173
görə bu cəza növünün tətbiqinə yol verir. Lakin qanunvericilik burada da humanizm
prinsipindən çıxış edərək ömürlük azadlıqdan məhrum etmə cəzasını müəyyən
kateqoriya şəxslərə - qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam
olmayanlara, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə tətbiqini
qadağan edir.
Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən cəkdiyini, həmçinin onun
bu cəzanı çəkdiyi müddətə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun
həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan
məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə
və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
174
MЮВЗУ 8: ИНЗИБАTИ ЩЦГУГУН ЯСАСЛАРЫ
П Л А Н
1. Инзибаtи щцгугун анлайышы, предmеtи вя mеtоду
2. Инзибаtи щцгугун mянбяйи вя сисtеmи
3. Инзибаtи щцгуг mцнасибяtляри вя онларын субйекtляри
4. Физики шяхсляр инзибаtи щцгуг mцнасибяtляринин субйекtи киmи
5. Инзибаtи mясулиййяt. Инзибаtи хяtа вя онун tяркиби
6. Инзибаtи tянбещ вя онун нювляри
İnzibati hüququn anlayışı, predmeti, metodu. Hakimiyyətin bölgüsü prinsipinə
görə icra hakimiyyəti dövlət hakimiyyətinin üç əsas sahəsindən (qolundan) biridir. İcra
hakimiyyətinin səlahiyyətlərini dövlət orqanları həyata keçirir. Söhbət prezidentdən,
Nazırlər Kabinetindən, nazirliklərdən va digər dövlət hakimiyyət orqanlarından gedir. Bu
orqanlar hər şeydən əvvəl, dövlət idarəcilik (idaraetmə) fəaliyyəti ilə məşğul olurlar.
Dövlət idərəçiliyinin obyekti rolunda iqtisadiyyat, elm, madəniyyət, təhsil, səhiyyə,
müdafiə, vətəndaşların hüquqlarının qorunması, hüquq qaydası va digər məsələlər çıxış
edir. Həmin orqanlar bu məsələlər üzrə dövlət idərəçiliyini həyata keçirirlər. Onlar
bununla icra fəaliyyati ilə məşgul olurlar. Bələ ki, göstərilən orqanlar qanunları icra
edir, onların göstərişlərini həyata keçirirlər. Digər tərəfdən icra hakimiyyətini həyata
keçirən orqanlar sərəncam vermək fəaliyyəti ilə də məşğul olurlar. Onlar özündən aşağı
olan dövlət orqanları üçün məcburi sərəncamlar vərirlər.
Dövlət icra hakimiyyət orqanlarının idarəcilik, icra və sərəncam fəaliyyətinin həyata
keçirilməsi, bir sözlə, icra hakimiyyəti orqanlarının təşkili va fəaliyyəti prosesində müəyyən
növ içtimai münasibətlər əmələ gəlir. Bu münasibətlər hüquq normaları ilə nizama salınır.
Həmin normaların sistemi və macmusu inzibati hüquq adlanır.
İnzibati hüquq dedikdə, icra hakimiyyət orqanlarının təşkili, habelə bu
orqanların idarəcilik, icrə və sərəncam fəaliyyəti prosesində əmələ gələn ictimai
175
münasibətləri tənzimləyən hüquq normalarının sistemi başa düşülür.
İnzibati hüquq dövlət idarəetməsi (idarəçiliyi) sahəsində yaranan münasibətləri
tənzimləyən hüquq normalarının sistemi deməkdir. Buna göra onu bəzən «idarəetme
hüququ» və ya «idarəcilik hüququ» da adlandırırlar.
İcra hakimiyyəti orqanlarının təşkili ve fəaliyyəti
prosesində müəyyən ictimai
münasibətlər əmələ gəlir. Məhz bu münasibətlər inzibati hüququn predmetini təşkil edir.
Həmin münasibətlər həm icra hakimiyyəti orqanlarının öz aralarında (yuxarı və aşağı
orqanlar arasında), həm də bu orqanlarla vətəndaşlar arasında yaranır. İnzibati hüququn
predmetini dövlət idarəetməsi (idarəçiliyi) səhəsındə əmələ gələn münasibətlər təşkil
edir. Onlar hakimiyyət-tabeçilik münasibətləridir. Gösterilən münasibətlərin bir tərəfində
hökmən və mütləq icra hakimiyyət orqanı (vəzifəli şəxs) çıxış edir.
İnzibati hüququn metoduna gəldikdə isə qeyd etmək lazımdır ki, hakimiyyət təsiri
(hakimiyyət və tabeçilik) bu hüquq sahəsində əsas metod sayılır. Bu metodun mahiyyəti
idarə olunan subyektlərin iradəsinə və davranışına hakimiyyət tərəfindən təsir
göstərilməsindən ibarətdir. Belə halda həmin subyektlər idarə edən subyektin
sərəncamını şərtsiz yerinə yetirirlər.
İnzibati hüquqda həm də məcburetmə metodundan istifadə olunur. Bu metodun
mahiyyəti inzibati hüquq pozuntusuna (inzibati xətaya) görə inzibati məsuliyyət
tədbirinin tətbiq edilməsindən ibarətdir.
İnzibati hüququn mənbəyi və sistemi. İcra hakimiyyəti orqanlarının təşkili və
fəaliyyəti prosesində yaranan içtimai münasibətlər hüquq normaları ilə tənzimlənir və
qaydaya salınır. Həmin normalar inzibati hüquq normaları adlanır. Bu normalar zahirən
rəsmi dövlət sənədlərində (məsələn, prezident fərmanlarında, ayrı-ayrı qanunlarda və s.)
ifadə olunur. Göstərilən sənədlərə inzibati hüququn mənbəyi deyilir.
İnzibati hüququn əsas mənbəyi Azərbaycan Respublikasının Konstitusiyası hesab
edilir. Konstitusiya icra hakimiyyətinin səlahiyyət və funksiyalarını müəyyən edir.
Azərbaycan Respublikasının qanunları inzibati hüququn mühüm mənbə
növlərindən biridir. Söhbət dövlət idareçiliyinin (idarəetməsinin) əsas sahələri barədə
(təhsil haqqında, əhalinin sağlamlığı barədə, idman barədə, polis barədə, daxili qoşunlar
Dostları ilə paylaş: |