Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə74/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   70   71   72   73   74   75   76   77   ...   84

157 
 
ərazisində cinayət törətmiş şəxslər - Azərbaycan Respublikasının vətəndaşları, xarici 
ölkənin 
vətəndaşları, 
həmçinin 
vətəndaşlığı 
olmayan 
şəxslər 
Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Lakin 
bu  qayda  Azərbaycan  Respublikası  ərazisində  cinayət  törətmiş  xarici  dövlətlərin 
diplomatik  nümayəndələrinə  və  toxunulmazlıq  hüququna  malik  olan  digər  şəxslərə 
tətbiq  edilmir.  Belə  ki,  Cinayət  Məcəlləsinin  11-ci  maddəsinin  5-ci  hissəsinə  əsasən, 
bu şəxslərin cinayət məsuliyyəti haqqında məsələ diplomatik yollarla, yəni beynəlxalq 
hüquq normalarına uyğun olaraq həll edilir. 
 
Cinayət  qanununun  vətəndaşlıq  prinsipinə  görə  Azərbaycan  Respublikasının 
vətəndaşları  və  Azərbaycan  Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan 
şəxslər Azərbaycan Respublikasının hüdudlarında kənarda törətdikləri əmələ görə, bu 
əməl  həm  Azərbaycan  Respublikasının,  həm  də  ərazisində  törədildiyi  xarici  dövlətin 
qanunvericiliyinə  əsasən  cinayət  sayılırsa  və  bu  cinayətə  görə  həmin  şəxslər  xarici 
dövlətdə  məhkum  olunmamışlarsa,  respublikanın  qüvvədə  olan  yeni  Cinayət 
Məcəlləsi  əsasında  cinayət  məsuliyyətinə  cəlb  edilirlər  (Cinayət  Məcəlləsinin  12.1 
maddəsi).  Göstərilən  şəxslər  respublika  ərazisində  mühakimə  edilərkən  onlara 
Azərbaycan  Respublikasının  məhkəmələri  tərəfindən  təyin  edilən  cəza,  ərazisində 
cinayət  törədilmiş  xarici  dövlətin  qanunu  ilə  nəzərdə  tutulmuş  cəzanın  yuxarı 
həddindən çox ola bilməz. 
Cinayət  Məcəlləsinin  12-ci  maddəsinin  2-ci  hissəsində  cinayət  qanununun  real 
prinsipindən  bəhs  olunur.  Bu  prinsipə  müvafiq  olaraq  əcnəbilər  və  vətəndaşlığı 
olmayan  şəxslər  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  Azərbaycan 
Respublikasının  vətəndaşlarına,  Azərbaycan  Respublikasının  maraqlarına  qarşı 
cinayət  törətdikləri  halda,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallarda  və  bu  cinayətə  görə  xarici 
dövlətdə  məhkum  olunmadıqda  respublikanın  cinayət  qanunları  əsasında  cinayət 
məsuliyyətinə cəlb edilə bilərlər. 
Cinayət  qanununun  məkana  görə  qüvvəsinin  universal  prinsipinin  tələblərinə 
riayət  etmək  Azərbaycan  Respublikasının  cinayətkarlıqla  mübarizə  sahəsində 
beynəlxalq  -  hüquqi  öhdəliklərindən  irəli  gəlir.  Universal  prinsipin  mahiyyətinə  görə 
şəxsin  hansı  ölkənin  vətəndaşı  olmasından  və  cinayəti  hansı  ölkənin  ərazisində 
törətməsindən  asılı  olmayaraq,  onu  istənilən  dövlətin  özünün  milli  qanunvericiliyi  ilə 
cinayət məsuliyyətinə almaq səlahiyyəti vardır. 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  10-cu  maddəsində  cinayət 
qanunun  zamana  görə  qüvvəsi  təsbit  olunmuşdur.  Həmin  maddəyə  əsasən  əməlin 
cinayət  sayılması  və  həmin  əmələ  görə  cəza,  bu  əməlin  törədildiyi  zaman  qüvvədə 
olan  cinayət  qanunu  ilə  müəyyən  edilir.  Törədildiyi  zaman  cinayət  sayılmayan  əmələ 
görə  heç  kəs  cinayət  məsuliyyətinə  cəlb  oluna  və  cəzalandırıla  bilməz.  İctimai 
təhlükəli əməlin törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, 
cinayətin törədildiyi vaxt sayılır. Göstərilən maddənin 3-cü hissəsi cinayət qanununun 
geriyə  qüvvəsinə  yol  verir,  yəni  qanun,  onun  qüvvəyə  minməsindən  əvvəl  törədilmiş 
əməllərə  şamil  edilir.  Bu  isə,  yalnız  əməlin  cinayət  sayılmasını  və  bu  əmələ  görə 
cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini 
başqa cür yaxşılaşdıran hallarda mümkündür. 
Əməlin  cinayət  sayılmasını  və  həmin  əmələ  görə  cəza  müəyyən  edən,  cəzanı 
ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət 
qanunun geriyə qüvvəsi yoxdur. (Cinayət Məcəlləsinin maddə 10.4) 
Cinayət  hüququnun əsas anlayışlarından  biri – cinayət anlayışdır. O insanların 
hansı  əməllərinin  cinayət  sayılması  və  onların  qanun  tərəfindən  nə  üçün  qadağan 


158 
 
olunması və s. bu kimi suallara cavab verir. 
Cinayət  qanunu  ilə  cəza  təhdidi  altında  qadağan  olunmuş  ictimai  təhlükəli 
əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət sayılır. 
Cinayət  hüquq  ədəbiyyatında  cinayət  ictimai-təhlükəli,  qeyri-hüquqi,  təqsirli, 
cəzalanmalı olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinin 2-ci hissəsinə 
əsasən,  cinayət  qanununda  nəzərdə  tutulmuş  cəhətdən  mövcud  olsa  da,  lakin  az 
əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və 
yaxud  dövlətə  zərər  yetirməyən  və  ya  zərər  yetirmək  təhlükəsi  yaratmayan  əməl 
cinayət  hesab  edilmir.  Buna  görə  də  cinayətin  ən  vacib  əlaməti  onu  digər  hüquq 
pozuntularından  fərqləndirən  xüsusi  ictimai-təhlükəli  olmasıdır.  Cinayətin  ictimai-
təhlükəliliyi  ondan  ibarətdir  ki,  o  mövcud  ictimai  münasibətlərə  qəsd  etməklə  bu 
münasibətlərə  çox  mühüm  ziyan  yetirir  və  yaxud  belə  ziyanın  yetirilməsi  təhlükəsini 
yaradır.  İctimai  münasibətlərə  digər  hüquq  pozuntuları:  inzibati,  intizam  və  mülki 
hüquq pozuntusu ilə ziyan vurulması o qədər də mühüm əhəmiyyət kəsb etmir, buna 
görə  də  hüquq  qaydalarının  belə  hüquq  pozuntularından  mühafizə  edilməsi  üçün 
cinayət  məsuliyyətinin  müəyyən  edilməsinə  ehtiyac  yoxdur.  Cinayətin  ictimai 
təhlükəliliyinin  xarakter  və  dərəcəsi  qəsd  edilən  obyektin  əhəmiyyəti,  bu  obyektə 
vurulan  ziyanın  ağırlığı,  həmçinin  təqsirin  forması,  əməlin  motiv  və  məqsədi  ilə 
xarakterizə olunan digər əlamətlərlə müəyyən olunur. 
Cinayətin  ikinci  əlaməti  onun  qeyri-hüquqiliyidir.  Əməlin  qeyri-hüquqiliyi  onun 
cinayət  qanunvericiliyinin  konkret  norması  ilə  ziddiyyət,  təşkil  etməsində  özünü 
göstərir. İctimai-təhlükəli əməl yalnız o zaman cinayət sayılır ki, Cinayət Məcəlləsinin 
bu və ya digər maddə-sində nəzərdə tutulmuş olsun. 
Təqsirlilik-cinayətin  növbəti  mühüm  əlamətidir.  Əməlin  cinayət  hesab  edilməsi 
təkcə ictimai-təhlükəli və qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd 
və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. 
Cinayət  cəzalanmalı  olan  əməldir.  Əməli cinayət  kimi  xarakterizə  edən  əlamət 
ondan  ibarətdir  ki,  yalnız  o  əməl  cinayətlərə  aid  edilir  ki,  onların  törədilməsinə  görə 
qanun cinayət cəzası nəzərdə tutur. 
Cinayətin qeyri-əxlaqiliyi isə, onun cəmiyyətdə mövcud olan əxlaq normalarına 
və hakim mənəvi təsəvvürlərə zidd olmasıdır. 
Beləliklə,  cinayət  -  cinayət  qanunu  ilə  mühafizə  edilən  ictimai  münasibətlərə 
mühüm ziyan yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu ilə 
nəzərdə  tutulan  ictimai-təhlükəli,  qeyri-hüquqi,  təqsirli,  cəzalanmalı  olan  və  qeyri-
əxlaqi olan əməldir. 
Xarakterindən  və  ictimai  təhlükəlilik  dərəcəsindən  asılı  olaraq  cinayətlər  böyük 
ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. 
Qüvvədə  olan  cinayət  qanunvericiliyinə  əsasən  (2001-ci  il  iyulun  2-də  Cinayət 
Məcəlləsinə edilmiş dəyişiklik və əlavələr nəzərə alınmaqla) qəsdən və ya azadlıqdan 
məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya 
ehtiyatsızlıqdan  törədilməsinə  görə  cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  azadlıqdan 
məhrum  etmə  cəzasının  yuxarı  həddi  iki  ildən  artıq  olmayan  əməllər  böyük  ictimai 
təhlükə törətməyən cinayətlər hesab olunur. 
Cinayət  qanunu  ilə  qəsdən  və  ya  ehtiyatsızlıqla  törədilən  və  barəsində  yeddi 
ildən  artıq  olmayan  müddətə  azadlıqdan  məhrum  etmə  cəzası  nəzərdə  tutulan 
əməllər az ağır cinayətlər sayılır. 
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində on iki ilə 
qədər  müddətə  azadlıqdan  məhrumetmə  cəzası  nəzərdə  tutulan  əməllər  ağır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə