Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.

səhifə83/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
1   ...   76   77   78   79   80   81   82   83   84

176 
 
barədə,  müdafiə  barədə  və  s.)  qəbul  edilən  qanunlardan  gedir.  Bu  qanunlar  dövlət 
idarəçiliyinin  müxtəlif  sahələrində  əmələ  gələn  münasibətləri  tənzimləyir,  dövlət 
mexanizmində icra hakimiyyət orqanlarının yerini müəyyənləşdirir.  
Prezident fərmanları inzibati hüququn mənbəyi sayılır. Prezident fərmanları ilə köhnə 
dövlət orqanları ləğv edilir və onların yerinə yeni dövlət orqanları yaradılır, bu orqanların 
funksiyaları müəyyənləşdirilir. Prezident mərkəzi icra hakimiyyət orqanlarının rəhbərlərini 
–  nazirləri,  habelə  yerli  (rayon,  şəhər)  icra  hakimiyyəti  başçılarını  vəzifəyə  təyin  edir. 
Prezident  nazirliklərin  (məsələn,  Nəqliyyat  Nazirliyinin,  Maliyyə  Nazirliyinin  və  s.) 
əsasnamələrini təsdiq edir. 
Nazirlər  Kabinetinin  qərarları  ayrı-ayrı  dövlət  orqanlarının  fəaaliyyətini 
tənzimləyir,  onların  səlahiyyətlərini  müəyyən  edir.  Məsələn,  Nazirlər  Kabinetinin 
müvafiq  qərarları  ilə  Azərbaycan  Dövlət  Dəmir  Yolunun,  Bakı  Beynəlxalq  Ticarət 
Limanının, Xəzər Gəmicilik İdarəsinin, «Azal» Dövlət Konserninin  və s. əsasnamələri 
təsdiq edilmişdir. 
Mərkəzi  icra  hakimiyyət  orqanlarının  (nazirliklərin  və  dövlət  komitələrinin) 
normativ aktları (təlimat, əmr və s.) inzibati hüququn mənbəyidir. Bu aktlar qanunların, 
prezident  fərmanlarının  və  Nazirlər  Kabinetinin  qərarlarının  icrası  qaydasını 
müəyyənləşdirir. 
Bələdiyyələrin  (yerli  özünüidarəetmə  orqanlarının)  normativ  xarakterli  aktları 
inzibati  hüququn  mənbəyi  hesab  edilir.  Bu  aktlar  yerli  əhəmiyyətli  məsələlərin  (yerli 
əhəmiyyətli iqtisadi, sosial, ekoloji və digər məsələlərin) həll olunması üçün qəbul edilir. 
Yerli  icra  hakimiyyət  orqanlarının  normativ  xarakterli  aktları  inzibati  hüququn 
mənbəyi  hesab  edilir.  Söhbət  rayon  (şəhər)  icra  hakimiyyəti  başçılarının  vərdikləri 
sərəncamdan  gedir.  Bu  sərəncamlar  iqtisadiyyatın,  sosial  və  mədəni  sahələrın 
inkişafının təmin edilməsinə yönəlir. 
İnzibati  hüququn  mənbələri  arasında  məcəllələşdirilmiş  aktlar  mühüm  yer  tutur. 
Söhbət  her  şeydən  əvvəl,  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsindən 
gedir.  Bu  məcəllə  2000-ci  il  sentyabrın  1-dən  qüvvəyə  minmişdir.  Məcəllələşdirilmiş 
aktlar  içərisində  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsi  vacib  rola  malikdir.  Bu 
məcəllə 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 


177 
 
 İnzibati  hüququn sistemi  iki  hissədən  ibarətdir:  ümumi  hissədən;  xüsusi  hissədən. 
Umumi  hissə  odur  ki,  bu  hissəyə  daxil  olan  inzibati  hüquq  normaları  dövlət 
idarəetməsinin  (idareçiliyinin)  bütün  sahələrini  nizamlayır.  Umumi  hissənin  normaları 
inzibati  hüququn  subyektlərini,  dövlət  idarəetmə  prinsiplərini,  icra  hakimiyyəti 
orqan!arının  sistemini  va  bu  orqanların  fəaliyyətinin  forma  və  metodlarını  və  umumi 
xarakterli digər məsələləri muəyyən edir. 
Xüsusi  hissə  odur  ki,  bu  hissəyə  daxil  olan  inzibati  hüquq  normaları  ayrı-ayrı 
idarəetma  sahələrindəki  ictimai  münasibətləri  tənzimləyir.  Bu  münasibatlərə  daxildir: 
maliyyə  idarəetmasi  sahəsində  münasibətlər;  gömrük  idarəetməsi  sahəsində 
münasibatlər; vergi idarəetməsi sahəsındə münasibətlər; səhiyyə idarəetmesi sahəsində 
münasibətlər;  təhsil  idarəetməsi  sahəsində  münasibətlər;  madaniyyet  idareetmesi 
sahesinda  münasibatler;  müdafie  va  milli  tehlükesizlik  idarəetməsi  sahəsində 
münasibətlər və s.  
 
İnzibati  hüquq  münasibətləri  və  onların  subyektləri.  İcra  hakimiyyət 
orqanlarının  fəaliyyəti  prosesində,  ayrı-ayrı  dövlət  idarəetmə  sahələrində  müxtəlif 
ictimai  münasibətlər  əmələ  gəlir.  Bu  münasibətlər  yuxarı  dövlət  idarəetmə  (icra) 
orqanları  ilə  aşağı  dövlət  idarəetmə  orqanları  arasında,  habelə  həmin  orqanlarla 
təşkilat və vətəndaşlar arasında yarana bilər. Həmin münasibatlər hüquq normaları ilə 
tənzimlənərək inzibati hüquq münasibətləri formasını alır. 
İnzibati hüquq münasibatləri dedikdə, icra hakimiyyati orqanlarının fəaliyyəti 
prosesində,  dövlət  idarəetma  sahələrində  yaranan  və  hüquq  normaları  ilə 
tənzimlənən ictimai münasibətlər başa düşülür. 
İnzibati  hüquq  münasibəti  hüquq  münasibətinin  bir  növüdür.  Buna  görə  də  o,  öz 
daxili quruluşuna (strukturuna) görə üç elementdən (tərkib hissesindən) ibarətdir. 
Məzmun  inzibati  hüquq  münasibətinin  elementlərindən  biridir,  inzibati  hüquq 
münasibətinin  məzmunu  dedikdə,  subyektlərin  hüquq  və  vəzifələri  başa  düşülür. 
Subyektlər  qarşılıqlı  olaraq  hüquqlara  malik  olub,  vəzifələr  daşıyırlar.  Məhz  qarşılıqlı 
hüquq və vəzifələrin olması dövlət idarəetmə prosesinin qurulmasına imkan verir. 
Obyekt  inzibati  hüquq  münasibətinin  elementlərindən  biridir,  inzibati  hüquq 


178 
 
münasibətinin  obyekti  rolunda  icra  hakimiyyət  orqanlarının  fəaliyyəti  və  onların 
davranışı  çıxış  edir.  Məhz  həmin  fəaliyyət  və  davranışla  bağlı  olaraq  inzibati  hüquq 
münasibəti əmələ gəlir. 
Subyektlər inzibati  hüquq  münasibətinin elementləri sırasına daxildir. İnzibati 
hüquq münasibətinin subyektləri dedikdə, həmin ınünasibətdə çıxış edən iştirakçılar 
başa düşülür. Onlar hüquqlara malik olub, vəzifələr daşıyırlar. 
İcra hakimiyyəti (dövlət idarəetmə) orqanı inzibati hüquq münasibətinin məcburi və 
labüd  subyektidir.  Bu,  o  deməkdir  ki,  inzibati  hüquq  münasibtinin  tərəflərindən  biri 
hökmən  və  mütləq  icra  hakimiyyət  orqanı  olmalıdır.  Vətəndaş  və  təşkilatlar  bu  və  ya 
digər məsələni həll etmək üçün məhz həmin orqana müraciət edirlər. Məsələn,  müvafiq 
qurumu  dövlət  qeydiyyatına  götürmək  üçün  təsisçi  (vətəndaş)  dövlət  orqanına  (Ədliyyə 
Nazirliyinə)  müraciət  edir.  Bu  zaman  inzibati  hüquq  münasibətinin  bir  tərəfində  icra 
hakimiyyət orqanı çıxış edir. Vətəndaşın nikaha daxil olması qeydiyyata alınan hallarda 
da  yaranan  inzibati  hüquq  münasibətinin  bir  tərəfində  icra  hakimiyyati  orqanı  iştirak 
edir. Vətəndaş pensiya almaq üçün müraciət edandə də belə vəziyyət yaranır. 
İnzibati  hüquq  münasibəti  subyektlərinin  dairəsi  kifayət  qədər  genişdir.  Onlara 
aiddir. 
• icra hakimiyyət orqanlan; 
• fiziki şəxslər; 
• müəssisə, təşkilat, idarə və içtimai birliklər.  
İcra hakimiyyəti orqanları inzibati hüquq münasibətlərinin əsas və başlıca subyekti 
hesab  olunur.  İcra  hakimiyyəti  orqanları  dedikdə,  dövlət  idarəetmə  orqanları  başa 
düşülür. Bu orqanlar dövlət idarəetmesi sahəsində fəaliyyət göstərir. 
Dövlət  idarəetməsi  dedikdə,  dövlət  orqanlarının  icra  və  sərəncam  fəaliyyəti  başa 
düşülür.  Onun  əsas  təyinatı  qanunları  və  digər  qanunvericilik  aktlarını  icra  etməkdən, 
yeni həyata keçirməkdən ibarətdir. Dövlət idarəetməsi dövlət işlərinin idarə edilməsinin 
başlıca sahəsidir. Onu dövlət idarəetmə orqanları həyata keçirir. 
Dövlət idarəetme orqanları zahirən icra hakimiyyətini təmsil edir. İcra hakimiyyəti 
məhz  bu  orqanların  vasitə  və  köməyi  ilə  həyata  keçirilir.  Buna  görə  dövlət  idarəetme 
orqanlarını  həm  də  icra  hakimiyyət  orqanları  adlandırırlar.  Onlar  eynimənalı  (sinonim) 




Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə