Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   46   47   48   49   50   51   52   53   ...   84

107 
 
hüdudlarında  torpaq,  yerin  təki,  daxili  sular  və  ərazi  suları,  qitə  şelfi,  bitkilər  və 
heyvanlar  aləmi,  hava  hövzəsi  Azərbaycan  Respublikasının  müstəsna 
mülkiyyətidir.  Azərbaycan  Respublikası  torpağı  öz  vətəndaşlarının  xüsusi 
mülkiyyətinə verə bilər. 
Azərbaycan  Respublikası  onun  ərazisinə  bitişik  Xəzər  dənizi  iqtisadi 
zonasının  ehtiyatlarına  beynəlxalq  hüquqla  təsdiq  edilmiş  hədlərdə  sahiblik, 
onlardan istifadə və onların barəsində sərəncam hüququna malikdir. 
Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  təsərrüfat  sahələrinin 
müəssisələri,  energetika,  nəqliyyat  və  rabitə  şəbəkələri  (sistemləri),  dövlət 
mənzil  fondu,  dövlət  idarələrinin  əmlakı,  mədəni  sərvətlər  və  tarix  abidələri, 
infrastruktur  obyektləri,  o  cümlədən  kurort-turist  təyinatlı  obyektlər,  dövlətin 
vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit 
ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının 
qarşısında  duran  vəzifələri  həyata  keçirmək  üçün  lazım  olan  digər  əmlak 
Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir. 
Azərbaycan 
Respublikasının 
dövlət 
maliyyə 
ehtiyatları 
hesabına 
yaradılmış  və  başqa  dövlətlərin  ərazisində  yerləşən  müəssisələr  və  ya  onların 
hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir. 
Xüsusi  mülkiyyət  hüququ.  Respublikamızda  mülkiyyət  hüququnun 
mühüm  formalarından  biri  də  xüsusi  mülkiyyət  hüququdur.  Xüsusi  mülkiyyət 
hüququnun  anlayışı  «Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında» 
Qanunda  (23  aprel  2002-ci  il  tarixli,  311-IIQD  nömrəli  qanuna  əsasən 
qüvvədən  düşmüşdür)  verilmişdir.  Həmin  qanuna  əsasən,  xüsusi  mülkiyyət 
hüququ  istehsal  vasitələrinə,  qeyri-istehsal  təyinatlı  predmetlərə  və  sərvətlərə, 
pul  vəsaitinə  və  qiymətli  kağızlara,  onlardan  istifadə  olunmasının  nəticələrinə 
sahiblik,  onlardan  istifadə  və  onların  barəsində  sərəncam  sahəsində  ayrı-ayrı 
şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur. 
Respublika  qanunvericiliyinə  müvafiq  olaraq  xüsusi  mülkiyyət  hüququ  öz 
növbəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, keçmiş «sosializm» adlandırılan bir 
dövrdə  cəmiyyətin  əsas  prinsipi  «hər  kəsə  əməyinə  görə»  kimi  müəyyən 
olunmuş,  əmək  hüququ  isə  vətəndaşların  əsas  hüquqlarından  olan  sosial-
iqtisadi  hüquq  kimi  qanunla  möhkəmlənmişdi.  «İnsanın  insan  tərəfindən 
istismarı»  qadağan  olunmuş,  istehsal  vasitələri  üzərində  mülkiyyətin  sosialist 
forması  şəriksiz  olaraq  hökmran  idi.  Şəxsi  mülkiyyət  adlanan  vətəndaşların 
mülkiyyətinin  əsas  mənbəyi  ictimai  istehsal  vasitələrinə  sərf  olunan  əmək  idi. 
Əməyə  görə  bölgü  prinsipi  üzrə  vətəndaşlara  məcmu  ictimai  məhsulun  çatan 
hissəsi  əsasən,  tələbatın  ödənilməsinə  yönəlmişdi.  Bununla  yanaşı,  şəxsi 
mülkiyyətin mənbələrindən biri də ictimai istehlak fondlarından ödənilən pensiya, 
müavinət  və  stipendiyalar  idi.  Vətəndaşların  tələbatının  ödənilməsinə  eyni 
zamanda pulsuz tibbi xidmətləri, mənzil-kommunal, nəqliyyat xidmətləri və s. aid 
etmək olardı. 
Hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyası reallığı əks 
etdirərək nə əmək hüququnu, nə də əməyə görə bölgü prinsipini əsas götürmür. 
Heç  kəs  zorla  işlədilə  bilməz.  Eyni  zamanda,  hər  kəsin  əməyə  olan  qabiliyyəti 
əsasında  sərbəst  surətdə  özünə  fəaliyyət  növü,  peşə,  məşğuliyyət  və  iş  yeri 
seçmək  hüququ  vardır  (Azərbaycan  Respublikası  Konstitusiyasının  35-ci 
maddəsi).  Dövlət  əqli  mülkiyyət  hüququnun,  yəni  müəlliflik  hüququ,  ixtiraçılıq 
hüququnun və s. qorunmasına təminat verir. 
Buna  uyğun  olaraq  vətəndaşların  mülkiyyət  hüququnun  təzahür  formaları 
kimi, onun əmələ gəlmə mənbələri də mühüm dəyişikliklərə uğramışdır. Hazırda 
vətəndaşların  mülkiyyət  hüququnun  əsasını  onların  muzdlu  işçi  kimi  əməyi  və 


108 
 
müstəqil iqtisadi fəaliyyəti təşkil edir. 
İqtisadi  fəaliyyətdə  də  öz  növbəsində  qanuna  uyğun  olaraq  qeydiyyata 
alınmaqla  əmlakdan  istifadə,  məhsulun  satışı,  işlər  görülməsi  və  xidmətlər 
göstərilməsi  yolu ilə müntəzəm gəlir əldə etmək məqsədilə müstəqil sahibkarlıq 
fəaliyyəti  ilə  məşğulluq  qeyd  olunmalıdır.  Sahibkarlıq  fəaliyyəti  muzdlu  əməyi 
tətbiqetmə və ya etməmə yolu ilə həyata keçirilir. 
Yuxarıda  deyilənləri  nəzərə  alsaq  demək  olar  ki,  vətəndaşların  xüsusi 
mülkiyyəti hazırda aşağıdakı formalarda özünü göstərir: 
•  istehsal 
vasitələrinin 
mülkiyyətçisinin 
kımin 
olmasından 
asılı 
olmayaraq  ona  təklif  olunan  muzdlu  əmək  -  vətəndaşların    mülkiyyətinin 
mənbəyi kimi; 
•  gəlir  əldə  olunmasına  xidmət  etməyən  şəxsi  iqtisadi  fəaliyyət  - 
vətəndaşların mülkiyyətinin mənbəyi kimi; 
•  şəxsi  əməyə  əsaslanan  sahibkarlıq  fəaliyyəti  -  vətəndaşların 
mülkiyyətinin mənbəyi kimi; 
•  muzdlu  əməkdən istifadə  etməklə sahibkarlıq fəaliyyəti  - vətəndaşların 
mülkiyyətinin mənbəyi kimi. 
Axırıncı  -  muzdlu  əməkdən  istifadə  etməklə  sahibkarlıq  fəaliyyəti  həm 
hüquqi şəxs yaratmaqla, həm də yaratmamaqla ola bilər. 
Xüsusi  mülkiyyətin  bir  növündən  başqa  növünə  keçmək  üçün  qanun  heç 
bir məhdudiyyət qoymur, əksinə, daha çox iqtisadi və sosial effekt verən sahəyə 
əməyin və kapitalın cəlb edilməsi dövlət tərəfindən həvəsləndirilir. 
Qeyd  olunmalıdır  ki,  bir  şəxsin  xüsusi  mülkiyyəti  bir  deyil,  bir  neçə 
mənbədən  yarana bilər.  Məsələn, vətəndaş təqaüdçü kimi pensiya, muzdlu işçi 
kimi əmək haqqı, səhmdar kimi divident ala bilər və s. 
Vətəndaşların 
xüsusi  mülkiyyət  hüququ  maddi 
nemətlərin  fərdi 
mənsubiyyətini təsbit edən hüquqi institutdur. 
Xüsusi  mülkiyyət  hüququnun  anlayışını  mülkiyyətçinin  əmlak  və  ondan 
istifadə  olunmasının  nəticələri  üzərində  öz  mülahizəsinə  görə  sahiblik,  istifadə 
və  onlar  barəsində  sərəncam  səlahiyyətləri  təşkil  edir.  Onlardan  hər  biri 
mülkiyyətçiyə üçüncü şəxslərlə hüquq münasibətlərində konkret imkanları təmin 
edir. 
Bazar  iqtisadiyyatı  dövründə  xüsusi  mülkiyyətin  obyektləri  dairəsinin 
müəyyənləşməsinə  münasibət  qanunvericilik  tərəfindən  əhəmiyyətli  dərəcədə 
dəyişilmişdir.  Əvvəllər  qüvvədə  olan  qanunvericiliyə  görə  vətəndaşların 
mülkiyyəti  özünün  istehlak  təyinatı  ilə,  əsasən  istehlak  məhsullarına  şamil 
edilirdi.  O  ki,  qaldı,  istehsal  vasitələrinə,  onda,  vətəndaş  yalnız  xırda  istehsal 
vasitələrinin  sahibi  ola  bilərdi  və  bu  zaman  muzdlu  əməkdən  istifadə  qadağan 
olunurdu.  İndi  vəziyyət  tamam  dəyişmişdir.  «Azərbaycan  Respublikasında 
mülkiyyət  haqqında»  qanundan  başlayaraq  digər  normativ  aktlara  qədər  xüsusi 
mülkiyyətin inkişafını ləngidən bütün maneələr aradan qaldırılmışdır. 
Lakin xüsusi mülkiyyət hüququnun anlayış tutumu nə qədər böyük olsa da 
onun  öz  sərhədləri  vardır.  Bu,  mülki-hüquqi  tənzimetmənin  yol  verilən  və 
sərbəstlik prinsiplərindən irəli gəlir. 
Birinci  prinsip  o  deməkdir  ki,  vətəndaş  mülkiyyət  hüququnu  həyata 
keçirərkən qanunla qadağan olunmayan hər şeyə yol verilir. 
Sərbəstlik prinsipi isə vətəndaşın mülkiyyət hüququnu həyata keçirməsi və 
ya keçirməməsini öz mülahizəsinə görə həll etməsi, hüququn həyata keçirilməsi 
məqsədini və vasitələrini özünün seçməsi deməkdir. 
Subyektiv  mülkiyyət  hüququnun,  onun  həyata  keçirilməsinin  məqsəd  və 
vasitələrinin  sərhədlərinin  genişləndirilməsi,  heç  də  hər  şeyə  yol  verilməsi 
demək deyildir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə