Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

165 
 
qəsdən  törədilən  hərəkətlər  zəruri  müdafiə  həddini  aşmaq  hesab  edilir.  Məsələn, 
zəruri  müdafiə  həddini  və  ya  cinayət  törətmiş  şəxsin  tutulması  üçün  zəruri  olan 
tədbirləri  aşmaqla  adam  öldürməyə  görə  şəxs,  Cinayət  Məcəlləsinin  123-cü 
maddəsinə  əsasən  məsuliyyətə  cəlb  edilir.  Lakin  belə  hallarda,  qanun,  müvafiq 
cinayətlərin digər növlərinə nisbətən daha az ciddi cəza müəyyən etmişdir. 
Cinayət  qanunvericiliyində  cinayət  törətmiş  şəxsin  tutulması  da  əməlin 
kriminallığını, yəni cinayət olmasını aradan qaldıran hal kimi göstərilir. Cinayət törətmiş 
şəxsin  tutulması  dedikdə,  belə  şəxsin  səlahiyyətli  dövlət  hakimiyyəti  orqanlarına 
gətirilməsi və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulması 
başa düşülür. Belə şəxsin tutulduğu zaman ona zərər yetirilməsi, əgər həmin məqsəd 
üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə verməmişsə və bunun üçün 
zəruri  olan  tədbirlərin  həddi  aşılmamışdırsa,  cinayət  sayılır.  Lakin  bu  zaman 
təqsirkarın  tutulması  üçün  tətbiq  edilən  üsul  və  vasitələr  törədilmiş  əməlin  və 
təqsirkarın  ictimai  təhlükəlilik  dərəcəsinə,  habelə  tutulmanın  hallarına  aşkar  surətdə 
uyğun  gəlməli  və  zərurət  olmadan  şəxsə  açıq-aşkar  həddən  artıq  zərər 
vurulmamalıdır.  Cinayət  törətmiş  şəxsin  tutulması  ədalət  mühakiməsi  orqanları 
qarşısında  duran  vəzifələrin  yerinə  yetirilməsini  təmin  etdiyinə  görə  ictimai  faydalı 
əməl  hesab  olunur.  Cinayətkarın  tutulması  hüququna  bütün  vətəndaşlar  malikdirlər. 
Polis orqanlarında işləyənlərin isə, bu əsas vəzifələrindən biridir. 
Son  zərurət  -  qanunla  qorunan  digər  mənafelərə  zərər  vurmaq  yolu  ilə  daha 
mühüm  zərərin  qarşısının  alınması  üçün  şəxsin  düşdüyü  vəziyyətdir.  Cinayət 
Məcəlləsinin  38-ci  maddəsinə  müvafiq  olaraq,  son  zərurət  vəziyyətində,  yəni  şəxsin 
özünün  və  ya  başqa  şəxslərin  həyatını,  sağlamlığını  və  hüquqlarını,  dövlətin  və 
cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün 
qanunla  qorunan  obyektlərə  zərər  vurmaq  yolu  ilə  törədilmiş  hərəkət,  əgər  həmin 
vəziyyətdə  bu  təhlükəni  başqa  vasitə ilə aradan  qaldırmaq  mümkün  deyildirsə  və bu 
zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət sayılmır. 
 
Yuxarıda  qeyd  olunan  maddənin  təhlili  göstərir  ki,  son  zərurət  vəziyyətində 
edilmiş bu və ya digər hərəkət hüquqa uyğun olmalı, yəni əməlin ictimai təhlükəliliyini 
və  qeyri-hüquqiliyini  aradan  qaldıran  və  özündə  cinayətin  əlamətlərini  istisna  edən 
müəyyən  şərtlərin  məcmusunu  əks  etdirməlidir.  Məsələn,  müəssisələrin  birində  baş 
verən  yanğının  söndürülməsi zamanı yıxılan tir yanğın söndürənin qolunu basmışdır. 
Bu  zaman  tavanın  uçularaq  yanğının  ərazisində  olan  bütün  şəxslərin  həyatı  üçün 
təhlükəni  törətməsi  ilə  əlaqədar  bölmə  komandiri  zərərçəkənin  qolunun  kəsilməsi 
barədə  əmr  verir.  Əmr  yerinə  yetirilir  və  digərlərinin  həyatı  xilas  olur.  Komandirin 
hərəkəti isə, son zərurət vəziyyətində edilmiş hərəkət kimi qiymətləndirilir və o, cinayət 
məsuliyyətindən azad olunur. 
Azərbaycan  Respublikasının  qüvvədə  olan  Cinayət  Məcəlləsi  ilk  dəfə  olaraq 
əməlin cinayət olmasını aradan  qaldıran  hallara əsaslı riski de aid etmişdir. Bu  halın 
Cinayət Məcəlləsinə daxil edilməsi onunla izah olunur ki, elmin və texnikanın surətlə 
inkişaf etdiyi müasir şəraitdə əvvəllərdə olduğundan daha tez-tez insanın həyatına və 
sağlamlığına,  yaxud  əsasən  maddi  zərər  vurmaq  riskinə  getmək  zərurəti  yaranır. 
Cinayət  qanunu  bu  barədə  elə  olmalıdır  ki,  bir  tərəfdən  tərəqqi  yolunda  əngələ 
çevrilməsin, digər tərəfdən isə eksperiment aparan şəxs cinayət məsuliyyətinin ümumi 
əsasları  çərçivəsində  təqsirli  olduqda  onun  şəxsi  məsuliyyətini  istisna  etməsin. 
Cinayət Məcəlləsinin əsaslı risk haqqındakı maddəsi məhz bu məqsədə xidmət edir. 
Cinayət  Məcəlləsinin  39-cu  maddəsinə  əsasən  ictimai  faydalı  məqsədə  nail 
olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan obyektlərə zərər vurulması 
cinayət sayılmır. 


166 
 
Göstərilən  məqsədə  risk  ilə  əlaqədar  olmayan  hərəkətlə  (hərəkətsizliklə)  nail 
olmaq  mümkün  deyildirsə  və  risk  edən  şəxs  Cinayət  qanunu  ilə  qorunan  obyektlərə 
zərər  dəyməsini  aradan  qaldırmaq  üçün  zəruri  tədbirləri  görmüşdürsə,  risk  əsaslı 
hesab edilir. 
Hüquq ədəbiyyatında əsaslı riskin bir çox növü fərqləndirilir. Bunların bəzilərini 
qeyd edək: 
-  istehsal  riski-hüquqla  qorunan  mənafeyi  təhlükədə  qoymaqla  ictimai  faydalı 
məqsədə  nail  olmağa,  yaxud  da  istehsalat  fəaliyyətinin  zərərli  nəticələrinin 
qarşısını almağa səy edilir
-  təsərrüfat riski-hüquqla qorunan mənafeyi təhlükədə qoymaq yolu ilə iqtisadi 
fayda əldə etməyə səy edilir
-  kommersiya  riski-qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla  bank, 
birja, kapital qoyuluşu və başqa sahibkarlıq fəaliyyətində bazarın vəziyyətini 
nəzərə almaqla fayda götürməyə səy edilir
-  elmi-texniki  risk  -  qanunla  qorunan  mənafeləri  təhlükədə  qoymaqla 
tədqiqatlara,  praktikaya  yeni  metodlar  gətirilir  (məsələn,  bu  və  ya  başqa 
xəstəliyin müalicəsi üçün effekt verəcəyinə ümid edilən metodun tətbiqi). 
Elmi ədəbiyyatda qeyd edilir ki, əsaslı risk peşəkar fəaliyyətin bütün sahələrində 
mümkün olan peşə riski ilə bağlıdır. 
Əsaslı riskin, yəni hüquqa uyğun riskin başlıca əlamətləri aşağıdakılardır: 
1)  hərəkətin  (hərəkətsizliyin)  ictimai-faydalı  məqsədlərə  nail  olunmasına 
istiqamətlənməsi; 
2)  ictimai  faydalı  məqsədə  risklə  əlaqədar  olmayan  hərəkətlə  nail  olmağın 
mümkün olmaması; 
3)  risk  edən  şəxsin  hüquqla  qorunan  mənafelərə  yetirilə  biləcək  zərərin 
qarşısını almaq üçün kifayət edən tədbirlər görməsi
4)  qəsd  edən  şəxs  bilə-bilə  ekoloji  qəza  ilə,  yaxud  da  ictimai  fəlakətlə  bağlı 
olan bir çox insanın həyatını təhlükədə qoymamalıdır. 
Azərbaycan Respublikasının yeni Cinayət qanunvericiliyində ilk dəfə olaraq elə 
hallar müəyyən olunmuşdur ki, bunlar əmrin və ya sərəncamın yerinə yetirilməsi kimi 
əməlin  cinayət  olmasını,  yəni  onun  ictimai  təhlükəliliyini  və  qeyri-hüquqiliyini  aradan 
qaldırır.  Cinayət  Məcəlləsinin  40-cı  maddəsinə  müvafiq  olaraq,  müəyyən  edilmiş 
qayda-da  verilmiş  və  icrası  şəxs  üçün  məcburi  olan  əmr  və  ya  sərəncamı  yerinə 
yetirərkən həmin şəxs tərəfindən qanunla qorunan obyektlərə zərər vurulması cinayət 
sayılmır.  Belə  zərərə  görə  qanunsuz  əmr  və  ya  sərəncam  vermiş  şəxs  cinayət 
məsuliyyəti  daşıyır.  Əgər  şəxs  əmrin  və  ya  sərəncamın  qanunsuz  olduğunu  bilərək 
onu yerinə yetirirsə, onda qəsdən cinayət törətmiş şəxs kimi məsuliyyətə cəlb olunur. 
Qanunsuz  əmr  və  ya  sərəncamın  yerinə  yetirilməməsi  cinayət  məsuliyyətinə  səbəb 
olmur. 
 
6.  Cinayətdə iştirakçılıq 
 
 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin qanunverici 
quruluşu  elədir  ki,  cinayətin  bir  şəxs  tərəfindən  törədilməsini  nəzərdə  tutur.  Lakin 
cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı halda, müəyyən 
əlamətlərin  mövcudluğu  zamanı  cinayətdə  iştirakçılıq  yaranmış  olur.  İştirakçılıq 
zamanı  cinayətkarlar  öz  səylərini  birləşdirərək,  çox  vaxt  öz  aralarında  rolları 
bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə daha böyük inamla və 
daha  az  risklə  getməyə  imkan  yaradır  ki,  bu  da  cinayəti  daha  təhlükəli  edir.  Cinayət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə