Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   55   56   57   58   59   60   61   62   ...   84

125 
 
səlahiyyətlərinin həyata keçirilməsinin əsaslarına xidmət edir. 
İddianın  əsasını  iddiaçının  əmlak  üzərində  mülkiyyət  və  s.  əşya 
hüquqlarının olmasını təsdiq edən hallar təşkil edir. 
Mülkiyyət  hüququnun  müdafiəsinin  onun  etiraf  edilməsi  yolu  ilə  təmin 
olunmasının  əsas  şərti  iddiaçının  əmlaka  öz  hüquqlarının  təsdiq  etməsidir.  Bu 
onun  əmlaka  mülkiyyət  hüququnu  təsdiq  edən  hüquq  təsdiqedici  sənədlərdən, 
habelə mübahisəli əşyanın ona məxsus olmasını təsdiq edən digər vasitələrdən 
irəli gələ bilər. 
Neqator iddiada olduğu kimi mülkiyyət hüququnun etiraf edilməsi haqqında 
iddia üzrə hüquq münasibətlərinə də iddia müddəti təsir etmir. 
Belə  ki,  iddia  müddətinin  keçməsindən  asılı  olmayaraq,  pozulmuş 
hüququn  müdafiə  edilməsinə  dair  tələb  istənilən  vaxt  baxılmaq  üçün  məhkəmə 
tərəfindən qəbul edilir. 
Bütün  yuxarıda  göstərilənlərdən  belə  nəticəyə  gəlmək  lazımdır  ki, 
mülkiyyətin və digər əşya hüquqlarının müdafiəsi üçün qanunvericilik tərəfindən 
lazımi  və  təsirli  üsullar  müəyyən  edilmişdir.  Bu  üsullar  ölkəmizdə  mülkiyyətin 
Konstitusiya  ilə  təsbit  edilmiş  formalarının  möhkəmlənməsinə  və  onun  inkişaf 
etməsinə xidmət edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


126 
 
MÖVZU 6.     ƏMƏK HÜQUQUNUN ƏSASLARI 
 
P L A N 
 1. Əmək hüququnun anlayışı və mənbələri. 
 2. Kollektiv müqavilə və saziş.  
 3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi. 
 4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu. 
 5.  Əmək  müqaviləsinin  bağlanması  qaydası  və  əmək  müqaviləsinə  xitam    
verilməsinin əsasları 
 6. İş vaxtının və istirahət vaxtının anlayışı və növləri. 
 7. Əmək intizamı və maddi məsuliyyət. 
 8. Əməyin mühafizəsi. 
 9. Əmək mübahisələri: fərdi və kollektiv əmək mübahisələri. 
 
1. Əmək hüququnun anlayışı və mənbələri. 
Ümumi  hüquq  nəzəriyyəsindən  məlum  olduğu  kimi,  hüququn  sahələrə  və 
institutlara bölünməsi, hüquqi tənzimetmənin  predmet və metodları  nəzərə  alınmaqla 
həyata keçirilir. Bu predmetin müəyyən edilməsi həmin hüquq sahəsinin normaları ilə 
nizama  salınan  ictimai  münasibətlərin  təyin  edilməsi  və  onların  müəyyən  qruplarda 
təsnifləşdirilməsi deməkdir. 
Əmək  hüququ  -  milli  hüququn  aparıcı  sahələrindən  biridir.  O,  mülkiyyətin  və 
təsərrüfatçılığın  formalarından  asılı  olmayaraq  işçilərlə işəgötürən  arasındakı  muzdlu 
əmək  münasibətlərinin  tənzimlənməsində  mühüm  rol  oynayır.  Özünün  Konstitusiya 
hüququ  olan  əmək  hüququnu  həyata  keçirən  hər  bir  vətəndaş  əmək  müqaviləsini 
bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur. 
Əmək  hüququnun  predmetini  təşkil  edən  münasibətlər  arasında  işçilərlə 
işəgötürən  arasındakı  muzdlu  əmək  münasibətləri  əsas  yer  tutur.  Əmək 
qanunvericiliyinə  uyğun  olaraq  bu  münasibətlər,  işçilərin  əməyinin  təşkilinə  dair 
müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. 
Hal-hazırda  əmək  münasibətlərinin  iki  əsas  qrupu  göstərilir:  əmək  müqaviləsi 
üzrə  işləyənlərin  muzdlu  əmək  münasibətləri  və  əmək  proseslərində  iştirak  etmək 
üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər. 
Əmək  müqaviləsi  əsasında  muzdlu  əmək  münasibətləri,  vətəndaşın  (işçinin) 
müəssisənin  daxili  əmək  qaydalarına,  əmək  rejiminə  və  əməyin  təşkilinin  digər 
xüsusiyyətlərinə tabe olmaqla müəyyən ixtisas, peşə və vəzifə üzrə əmək funksiyasını 
yerinə yetirmək məqsədilə müəssisənin əmək kollektivinə daxil olması ilə əmələ gəlir. 
Əmək  münasibətlərinin  tənzimlənməsi  ilə  əmək  hüquq  münasibətləri  yaranır. 


127 
 
Əmək  hüquq  münasibətlərinin  məzmununu  subyektlərin  (tərəflərin)  bu  hüquq 
münasibətlərinin yarandığı andan əldə etdikləri konkret hüquq və vəzifələr təşkil edir. 
Bir  tərəfin  (işçinin)  hüququ  digər  tərəfin  (müdiriyyətin)  konkret  vəzifələrinə  uyğundur 
və  ya  əksinə.  Məsələn,  işçinin  əmək  haqqı  almaq  hüququ  müdiriyyətin  işçiyə  əmək 
haqqını ödəmək vəzifəsilə həyata keçir. 
Lakin  əmək  hüququnun  predmeti  yalnız  muzdlu  əmək  münasibətlərindən  ibarət 
deyildir. Bura əməklə sıx bağlı olan və törəmə adlanan aşağıdakı ictimai münasibətlər 
də daxildir: 
1)  məşğulluq və işədüzəltmə üzrə münasibətlər
2)  təşkilati-idarəçilik münasibətləri
3)  istehsalatda  kadrların  peşə  hazırlığı  və  ixtisasının  artırılması  üzrə 
münasibətlər
4)  əmək müqaviləsi tərəflərinin bir-birinə vurduqları maddi ziyanın ödənilməsi ilə 
bağlı münasibətlər; 
5)  əməyin mühafizəsi və işçilərin sağlamlığı üzrə münasibətlər
6) 
əmək mübahisələrinə baxılması üzrə münasibətlər və s. 
Beləliklə,  əmək   qanunvericiliyi  ilə  tənzimlənən  sosial-ictimai   münasibətlərin 
dairəsini müəyyən etməklə əmək hüququnun aşağıdakı anlayışını vermək olar: 
Əmək  hüququ  milli  hüququn  müstəqil  bir  sahəsi  olub,  işçilərlə  işəgötürən 
arasında  yaranan  əmək  münasibətlərini,  habelə  onlarla  sıx  bağlı  olan  digər 
törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur. 
Əmək  hüququ  Azərbaycanın  hüquq  sistemində  xüsusi  yer  tutur.  O,  işçilərin  işə 
qəbul  olunma,  başqa  işəkeçirmə  və  işdənçıxarılma  qaydalarını,  əməyin  ödənilməsi 
sistemi  və  normalarını,  əməkdəki  nailiyyətlərinə  görə  həvəsləndirməni,  əmək  və  icra 
intizamının  pozulmasına  görə  intizam  tənbeh  tədbirlərinin  tətbiqini,  fərdi  və  kollektiv 
əmək mübahisələrinə baxılması qaydalarını müəyyən edir. 
Əmək hüquq normalarının təsbit edildiyi normativ hüquqi aktlar əmək hüququnun 
mənbələri  adlanır.  Əmək  hüququnun  mənbələri  hər  şeydən  əvvəl  əmək 
qanunvericiliyinin  müəyyən  normativ  aktlarda  ifadəsinin  formasıdır.  Bu  cür  normativ 
aktlarda isə həm əmək hüquq normaları, həm də kompleks hüquq normaları mövcud 
ola bilər. 
Əmək hüququnun mənbələri içərisində əsas yeri Azərbaycan Respublikasının 12 
noyabr 1995-ci il Konstitusiyası tutur. Konstitusiya yüksək hüquqi qüvvəyə malik olub, 
qanunvericiliyin  əsasını  təşkil  etdiyinə  görə  bütün  qanunlar  və  digər  dövlət 
orqanlarının  aktları  onun  əsasında  və  ona  müvafiq  qaydada  qəbul  edilir.  Burada 
əməyin 
hüquqi  tənzimləməsinin  başlıca  əsas 
prinsipləri  müəyyən  edilib. 
Konstitusiyanın 35-ci (əmək hüququ), 36-cı (tətil hüququ), 37-ci (istirahət hüququ), 38-
ci  (sosial  təminat  hüququ),  41-ci  (sağlamlığın  qorunması  hüququ),  59-cu  (azad 
sahibkarlıq  hüququ)  və  s.  maddələrində  təsbit  edilən  bu  prinsiplər  milli  əmək 
qanunvericiliyimızin əsas mahiyyəti və məzmununu təşkil edir. 
Əmək  hüququnun  mənbələri  sistemində  konstitusiyadan  sonra  başlıca  yeri 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  tutur  (Azərbaycan  Respublikasının 
1999-cu il 1 fevral tarixli qanunu ilə təsdiq edilmiş və 1999-cu il iyulun 1-dən qüvvəyə 
mimişdir). 
Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi  respublika  ərazisində  əmək 
münasibətlərini  nizamlayan  hüquq  normalarını  birləşdirən  və  sistemləşdirən 
qanunvericilik aktıdır.  
İşçilərlə  işəgötürənlər  arasında  yaranan  əmək  münasibətlərini,  habelə  onlarla 
müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə