Mövzu hüququn əsas anlayişi və kateqoriyalari


 Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   49   50   51   52   53   54   55   56   ...   84

113 
 
 
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). 
 
 
Mülkiyyət  hüququ  elə  subyektiv  hüquqlara  aiddir  ki,  o  müəyyən  hüquqi 
faktların  olması  və  yaxud  onların  məcmusu  zamanı  əldə  edilir.  Belə  hüquqi 
faktlar mülkiyyət hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır. 
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə 
bölünür. İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində 
kriteriya kimi iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür. 
İradəvi  kriteriya  tərəfdarları  hesab  edirlər  ki,  mülkiyyət  hüququnun  əldə 
edilməsinin ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı 
olmayaraq  əldə  edilir.  Törəmədə  isə  mülkiyyət  hüququ  mülkiyyətçi  sələfin 
iradəsindən asılı olaraq əldə edilir. 
Hüquq  varisliyi  üsullarının  tərəfdarları  isə  ilkinə  o  üsulları  aid  edirlər  ki, 
onun  əsasında  hüquq  varisliyi  yoxdur,  törəmədə  isə  üsullar  hüquq  varisliyinə 
söykənir. 
Bu  mübahisələr  həm  nəzəri,  həm  də  praktiki  əhəmiyyət  daşıyır.  Məsələn, 
iradəvi  kriteriyanın  tərəfdarları  milliləşdirməni  sözsüz  olaraq  mülkiyyət 
hüququnun  əldə  edilməsinin  ilkin  üsullarına  şamil  edirlər.  Dövlət  bu  zaman 
əvvəlki  mülkiyyətçinin  iradəsi  ziddinə  olaraq  mülkiyyətçi  olur.  Əksinə,  hüquq 
varisliyi  üsullarının  tərəfdarları  isə  milliləşdirməni  mülkiyyət  hüququnun  əldə 
edilməsinin törəmə üsulu hesab edirlər. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  və  törəmə  üsulları  qüvvədə 
olan  qanunvericiliklə  birbaşa  olaraq  təsbit  edilməmişdir.  Lakin  bu  üsullar 
qanunun təfsirində öz əksini tapır. 
İlkin  üsulla  mülkiyyət  hüququnun  əldə  edilməsi  o  deməkdir  ki,  əşya 
üzərində  mülkiyyət  hüququ  əvvəllər  heç  kəsə  məxsus  olmamışdır  və  ilk  dəfə 
əldə edilir. 
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsuluna aşağıdakılar aid edilir: 
yeni  hazırlanmış  əşya  üzərində  mülkiyyət  hüququnun  əldə  edilməsi;  emal; 
yığılması  hamıya  müyəssər  olan  əmlakın  mülkiyyətə  götürülməsi;  sahibsiz 
əmlak  üzərində  mülkiyyət  hüququ;  tapıntı;  nəzarətsiz  heyvanlar;  dəfinə;  əldə 
etmə müddəti; özbaşına (icazəsiz) tikilmiş tikililər üzərində mülkiyyət hüququnun 
əldə edilməsi və s. 
Mülkiyyət  hüququnun  törəmə  üsulla  əldə  edilməsinə  aiddir:  milliləşdirmə; 
özəlləşdirmə;  hüquqi  şəxsin  ləğvi  və  yenidən  təşkili  zamanı  onun  əmlakına 
mülkiyyət  hüququnun  əldə  edilməsi;  rekvizisiya  və  müsadirə;  vərəsəlik  hüququ 
əsasında mülkiyyət hüququnun əldə edilməsi və s. 
Bu  üsulların  bəziləri  (məsələn,  rekvizisiya,  müsadirə  və  s.)  həm  də 
mülkiyyət  hüququnun  itirilməsi  (xitamı)  üsullarına  aiddir.  Çünki  bazar 
iqtisadiyyatı  dövründə  şeylərin  mülki  dövriyyədə  dolanmasının  yüksəlməsi, 
onlara  sahiblik  hüququnun  da  tez-tez  dəyişməsi  ilə  səciyyələnir.  Bu  isə  bir 
şəxsdə,  mülkiyyət  hüququnun  əldə  edilməsi,  digər  şəxsdə  isə  belə  hüquqların 
itirilməsinə səbəb olur. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  elə  üsulları  var  ki,  onlar  həm  ilkin, 
həm də törəmə kimi çıxış edirlər. Məsələn, bəhər və gəlirə mülkiyyət hüququ və 
s. 
Mülkiyyət  hüququnun  əldə  edilməsi  üsulları  mülkiyyət  hüququnun  bütün 
növləri  üçün  və  yaxud  mülkiyyət  hüququnun  bir  növü  üçün  səciyyəvi  ola  bilər. 
Məsələn,  alqı-satqı  müqaviləsi  mülkiyyət  hüququnun  hər  bir  növünün  əldə 
edilməsi  üçün  əsas  ola  bilər.  Elə  üsullar  da  var  ki,  onlar  mülkiyyət  hüququnun 


114 
 
yalnız  bir  növünün  əldə  edilməsi  üçün  səbəb  ola  bilər.  Məsələn,  milliləşdirmə, 
müsadirə  və  s.  ancaq  dövlət  mülkiyyət  hüququnun  əldə  edilməsi  üçün  əsasdır. 
Belə  üsullara  qanunla  müəyyən  edilmiş  hallarda  fiziki  və  hüquqi  şəxslərdən 
alınan vergi, rüsum, gömrük və s. aid etmək olar. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ayrı-ayrı  üsullarını  nəzərdən 
keçirək. 
Yeni  yaradılmış  və  ya  hazırlanmış  əşya  üzərində  mülkiyyət  hüququnun 
əldə  edilməsi  ilkin  üsuldur,  belə  ki,  mülkiyyət  hüququ  əvvəllər  olmayan  əmlak 
üzərində  yaranır.  Əmlakı  yaradan  və  ya  hazırlayan  (qanuni  yolla)  onun 
mülkiyyətçisi  hesab  olunur.  Belə  əmlak  daşınar  və  daşınmaz  əmlak  ola  bilər. 
Daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alman vaxtdan 
əldə edilir. 
Emal  və  spesifikasiya  mülkiyyət  hüququnun  əldə  edilməsi  üsulu  kimi 
onunla  xarakterizə  olunur ki, əmlak başqasının materialı üzərində şəxsin əməyi 
nəticəsində yaranır. Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşya 
üzərində mülkiyyət hüququnu material sahibi əldə edir. 
Elə  hallar  olur  ki,  emal  və  spesifikasiya  edən,  özgə  materialından 
mülkiyyətçi ilə müvafiq müqavilə olmadan istifadə edir. Bu zaman emal edən üç 
halda yeni yaradılan əmlakın sahibi ola bilər: 
1)  əməyin  dəyəri  materialın  dəyərindən  əhəmiyyətli  dərəcədə  yüksək 
olduqda; 
2)  emal edən vicdanlı olduqda,  yəni o işi  başa çatdırana qədər materialın 
başqasına məxsus olduğunu bilməmiş olduqda; 
3)  spesifikator  (emal  edən)  əşyanı  kommersiya  məqsədi  üçün  deyil,  öz 
şəxsi  məqsədi  üçün  düzəltmiş  olduqda.  Bu  əlamətlərdən  hər  hansı  biri 
olmayanda mülkiyyətçi materialın sahibi olur. 
Əgər müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, əşyanın sahibi olan 
material  mülkiyyətçisi  spesifikatorun  (ustanın  və  s.)  haqqını  ödəməlidir;  əgər 
mülkiyyətçi spesifikator olsa materialın dəyərini ödəməlidir. Belə qayda müqavilə 
olmayanda da tətbiq olunur. 
Mülkiyyət  hüququnun  əldə  edilməsinin  ilkin  üsullarından  biri  də  yığılması 
hamıya 
müyəssər 
olan 
əmlakın 
mülkiyyətə 
götürülməsi 
üsuludur. 
Qanunvericiliyə,  mülkiyyətçinin  verdiyi  ümumi  icazəyə  və  ya  yerli  adətə  uyğun 
olaraq  meşələrdə,  sututarlarda  və  ya  başqa  ərazidə  gilə-meyvə  yığılmasına, 
balıq  tutulmasına,  heyvan  ovuna  və  ya  hamıya  müyəssər  olan  digər  əmlakın 
yığılmasına yol verildiyi hallarda müvafiq əmlaka mülkiyyət hüququnu onu yığan 
və ya ovlayan şəxs eldə edir. 
Hüququn  obyekti  kimi  mülki  dövriyyədə  olan  əmlak,  eyni  zamanda 
subyektə - məxsus olduğu sahibkara malikdir. Ola bilər ki, bəzən əmlak bu və ya 
digər  hüquqi  faktlar  nəticəsində  sahibsiz  olur.  Sahibsiz  əmlak  dedikdə,  sahibi 
olmayan  və  ya  sahibi  naməlum  olan  əmlak  başa  düşülür.  Mülkiyyətçinin  imtina 
etdiyi  daşınar  əşya  da  sahibsiz  əmlak  hesab  olunur.  Mülki  Məcəllənin  185-ci 
maddəsinə 
əsasən, 
mülkiyyət 
hüququndan 
imtina 
etmək 
məqsədilə 
mülkiyyətçinin  atdığı  və  ya  digər  şəkildə  əl  çəkdiyi  daşınar  əşyanı  (atılmış 
əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. 
Mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya 
başqa  obyekt  olan  şəxs,  əgər  orada  dəyəri  şərti  maliyyə  vahidi  miqdarının  elli 
mislindən  aşkar  aşağı  olan  atılmış  əmlak  və  ya  atılmış  metal  qırıntıları,  zay 
məhsul,  faydalı  qazıntıların  çıxarılması  zamanı  əmələ  gələn  təpəciklər,  istehsal 
tullantıları və  başqa tullantılar varsa,  həmin əmlakdan istifadəyə başlamaqla  və 
ya  əmlakı  mülkiyyətə  yönəltdiyini  göstərən  digər  hərəkətlər  etməklə,  onu  öz 
mülkiyyətinə yönəltmək hüququna malikdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə