Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   59   60   61   62   63   64   65   66   ...   84

134 
 
verilmir. 
Əmək  müqaviləsi  yazılı  formada  bağlanır.  O  iki  nüsxədə  rəsmiləşdirilir  və 
tərəflərin  hər  ikisində  saxlanılır.  Zəruri  hallarda  işə  qəbul  işəgötürənin  mülahizəsinə 
əsasən,  əmr  ilə  rəsmiləşdirilə  bilər.  Yazılı  formada  əmək  müqaviləsi  bağlanmadan 
əmək münasibətləri işəgötürənin əmri ilə rəsmiləşdirilə bilməz. 
Faktiki olaraq işəbaşlama, işə götürülən zaman rəsmiləşdirmənin lazımi qaydada 
aparılıb  -  aparılmadığından  asılı  olmayaraq  əmək  müqaviləsinin  bağlanması 
deməkdir.  İşçiyə  müəssisə  rəhbərliyinin  razılığı  əsasında  iş  yerini  dəyişməsi  zamanı 
əmək müqaviləsinin bağlanmasına etiraz edilə bilməz. 
Qüvvədə  olan  qanunvericilik,  işə  qəbul  zamanı  qanunda  müəyyən  olunmuş 
sənədlərdən  (əmək  kitabçası,  şəxsiyyəti  təsdiq  edən  sənəd,  diplom,  bəzi  hallarda 
sağlamlıq haqqında arayış) başqa, əlavə sənəd tələb etməyə yol vermir. Azərbaycan 
Respublikasının  Əmək  Məcəlləsinin  45-ci  maddəsinə  əsasən  əmək  müqaviləsi 
qabaqcadan  müddəti  müəyyən  edilmədən  (müddətsiz)  və  ya  5  ilədək  müddətə 
(müddətli) bağlanıla bilər. 
Əmək  müqaviləsində  onun  hansı  müddətə  bağlanması  göstərilməmişdirsə, 
həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 
Müddəti  müəyyən  edilmədən  bağlanmış  əmək  müqaviləsi  hər  iki  tərəfin  razılığı 
olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 
Əmək  funksiyasının  yerinə  yetirilməsi  şərtlərinə  görə  işin  və  ya  göstərilən 
xidmətlərin  daimi  xarakterə  malik  olduğu  qabaqcadan  bəlli  olduğu  hallarda,  əmək 
müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 
Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanan hallar 
sadalanıb. 
Yerinə  yetiriləsi  işin,  əmək  funksiyasının  xarakteri  ilə  əlaqədar  olaraq,  bəzən 
vəzifələri  tutmaq  üçün  işəgötürən  müəyyən  olunmuş  qaydada  müsabiqə  elan  edə 
bilər. 
Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən öz 
mülahizəsinə görə müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. 
Əmək müqaviləsi, işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra 
etmək  bacarığını  yoxlamaq  məqsədilə  sınaq  müddəti  müəyyən  edilməklə  bağlanıla 
bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir. 
Sınaq  müddəti,  işçinin  faktiki  olaraq  əmək  funksiyasını  icra  etdiyi  iş  vaxtından 
ibarətdir.  İşçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi,  habelə  iş  yeri  və  orta  əmək 
haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. 
Sınaq  müddəti  göstərilməyən  əmək  müqaviləsi,  sınaq  müəyyən  edilmədən 
bağlanmış hesab olunur. 
Sınaq  müddətində  özünü  doğrultmamış  işçinin  əmək  müqaviləsinə  işəgötürənin 
əsaslandırılmış əmri ilə xitam verilə bilər. 
İşə  qəbul  qaydası  müəssisənin  daxili  əmək  nizam  qaydaları  ilə  müəyyən 
edilmişdir.  Bu  qaydaların  tələbinə  görə  işə  qəbul  olunan  şəxsdən  əmək  kitabçası  və 
pasport tələb edilməlidir. 
Əmək  kitabçası  işçinin  əmək  fəaliyyətini  və  əmək  stajını  təsdiq  edən  əsas 
sənəddir. 
Əmək  kitabçası  işəgötürən  tərəfindən  5  gündən  artıq  işləyən  bütün  işçilər  üçün 
əsas iş yerində açılır. 
Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək 
haqqında  bütün  qeydlər  işəgötürən  tərəfindən  əmr  (sərəncam)  verildikdən  5  gündən 
gec  olmamaq  şərtilə,  işdən  azad  etmək  haqqında  isə  işçinin  işdən  çıxarıldığı  gün 


135 
 
edilir. Bütün qeydlər əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. 
Əmək kitabçasına daxil edilir: 
a)  işçi  haqqında  məlumatlar:  soyadı,  adı,  atasının  adı,  doğulduğu  gün,  ay,  il, 
təhsil, peşəsi, ixtisası; 
b) işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi 
haqqında məlumatlar. 
Mükafatlandırmalar,  həvəsləndirmələr  və  əmək  intizamının  pozulmasına  görə 
işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır. 
İşdən azad olunmanın səbəbləri əmək kitabçasına qüvvədə olan qanunvericiliyin 
tələblərinə tam uyğun, qısa və dürüst mövcud maddə və qanunun bəndlərinə əsasən 
qeyd olunmalıdır. 
Pensiya  təyin  edilən  zaman  rayon  (şəhər)  Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzləri 
tərəfindən  əmək  kitabçasının  pensiya  təyin  edilməsi  haqqında  məlumat  bölməsində 
«pensiya təyin edilmişdir» ştampı vurulur. 
Əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əlavə içlik 
verilir.  Əmək  kitabçası  olmadan  əlavə  içlik  etibarsızdır.  İşdən  çıxan  işçilərə  əmək 
kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. 
Əmək  kitabçalarının  tətbiqi  qaydası  haqqında  Əsasnamənin  3.10.  bəndinə 
əsasən əmək kitabçası itdikdə işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və 
ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu 
müraciətə  baxıb  onu  həll  etməlidir.  Yeni  əmək  kitabçasının  işçi  haqqında  məlumat 
səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır. 
İşçiyə  əmək  müqaviləsində  nəzərdə  tutulmayan  başqa  peşə,  ixtisas  və  vəzifə 
üzrə  əmək  funksiyasının  yerinə  yetirilməsini  həvalə  etmək,  başqa  işə  keçirilmə, 
həmçinin, yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 
İşçi onun razılığı olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını 
almaq məqsədilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda 
işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa 
işə  keçirilmə  müddətində  işçinin  əməyi  görülən  işin  müqabilində,  lakin  əvvəlki  orta 
əmək haqqından aşağı olmamaqla ödənilir. 
Müəyyən səbəbdən on beş gündən çox müddətdə yerində olmayan işçinin əmək 
funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. 
Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə 
yol  verilir.  Əgər işçi  eyni  zamanda  həm  özünün,  həm  də  əvəz  etdiyi  boş  vəzifə  üzrə 
əmək funksiyasını yerinə yetirirsə, onda, ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək 
haqqının  (vəzifə  maaşının)  yarısından  az  olmamaq  şərtilə,  əlavə  əmək  haqqı 
ödənilməlidir. 
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə 
yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı 
ilə  həmin  vəzifəyə  keçirilir,  ya  hər  iki  vəzifə  birləşdirilərək  əvəzedici  işçinin  əmək 
funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanır, ya da boş 
vəzifəyə yeni işçi götürülür. 
Əmək  müqaviləsinə  xitam  verilməsinin  əsaslarmı  ümumi  və  əlavə  əsaslara 
təsnifləşdirmək olar. 
Əmək müqaviləsinə xitam verilməsinin ümumi əsasları Azərbaycan Respublikası 
Əmək Məcəlləsinin 68-ci maddəsində öz əksini tapıb. Bu əsaslar aşağıdakılardır: 
a) tərəflərdən birinin təşəbbüsü; 
b) əmək müqaviləsinin müddətinin qurtarması; 
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə