167
Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət
törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə cəlb
edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə çatmasını və
həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı olmasını nəzərdə tutur.
Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına çatmayanların ictimai-
təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.
İştirakçılıq – cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə iştirakıdır.
Cinayətdə birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün iştirakçıların
hərəkətlərinin qarşılıqlı olaraq şərtləşdirilməsində özünü göstərir. Ancaq hərəkətlərin
birgəliyi təkcə obyektiv deyil, həm de iştirakçılığın subyektiv əlamətlərini əks
etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid psixoloji birliyə malik olan
iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtləşir.
İştirakçılıq yalnız qəsdən edilən cinayətlərdə mümkündür. Ehtiyatsızlıq üzündən
törədilən cinayətlərdə isə iştirakçılıq istisna olunur. Buna görə də subyektiv cəhətdən
o təkcə iştirakçılar arasında subyektiv əlaqənin olması ilə deyil, həm də şəxsin
törətdiyi əmələ və onun nəticələrinə psixoloji münasibəti ilə müəyyən olunur. Yalnız,
qəsdən cinayət törətməkdə
qəsdən birgə iştirak, iştirakçılıq yaradır.
Azərbaycan
Respublikasının
qüvvədə
olan
Cinayət
Məcəlləsində
cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik (cinayətkar təşkilat) formaları göstərilir.
Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə
törədilən
cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bu, iştirakçılığın az
yayılan və daha az təhlükəli olan formasıdır. İştirakçılığın bu forması razılaşmanın
minimum dərəcəsi, yəni cinayət törədilməsi anına qədər iştirakçılar arasında əlbirliyin
qeyri - mümkünlüyü ilə şərlənir. Burada cinayətin bütün iştirakçıları cinayətin birlikdə
icraçısı kimi çıxış edirlər və onların birləşməsi yalnız cinayətin törədilməsi zamanı
mümkün olur. Bir qrup şəxs tərəfindən qabaqcadan razılaşmadan törədilən
cinayətlərə zorlama və s. cinayətlər misal ola bilər.
Qabacadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən
cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab
olunur. Qabaqcadan razılaşmaqla yaranan iştirakçılıq, cinayətin obyektiv cəhətini
təşkil edən hərəkətlərin, daha dəqiq desək, Cinayət Məcəlləsinin xüsusi hissəsinin
maddələrində nəzərdə tutulan əməllərin icrasına qədər iştirakçılar arasında
razılaşmanın mövcud olmasını nəzərdə tutur.
Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya
daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət
mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
Mütəşəkkil dəstə iştirakçılar arasında mütəşəkkilliyin yüksək dərəcəsi ilə
xarakterizə olunur: rəhbərliyin mövcudluğu, cinayətin törədilməsi planının işlənib
hazırlanması, hazırlanmış planın reallaşdırılması üzrə hərəkətlərin müəyyən edilməsi
və vəzifələrin bölüşdürülməsi və s. Onun üçün peşəkarlıq və sabitlik xasdır: qayda
üzrə, iştirakçılar bir deyil, bir sıra cinayətlərin törədilməsi məqsədilə birləşirlər. Son
zamanlar respublikamızın iqtisadi və təsərrüfat həyatında baş verən cinayətlərin çox
hissəsinin məhz mütəşəkkil dəstə tərəfindən törədilməsinə daha çox təsadüf edilir.
Buna görə də qüvvədə olan cinayət qanunvericiliyində o, məsuliyyəti ağırlaşdıran hal
kimi nəzərdə tutulmuşdur.
İştirakçılığın yuxarıda göstərilən formaları içərisində bəlkə də ən təhlükəlisi