Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə76/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   72   73   74   75   76   77   78   79   ...   84

161 
 
proseslərlə  xarakterizə  olunur:  şəxs  ictimai-təhlükəli  nəticələrin  baş  verməsini  arzu 
edir  və  ya  şüurlu  surətdə  onlara  yol  verir,  yaxud  da  ictimai-təhlükəli  nəticələrin 
qarşısının alınmasına yüngül fıkirliliklə ümid bağlayır. 
Subyektin  psixikasında  baş  verən  əqli  və  iradi  proseslərin  intensivliyi  və 
məzmunundakı fərq, təqsirin forma və  növlərə bölgüsünə əsaslanır. Təqsirin forması 
dedikdə,  şəxsin  psixikasında  baş  verən  və  onun,  cinayətin  obyektiv  xüsusiyyətlərinə 
münasibətini  aşkara  çıxaran  əqli  və  iradi  proseslərin  qanunvericilik  tərəfindən 
əlaqələndirilmiş  anlayışı  başa  düşülür.  Cinayət  qanunvericiliyi  təqsirin  iki  formasını  - 
qəsd və ehtiyatsızlıq formalarını fərqləndirir. Öz növbəsində, nəzəriyyə və praktikada 
qəsdin  birbaşa  və  dolayı,  ehtiyatsızlığın  isə,  cinayətkarcasına  özünə  güvənmə  və 
cinayətkarcasına etinasızlıq növlərinə rast gəlinir. 
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinin 2-ci  hissəsinə 
əsasən,  şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  olduğunu 
dərk  etmiş,  onun  ictimai  təhlükəli  nəticələrini  qabaqcadan  görmüş  və  bunları  arzu 
etmişdirsə,  bu  halda  cinayət  bir-başa  qəsdlə  törədilmiş  hesab  olunur.  Məsələn, 
qəsdən adam öldürmə, oğurluq, soyğunluq və s. 
Cinayət  Məcəlləsinin  yuxarıda  göstərilən  maddəsinin  3-cü  hissəsinə  əsasən, 
şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  olduğunu  dərk 
etmiş,  onun  ictimai-təhlükəli  nəticələrini  qabaqcadan  görmüş,  lakin  bunları  arzu 
etməmiş  və  belə  nəticələrin  baş  verməsinə  şüurlu  surətdə  yol  vermişdirsə,  bu  halda 
cinayət  dolayı  qəsdlə  törədilmiş  hesab  olunur.  Məsələn,  içkili  şəxs  (xuliqan)  çox 
adamlı küçədə atəş açır və nəticədə bir neçə adam ölür. 
Cinayət  Məcəlləsinin  26-cı  maddəsində  təqsirin  ehtiyatsızlıq  formasının  iki 
növü:  cinayətkarcasına  özünə  güvənmə  və  cinayətkarcasına  etinasızlıq  növlərindən 
bəhs olunur. 
Şəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai-təhlükəli  nəticələr 
verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların 
qarşısını  alacağını  güman  etmişdirsə,  bu  əməl  (hərəkət  və  ya  hərəkətsizlik) 
cinayətkarcasına  özünəgüvənmə  nəticəsində  törədilmiş  cinayət  hesab  olunur. 
Məsələn, sürücü öz sürücülük məharətinə güvənərək maşını qadağan edilmiş sürətlə 
sürərkən qəfildən yoldan keçən piyada ilə qarşılaşır və ehtiyatsızlığı üzündən ona ağır 
bədən xəsarəti yetirir. 
Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai-təhlükəli nəticələr verə 
biləcəyi imkanmı  lazımi  diqqət  və  ehtiyatlılıq  göstərərək  qabaqcadan  görməli  olduğu 
və  görə  biləcəyi  halda,  onları  görməmişdirsə,  bu  əməl  (hərəkət  və  ya  hərəkətsizlik) 
cinayətkarcasına  etinasızlıq  nəticəsində  törədilmiş  cinayət  hesab  olunur.  Məsələn, 
əgər  tibb  bacısı  diqqətsizliyi  ucbatından  dərman  əvəzinə  öldürücü  zəhəri  inyeksiya 
edirsə,  yəni  iynə  ilə  dəri  altında  yeridirsə,  dərmanın  müəyyən  edilməsinin  mümkün 
olması sübut olunduğu təqdirdə ehtiyatsızlığa görə cinayət məsuliyyətinə cəlb edilir. 
Cinayətkarcasına  etinasızlığı  hadisədən  (kazusdan)  fərqləndirmək  lazımdır. 
Hadisə  onunla  xarakterizə  olunur  ki,  şəxs  öz  hərəkətlərinin  ictimai-təhlükəli  nəticələr 
törətdiyini  şəraitdən  asılı  olaraq  qabaqcadan  görmür  və  ya  görməməlidir,  yaxud  da 
qabaqcadan görə də bilməz. Burada cinayət məsuliyyəti tamamilə istisna olunur. Belə 
ki,  küçədəki  səkidə  sürüşüb  yıxılarkən  digər,  insanları  da,  ağır  bədən  xəsarəti 
yetirməklə yıxan şəxsin hərəkətində cinayət məsuliyyəti yoxdur. 
Cinayət  subyekti  yalnız  fiziki  şəxslər  ola  bilər.  Hüquqi  şəxslər  cinayət 
məsuliyyəti daşımırlar. Ancaq fiziki şəxslərin də hamısı deyil, yalnız fiziki, psixoloji və 
sosial  inkişafın  müəyyən  səviyyəsinə  çatan,  öz  hərəkətlərinin  ictimai  əhəmiyyətini 
kifayət  qədər  dəqiq  dərk  edən,  ətraf  mühitin  hadisə  və  təzahürlərində  düzgün 


162 
 
istiqamət alan şəxslər cinayət məsuliyyətinin yaranması üçün zəruri olan bu keyfiyyət 
şəxsin  anlaqlı  olması  və  onun  qanunla  müəyyən  edilən  yaş  həddinə  çatması  ilə 
müəyyən olunur. 
Anlaqlılıq  -  şəxsin  öz  hərəkətlərini  ölçüb-biçmək  və  onlara  rəhbərlik  etmək 
qabiliyyətinin  olmamasında,  yəni  ictimai-təhlükəli  əməli  törətdiyi  zaman  xəstəlik 
vəziyyətində olmasında ifadə olunur. 
 
Cinayət  Məcəlləsinin  21-ci  maddəsinin  1-ci  hissəsinə  əsasən  ictimai  təhlükəli 
əməli  (hərəkət  və  ya  hərəkətsizliyi)  törətdiyi  zaman  anlaqsız  vəziyyətdə  olmuş,  yəni 
xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi 
xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və 
ictimai  təhlükəliliyini  dərk  etməyən  və  ya  onu  idarə  edə  bilməyən  şəxs  cinayət 
məsuliyyətinə  cəlb  edilmir. Əslində  belə  şəxslərə  cəzanın  tətbiq  edilməsi  ədalətsizlik 
olardı,  çünki  öz  hərəkətlərinin  mənasını  başa  düşmək  və  onlara  rəhbərlik  etmək 
qabiliyyətinin olmaması nəticəsində bu şəxslər, tətbiq edilən cəzanın da mahiyyətinin 
dərk  etmək  imkanına  malik  deyillər.  Onlara  məhkəmənin  təyinatına  əsasən  tibbi 
xarakterli  məcburi  tədbirlər  tətbiq  edilə  bilər:  psixoloji  xəstəxanalarda  yerləşdirmə, 
məcburi həkim nəzarəti altında qohumların və ya qəyyumların himayəsinə vermə. 
Qüvvədə olan cinayət qanunvericiliyi patoloji sərxoşluq istisna olmaqla, fizioloji 
(adi) sərxoşluq vəziyyətində cinayət törətmiş şəxsləri anlıqlı hesab edir. 
Cinayət  Məcəlləsinin  23-cü  maddəsinə  əsasən,  səbəbindən  asılı  olmayaraq 
(alkoqollu  içkilərin  qəbulu,  narkotik  vasitələrdən  və  ya  digər  güclü  təsir  edən 
maddələrdən  istifadə  nəticəsində)  sərxoş  halda  cinayət  törətmiş  şəxs  cinayət 
məsuliyyətindən  azad  olunmur.  Demək,  adi  sərxoşluq  vəziyyətində  cinayət  törətmiş 
şəxs  (dərəcəsindən  asılı  olmayaraq)  anlaqlı  hesab  olunduğuna  görə,  cinayət 
məsuliyyəti daşıyır. 
 
Cinayət subyekti, qeyd edildiyi kimi, cinayət törətdiyi zaman  qanunla müəyyən 
edilən  yaş  həddinə  çatan  şəxs  hesab  olunur.  Azərbaycan  cinayət  qanunvericiliyi 
tarixində  cinayət  məsuliyyətinə  cəlb  etməyə  imkan  verən  minimal  yaş  həddinin 
dəfələrlə  dəyişməsinə  rast  gəlinir.  Qüvvədə  olan  cinayət  qanunvericiliyi  yetkinlik 
yaşana  çatmayanların  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün  bu  yaş  həddini 
artırmışdır.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  20-ci  maddəsinin  1-ci 
hissəsinə  əsasən  cinayət  törədənədək  on  altı  yaşı  tamam  olmuş  şəxs  cinayət 
məsuliyyətinə  cəlb  edilir.  Lakin  yetkinlik  yaşına  çatmayanların  törətdikləri  əməllərin 
ictimai  -  təhlükəliliyini,  onun  xarakter  və  mahiyyətini  dərk  etmələrini  nəzərə  alaraq 
qanun, bu şəxslər üçün məhdud qaydada daha erkən yaş həddi müəyyən etməklə bu 
qaydalardan  istisnalara  yol  verir.  Qanunvericilikdə  14  yaşından  16  yaşına  qədər 
şəxslərin  törədə  biləcəkləri  cinayətlərin  konkret  siyahısı  müəyyən  edilmişdir.  Belə  ki, 
Cinayət  Məcəlləsinin  20.2.-  ci  maddəsində  göstərilir  ki,  on  dörd  yaşı  tamam  olmuş 
şəxs  yalnız  qəsdən  adam  öldürməyə,  qəsdən  sağlamlığa  az  ağır  və  ya  ağır  zərər 
vurmağa,  adam  oğurlamağa,  zorlamağa,  seksual  xarakterli  zorakılıq  hərəkətlərinə, 
oğurluğa,  soyğunçuluğa,  quldurluğa,  hədə  -  qorxu  ilə  tələb  etməyə,  talama  məqsədi 
olmadan  qanunsuz  olaraq  avtomobil  və  ya  başqa  nəqliyyat  vasitəsi  ələ  keçirməyə, 
ağırlaşdırıcı  hallarda  əmlakı  qəsdən  məhv  etməyə  və  ya  zədələməyə,  terrorçuluğa, 
adamları  girov  götürməyə,  ağırlaşdırıcı  hallarda  xuliqanlığa,  odlu  silahı,  döyüş 
sursatını,  partlayıcı  maddələri  və  qurğuları  talamağa  və  ya  hədə  -  qorxu  ilə  tələb 
etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə - qorxu ilə 
tələb  etməyə,  nəqliyyat  vasitələrini  və  ya  yolları  yararsız  vəziyyətə  salmağa  görə 
cinayət məsuliyyətinə cəlb edilir. 
Bu maddənin məzmunundan belə nəticə çıxır ki, 14 yaşından 16 yaşına qədər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə