Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   58   59   60   61   62   63   64   65   ...   84

132 
 
İşaxtaranın  razılığı  olmadan  yeni  işlə  əlaqədar  onun  yaşayış  yerinin  dəyişməsi 
tələb  olunduqda,  eləcə  də  əmək  şəraiti  əməyin  mühafizəsi  normalarına  uyğun 
gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz. 
İşdən  çıxarılmış  şəxslər  -  müvafiq  müəssisə  ilə  əmək  hüquq  münasibətlərində 
olan, müəssisənin fəaliyyətinin xitam edilməsi (ləğv edilməsi, yenidən təşkili), işçilərin 
ştatlarının  və  yaxud  saylarının  ixtisar  edilməsi  ilə  əlaqədar  olaraq  işdən  azad  edilən 
şəxslərdir.  Buna  görə  də  digər  səbəblərə  görə  işdən  azad  edilən  şəxslər  işdən 
çıxarılmış hesab edilə bilməzlər və onlara işdən çıxmış işçilərə şamil edilən imtiyazlar 
və təminatlar aid edilmir. 
İşədüzəltmə  -  vətəndaşların  subyektiv  hüququ  olub,  ümumi  xarakter  daşıyır.  Bu 
hüquq  şəxsin  işədüzəltmə  orqanına  birbaşa  müraciət  etməsi  ilə  həyata  keçirilir. 
Nəticədə  məşğulluq  mərkəzi  ilə  vətəndaş  arasında  hüquqi  münasibət  yaranır. 
Müəssisədə işləmək üçün təyinat verildikdən sonra belə münasibət vətəndaşla həmin 
müəssisə  arasında  yaranır.  Respublikamızda  bu  sahə  üzrə  həlledici  rol  Azərbaycan 
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinə 
və onun yerli orqanlarına məxsusdur. Bu aşağıdakılarla şərtlənir: 
Birincisi,  göstərilən  orqanlar  əhaliyə  və  işəgötürənlərə  münasibətdə  mühüm 
funksiyanı - işçi qüvvəsinə tələb və təklifin təmin edilməsi, əhalini işədüzəltmə və i. a. 
funksiyaları həyata keçirirlər
İkincisi, Baş Məşğulluq İdarəsinin şəbəkələri çox genişdir. Onun fəaliyyəti praktiki 
olaraq bütün respublika əhalisini və müəssisələrini əhatə edir
Üçüncüsü, həyata keçirilən funksiyanın miqyasına və xidmət dairəsinə görə. 
Dövlət  respublika  ərazisində  daimi  yaşayan  vətəndaşların  məşğulluq  növünün 
azad  seçiminə,  o  cümlədən  müxtəlif  növ  rejimli  işlərə,  əsassız  olaraq  işdən 
çıxarılmaya görə hüquqi müdafiəsinə və s. təminat verir. 
Qeyd  etmək  lazımdır  ki,  dövlət  işsiz  vətəndaşlara:  pulsuz  yeni  ixtisas  təhsili 
almaq  və  məşğulluq  xidmətləri  istiqamətində  dərəcələrini  artırmaq,  qüvvədə  olan 
qanunvericiliyə uyğun olaraq məşğulluq xidməti tərəfindən işlə təmin olunarkən başqa 
yerə  köçməsi  ilə  əlaqədar  çəkilən  maddi  xərclərə  görə  pul  müavinətləri  almaq, 
vətəndaşların  yaş  və  digər  xüsusiyyətləri  nəzərə  alınmaqla  ictimai  işlərdə  işləmək 
üçün təcili əmək müqaviləsi bağlanmasına təminat verir. Bundan başqa qanunvericilik 
ayrı-ayrı kateqoriyalı insanlara məşğulluğun əlavə təminatlarını nəzərdə tutur. 
4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu 
Azərbaycan  Respublikasında  əmək  azaddır.  Hər  bir  vətəndaş  əməyə  olan 
qabiliyyətini  həyata  keçirərkən  -  fəaliyyət  növünü  və  peşəsini  seçməkdə  azaddır. 
Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının 
Konstitusiyasının 35-ci maddəsində təsbit olunub. 
Respublikamızda  vətəndaşlar  əmək  hüquqlarını  aşağıdakı  formalarda  həyata 
keçirə bilərlər: 
əmək müqaviləsini bağlamaqla
seçkili vəzifələrə seçilməklə; 
gənc  mütəxəssisləri  müvafiq  təhsil  müəssisələrini  bitirdikdən  sonra  təyinat  üzrə 
işə göndərməklə; 
şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə. 
Vətəndaşların  əmək  hüquqlarının  həyata  keçirilməsinin  başlıca  forması  əmək 
müqaviləsi hesab edilir. 
Əmək  müqaviləsi  işəgötürənlə  işçi  arasında  fərdi  qaydada  bağlanan  əmək 


133 
 
münasibətlərinin  əsas  şərtlərini,  tərəflərin  hüquq  və  vəzifələrini  əks  etdirən  yazılı 
müqavilədir. 
Əmək  müqaviləsini  digər  müqavilələrdən  fərqləndirən  aşağıdakı  xüsusiyyətlərini 
göstərmək olar: 
  Birincisi:  əmək  müqaviləsi  müəyyən  növ  işin  (müəyyən  ixtisas,  peşə  və 
vəzifə  çərçivəsində)  işçinin  özü  tərəfindən  şəxsən  yerinə  yetirilməsini 
nəzərdə tutur; 
  İkincisi:  işçinin  müəssisədə,  idarədə,  təşkilatda  müəyyən  olunmuş  daxili 
nizam-intizam qaydalarına tabe olmasını müəyyən edir; 
  Üçüncüsü:  işəgötürən  işçinin  işini  təşkil  etməli,  təhlükəsizlik  və  gigiyenik 
normalara cavab verən normal iş şəraiti yaratmalıdır. 
Sadalanan  əlamətlərin  məcmusu  bizə  hər  bir  konkret  halda  əmək  müqaviləsini 
əsasən daha çox oxşar olan mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir. 
Əmək Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq hər kəs 15 yaşından etibarən 
əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər.  
Əmək  müqaviləsinin  ikinci  tərəfi  kimi  çıxış  edən  işəgötürən  tam  fəaliyyət 
qabiliyyətinə malik olan işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud 
onun  şərtlərini  dəyişdirmək  hüququna  malik  mülkiyyətçi  və  ya  onun  təyin  etdiyi 
müəssisənin rəhbəri, səlahiyyətli orqanı,  habelə  hüquqi şəxs yaratmadan sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxsdir.  Bütün  müqavilələrin  məzmununda  tərəflərin 
hüquq və vəzifələri durur. Əmək müqaviləsinin məzmununda isə əmək müqaviləsinin 
şərtləri durur. Əmək müqaviləsi şərtlərinin iki növü fərqləndirilir: 
      a)  qüvvədə olan qanunvericiliklə müəyyən edilən zəruri şərtlər
     b)  əmək 
müqaviləsi 
bağlanarkən 
tərəflərin 
razılığı 
əsasında 
müəyyənləşdirilən əlavə şərtlər. 
Zəruri şərtlər qüvvədə olan əmək qanunvericiliyi ilə müəyyən olunur. Bura işçi və 
işəgötürən  haqqında  məlumat,  işçinin  iş  yeri,  vəzifəsi,  müqavilənin  müddəti,  əmək 
şəraitinin şərtləri və s. aiddir. 
Bu  şərtlər  tərəflərin  razılığı  ilə  dəyişdirilə  bilməz  (əgər  qanunvericilikdə  digər 
hallar  nəzərdə  tutulmayıbsa)  və  bu  qanunla  işçilər  üçün  müəyyən  edilmiş  hüquq  və 
təminatların səviyyəsini azalda bilməz. 
Tərəflər  əmək  müqaviləsini  bağladıqları  zaman  əsas  şərtlərdən  başqa,  əlavə 
şərtlər də müəyyən edə bilər. Əlavə şərtlər olmadan da müqavilə bağlana bilər. Əlavə 
şərtlərə  işə  götürülən  zaman  işçiyə  sınaq  müddətinin  verilməsi,  məktəbəqədər 
müəssisələrdə  növbədənkənar  yerlərin  verilməsi,  yaşayış  sahəsinin  verilməsi  və  s. 
aiddir.  Əgər  tərəflər  konkret  əlavə  şərtlər  haqqında  razılığa  gəliblərsə,  bu  şərtlərin 
yerinə yetirilməsi üçün məcburi qüvvəyə malikdirlər. 
5. Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam 
verilməsinin əsasları 
Əmək  qanunvericiliyi  işə  qəbul  zamanı  qəbulun  və  əmək  hüququnun  hüquqi 
təminatlarının bəzi qaydalarını müəyyən edir. 
İlk  növbədə  göstərmək  lazımdır  ki,  əsassız  olaraq  işə  qəbul  etməkdən  imtina 
qadağan olunur. Hansı formada olmasından asılı olmayaraq bilavasitə, yaxud dolayı 
hüquq  və  azadlıqların  cinsindən,  irqindən,  milliyyətindən,  dilindən,  mənşəyindən, 
əmlak  və  vəzifə  mövqeyindən,  yaşayış  yerindən,  dini  mənsubiyyətindən, 
baxışlarından, ictimai təşkilatlara münasibətindən və digər hallardan asılı olmayaraq, 
əgər şəxsin iş bilmək keyfiyyətləri ilə bağlı deyilsə işə qəbul zamanı ayrı seçkiliyə yol 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə