Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

111 
 
Bələdiyyələr  haqqında  respublika  qanunvericiliyinə  uyğun  olaraq,  torpaq 
münasibətlərinin  tənzimlənməsi  sahəsində  bələdiyyələrin  öz  inzibati  əraziləri 
daxilində  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  bələdiyyə  mülkiyyətində 
olan  torpaqlara  sahiblik,  onlardan  istifadə  və  onlar  barədə  sərəncam  vermək; 
onları  ümumi  istifadəyə,  hüquqi  və  fiziki  şəxslərin  istifadəsinə,  icarəsinə  və 
respublika vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; bələdiyyə 
torpaqlarının  istifadəçilərindən  torpaq  vergisini  və  icarə  haqqını  almaq;  ehtiyac 
yarandıqda  respublikanın  torpaq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
onları  geri  almaq;  bələdiyyə  torpaqlarının  mühafizəsinə  və  yaxşılaşdırılmasına 
dair  proqramlar  hazırlamaq,  təsdiq  etmək  və  onları  həyata  keçirmək;  bələdiyyə 
torpaqlarından  səmərəli  istifadə  olunmasına  və  onların  mühafizəsinə  nəzarət 
etmək  və  respublika  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  digər  səlahiyyətlərə 
malikdirlər. 
Bələdiyyələrin  mülkiyyətində,  həmçinin,  su  təsərrüfatı  obyektləri  də  ola 
bilər.  Bələdiyyə  torpaqlarında  yerləşən  dövlət  mülkiyyətində  olan  yerli 
əhəmiyyətli  su  təsərrüfatı  obyektləri  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  bələdiyyə  mülkiyyətinə 
verilir. 
Su  təsərrüfatı  obyektləri  üzərində  bələdiyyə  mülkiyyəti  aşağıdakı  şərtlərlə 
yaradıla bilər: 
1)  qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su 
təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə; 
2)  bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla; 
3)  hüquqi  və  fiziki  şəxslərin  mülkiyyətində  olan  su  təsərrüfatı  obyektlərini 
əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla; 
4)  qanunvericilikdə 
nəzərdə 
tutulmuş 
digər 
şərtlərlə. 
          Bələdiyyə  mülkiyyətində  olan  su  təsərrüfatı  obyektlərindən,  əsasən 
əhalinin  həyat  və  sağlamlığını  qorumaq  və  lazımi  sanitariya  şəraiti  yaratmaq, 
onları içməli su ilə təchiz etmək, təsərrüfat-məişət  ehtiyaclarını  ödəmək, habelə 
kütləvi  istirahət  (rekreasiya),  müalicə,  turizm,  idman  və  başqa  məqsədlər  üçün 
istifadə edilir. 
Mülkiyyət  hüququnun  növləri.  Mülkiyyət  hüququnun  formaları  öz 
növbəsində növlərə bölünə bilər. Məsələn, vətəndaşların və ya hüquqi şəxslərin 
mülkiyyəti  növ  kimi  müvafiq  mülkiyyət  formalarının  tərkibində  nəzərdən  keçirilə 
bilər. 
Mülkiyyətin  növlərə  ayrılmasının  müxtəlif  səbəbləri  ola  bilər.  Növlər  bir 
mülkiyyət  formasının  hüdudlarından  çıxmaya  da  bilər  (dövlət  -  bələdiyyə),  eyni 
zamanda,  mülkiyyətin  formasından  asılı  olmaya  da  bilər.  Məsələn,  ümumi 
mülkiyyət hüququnun iki növü - paylı mülkiyyət və birgə mülkiyyət hüququ iki və 
daha  artıq  şəxsə  məxsusdur.  Burada  payçılar  qismində  həm  dövlət,  həm  də 
xüsusi mülkiyyətçilər çıxış edə bilər. 
Mülkiyyətin  növlərə  bölünməsi  konkret  əmlakdan  da  asılı  ola  bilər.  Bu 
nöqteyi-nəzərdən  mülkiyyət  hüququnu  daşınar  və  daşınmaz  əmlaka  görə  də 
fərqləndirmək olar. 
Mülkiyyət  hüququnun  növləri  eyni  zamanda  yarımnövlərə  də  ayrıla  bilər. 
Məsələn,  xüsusi  mülkiyyətin  növü  kimi  hüquqi  şəxslərin  mülkiyyətini  öz 
növbəsində  təsərrüfat  ortaqlıqları  və  cəmiyyətləri,  istehsal  və  istehlak 
kooperativləri, ictimai və dini təşkilatların mülkiyyətinə və s. bölmək olar. 
Mülki  qanunvericilikdə  mülkiyyət  hüququnun  xüsusi  bir  növü  olan  ümumi 
mülkiyyət hüququna geniş yer verilir. 
İki  və  ya  bir  neçə  şəxsin  (mülkiyyətçilərin)  eyni  bir  əmlak  üzərində 
mülkiyyəti  ümumi  mülkiyyət  adlanır.  Ümumi  mülkiyyət  hüququ  dedikdə,  eyni  bir 


112 
 
əmlakın bir neçə şəxsə məxsus olduğunu təsbit və mühafizə edən, həmin əmlak 
üzərində  ümumi  mülkiyyətçilər  tərəfindən  birlikdə  sərəncam  verilməsini, 
sahibliyini  və  istifadə  etmələrini  nizama  salan  hüquq  normalarının  məcmusu 
başa  düşülür.  Ümumi  mülkiyyət  hüququ  aşağıdakı  əlamətləri  ilə  xarakterizə 
edilir: 
1.  Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada 
subyektlərin sayı həmişə ikidən artıq olur; 
2.  Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə 
olunur. 
Ümumi  mülkiyyət  iştirakçıları  mülkiyyət  hüququnu  bütün  mülkiyyətçilərin 
razılığı  ilə  həyata  keçirirlər.  Onlardan  heç  biri  digər  mülkiyyətçilərin  razılığı 
olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir. 
Ümumi  mülkiyyət  hüququ  qanundan,  müqavilədən,  vərəsəlikdən  və  digər 
əsaslardan əmələ gələ bilər. 
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir: 
1.  Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət); 
2.  Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət). 
 
Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi 
mülkiyyətdə  iştirak  edən  hər  bir  şəxsin  payı  əvvəlcədən  məlum  olur.  Birgə 
ümumi mülkiyyətdə isə iştirakçıların payı məlum olmur. 
Paylar  məlum  olan  ümumi  mülkiyyətin  iştirakçılarının  payları  bərabər  və 
yaxud qeyri-bərabər ola bilər. Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər 
paylı  mülkiyyət  mülkiyyətçilərinin  payları  bu  Məcəlləyə  əsasən,  təyin  edilə 
bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar 
bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi 
mülkiyyətin  yaradılmasına  və  artırılmasına  onlardan  hər  birinin  qoyduğu 
mayadan  asılı  olaraq,  onların  paylarının  müəyyənləşdirilməsi  və  dəyişdirilməsi 
qaydası təyin edilə bilər. 
Paylı 
mülkiyyətin 
mülkiyyətçisi 
ümumi 
mülkiyyətdən 
istifadənin 
müəyyənləşdirilmiş  qaydasına  əməl  etməklə  öz  hesabına  bu  əmlakı 
yaxşılaşdıran  əlavələr  etmişsə  və  həmin  əlavələr  əmlakdan  ayrıla  bilməzsə, 
ümumi  mülkiyyət  hüququnda  öz  payının  müvafiq  surətdə  artırılması  hüququna 
malikdir. 
Paylı  mülkiyyətdə  olan  əşyaya  sahiblik  və  ondan  istifadə  onun  bütün 
mülkiyyətçilərinin  razılaşması  əsasında,  razılaşma  əldə  edilmədikdə  isə 
məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 
Paylı  mülkiyyətdə  hər  bir  iştirakçı  öz  payını  bağışlama,  mübadilə,  satma 
yolu  ilə  özgələşdirmək  hüququna  malikdir.  Lakin  pay  satılarkən  qalan 
iştirakçılara həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər 
bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Əmlakı 
onun  təsərrüfat  təyinatına  zərər  yetirmədən  bölmək  mümkün  olmadıqda  payın 
əvəzi pulla verilir. 
Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə, 
əmlak üzərində bir neçə şəxsin paylar məlum olmayan mülkiyyəti başa düşülür. 
Birgə mülkiyyətin də iki növü fərqləndirilir: 
1.  Ər-arvadın birgə mülkiyyəti; 
2.  Kəndli  (fermer)  təsərrüfatı  üzvlərinin  birgə  mülkiyyəti.  Ər-arvad  və 
yaxud  kəndli  (fermer)  təsərrüfatı  üzvləri  mülkiyyət  hüququnu  -  sahiblik,  istifadə 
və  sərəncam  hüququnu  öz  aralarında  razılığa  əsasən,  həyata  keçirirlər.  Birgə 
mülkiyyət  hüququna  əşyanın  (əmlakın)  özgəninkiləşdirilməsi  və  ya  birgə 
mülkiyyətin  əmələ  gəlməsinə  əsas  vermiş  ümumiliyin  mövcudluğuna  son 
qoyulması ilə xitam verilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə