Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   54   55   56   57   58   59   60   61   ...   84

123 
 
əmələ  gəlsin.  Bununla  əlaqədar  verilən  iddialar  mülkiyyətçi  tərəfindən 
əsaslandırılmalıdır. 
İstər  vicdanlı  sahib,  istərsə  də  vicdansız  sahib  isə,  öz  növbəsində 
əmlakdan gəlirin mülkiyyətçiyə  düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi  zəruri 
məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 
Zəruri  məsrəflər  dedikdə,  əmlakın  qorunmasına,  saxlanmasına,  cari  və 
əsaslı təmirinə sərf olunan məsrəflər başa düşülməlidir. 
Gəlir  və  məsrəflərin  hesablanması  ilə  yanaşı,  qanunvericilik  əmlakın 
yaxşılaşdırılması üçün edilən əlavələrin taleyini də həll edir. 
Başqasının qanunsuz sahib olduğu əmlakı tələb etmək hüququ ilə yanaşı, 
pozulmuş  hüquqlar  sahiblikdən  məhrum  edilmə  ilə  əlaqədar  olmadıqda  da 
mülkiyyətçi  özünün  bütün  pozulmuş  hüquqlarının  müdafiə  edilməsini  tələb  edə 
bilər.  Belə  bir  hüquq  neqator  iddia  ilə  təmin  olunur  (lat  actio  neqotoria  -  inkar 
etmə iddiası). Neqator iddia dedikdə, mülkiyyətçinin ona məxsus olan əmlakdan 
istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane 
olan  pozuntuların  aradan  qaldırılması  haqqında  üçüncü  şəxsə  qarşı 
müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi, neqator iddia da 
mülkiyyət  hüququnun  müdafiəsinin  əşya-hüquqi  vasitələrindəndir.  Neqator  iddia 
mübahisə  doğuran  əşyaya  görə  mülkiyyətçi  və  üçüncü  şəxslər  öhdəlik  və  sair 
münasibətlərdə olmadıqda və baş vermiş hüquq pozuntusu subyektiv mülkiyyət 
hüququnun xitamına səbəb olmadıqda irəli sürülür. 
Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka 
sahib  olduqda,  lakin  ondan  istifadə  və  onun  üzərində  sərəncam  imkanlarından 
məhrum olduqda malik olur. 
Mülkiyyət hüququnun həyata keçirilməsinə özünün qanunazidd hərəkətləri 
ilə mane olan şəxs cavabdeh qismindədir. 
Neqator iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan 
pozuntunun  aradan  qaldırılmasına  yönələn  iddiaçının  tələbidir.  Əksər  hallarda 
üçüncü  şəxs  özünün  qanuna  zidd  hərəkətləri  və  ya  hərəkətsizliyi  ilə 
mülkiyyətçiyə  əmlakdan  istifadə  səlahiyyətlərini  həyata  keçirməyə  maneə 
törədir.  Məsələn,  qonşu  tərəfindən  torpaq  sahəsinin  qanunsuz  çəpərlənməsi 
aparılan  tikintiyə  mane  ola  bilər  və  ya  bilavasitə  tikinti  anbarlarına  yaxın 
ağacların əkilməsi və s. 
Elə  hallar  ola  bilər  ki,  maneələr  mülkiyyətçinin  əmlaka  sərəncam 
səlahiyyətlərinin  həyata  keçirilməsinə  imkan  verməsin.  Məsələn,  borclunun 
əmlakına  həbs  qoyularkən,  ola  bilsin  ki,  əmlakın  içində  üçüncü  şəxsə  məxsus 
əşya  olsun  və  bu  zaman  o,  bu  əşya  üzərində  sərəncam  səlahiyyətlərini  yerinə 
yetirə bilməsin və s. 
Maliyyə,  vergi  orqanları  tərəfindən  əmlakına  qoyulmuş  məhdudiyyətlərin 
götürülməsi barədə müəssisələrin iddiası da neqator iddia hesab oluna bilər. 
Neqator  iddia  mülkiyyət  hüququnun  həyata  keçirilməsinə  yönəldilən 
maneə  təhlükəsinin  olması  imkanları  olduqda  da  irəli  sürülə  bilər.  Məsələn, 
neqator  iddia  mülkiyyətçi,  onun  əmlakdan  istifadə  səlahiyyətlərinə  mane  ola 
biləcək tikintinin inşasının layihələşdirilməsinə qarşı da qaldırıla bilər. 
Neqator  iddianın  əsasını  iddiaçının  əmlakdan  istifadə,  barəsində 
sərəncam  hüquqlarının  əsasları  və  bu  səlahiyyətlərin  həyata  keçirilməsinə 
üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir. 
İddia  hüquq  pozuntusunun  davam  etdiyi  və  onun  nəticələrinin  aradan 
qaldırılmadığı  müddətdə 
qaldırıla  bilər. 
Mülkiyyət 
hüququnun  həyata 
keçirilməsinə  olan  maneələr  aradan  qaldırıldıqdan  sonra  neqator  müdafiə  üçün 
əsaslar aradan qalxmış olur. 
Demək,  vindikasiya  iddiasından  fərqli  olaraq  neqator  iddia  üzrə  hüquq 
münasibətləri  iddia  müddətinin  təsirinə  məruz  qalmır.  Burada  hüquq 


124 
 
pozuntusunun  baş  vermə  müddəti  əhəmiyyət  kəsb  etmir,  çünki  iddia  bu 
pozuntunun davam etdiyi vaxtda istənilən anda qaldırıla bilər. 
Əgər  üçüncü  şəxs  özünün  hərəkətlərinin  hüquqa  uyğun  olduğunu  sübut 
edərsə, neqator iddianın təmini rədd edilir. 
Vindikasiya və  neqator iddialardan başqa mülkiyyət hüququnun müdafiəsi 
daha  bir  əşya-hüquqi vasitə ilə  - mülkiyyət  hüququnun etiraf edilməsi  haqqında 
iddia  ilə  təmin  oluna  bilər.  Qeyd  olunmalıdır  ki,  bu  başlıq  altında  olan  iddialar 
daha  çox  məhkəmə  praktikasında  işlədilir  və  onların  böyük  əksəriyyəti  ya 
öhdəlik-hüquqi  xarakter  daşıyır,  ya  da  tərəflərin  nisbi  hüquq  münasibətlərindən 
əmələ gəlir. Belə münasibətlər müqavilə öhdəlikləri, vərəsəlik hüququ normaları 
və  s.  ilə  tənzimlənir.  Nisbi  hüquqi  tellərlə  bağlı  olmayan,  üçüncü  şəxslərə 
yönələn  iddialara  da  rast  gəlinir.  Belə  hallara  misal  olaraq  tikinti  sahibinin  onun 
tikintiyə  mülkiyyət  hüququnun  tanınmasını  təsdiqləyən  hüquq  müəyyənedici 
sənədlərin verilməsi barədə yerli idarəetmə orqanlarına tələbini göstərmək olar. 
Ədəbiyyatda belə tələblərin hüquqi təbiəti müxtəlif cür qiymətləndirilir. 
Bəzən  müəlliflərin  fikrinə  görə,  mülki  qanunvericilik  mülkiyyət  hüququnun 
etiraf edilməsinə dair müstəqil iddia tanımır. Mülkiyyət hüququnun etiraf edilməsi 
tələbi, onların fikrincə, vindikasiya və neqator iddianın tərkibi kimi çıxış edir. 
Digər  müəlliflər,  tamamilə,  haqlı  olaraq  deyilən  iddiaya  müstəqil  əşya-
hüquqi vasitə kimi baxırlar. 
Həqiqətən  də,  deyilən  iddianı  müstəqil  iddia  kimi  qəbul  etmədikdə 
mülkiyyətçilərin  bir çox konkret  halda tələbinin hüquqi təsnifini vermək mümkün 
olmaz.  Məsələn,  mülkiyyətçi  maddi  köməklik  məqsədilə  öz  əşyasını  müvəqqəti 
olaraq əvəzsiz lombarda qoymaq üçün başqasına verir. Tərəflər razılığa gəlirlər 
ki, ssuda borcları verildikdən sonra əşya mülkiyyətçiyə qaytarılacaqdır. 
Belə müqavilə, hərçənd müqavilə tiplərinin hər hansı birinə uyğun gəlməsə 
də hər halda öhdəliklər yaradır. Hesab edək ki, əşyanı mülkiyyətçidən alan şəxs 
ssuda  borclarının  ödənilməsinə  qədər  vəfat  edir.  Mülkiyyətçi  əşyaya  olan 
hüquqlarını  necə  müdafiə  edə  bilər?  Bu  halda  tələbin  vindikasiya  iddiası  üzrə 
yönəldilməsi düz olmazdı, belə ki, lombardın əşyaya sahibliyini qanunsuz hesab 
etmək  olmaz,  çünki,  girov  qoyan  mülkiyyətçinin  iradəsinə  əsasən  hərəkət 
etmişdir.  Bu  zaman  neqator  iddianın  köməyinə  də  arxalanmaq  olmaz,  çünki 
mülkiyyətçi sahiblikdən məhrum olmuşdur. Belə olan təqdirdə mülkiyyətçi yalnız 
müstəqil tələblə, mülkiyyət hüququnun etiraf edilməsi iddiası ilə çıxış edə bilər. 
Beləliklə, mülkiyyət hüququnun  etiraf  edilməsi iddiası dedikdə, mübahisəli 
əmlak  üzərində  iddiaçının  mülkiyyət  hüququ  faktının  üçüncü  şəxslər  qarşısında 
təsdiq edilməsi və tanınması ilə bağlı müqavilədən kənar tələbi başa düşülür. 
İddia  mülkiyyətçi  tərəfindən,  onunla  mübahisə  doğuran  əşyaya  görə 
öhdəlik  və  sair  hüquq  münasibətində  olmayan,  mülkiyyətçinin  həmin  əmlak 
üzərində  hüquqlarını  bölən,  inkar  edən  və  tanımayan  üçüncü  şəxsə  qarşı 
qaldırıla  bilər.  Deyilən  iddianı  qaldırmaq  hüququna  eyni  zamanda  əmlak 
üzərində  titul  sahibliyi,  xüsusilə  tam  təsərrüfatçılıq  aparan  və  operativ  idarəçilik 
edən subyektlər də malikdir. 
Cavabdeh  kimi  belə  hallarda  əşyaya  öz  hüquqlarını  elan  edən  və  ya 
etməməklə  iddiaçının  həmin  əşyaya  mülkiyyət  hüququnu  tanımayan  üçüncü 
şəxslər çıxış edir. 
Mülkiyyət  hüququnun  etiraf  edilməsi  haqqında  iddianın  predmeti 
cavabdehdən  hər  hansı  bir  öhdəliyin  icrasını  tələb  etməyən,  yalnız  iddiaçının 
mülkiyyət  hüququnun  və  başqa  əşya  hüquqlarının  tanınması  faktının  təsdiqi 
hesab  olunur.  Mülkiyyət  hüququnun  etiraf  edilməsi  hüquqda  şübhələri  dağıdır, 
hüquqda  lazım  olan  inamı  təmin  edir,  tərəflər  arasında  hüquq  münasibətlərinə 
aydınlıq  gətirir,  əmlak  üzərində  sahiblik,  ondan  istifadə  və  barəsində  sərəncam 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə