Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə73/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   69   70   71   72   73   74   75   76   ...   84

154 
 
зам мясулиййятиня ъялб едя биляр. 
 


155 
 
MÖVZU 7.     CİNAYƏT HÜQUQUNUN ƏSASLARI 
   
P L A N 
 1.  Cinayət hüququnun anlayışı və vəzifələri. 
 2.  Cinayət qanunu və cinayətin anlayışı.  
 3.  Cinayət məsuliyyətinin anlayışı və əsasları. 
 4.  Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti.    
 5.  Əməlin cinayət olmasını aradan qaldıran hallar.  
 6.  Cinayətdə iştirakçılıq. 
 7.  Cəzanın anlayışı və məqsədi. 
  8. Cəzanın sistemi və növləri. 
 
1. Cinayət hüququnun anlayışı və vəzifələri 
Cinayət  hüququ,  hüququn  müstəqil  bir  sahəsi  olub,  xüsusiyyətləri  özünün 
predmet  və  metodu  ilə  müəyyən  edilir.  Cinayət  hüququnun  tənzim  edilməsinin 
predmetini  yalnız  cinayətin  baş  verməsi  ilə  əlaqədar  olan  ictimai  münasibətlər  təşkil 
edir.  Cinayət  hüquq  pozuntusunun  subyekti  kimi  cinayət  törətmiş  şəxslər  və  hüquq 
tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir. 
Cinayət  hüququnun  ictimai  münasibətlərin  nizama  salınması  metodu  qanunla 
cinayət hesab edilən əməllər və onların törədilməsi ilə tətbiq edilən cəzaların müəyyən 
edilməsindən ibarətdir. 
Cinayət  hüququnun  xüsusiyyətləri  həmçinin  onun  vəzifə  və  funksiyalarında 
özünü  göstərir.  Cinayət  hüququnun  əsas  vəzifəsi-cəmiyyəti  ən  təhlükəli  hüquq 
pozuntularından  (cinayətlərdən)  müdafiə  (mühafizə)  etməkdir.  Buna  görə  də  cinayət 
hüququnun əsas funksiyası - mühafizəedici funksiyadır. Bununla belə, cinayət hüququ 
ümumi və xüsusi xəbərdaredici, həmçinin, tərbiyəvi funksiyaları da həyata keçirir. 
Cinayət  hüququ  hüququn  bir  sahəsi  kimi  mövcud  ictimai  münasibətlər  sistemi 
üçün  təhlükəli  əməllərin  cinayət  olmasını  və  cəzalandırılmasını,  həmçinin  cinayət 
məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanları tərəfindən 
təsbit edilən hüquq normalarının məcmusudur. 
Azərbaycan  Respublikasının  qüvvədə  olan  yeni  Cinayət  Məcəlləsi  qəbul 
edilərkən  ictimai  həyatın  son  illərdə  siyasi,  iqtisadi  və  sosial  sahələrində  baş  verən 
keyfiyyət dəyişiklikləri nəzərə alındı. Bu, xüsusilə, cinayət hüququnun mühafizə etdiyi 
sahələrdən hansının daha çox üstünlük təşkil etməsində özünü göstərdi. Şəxsiyyətin, 
onun hüquq və azadlıqlarının cinayət-hüquqi vasitələrlə müdafiəsi birinci yerdə durdu. 
Bundan başqa, mülkiyyətin, formalarından asılı olmayaraq bərabər qaydada mühafizə 
edilməsinə göstəriş verildi. Təbii mühit, ictimai və dövlət mənafeləri, hüquq qaydaları, 
bəşəriyyətin  təhlükəsizliyi  və  sülhün  təmini  cinayət-hüquqi  mühafizənin  əsas 
obyektləri sırasına daxil edildi. 
 Cinayət hüququ cinayətkarlıqla mübarizədə strateji və taktiki cəhətləri müəyyən 


156 
 
edən  cinayət  üzrə  siyasətin  həyata  keçirilməsi  vasitəsidir.  Müasir  mərhələdə  bu 
siyasət  iki  əsas  tendensiya  ilə  xarakterizə  olunur.  Birincisi,  ağır  cinayətlər  törədən, 
yaxud  cinayət  qanununu  dəfələrlə  pozan  şəxslərə  (xüsusilə  residivistlərə,  peşəkar 
cinayətkarlara-mafiya  strukturlarının,  yaxşı  təşkil  olunmuş  cinayət  qruplarının 
rəhbərlərinə)  sərt  cəza  tədbirlərinin  tətbiqi.  İkincisi,  böyük  ictimai  təhlükə  hesab 
edilməyən  cinayətlərə  görə  cinayət  məsuliyyətinin  sferalarının  məhdudlaşdırılması. 
Belə ki, cinayət qanununu ilk dəfə pozan şəxsə cəmiyyətdən təcrid etmə ilə əlaqədar 
olmayan  cəza  tətbiq  edilir.  Bu,  şərti  məhkum  etmə,  hökmün  icrasını  təxirə  salma, 
habelə cəzanı əvəz edən digər inzibati, tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata 
keçirilə bilər. 
 
2.  Cinayət qanunu və cinayətin anlayışı. 
Cinayət qanunu -  Respublikanın ali qanunverici orqanı (Milli Məclis) tərəfindən 
qəbul edilən - cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, hansı əməllərin cinayət 
olduğunu  və  belə  əməlləri  törətmədə  təqsiri  olan  şəxslər  barəsində  tətbiq  ediləcək 
cəzaları,  məsuliyyətdən  və  cəzadan  azad  etmənin  şərtlərini  müəyyən  edən  hüquq 
normalarından ibarət aktdır.
1
 
Cinayət  hüququnun  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  yalnız  cinayət  qanunu 
cinayət  hüquq  normalarını:  əməli  cinayət  və  cəzalanmalı  olması,  cinayət 
məsuliyyətinin  əsasları,  cəzanın  sistemi,  onun  təyin  edilməsi  şərtləri  və  qaydalarını, 
həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə və s. normaları özündə əks 
etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə mənbəyidir. Heç bir digər 
hüquqi  aktlar  və  yaxud  məhkəmə  qərarları  cinayət  hüquq  normalarını  təyin  edə 
bilməz. 
Azərbaycan  Respublikasında  cinayət  qanunvericiliyinin  əsasını  1999-cu  il 
dekabrın  30-da  qəbul  edilmiş,  2000-ci  ilin  sentyabrın  1-də  qüvvəyə  minmiş 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsi  təşkil  edir.  Keçən  dövr  ərzində  qüvvədə 
olan Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.  
 
Cinayət Məcəlləsi cinayət  hüquq  normalarının sistemləşdirilmiş ifadəsidir. O iki 
hissədən  ibarətdir:  ümumi  və  xüsusi.  Ümumi  hissədə  cinayət  hüququnun  rəhbər 
prinsipləri  və  ümumi  müddəaları  şərh  olunur,  xüsusidə  isə  konkret  cinayətlər  və  bu 
cinayətlərə  görə  cəzaların  növləri  və  hədləri  müəyyən  olunur.  Ümumi  və  xüsusi 
hissələr  qarşılıqlı  əlaqədədirlər  və  vahid  tamı  təşkil  edirlər:  ümumi  hissəyə  müraciət 
etmədən xüsusi hissənin normalarını tətbiq etmək olmaz. 
Cinayət  Məcəlləsinin  Ümumi  və  Xüsusi  hissələri  bölmələrə  və  yaxud  fəsillərə 
bölünür,  sonuncular  da  öz  növbəsində  məzmununu  cinayət  -  hüquq  normaları  təşkil 
edən  maddələrdən  (353  maddə)  ibarətdir.  Cinayət  Məcəlləsinin  Ümumi  hissəsinin 
maddələri  təyinedici  normalar  olmaqla,  cinayət  məsuliyyətinin  prinsiplərini  və 
əsaslarını,  həmçinin  cinayət  məsuliyyətindən  və  cəzadan  azad  etmənin  şərtlərini 
müəyyən edir və möhkəmləndirir. Ümumidən fərqli olaraq, Xüsusi hissənin normaları 
quruluşca iki hissədən: dispozisiya (müəyyən növ cinayətin əlamətlərini nəzərdə tutan 
norma)  və  sanksiyadan  (müəyyən  növ  cinayətə  görə  cəzanın  növünü  və  həddini 
nəzərdə tutan normadan) ibarətdir. 
Cinayət Məcəlləsinin ümumi hissəsində cinayət qanununun məkana və zamana 
görə qüvvəsi tənzim olunur. 
Cinayət qanununun məkana görə qüvvəsi ərazi, vətəndaşlıq, real, universal və 
cinayətkarın verilməsi prinsiplərinə əsaslanır. 
Ərazi  prinsipinin  mahiyyəti  ondan  ibarətdir  ki,  Azərbaycan  Respublikasının 




Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə