Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   2   3   4   5   6   7   8   9   ...   84


 
2. HÜQUQ NORMALARI 
Hüquq  normasını  hüququn  özünəməxsus  ilkin  hüceyrəsi  kimi  təsəvvür  etmək 
olar.  «Norma»  latın  dilindən  tərcümədə  -  qayda,  nümunə  mənasını  verir.  Hər  bir 
normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür. 
Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra 
olunmalıdır.  Normanın  bu  hissəsi  hüquq  elmində  hipoteza  adlanır.  Məsələn,  pensiya 
hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir (kişilər üçün - 
63 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün müvafiq olaraq 60 yaş və 
20 il). 
İkincisi,  hüquq  normaları  davranış  qaydalarının  özünü,  hüquq  subyektlərinin 
hüquq  və  vəzifələrini,  yəni  dispozisiyanı  müəyyən  edir.  Məsələn,  ailə  hüquq 
normalarına  müvafiq  olaraq  valideynlər  öz  uşaqlarını  tərbiyə  etməyə,  onların  fiziki 
inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar. 
Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət 
orqanları  buna  müvafiq  olaraq  normadakı  göstərişləri  yerinə  yetirməyən  və  ya  lazımi 
qaydada  yerinə  yetirməyənlərə  qarşı  bu  məcburi  təsir  vasitələrini  (sanksiya)  tətbiq 
etmək  iqtidarında  olur.  Bunlar  intizam  xarakterli  (töhmət,  işdənçıxarma  və  s.),  inzibati 
(cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər. 
Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir: 
a) kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza); 
b) bu icra nədən ibarət olmalıdır (dispozisiya); 
c) normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya). 
Lakin heç də bütün normalar bu cür üç elementli struktura malik deyil. 
İnsanların  davranışını  müəyyən  edən  hüquq  normaları  onların  fəaliyyətini 
subyektiv  hüquqların  verilməsi  ilə,  yaxud  üzərilərinə  vəzifələrin  qoyulması  ilə 
tənzimləyir. 
Ona  görə  də  hüquq  normalarına  belə  bir  ümumi  qayda  kimi  baxmaq  olar  ki,  bu 
normalar  insanların,  onların  kollektivlərinin  davranışını  onlara  subyektiv  hüquqların 
verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə tənzimləyir. 
Rəsmi elan (dərc) olunmuş hüquq norması dövlət məcburetmə xarakterini daşıyır, 
yəni  bütün  vətəndaşlar,  vəzifəli  şəxslər,  dövlət  orqanları,  ictimai  təşkilatlar  üçün  icrası 
məcburidir. 
Daha  vacib  hüquq  normaları  qanunlarda  təsbit  olunur.  Lakin  qanunlarla  yanaşı 
digər normativ aktlar da mövcuddur (prezidentin fərmanları, hökumətin qərarları və s.). 
Hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji hallara aid 
olur,  dəfələrlə  tətbiq  etmək  imkanını  nəzərdə  tutur.  O,  qeyri-müəyyən  sayda  hüquq 
subyektlərinə  yönəlir  ki,  onlar  bu  məqamda,  yaxud  gələcəkdə  bu  hüquq  normaları  ilə 
tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər. 
Hüquq normalarının müxtəlif əlamətlərə görə təsnifatını vermək olar. Normadakı 
göstərişin  xüsusiyyətlərindən  asılı  olaraq  hüquq  normalarını  aşağıdakı  kimi 



 
təsnifləşdirmək olar: 

səlahiyyətverici  normalar  (norma  -  icazələr,  nəyi  etmək  olar).  Məsələn,  AR 
Konstitusiyasının  26-cı  maddəsində  müəyyən  olunub  ki,  hər  kəs  qanunla  qadağan 
edilməyən  bütün  vasitələrlə  öz  hüquq  və  azadlıqlarını  müdafiə  etmək  hüququna 
malikdir;  

məcburedici  normalar  (nəyi  etmək  lazımdır).  Azərbaycan  Respublikası 
Konstitusiyasının IV fəsli belə normaları təsbit etmişdir.  

qadağanedici normalar (nəyi etmək olmaz). Məsələn, Azərbaycan Respublikası 
Konstitusiyasının  6-cı  maddəsinə  uyğun  olaraq  Azərbaycan  xalqının  heç  bir  hissəsi, 
sosial  qrup,  təşkilat  və  ya  heç  bir  şəxs  hakimiyyətin  həyata  keçirilməsi  səlahiyyətini 
mənimsəyə bilməz.  
Normadakı  göstərişin  müəyyənlik  dərəcəsinə  görə  hüquq  normalarının  iki  növü 
fərqləndirilir: 
1.  Dispozitiv normalar (belə normalarda hüquq subyektinin alternativ davranmaq 
imkanı  nəzərdə tutulur). Məsələn,  Azərbaycan Respublikası  Konstitusiyasının  insan  və 
vətəndaşın  hüquq  və  azadlıqlarını  nəzərdə  tutan  üçüncü  fəslində  təsbit  olunmuş 
maddələrdə müəyyən olunan hüquq normaları. 
2.  İmperativ  normalar  (belə  normalarda  vahid  davranış  qaydası  müəyyən 
olunmaqla  hüquq  subyektinə  alternativ  davranmaq  imkanı  verilmir).  Məsələn, 
qadağanedici  xarakterli bütün  normalar  (Azərbaycan Respublikası  Konstitusiyasının  6-
cı,  155-ci  maddələri),  habelə  məcburedici  normaların  əksəriyyəti  (Azərbaycan 
Respublikası Konstitusiyasının dördüncü fəslində nəzərdə tutulan normalar). 
Hüquq normalarının digər meyarlara görə də təsnifatı aparıla bilər. 
 
3. HÜQUQUN MƏNBƏLƏRI. QANUN VƏ QANUN QÜVVƏLI AKTLAR 
Davranış  qaydasının  hüquq  norması  olması  üçün  o  müəyyən  hüquqi  formaya 
salınmalıdır.  Bu  dövlətin  hüquqyaratma  fəaliyyəti  nəticəsində  baş  verir  ki,  bunun 
köməyi  ilə  qanunvericinin  iradəsi  öz  ifadəsini  icra  üçün  məcburi  olan  bu  və  ya  digər 
hüquqi aktlarda tapır. 
Hüquq  ədəbiyyatında  hüququn  mənbəyi  kimi,  adətən  dövlətin  qanunvericilik 
fəaliyyətinin  zahiri  forması  ifadə  olunur,  yəni  hüquq  normalarını  müəyyən  edən, 
səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür. 
Belə orqanlara məsələn, – Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, 
Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir. 
Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola 
bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, 
normativ  aktlar  hüququn  mənbəyi  hesab  olunur.  Məsələn,  prezidentin  müxtəlif  fəxri 
adların  konkret  elm,  incəsənət  xadimlərinə  və  başqalarına  verilməsi  haqqındakı 
sərəncamları  hüququn  mənbəyi  hesab  olunmur,  baxmayaraq  ki,  onun  dövlət-hüquq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə