Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   62   63   64   65   66   67   68   69   ...   84

140 
 
İşəgötürən işçilərin əməyini düzgün təşkil etməli, əmək istehsalının artırılmasına şərait 
yaratmalı,  əmək  və  istehsal  intizamını  təşkil  etməli,  əmək  qanunvericiliyinə  və  əmək 
mühafizəsi qaydalarına riayət etməli, işçilərin ehtiyaclarına və müraciətlərinə diqqətlə 
yanaşmalı,  onların  nəinki  iş,  hətta  məişət  şəraitlərinin  yaxşılaşdırılmasına  köməklik 
göstərməlidirlər.  Əmək  funksiyasının  yüksək  peşəkarlıq  səviyyəsində  yerinə 
yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər 
işəgötürən tərəfindən: 
-  pul və ya qiymətli əşyalar hədiyyə edilməklə
-  əlavə məzuniyyət verilməklə; 
-  əmək haqqına fərdi əlavə edilməklə
-  daha yüksək məbləğdə fərdi sığorta edilməklə; 
-  sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; 
-  müəyyən  edilmiş  qaydada  dövlət  təltifinə  təqdim  olunmaq  barədə  vəsatət 
qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. 
Mükafatlandırılma  tədbirlərindən  fərqli  olaraq,  əmək  intizamının  pozulmasına 
görə müəssisə, idarə və təşkilatın müdiriyyəti aşağıdakı tənbeh tədbirləri görə bilər: 
a) xəbərdarlıq; 
b) töhmət vermək; 
c) sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət;  
ç) işdən çıxarma. 
Xəbərdarlıq intizam tənbehi sayılmır. 
İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik olan 
işəgötürən tərəfindən verilə bilər. 
İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən, işçidən yazılı izahat tələb edir. 
Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İntizam tənbehi işçiyə, 
işdə  olduğu  iş  günü  ərzində  verilə  bilər.  Məzuniyyətdə,  ezamiyyətdə  olan,  əmək 
qabiliyyətini müvəqqəti itirmiş işçiyə bu müddət ərzində intizam tənbehi verilə bilməz. 
İntizam tənbehi əməlin aşkarlandığı vaxtdan bir ay müddətində verilə bilər. 
İntizam  tənbehi  verilən  gündən  altı  ay  müddətində  qüvvədə  olur.  Bu  müddət 
ərzində işçi yeni bir xata törətməzsə, o, intizam tənbehi almamış hesab olunur. 
Əmək  münasibətləri  prosesində  əmək  müqaviləsi  üzrə  işəgötürən  və  işçi 
öhdəliklərini  yerinə  yetirərkən,  birinin  digərinə  vurduğu  ziyana  görə  qarşılıqlı  maddi 
məsuliyyət daşıyırlar. 
Maddi məsuliyyət, işçinin üzərinə o halda qoyula bilər ki: 
a) ziyanın, həqiqətən, vurulduğu aşkar edildikdə
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; 
c) təqsirkarın  qanuna  zidd  əməli  ilə  bu  əməlin  nəticəsi  arasında  səbəbli  əlaqə 
olduqda. 
Əmək  qanunvericiliyi  maddi  məsuliyyətin  əsas  2  növünü,  tam  və  qismən 
ödənilməsini nəzərdə tutur. 
Qismən  maddi  məsuliyyət  növündə  işçilər  ziyanı  əvvəlcədən  müəyyən  olunmuş 
hədlərdə  ödəyirlər.  Bir  qayda  olaraq,  belə  müəyyən  olunmuş  hədd  orta  aylıq  əmək 
haqqı qismində nəzərdə tutulur. 
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin tam 
maddi məsuliyyətinin 7 halı göstərilib. 
a)  saxlanmaq  və  başqa  məqsədlər  üçün  işçiyə  verilmiş  əmlakın  və  digər 
sərvətlərin  salamatlığını  təmin  etməyə  görə  əmək  müqaviləsi  bağlanarkən,  habelə 
əmək  münasibətləri  prosesində  əmək  funksiyasının  xarakteri  ilə  əlaqədar  olaraq 
işçinin  öz  üzərinə  tam  maddi  məsuliyyət  götürməsi  haqqında  işəgötürənlə  yazılı 


141 
 
müqavilə bağlandıqda; 
b)  işçi  əmlakı  və  digər  sərvətləri  birdəfəlik  etibarnamə  və  ya  digər  birdəfəlik 
hüquqmüəyyənedici  sənədlər  əsasında  işəgötürənə,  yaxud  onun  nümayəndəsinə 
hesabat vermək şərtilə qəbul etdikdə. 
c)  inzibati  xətalar  haqqında,  yaxud  cinayət,  habelə  vergi  qanunvericiliyi ilə  cəza 
verilməsi  nəzərdə  tutulmuş  hərəkət  və  ya  hərəkətsizliyində  ictimai  təhlükəli  əməllərin 
əlamətləri olduqda; 
ç) əmlakını və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə; 
d)  alkoqol,  toksik  (zəhərli)  psixotrop  maddələrdən  və  ya  narkotik  vasitələrdən 
sərxoş vəziyyətdə ziyan vurduqda
e)  işəgötürənin kommersiya sirrini yaydıqda; 
ə)  işəgötürənin  şəxsiyyətini  ləkələyən,  şərəf  və  ləyaqətini  alçaldan,  böhtan  və 
təhqirlərlə onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirən mənəvi ziyan vurduqda. 
İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, 
onun tutulması işəgötürənin əmri ilə həyata keçirilir. 
Əgər  işçi  ziyanı  tam  maddi  məsuliyyət  daşıdığı  hallarda  vurmuşdursa,  onun 
məbləği  isə  işçinin  orta  aylıq  əmək  haqqından  çoxdursa  və  işçi  onu  könüllü  olaraq 
ödəməkdən  imtina  edirsə,  onda  işəgötürənin  müraciəti  əsasında  həmin  ziyan 
məhkəmə qaydasında ödənilə bilər. 
Bu halda məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini 
və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın 
məbləğini  azalda  və  ya  ziyanın  məbləğinin  azaldılması  barədə  tərəflərin  barışıq 
sazişini təsdiq edə bilər. 
Konkret  məqsədlə  cinayətkarcasına  vurulmuş  ziyanın  ödənilməsinin  təmin 
olunması müvafiq prosessual tədbirlərlə həyata keçirilir. 
Qanunvericilik  işəgötürənin  işçiyə  vurduğu  ziyana  görə  də  maddi  məsuliyyətini 
müəyyən etmişdir. 
8. Əməyin mühafizəsi 
Əməyin  mühafizəsi  işçinin  həyatının  və  sağlamlığının  müəssisənin  istehsal 
fəaliyyətinin  nəticələrindən  üstün  tutulması,  onların  iqtisadi  və  sosial,  texniki-təşkilati, 
sanitar-gigiyenik, müalicə-profilaktik və digər tədbirləri özündə əks etdirən sistemidir. 
Bütün müəssisələrdə sağlamlığın mühafizəsi və əmək şəraitinin təhlükəsizliyinin 
təmin  olunması  müdiriyyətin  üzərinə  qoyulur.  İşəgötürən  tərəfindən  sağlam  və 
təhlükəsiz əmək şəraitinin yaradılması öhdəlikləri müəssisələr haqqında (nizamnamə) 
əsasnamələrdə, kollektiv müqavilələrdə, daxili əmək qaydalarında təsbit olunur. 
Əməyin mühafizəsinin normativ-hüquqi tənzimlənməsi: 
-  ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan iş yerlərinin
-  işləri  yerin  altında  görülən  yeraltı  istehsalatların,  şaxtaların,  tunellərin, 
qurğuların və digər iş yerlərinin
-  işçinin yüksək həssaslığı, zehni və fiziki gərginliyi tələb olunan avadanlıqların, 
qurğuların və iş yerlərinin; 
-  qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan 
edilən iş yerlərinin; 
-  əmtəələrin  istehsalı,  işlərin  görülməsi  zamanı  istifadəsi  qadağan  olunan 
kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin
-  işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin; 
-  işçilərin  istehsalatda  bədbəxt  hadisələrdən  icbari  şəxsi  sığorta  edilməli  olan 
həyat  üçün  yüksək  təhlükə  mənbəli  istehsal  və  qeyri-istehsal  sahələrinin  respublika 
üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə