Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   61   62   63   64   65   66   67   68   ...   84

138 
 
əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri nəzərə alınmaqla əmək müqaviləsinin 
şərtləri ilə müəyyən edilə bilər. 
Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 
16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin, hamilə 
və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq ola bilməz. 
Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan 
digər ağır istehsalat amilləri mövcud olduqda, bu vəzifədə çalışan işçilərə 36 saatdan 
çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. 
Xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki 
qurğularda,  cihazlarda  işləyənlərə  və  s.)  həftə  ərzində  36  saatdan  çox  olmayan  iş 
vaxtı şamil edilir. 
Natamam  iş  vaxtı  -  əmək  müqaviləsi  bağlanarkən,  habelə  əmək  münasibətləri 
prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər. 
İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik) habelə xroniki xəstəliyi olan 
uşağının  və  digər  ailə  üzvünün  səhhəti  müvafiq  tibbi  rəyə  görə  əmək  funksiyasının 
natamam  iş  vaxtında  yerinə  yetirilməsini  tələb  edərsə,  habelə  14  yaşına  çatmamış, 
yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələrilə işəgötürən, natamam iş vaxtı 
müəyyən etməlidir. 
Əmək  funksiyasını  natamam  iş  vaxtında  yerinə  yetirən  işçilərin  qanunvericiliklə 
və  ya  əmək  müqaviləsi  ilə  müəyyən  edilmiş  əmək  hüquqlarının  hər  hansı  şəkildə 
məhdudlaşdırılması yolverilməzdir. 
İş vaxtından artıq iş - işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının 
müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsi sayılır. 
Bir qayda olaraq, iş vaxtından artıq iş yolverilməzdir. 
Təbii  fəlakətin,  istehsalat  qəzasının  və  digər  fövqəladə  hadisələrin  qarşısının 
alınması,  onların  nəticələrinin  aradan  qaldırılması  məqsədilə  qanunvericiliyin 
tələblərinə əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. 
Əmək  şəraiti  ağır  və  zərərli  olan  sahələrdə  bütün  iş  günü  (növbəsi)  ərzində  iş 
vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. 
Hər  bir  işçi  dalbadal  gələn  2  iş  günü  ərzində  4  saatdan,  əmək  şəraiti  ağır  və 
zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  37-ci  maddəsinə  əsasən  hər  bir 
vətəndaş istirahət hüququna malikdir. 
İstirahət vaxtı dedikdə, təqvim vaxtının o hissəsi başa düşülür ki, həmin müddət 
ərzində  işçi  əmək  qanunvericiliyinə  uyğun  olaraq  əmək  öhdəliklərinin  yerinə 
yetirilməsindən  azad  edilməlidir.  İşçi  həmin  vaxtı  özünün  şəxsi  fikri  ilə  əmək 
qabiliyyətinin  bərpa  olunmasına  və  özünün  maraqlarının  təmin  olunmasına  sərf 
etməlidir. 
İstirahət vaxtı 4 növə bölünür. 
1.   İstirahət və nahar üçün fasilə. 
İş  günü  ərzində  işçilərə  2  saatdan  artıq  olmayan  istirahət  və  nahar  etmək  üçün 
fasilə verilməlidir. Fasilə, adətən işə başlayandan 4 saat sonra verilir və həmin müddət 
iş  vaxtına  daxil  edilmir.  Günlərarası  fasilə  iş  gününün  bitməsi  və  növbəti  iş  gününün 
başlaması  ilə  müəyyən  olunur.  İşçinin  bir  iş  günü  ilə  növbəti  iş  günü  arasındakı 
gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. 
2. 
Bazar günləri.  
Hər  bir  işçiyə  həftələrarası  fasiləsiz  istirahət  günlərindən  istifadə  etməyə  şərait 
yaradılmalıdır.  Həftələrarası  istirahət  günlərinin  sayı  beşgünlük  iş  həftəsində  2  gün, 


139 
 
altıgünlük  iş  həftəsində  isə  bir  gün  olmalıdır.  Həftəlik  fasiləsiz  istirahət  müddəti  42 
saatdan az olmamalıdır. 
3.  Bayram günləri. 
Müəssisələrdə,  idarələrdə,  təşkilatlarda  bu  bayram  günləri  iş  öhdəlikləri  yerinə 
yetirilmir  (Oktyabrın  18-də  -  Dövlət  Müstəqilliyi  günü,  Noyabrın  12-də  -  Konstitusiya 
günü  və  Noyabrın  17-də  -  Milli  Dirçəliş  günləri istisna  olmaqla,  belə  ki,  həmin  günlər 
bayram günləri olsa da istirahət günləri deyildir). 
Ramazan  bayramı  -  iki  gün  bayram  edilir.  Bu  günlərdə  işçilərin  işə  cəlb 
olunmasına  yalnız  qanunvericilikdə  nəzərdə  tutulmuş  müstəsna  hallarda  yol  verilə 
bilər. 
Nəhayət, istirahət vaxtının daha bir növü məzuniyyətdir. Bütün işçilərə onların iş 
yeri və orta aylıq əmək haqları saxlanılmaqla illik məzuniyyətlər verilir. 
İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: 
a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti
b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; 
c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil 
və yaradıcılıq məzuniyyəti; 
ç) ödənişsiz məzuniyyət. 
Əmək  məzuniyyəti  -  işçinin  normal  istirahəti,  əmək  qabiliyyətinin  bərpası, 
sağlamlığının  mühafizəsi  üçün  işdən  ayrılmaqla  öz  mülahizəsi  ilə  istifadə  etdiyi, 
müddəti ƏM-də nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. 
İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 
Kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, dövlət qulluqçularına, 
tədris  müəssisəsində  pedaqoji  iş  aparmayan  rəhbər  işçilərə,  tədris  müəssisələrinin 
metodistlərinə, emalatxana rəhbərlərinə, laborantlara, kitabxanaçılara, dayələrə, bədii 
rəhbərlərə,  elmi  dərəcəsi  olmayan  elmi  işçilərə,  həkimlərə,  orta  tibb  işçilərinə, 
əczaçılara ödənişli əsas məzuniyyət 30 təqdim günü müddətində verilməlidir. 
Pedaqoji  və  elmi  fəaliyyətlə  məşğul  olan  işçilərin  əmək  məzuniyyətlərinin 
müddəti 56 təqvim günü müddətində verilir. 
Qanunvericilikdə digər sahə işçilərinin məzuniyyət müddətləri sadalanıb. İşçilərin 
AR  ƏM-si  ilə  müəyyən  edilmiş  məzuniyyət  hüququ  və  ondan  istifadə  qaydaları 
məhdudlaşdırıla bilməz. 
7. Əmək intizamı və maddi məsuliyyət  
Əmək  intizamı  dedikdə,  əmək  münasibətləri  iştirakçılarının  müəyyən  davranış 
qaydalarının  məcmusu  başa  düşülür.  Əmək  intizamı  normal  səmərəli  iş  üçün  lazımı 
təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edilir. 
İşçilər  əmək  funksiyasını  yüksək  peşəkarlıq  səviyyəsində  yerinə  yetirməli  və 
müəssisədaxili  intizam  qaydalarına  əməl  etməlidirlər.  Azərbaycan  Respublikasının 
Əmək  Məcəlləsinin  182-ci  maddəsinə  əsasən,  müəssisələrdə  əmək  müqavilələri, 
habelə  bağlanmış  kollektiv  müqavilələr  üzrə  tərəflərin  öhdəliklərinin  yerinə 
yetirilməsinə  nəzarətin  həyata  keçirilməsi,  əmək  qanunvericiliyinin  tələblərinin 
gözlənilməsi  və  əmək  intizamının  təmin  olunması  məqsədilə  müəssisə  daxili  intizam 
qaydaları qəbul edilə bilər. 
Əmək  intizamı  sahəsində  işəgötürənin  də  üzərinə  konkret  öhdəliklər  düşür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə