forma  və  növləri  məsələləri  təkcə  nəzəri  cəhətdən 
deyil,  həm  də  praktik  cəhətdən  mühüm  əhəmiyyət  kəsb  edir.  Konkret  şəxsə 
məxsus  olan  əmlakın  mülkiyyət  hüququnun  hansı  forma  və  növünə  aid  olması 
əmlakın  hüquqi  rejimini  və  eyni  zamanda  mülkiyyətçinin  həmin  əmlaka  olan 
sahiblik imkanları spektrini müəyyən edir. 
Azərbaycan  Respublikası  Konstitusiyası  mülkiyyətin  üç  formasını  -  dövlət 
mülkiyyəti,  xüsusi  mülkiyyət  və  bələdiyyə  mülkiyyəti  formasını  təsbit  etmişdir. 


106 
 
Bütün  növlərdən  olan  daşınar  və  daşınmaz  əmlaka  mülkiyyət  hüququnun 
subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola 
bilər. 
Dövlət  mülkiyyət  hüququ.  Bazar  iqtisadiyyatının  inkişaf  etdiyi  ölkələrdə 
belə,  istehsal  fondları  strukturunda  dövlət  mülkiyyəti  mühüm  çəkiyə  malikdir. 
Əsas  həyati  təminat  yaradan  maddi  ehtiyatların  (ərzaq,  yanacaq  və  s. 
vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı 
obyektlərin  böyük  bir  hissəsinin  dövlət  mülkiyyətində  olması  iki  amillə  bağlıdır. 
Birincisi,  gözlənilməz  hadisələrlə  zəngin  olan  dünyada  hər  bir  dövlət  öz 
təhlükəsizliyi  haqqında  düşünməlidir.  Təhlükəsizlik  dedikdə,  yalnız  hərbi 
təhlükəsizlik deyil, eyni zamanda ekoloji, sanitar-epidemioloji, aclıq və s. təhlükə 
nəzərdə  tutulur.  İkincisi,  bu  dövlətin  yerinə  yetirməli  olan  sosial  funksiyasından 
irəli  gəlir.  Əhalinin  minimum  yaşayışını  təmin  etmək,  aztəminatlı  ailələrin  həyat 
səviyyəsini  qaldırmaq  tədbirləri,  təqaüdçülərin,  tələbələrin  və  əhalinin  sair 
imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll etməlidir. Bunun 
üçün  isə  dövlət  müvafiq  maddi-texniki  və  maliyyə  bazasına  malik  olmalıdır. 
Yenidənqurmaya  qədər  ölkəmizdə  əsas  istehsal  fondlarının  90%-i  dövlətin 
əlində  olmuşdur.  Dövlət  mülkiyyəti  bürokratikləşmiş,  elmi-texniki  inqilabın 
nailiyyətlərini kifayət qədər əks etdirməyən mülkiyyət olmuşdur. 
İndi  isə  ölkəmizdə  özəlləşmə  tam  sürətlə  gedir,  dövlət  mülkiyyətində  olan 
obyektlər  hüquqi  və  fiziki  şəxs  olan  xüsusi  mülkiyyətçilərin  əlinə  keçir. 
Özəlləşdirməni  aparan  siyasətçilərin  fikrincə  isə  özəlləşmə  nəticəsində  istehsal 
vasitələrinin  istehsalçı  işçilərlə  birləşməsi  baş  verəcək,  mülkiyyət  özünün  əsl 
məzmununu kəsb edəcəkdir. 
Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif 
mülkiyyət  formalarının  sağlam  rəqabəti,  hər  birinin  özünün  həyat  qabiliyyətini 
əmək və kapitalın qovuşduğu yerdə göstərməklə mümkündür. 
Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına 
mülkiyyət  hüququ  ilə  mənsub  olan  əmlak  dövlət  mülkiyyətidir.  Dövlət  mülkiyyət 
hüququ  dedikdə,  dövlətin  mənsub  olduğu  əmlak  üzərində  qanunla  müəyyən 
edilmiş  çərçivədə  sahiblik,  istifadə  və  sərəncam  vermək  hüququ  başa  düşülür. 
Başqa  subyektiv  hüquqlar  kimi  dövlət  mülkiyyət  hüququ  da  müəyyən  hüquq 
münasibəti  çərçivəsində  yaranır,  bu  və  ya  digər  maddi  dəyərlərin  idarəçiliyi 
sahəsində  konkret  səlahiyyətləri  xarakterizə  edir.  Dövlət  mülkiyyətçisinin 
səlahiyyətləri  həm  mülki  hüquqların  vahid  subyekti  tərəfindən,  həm  də  dövlət 
əmlakının  bir  hissəsinə  malik  olan  dövlət  hüquqi  şəxsləri  tərəfindən  həyata 
keçirilir.  Burada  mülkiyyətçi  ilə  dövlət  hüquqi  şəxsləri  arasında  öhdəlik  hüquq 
münasibətləri yaranmır. 
Dövlət  mülkiyyəti  iqtisadi  baxımdan  ümumxalq  mənimsəməsinin  forması 
hesab  edilir.  İri əmlak mülkiyyətçisi kimi dövlət üçün bu əmlakın idarə  edilməsi, 
ayrılıqda  isə  hüquqi  şəxslərin  yaradılması,  yenidən  təşkili  və  xitam  edilməsi, 
onlar  arasında  müvafiq  əmlakın  bölüşdürülməsi  və  istifadəsi  üzərində  nəzarət 
çox  vacibdir.  Bir  çox  hallarda  bu  dövlət  idarəçilik  orqanları  tərəfindən  normativ 
aktların qəbul edilməsi ilə həyata keçirilir. 
Dövlət  mülkiyyəti  ümumdövriyyə  xarakteri  daşıyır.  Dövlət  başqa 
mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir. 
Mülki  Məcəllənin  155.2-ci  maddəsində  qeyd  olunur  ki,  fiziki,  hüquqi 
şəxslərin  və  ya  bələdiyyələrin  mülkiyyətində  olmayan  torpaq  və  digər  təbii 
ehtiyatlar  dövlət  mülkiyyətidir.  Bu  obyektlərin  geniş  dairəsi  «Azərbaycan 
Respublikasında  mülkiyyət  haqqında»  9  noyabr  1991-ci  il  tarixli  Qanunda  (23 
aprel  2002-ci  il  tarixli,  311-IIQD  nömrəli  qanuna  əsasən  qüvvədən 
düşmüşdür)  göstərilmişdir.  Həmin  Qanunda  deyilir  ki,  respublika  ərazisi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə