Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   76   77   78   79   80   81   82   83   84

169 
 
Öz  məzmununa  görə  cəza  çox  sərt  olmaqla,  təqsirli  şəxsin  hüquqlarının  iri 
miqyasda  məhdudlaşdırılmasında  ifadə  olunur.  Onun  mahiyyəti  cinayət  törətmiş 
şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz  qoymaqla, 
onları  tənbeh  etməkdən  ibarətdir.  Tənbehsiz  cəza  öz  mənasını  itirmiş  olardı  və 
cinayətkarlıqla mübarizədə məcbur etmə vasitəsi hesab olunmazdı. 
Cəzanın  məqsədi  Cinayət  Məcəlləsinin  41.2.-  ci  maddəsinə  müvafiq  olaraq, 
cəza  sosial  ədalətin  bərpası,  məhkumun  islah  edilməsi  və  həm  məhkumlar,  həm  də 
başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə 
tətbiq edilir. 
Cəza  törədilmiş  cinayətə  görə  yalnız  tənbeh  deyildir,  o,  məhkumu  əməyə 
düzgün  münasibət,  qanunlara  dəqiq  riayət,  ümumyaşayış  qaydalarına  hörmət 
ruhunda  islah  və  yenidən  tərbiyə  etmək  məqsədi  daşıyır.  Cəza  insan  ləyaqətini 
alçaltma və yaxud fiziki əzab vermə məqsədi daşımır. 
Cəzanın  mahiyyəti  islah  etmə  və  yenidən  tərbiyə  etmə  anlayışları  ilə  sıx 
əlaqədə,  olmaqla,  cinayətkarın  şüurunda  neqativ  əhəmiyyətli  oriyentasiyanı  (səmti) 
dəyişmək  və  onu  hüququn  tələblərinə  riayət  etməyə  məcbur  etmək  istiqamətində 
dövlətin səylərini əks etdirir. 
Cinayət  hüquq  nəzəriyyəsində  cəzanın  xüsusi  və  ümumi  xəbərdarlıq  məqsədi 
fərqləndirilir. 
Xüsusi  xəbərdarlıq  cinayətkara  göstərilən  elə  təsir  vasitəsidir  ki,  onun 
nəticəsində cinayətkar gələcəkdə yeni cinayətlər törətmir. 
Ümumi  xəbərdarlıq  -  ictimai  cəhətdən  möhkəm  olmayan  (qeyri-sabit  olan) 
şəxsləri cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir. 
 
8. Cəzanın sistemi və növləri 
 
Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq olunan, 
məhkəmələr  üçün  məcburi  olan,  ağırlığından  asılı  olaraq  qanunla  müəyyən  edilən 
qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır. 
Cinayət  Məcəlləsinin  42  -  cinayət  maddəsinə  əsasən  cəzanın  növləri 
aşağıdakılardır: 
1.  cərimə 
2.  nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
3.  müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum etmə; 
4.  ictimai işlər; 
5.  xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
6.  islah işləri; 
7.  hərbi xidmət üzrə məhdudlaşdırma; 
8.  əmlak müsadirəsi; 
9.  Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; 
10. Azadlığın məhdudlaşdırılması; 
11. İntizam xarakterli hərbi hissədə saxlama; 
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə; 
13. Ömürlük azadlıqdan məhrum etmə. 
Cinayət  qanunvericiliyində  nəzərdə  tutulan  bütün  bu  cəza  növləri  üç  qrupa 
bölünür: əsas cəzalar; əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar. 
Yalnız  əsas  cəza  kimi  tətbiq  edilən  cəzalara  -  ictimai  işlər,  islah  işləri,  hərbi 


170 
 
xidmət  üzrə  məhdudlaşdırma;  intizam  xarakterli  hərbi  hissədə  saxlama,  azadlığın 
məhdudlaşdırılması,  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  və  ömürlük 
azadlıqdan məhrum etmə kimi cəza növləri aiddir. Bunlar, müstəqil tətbiq edilən, hər 
hansı bir cəza növünə qoşula bilməyən cəzalardır. 
Müstəqil  tətbiq  edilə  bilməyən,  yalnız  əsas  cəzalara  qoşulan  cəzalar  əlavə 
cəzalar  hesab  olunur.  Cəzanın  məqsədinin  təmin  edilməsində  köməkçi  xarakter 
daşıyan  bu  cəza  növlərinə  -  xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət 
təltifindən məhrum etmə, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə, 
əmlak  müsadirəsi  və  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi 
çıxarma kimi cəzalar aiddir. 
Cərimə,  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum etmə cəza növləri isə, həm əsas, həm də əlavə cəza kimi tətbiq 
edilir. 
Cinayət Məcəlləsinin 44-57-ci maddələrində ayrı - ayrılıqda bu cəza növlərindən 
bəhs olunur. 
1.  Cərimə cinayət qanunu (Cinayət Məcəlləsi) ilə müəyyən edilmiş hallarda və 
məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. O həm əsas, həm 
də əlavə cəza kimi tətbiq edilən cəza növüdür. 
Cərimə  törədilmiş  cinayətin  ağırlığı  və  məhkumun  əmlak  vəziyyəti  nəzərə 
alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum 
əmək haqqı məbləğinin yüz mislindən beş min mislinədək miqdarda müəyyən olunur. 
Cəriməni  ödəməkdən  boyun  qaçıran  şəxslərə  bu  cəza  növü  ictimai işlər,  islah 
işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. 
2.  Nəqliyyat  vasitəsini  idarəetmə  hüququndan  məhrum  etmə  cəza  növü 
Cinayət  Məcəlləsinin  Xüsusi  hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə 
tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin 
digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. 
Nəqliyyat  vasitəsini  idarəetmə  hüququndan  məhrum  etmə  cəzası 
məhkəmələr tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir. 
3.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə  dövlət  orqanlarında,  yerli  özünü  idarə  orqanlarında  konkret 
vəzifə  tutmağın  və  ya  konkret  peşə  və  ya  digər  fəaliyyətlə  məşğul  olmağın 
qadağan edilməsindən ibarətdir. Bu cəza  növü əsas cəza kimi bir ildən beş 
ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 
4.  İctimai  işlər  məhkumun  əsas  işindən  və  ya  təhsilindən  asudə  vaxtlarında 
haqqı  ödənilmədən  cəmiyyətin  xeyrinə  ictimai  faydalı  işlər  yerinə 
yetirməsindən  ibarətdir.  Belə  işlərin  növləri  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. 
İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün 
ərzində  saatdan  çox  ola  bilməz.  Şəxs  həmin  işlərin  yerinə  yetirilməsindən  qərəzli 
boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə 
azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir. 
İctimai işlər  birinci  və ikinci  qrup  əlillərə, hamilə  qadınlara,  himayəsində  səkkiz 
yaşınadək  uşağı  olan  qadınlara,  pensiya  yaşına  çatmış  qadın  və  kişilərə,  hərbi 
xidmətə  çağırış  üzrə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi  qulluqçulara  tətbiq 
oluna bilməz. 
Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir. 
5.  Cinayət  Məcəlləsinin  48-ci  maddəsinə  müvafiq  olaraq,  ağır  və  ya  xüsusilə 
ağır  cinayət  törətmiş  şəxsin  məhkum  olunması  zamanı  məhkəmə  cinayətin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə