Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   53   54   55   56   57   58   59   60   ...   84

121 
 
odur  ki,  mülkiyyətçinin  sahibliyindən  çıxmış  əmlak  digər  şəxsin  faktiki 
sahibliyində natura halında qalmış olsun. 
Əgər əmlak məhv edilmiş, başqa hala salınmış və ya istifadə edilmişdirsə, 
ona  olan  mülkiyyət  hüququna  xitam  verilir.  Bu  halda  mülkiyyətçi  ona  dəymiş 
zərərin  ödənilməsi  tələbini  irəli  sürmək  hüququna  malikdir.  Vindikasiya  iddiası, 
bu  iddianın  mahiyyətinə  uyğun  olaraq  yalnız  fərdən  müəyyən  edilən  əşyaya  – 
yəni  mülkiyyətçinin  əilndən  çıxan  və  onun  qaytarılmasına  yönələn  əmlaka 
yönələ bilər. 
Bu  zaman  yadda  saxlamaq  lazımdır  ki,  fərdən  müəyyən  edilən  əşya  ilə 
cinsən  müəyyən  edilən  əşya  arasındakı  fərqlər  nisbidir  və  mülki  dövriyyənin 
konkret şəraitindən asılı  olur. Buna görə də vindikasiya iddiası həmin növ üçün 
ümumi xassələrə malik olan bütün əşyalara, məsələn, taxıl, tikinti materialı və s. 
irəli sürülə bilər. 
Əgər  əmlakı  faktiki  sahibliyində  olanın  cinsən  müəyyən  edilən 
əşyalarından  (əmlakından)  ayırmaq  mümkün  deyilsə,  onda  vindikasiya  iddiası 
deyil,  əmlakı  əsassız  əldə  etməkdən  və  ya  saxlamaqdan  əmələ  gələn 
öhdəliklərə görə iddia irəli sürülməlidir. 
3.  Nəhayət,  vindikasiya  iddiası  müqavilə  öhdəliklərindən  irəli  gəlmir,  o, 
mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi müdafiə edir. 
Vindikasiya  iddiasına  əmlaka  sahibliyini  itirmiş  mülkiyyətçi  malikdir. 
Bununla  yanaşı  olaraq,  vindikasiya  tələbi  mülkiyyətçi  olmasa  da  qanuna  və 
müqaviləyə əsasən, əmlaka sahiblik edənə də məxsus ola bilər. Adətən əmlaka 
titul  sahibliyi  edən  belə  şəxslər  kirayəçi,  komisyonçu,  podratçı  və  s.  qismində 
çıxış edə bilərlər. Burada əmlakı başqasının qanunsuz sahibliyindən mülkiyyətçi 
deyil,  əmlaka  müvəqqəti  sahib  olan  şəxs  tələb  edir.  Əmlakın  mülkiyyətçi 
tərəfindən  deyil,  müvəqqəti  sahib  tərəfindən  geri  tələb  edilməsi  üçün  şəxs 
qanuna  və  ya  müqaviləyə  əsasən,  əmlakın  müvəqqəti  sahibi  olmasını  sübut 
etməlidir. Bu  zaman  həmin  şəxs  tərəfindən istər vindikasiya, istərsə də neqator 
iddia  verildikdə  bu  cür  iddia,  həm  onun,  həm  də  mülkiyyətçinin  mənafeyinə 
uyğun olur. 
Vindikasiya  iddiası  zamanı  cavabdeh  qismində  vindikasiya  prosesində 
əmlaka qanunsuz sahib olması sübut olunmalı olan şəxs durur. 
Hüquq  ədəbiyyatında  vindikasiya  iddiasının  predmeti  haqqında  müxtəlif 
fikirlər,  mülahizələr  mövcuddur.  Bəzi  hüquqşünaslar  qeyd  edirlər  ki,  vindikasiya 
iddiasının  predmetini  mübahisəli  əmlak  təşkil  edir.  Lakin  bu  fikirlə  razılaşmaq 
olmaz.  Belə  ki,  əmlak  mülki  hüququn  obyekti  hesab  edildiyindən,  mübahisəli 
əmlak  da  vindikasiya  iddiasının  ancaq  obyektini  təşkil  edə  bilər.  Vindikasiya 
iddiasının predmeti isə qanunsuz sahiblikdən əmlakın qaytarılması tələbidir. 
Əgər iddiaçı əmlakın dəyəri məbləğində ona pul konpensasiyası verilməsi 
tələbini  irəli  sürürsə,  o,  öz  hüquqlarını  müdafiənin  dəymiş  ziyana  görə  iddia 
üsulları ilə təmin edə bilər. 
Mülkiyyətçi  iddianın  predmeti  ilə  yanaşı  olaraq  cavabdehə  qarşı  tələbləri 
ilə  bağlı  olan  hüquqi  faktların  əsaslarını  da  göstərməlidir.  Əmlakın  tələbinə  dair 
iddianın  əsasını  əmlakın  sahiblikdən  çıxması  səbəbləri,  əmlakın  cavabdehə 
çatması  şərtləri,  mübahisəli  əmlakın  naturada  olması,  iddiaçı  ilə  cavabdeh 
arasında  tələb  olunan  əmlaka  dair  öhdəlik  xarakterli  əlaqələrin  olmaması  təşkil 
edir.  Göstərilən  səbəblərin  məcmusu  ilə  mübahisəli  məsələyə  iddia  hüququ  və 
onun vindikasiya iddiası ile tələb edilməsi imkanları təsdiq olunur. 
Qeyd  etmək  lazımdır  ki,  vindikasiya  iddiası  irəli  sürən  təkcə  əmlaka  və 
sahiblik  imkanından  məhrum  olmasını  deyil,  eyni  zamanda  bu  hüquqi  imkanın 
konkret subyektiv hüquqa əsaslanmasını da sübut etməlidir. 
Mülkiyyətçi  tərəfindən  əmlakın  başqasının  qanunsuz  sahibliyindən  geri 


122 
 
tələb edilməsində cavabdehin vicdanlı və ya vicdansız sahib olması məsələsinin 
müəyyən edilməsinin böyük nəzəri və təcrübi əhəmiyyəti vardır. 
Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  157.3-cü  maddəsinə 
əsasən,  əmlak  onu  özgəninkiləşdirməyə  hüququ  olmayan  şəxsdən  əvəzli  əldə 
edildikdə  və  əldə  edən  bunu  bilmədikdə  və  bilə  bilmədikdə  (vicdanlı  sahib) 
mülkiyyətçi  bu  əmlakı  əldə  edəndən  ancaq  o  halda  tələb  edə  bilər  ki,  əmlak 
mülkiyyətçinin  özü  tərəfindən  və  ya  mülkiyyətçinin  sahibliyə  verdiyi  şəxs 
tərəfindən  itirilmiş  və  ya  onların  hər  hansı  birindən  oğurlanmış  olsun  və  ya 
özlərinin  iradəsindən  asılı  olmayaraq  başqa  yolla  onların  sahibliyindən  çıxmış 
olsun.  Əmlak  onu  özgəninkiləşdirməyə  hüququ  olmayan  şəxsdən  əvəzsiz  əldə 
edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Bundan fərqli olaraq 
mülkiyyətçinin  vicdanlı  sahibindən  əmlakını  geri  tələbetmə  məsələsi  bir  qədər 
mürəkkəbdir.  Mülkiyyətçi  əmlakı  vicdanla  əldə  edən  şəxsdən  aşağıdakı  3 
şərtlərdən biri mövcud olduqda tələb edə bilər: 
1.  Əmlak mülkiyyətçi tərəfindən və  ya onun razılığı ilə sahibliyinə verilmiş 
şəxs tərəfindən itirilmiş olduqda. 
2.  Əmlak hər birindən oğurlanmış olduqda. 
3.  Əmlak  onların  iradəsindən  asılı  olmayaraq  sair  yollarla  onların 
sahibliyindən çıxmış olduqda. 
Göstərilən  bu  üç  şərtdən  biri  mövcud  olarsa  mülkiyyətçi  öz  əmlakını 
vicdanlı  sahibindən  geri  tələb  edə  bilər.  Əgər  əmlak  mülkiyyətçinin  kobud 
diqqətsizliyi  nəticəsində  onun  sahibliyindən  çıxmışdırsa,  burada  əmlakın  geri 
tələb  edilməsi  məsələsi  bir  qədər  mürəkkəbləşir.  Mülkiyyətçi  öz  əmlakını 
saxlamaq  üçün  başqasına  vermişsə  və  həmin  şəxs  mülkiyyətçinin  etibarından 
sui-istifadə edərək onu vicdanlı əldə edənə satırsa, bu halda vindikasiya iddiası 
vicdanlı  əldə  edənə  qarşı  qaldırıla  bilməz.  Bu  hallarda  qanun  əmlakı  vicdanlı 
əldə  edənin  hüquqlarını  qoruyur  və  o  mürəkkəb  hüquqi  tərkiblər  əsasında  əldə 
etdiyi əmlakın mülkiyyətçisi olur. 
Mülkiyyətçinin  əlindən  əmlakın  onun  iradəsilə  çıxdığı  halda  əmlakı  əvəzli 
surətdə vicdanlı əldə edən mülkiyyətçiyə dəyən ziyanın əvəzini ödəməli olur. Bu 
zaman  mülkiyyətçidən  fərqli  olaraq  əmlakı  əldə  edən  əmlakı  satan  haqqında 
daha  çox  təsəvvürə  malik  olur.  Buna  əsasən,  əmlak  mülkiyyətçiyə  qaytarılır, 
əmlakı  əvəzli  surətdə  vicdanlı  əldə  edən  ona  dəymiş  ziyanın  satıcı  tərəfindən 
ödənilməsi tələbini irəli sürmək imkanı əldə edir. 
Mülkiyyət 
formasından 
və 
növündən 
asılı 
olmayaraq 
əmlak 
vindikasiyasının ümumi şərtləri belədir. 
Lakin  qanunvericilik  əmlak  vindikasiyasında  bir  müstəsna  hala  yol  verir. 
Mülki  Məcəllənin  157.3-cü  maddəsinə  (maddə  24  iyun  2005  tarixli  qanunla 
çıxarılmışdır)  əsasən, pul,  habelə adsız  qiymətli kağızlar vicdanlı  əldə edəndən 
geri tələb oluna bilməz. 
Başqasının  qanunsuz  sahibliyində  olan  əmlak  tələb  olunarkən,  çox  vaxt 
həmin əmlakın gətirdiyi gəlirə görə tərəflər arasında mübahisələr yaranır. 
Qanun  burada  əmlakın  vicdanlı  və  ya  vicdansız  yolla  əldə  olunmasını 
fərqləndirir.  Mülkiyyətçi  özgəsinin  qanunsuz  sahibliyindən  əmlakını  geri  tələb 
edərkən,  bu  şəxsin  əmlaka  sahibliyinin  qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli 
olduğu  halda  (vicdansız  sahib),  əmlakın  onda  olduğu  bütün  vaxt  ərzində  onun 
götürdüyu və  ya götürməli olduğu  bütün gəlirlərin  qaytarılmasını  və  ya əvəzinin 
ödənilməsini  də  tələb  edə  bilər;  vicdanlı  sahibdən  isə  onun  əmlaka  sahibliyinin 
qanunsuz  olduğunu  bildiyi  və  ya  bilməli  olduğu  vaxtdan  və  ya  əmlakın 
qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini  aldığı vaxtdan 
götürdüyü və  ya götürməli olduğu  bütün gəlirlərin  qaytarılmasını  və  ya əvəzinin 
ödənilməsini tələb edə bilər. 
Söhbət  o  gəlirdən  gedə  bilər  ki,  o  qanunsuz  sahiblikdə  olan  əmlakdan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə