Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   57   58   59   60   61   62   63   64   ...   84

130 
 
sosial-iqtisadi  siyasətin  aparılmasının  razılaşdırılmış  ümumi  prinsiplərini  müəyyən 
edir.  Bu  saziş,  müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətlərini  həyata  keçirən 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  və  həmkarlar  ittifaqlarının  respublika 
birliyi arasında bağlanılır. 
Sazişlərin ikinci növü sahə və yaxud tarif kollektiv sazişi adlandırılır. Sahə (tarif) 
kollektiv sazişi - müvafiq sahənin sosial - iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, 
sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. O, 
əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən Azərbaycan 
Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət konsernləri, şirkətləri və idarələri 
ilə həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında bağlanılır. 
Üçüncü növ saziş - xüsusi saziş adlandırılan ərazi (rayon) kollektiv sazişidir. Bu 
saziş  isə  ərazi  xüsusiyyətləri  ilə  bağlı  müəyyən  sosial-iqtisadi  problemlərin  həlli 
şərtlərini  müəyyən  edir.  Ərazi  kollektiv  sazişi,  əsasən  müvafiq  icra  hakimiyyəti 
orqanlarının  səlahiyyətlərini  həyata  keçirən  yerli  icra  hakimiyyəti  orqanları  ilə 
həmkarlar ittifaqlarının ərazi birlikləri arasında bağlanılır. 
Baş,  sahə  və  ərazi  kollektiv  sazişləri  üçtərəfli  -  müvafiq  icra  hakimiyyəti  orqanı, 
həmkarlar  ittifaqları  birlikləri  və  işəgötürənlərin  nümayəndəli  orqanları  (birlikləri) 
arasında bağlanıla bilər. 
Kollektiv  sazişin  məzmunu  tərəflərin  razılığı  ilə  müəyyən  edilir.  O  bir  ildən  üç 
ilədək  müddətə  bağlanılır.  Kollektiv  saziş  imzalandığı  və  sazişdə  göstərilən  gündən 
qüvvəyə minir. 
 
3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi 
Azərbaycan  Respublikası  ərazisində  vətəndaşların  əməklə  bağlı  hüquqlarının 
həyata  keçirilməsinin  təmin  edilməsi  və  məşğulluq  problemlərinin  nizama 
salınmasında  «Məşğulluq  haqqında»  Azərbaycan  Respublikasının  2  iyul  2001-ci  il 
tarixli  qanunu  mühüm  əhəmiyyət  kəsb  edir.  Lakin  məşğulluq  haqqında  Azərbaycan 
Respublikası  qanunvericiliyi  yalnız  bu  qanundan  deyil,  həmçinin,  Respublika 
Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Məşğulluq  haqqında  respublika  qanunvericiliyi  əmək  bazarında  işçi  qüvvəsinə 
olan  tələb  və  təklifi  tarazlaşdırmaq  siyasətini  həyata  keçirir.  O,  vətəndaşların  hüquqi 
müdafiəsinin  güclənməsinə  və  müəssisələrin  lazımi  kadrlarla  təmin  olunmasına 
kömək edir. 
«Məşğulluq»  dedikdə,  Azərbaycan  Respublikası  vətəndaşlarının,  Azərbaycan 
Respublikasında  daimi  yaşayan,  vətəndaşlığı  olmayan  şəxslərin  və  əcnəbilərin 
respublika  qanunvericiliyinə  zidd  olmayan,  onların  şəxsi  və  ictimai  tələbatının 
ödənilməsi ilə  bağlı  olan  və  bir  qayda  olaraq  onlara  qazanc  (gəlir)  gətirən  hər  hansı 
fəaliyyəti başa düşülür. 
İstehsal və yaradıcı əməyə öz qabiliyyətlərini sərf etmək vətəndaşların müstəsna 
hüququdur.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  müstəsna  halları  çıxmaqla  əməyə 
məcbur etməyə yol verilmir. Vətəndaşların məşğul olmamaları onların inzibati və digər 
məsuliyyətə cəlb olunması   üçün əsas ola bilməz. 
Məşğul şəxslərə aşağıdakılar aiddir: 
1)  muzdla  işləyən,  o  cümlədən  əmək  müqaviləsi  (kontraktı)  ilə  tam  və  ya  tam 
olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi 
(xidməti) olanlar; 
2)  sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı 


131 
 
olanlar; 
3)  haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər
4)  Azərbaycan 
Respublikasının 
silahlı 
qüvvələrində 
və 
Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə 
xidmət edənlər; 
5)  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi,  məzuniyyət,  ixtisasartırma,  tətil, 
istehsalatın  dayanması  və  ya  başqa  səbəblər  ilə  əlaqədar  iş  yerində  müvəqqəti 
olmayanlar; 
6)  Azərbaycan  Respublikasının  ərazisində  qanuni  əsaslarla  haqqı  ödənilən 
əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
7)  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  qanuni  əsaslarla  əmək 
fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları. 
İşsiz  dedikdə,  işi  və  qazancı  olmayan,  işə  başlamağa  hazır  olub,  müvafiq  icra 
hakimiyyəti orqanında (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 
Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) iş axtaran kimi qeydiyyata 
alman,  əmək  qabiliyyətli  yaşda  olan  əmək  qabiliyyətli  vətəndaşlar  başa  düşülür.  Bu 
halda məşğulluq xidməti istiqamətində görülən ictimai işlərə görə işçilərə verilən əmək 
haqqı,  həmçinin  müəssisədən,  idarədən  və  təşkilatlardan  onların  ləğv  edilməsi, 
yenidən təşkili, ştatların sayının ixtisar olunması ilə əlaqədar işdənçıxarılma müavinəti 
və orta aylıq əmək haqqı həcmində verilənlər nəzərə alınmır. 
İşsiz  statusu  almaq  üçün  müəyyən  şərtlərə  əməl  olunmalıdır:  əmək  qabiliyyətli 
olmalı,  əmək  qabiliyyətli  yaş  həddində  olmalı  (kişilər  63,  qadınlar  60  yaşa  qədər), 
dövlət  məşğulluq  xidməti  orqanlarında  işaxtaran  şəxs  kimi  qeydiyyatdan  keçməli. 
Vətəndaş  yaşadığı  ərazi  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanına  (Azərbaycan 
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və 
onun  yerli  orqanlarına)  şəxsiyyətini  təsdiq  edən  sənəd,  əmək  kitabçası  (yaxud  onu 
əvəz  edən  sənəd),  peşə  və  ya  ixtisasını  təsdiq  edən  sənəd  (zəruri  hallarda)  təqdim 
edərək  işaxtaran  kimi  qeydə  alınır.  İlk  dəfə  işaxtaranlar  şəxsiyyəti  təsdiq  edən  və 
təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər. 
İşaxtaran  kimi  qeydiyyata  alınmış  vətəndaş  müvafiq  sənədləri  təqdim  etdiyi 
andan,  ona  münasib  iş  təklif  olunmadığı  halda,  məşğulluq  xidməti  orqanı  11  gün 
ərzində  həmin  şəxsə  işsiz  statusu  verilməsi  haqqında  qərar  qəbul  edir.  İşsizlərin 
məşğulluq 
xidməti 
orqanında 
qeydiyyata 
alınması 
qaydaları 
Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd etmək lazımdır ki, işsiz 
statusu ömürlük verilmir. O, münasib işin axtarılıb tapılması ilə ləğv edilir. 
İşsiz  statusu  almaq  hüququ  olmayan  vətəndaşlara  15  yaşına  çatmayanlar; 
pensiya  (ailə  başçısını  itirməyə  görə  uşaqlar  üçün  təyin  olunmuş  pensiyalar  istisna 
olmaqla)  hüququ  qazanmış  vətəndaşlar;  qeydiyyata  alındıqdan  sonrakı  10  gün 
müddətində  münasib  iş  axtarmaq  məqsədilə  üzrsüz  səbəbdən  müvafiq  icra 
hakimiyyəti  orqanına  (Azərbaycan  Respublikası  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi 
Nazirliyinin  Baş  Məşğulluq  İdarəsi  və  onun  yerli  orqanları)  gəlməyənlər  və  ya  bu 
müddət  ərzində  təklif  edilən  iki  münasib  işdən  imtina  edənlər  (vətəndaşa  eyni  iş 
təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını 
çəkənlər aiddir. 
İşaxtarana  müəyyən  olunmuş  qaydada  işsiz  statusu  verilmədiyi  halda,  onun  bir 
aydan  sonra  təkrarən  işsiz  statusu  almaq  üçün  yaşadığı  ərazidə  məşğulluq  xidməti 
orqanına müraciət etmək hüququ vardır. 
İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə 
nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə