Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   52   53   54   55   56   57   58   59   ...   84

119 
 
etmir  (mülkiyyətçi  öz  əmlakmı  məhv  edərkən,  əgər  bu  hərəkət  başqalarının 
maraqlarına  toxunmursa),  bəzən  də  bu  səbəblər  təkcə  mülkiyyət  hüququ 
normalarının  deyil,  digər  hüquq  normalarının  təsirinə  düşmüş  olur.  Məsələn, 
sığorta, zərərvurma nəticəsində yaranan öhdəliklər və s. 
Mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsinin (xitamının) 
aşağıdakı növləri fərqləndirilir: 
1.  Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, 
habelə daşınmaz əmlakın tamamilə məhv olması; 
2.  Daşınar  əşyanın  mülkiyyətçisinin  mülkiyyət  hüququndan  imtina  etməsi, 
əşyanın  məhv  olması  və  ya  sonralar  hər  hansı  başqa  şəxsin  bu  əşyaya 
mülkiyyət hüququnu əldə etməsi; 
3.  Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 
4.  Qanuna 
görə  həmin  şəxsə  mənsub  ola  bilməyən  əmlakım 
özgəninkiləşdirilməsi; 
5.  Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 
6.  Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 
7.  Rekvizisiya; 
8.  Müsadirə. 
Dövlət  mülkiyyətində  olan  əmlak  özəlləşdirmə  haqqında  qanunvericilikdə 
nəzərdə 
tutulmuş 
qaydada 
fiziki 
və 
hüquqi 
şəxslərin 
mülkiyyətinə 
özgəninkiləşdirilir. 
Fiziki  və  hüquqi  şəxslərin  mülkiyyətində  olan  əmlakın  dövlətin  və 
cəmiyyətin  ehtiyacları  üçün  özgəninkiləşdirilməsinə  yalnız  qabaqcadan  onun 
dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. 
 
4. 
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. 
 
Mülkiyyət  hüququnun  müdafiəsi  mülki,  cinayət  və  digər  hüquq  elmlərinin 
ən  mühüm  problemlərindən  biridir.  Məlumdur  ki,  hüquqi  dövlət  quruluşu  olan 
cəmiyyətlərdə  mülkiyyət-iqtisadi  münasibətləri  həmişə  hüquqi  təminata  bağlıdır. 
Bu  öz  əksini  respublikanın  yeni  qəbul  edilmiş  Konstitusiyasında  da  tapmışdır. 
Mülkiyyət  toxunulmazlığı,  vətəndaşların  şəxsi  işlərinə  özbaşına  müdaxilənin 
yolverilməzliyi,  mülki  hüquqların  maneəsiz  həyata  keçirilməsi,  mülkiyyət 
hüququnun  bütün  formalarının  bərabərliyi  və  s.  prinsipləri  təsbit  etməklə 
Konstitusiya  mülkiyyət  hüququnun  müdafiəsini  dövlətimizin  ən  mühüm 
vəzifələrindən biri hesab edir. 
Mülkiyyət  hüququnun  və  digər  əşya  hüquqlarının  müdafiəsi  dedikdə,  bu 
hüquqların  pozulmasının  aradan  qaldırılmasına,  mülkiyyətçinin  pozulmuş 
hüquqlarının  bərpasına  və  onun  hüquqlarının  müdafiəsinə  yönəldilmiş,  mülki 
qanunvericilikdə  nəzərdə  tutulan  vasitələrin  məcmusu  başa  düşülməlidir. 
Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir neçə qrupa bölünür. 
Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya 
hüquqi  iddiaları  qeyd  etmək  lazımdır.  O  vasitələri  ki,  onlar  konkret  vəzifələrlə 
bağlı deyildir, vəzifələri  ya mülkiyyətçinin əşya  üzərində sahiblik, ondan istifadə 
və  barəsində  sərəncamını  bərpa  etmək,  ya  da  bu  səlahiyyətlərin  mülkiyyətçi 
tərəfindən  həyata  keçirilməsində  maneələri  və  ya  şübhələri  yox  etməkdir. 
Müvafiq  olaraq  əşya-hüquqi  iddialara  başqasının  qanunsuz  sahib  olduğu 
əmlakın  mülkiyyətçi  tərəfindən  tələb  edilməsi  (vindikasiya  iddiası),  pozulmuş 
hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının 
bərpa  edilməsi (neqator iddia) və  nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi 


120 
 
haqqında iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət 
hüququ qeyd etdiyimiz iddialarla müdafiə olunur. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  ikinci,  mülki-hüquqi  vasitələr  qrupu 
öhdəlik-hüquq  xarakterli  vasitələrdir.  Onlara,  məsələn,  mülkiyyətçiyə  dəymiş 
zərərin  ödənilməsi,  əsassız  olaraq  əldə  edilmiş  əmlakın  alınması  iddiaları  və  s. 
aiddir.  Bütün  bunlar  üçün  xarakterik  cəhət  odur  ki,  onları  təşkil  edən  tələblər 
mülkiyyət hüququndan deyil, digər hüquq institutlarından və bu institutlara uyğun 
olan  subyektiv  hüquqlardan  irəli  gəlir.  Məsələn,  mülkiyyətçi  əmlakı  icarəyə 
verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə edir. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  mülki-hüquqi  vasitələrinin  üçüncü 
qrupunu onlar təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli 
vasitələr  deyildir,  mülki  hüququn  müxtəlif  institutlarından  irəli  gəlir.  Məsələn, 
xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizəsi, qanunun tələblərinə müvafiq 
olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin müdafiəsi belələrindəndir. 
Nəhayət,  xüsusi,  mülki-hüquqi  vasitələrin  dördüncü  qrupuna  qanunla 
müəyyən  olunmuş  qaydada  mülkiyyət  hüququna  xitam  verilməsi  zamanı 
mülkiyyətçinin mənafelərinin müdafiəsinə yönələn vasitələr daxildir. 
Azərbaycan  Respublikası  və  ya  Naxçıvan  Muxtar  Respublikası  mülkiyyət 
hüququna  xitam  verən  qanunvericilik  aktları  qəbul  etdikdə  həmin  aktların  qəbul 
olunması  nəticəsində  mülkiyyətçiyə  dəyən  zərərin  əvəzi  məhkəmənin  qərarı  ilə 
Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilir. 
Dövlət  idarəetmə  orqanları  və  ya  yerli  orqanlar  tərəfindən  qanuna  uyğun 
gəlməyən  aktın  qəbul  edilməsi  nəticəsində  mülkiyyətçinin  və  başqa  şəxslərin 
onlara  məxsus  əmlaka  sahiblik,  ondan  istifadə  və  onun  barəsində  sərəncam 
hüquqları  pozularsa,  həmin  akt  mülkiyyətçinin  və  ya  hüquqları  pozulan  şəxsin 
iddiasına əsasən, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 
Dövlət  orqanının  mülkiyyətçidən  əmlakın  bilavasitə  alınmasına  yönəldilən 
qərarı  ilə  əlaqədar  olaraq  mülkiyyət  hüququna  xitam  verilməsinə  yalnız 
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda 
və  qaydada  yol  verilir.  Bu  zaman  mülkiyyətçiyə  eyni  dəyərə  malik  əmlak  verilir 
və ya dəymiş zərərin əvəzi tam həcmdə ödənilir. 
Mülkiyyətçi,  mülkiyyət  hüququna  xitam  verən  qərarla  razılaşmadıqda, 
məhkəmə mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz. 
Mülkiyyət  hüququnun  müdafiə  olunmasının  mülki-hüquqi  vasitələrindən  biri 
kimi  başqasının  qanunsuz  sahib  olduğu  əmlakın  mülkiyyətçi  tərəfindən  tələb 
edilməsi - vindikasiya iddiasını göstərmək olar. 
Böyük  nəzəri  və  praktik  əhəmiyyət  kəsb  edən  vindikasiya  qaydaları  çox 
vaxt öyrənilən institutun hüdudlarından kənara çıxır. 
Vindikasiya  iddiası  dedikdə  (lat.  Vim  dicere  -  güc  tətbiq  etmək  haqqında 
xəbərdarlıq  etmə)  əmlakın,  ona  sahiblik  etməyən  mülkiyyətçinin  faktiki  sahiblik 
edəndən,  naturada  qaytarılması  haqqında  müqavilədən  kənar  tələbi  başa 
düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi 
üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 
1.  Hər  şeydən  əvvəl  mülkiyyətçi  öz  əmlakına  faktiki  sahiblikdən  məhrum 
olunmalıdır.  Əgər  əmlak  mülkiyyətçidədirsə,  lakin  ona  sahiblik  və 
üzərində  sərəncam  hüquqlarını  başqaları  mənimsəyir  və  ya  bu 
hüquqların  həyata  keçirilməsinə  mane  olursa,  onda  mülkiyyət 
hüququnun  müdafiəsinin  digər  üsulları,  konkret  misalda  mülkiyyət 
hüququnun etiraf edilməsi və ya mülkiyyətçinin hüquqlarının sahiblikdən 
məhrum  edilməklə  əlaqədar  olmayan  pozuntulardan  müdafiəsi  tətbiq 
edilir. 
2.  Vindikasiya  iddiasının    irəli  sürülməsi  üçün  mühüm  şərtlərdən  biri  də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə