Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə84/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   76   77   78   79   80   81   82   83   84

179 
 
anlayışlardır.  Digər  tərəfdən  dövlət  idarəetmə  orqanlarının  əsas  və  başlıca  funksiyası 
qanunları  və  digər  qanunvericilik  aktlarını  (məsələnn,  prezident  fərmanlarını,  Nazirlər 
Kabinetinin qərarlarını və s.) icra etməkdan ibarətdir. 
Dövlət  idarəetmə  orqanları  (icra  hakimiyyəti  orqanları)  müəyyən  sistem  halında 
birləşməsidir. Həmin sistemə aiddir: 
• prezident; 
• Nazirlər Kabineti; 
• mərkəzi icra hakimiyyəti orqanları; 
• yerli icra hakimiyyəti orqanları. 
Prezident  dövlət  idarəetme  (icra  hakimiyyəti)  orqanlarına  rəhbərlik  edir.  O,  icra 
hakimiyyətinin  başçısıdır.  İcra  hakimiyyəti  prezidentə  mənsubdur.  Prezident,  icra 
hakimiyyəti sahəsində vacib və mühüm səlahiyyətlərə malikdir. 
Nazirlər  Kabineti  icra  hakimiyyətini  həyata  keçirir,  dövlət  idarəetmə  orqanları 
sisteminə  daxil  olan  orqanların  fəaliyyətinin  əlaqələndirilməsini  təmin  edir,  həmin 
orqanların  fəaliyyətini  birləşdirir,  istiqamətləndirir  və  yoxlayır.  Nazirlər  Kabineti  onun 
tabeliyində  olan  icra  hakimiyyəti  orqanlarına  rəhbərliyi  həyata  keçirir,  onların 
fəaliyyətinə nəzarət edir. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  iqtisadi  və  sosial  inkişafın  müxtəlif 
sahələrində Nazirlər Kabinetinin əsas səlahiyyətlərini müəyyən edir. 
Mərkəzi icra hakimiyyət orqanları dedikdə, nazirliklər, dövlət komitələri, baş idarələr 
və digər qurumlar başa düşülür. Bu orqanlar prezidentin fərmanı ilə yaradılır, yenidən təşkil 
olunur və ləğv edilir. Məsələn, prezidentin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat 
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. kimi yeni 
nazirliklər  yaranmışdır.  Prezident  mərkəzi  icra  hakimiyyət  orqanlarının  sisteminin 
(strukturunun) təkmilləşdirilməsi və qaydaya salınması üçün vaxtaşırı fərmanlar verir. 
Mərkəzi  icra  hakimiyyəti  orqanları  içərisində  güc  strukturları  (nazirlikləri)  xüsusi 
rola  malikdir.  Söhbət  Müdafiə  Nazirliyindən,  Daxili  İşlər  Nazirliyindən  və  Milli 
Təhlükəsizlik Nazirliyindən gedir. Bu nazirliklər icra hakimiyyətinə xüsusi güc verir. 
Mərkəzi  icra  hakimiyyəti  orqanları  özlərinin  əsasnamələri  əsasında  fəaliyyət 
göstərir. Əsasnamə onların hayata keçirdikləri  fəaliyyətin  hüquqi  əsasını  təşkil  edir.  Bu 


180 
 
hüquqi  sənəddə  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  səlahiyyət  və  funksiyaları 
göstərilir, onların hüquqi statüsü müəyyənləşdirilir. 
Yerli  icra  hakimiyyəti  orqanları  icra  hakimiyyəti  orqanlarının  (dövlət  idarəetmə 
orqanlarının)  vahid  sisteminə  daxil  olan  odandır.  Yerli  icra  hakimiyyəti  orqanları 
dedikdə, icra hakimiyyəti başçıları başa düşülür. Yerli icra hakimiyyəti başçıları yerlerdə 
icra  hakimiyyətini  həyata  keçirirlər.  Onları  vazifəyə  prezident  təyin  və  azad  edir.  Yerli 
icra  hakimiyyəti  başçıları  dövlət  idarəetmesini  yerlərdə  həyata  keçirən  əsas  orqandır. 
Onların  fəaliyyətinin  hüquqi  əsasını  «Yerli  icra  hakimiyyətləri  haqqında»  Əsasnamə 
(1999) təşkil edir. 
Yerli  icra  hakimiyyəti  başçılarının  səlahiyyətlari  prezident  tərəfindən  müəyyən 
edilir.  Onlar  prezidentin  qarşısında  məsuldurlar.  İcra  hakimiyyət  orqanlan  dövlət 
hakimiyyət səlahiyyetlərine  malik olan orqanlardır. Onlar inzibati siyasi, sosial-mədəni və 
müəyyən dərəcədə istehsal-əmək fəaliyyətinə rəhbərliyi həyata keçirirlər.  
 
Fiziki  şəxslər  inzibati  hüquq  münasibətlərinin  subyеkti  kimi.  İnzibati    hüquq  
münasibətlərində    çıxış  edən  subyektlərdən  biri  fiziki  şəxslərdir.  Bütün  fiziki  şəxslərin 
hamisi  üçün  inzibati  hüquq  münasibətlərində iştirak etmək  üçün eyni  (bərabər)  hüquqi 
imkan  verilmişdir.  Belə  ki,  Konstitusiyada  bərabərlik  hüququ  təsbit  olunmuşdur. 
İrqindən,  milliyyətindən,  dinindən,  dilindən,  cinsindən  ve  digər  amillərdən  asılı 
olmayaraq  hər  kəsin  hüquq  və  azadlıqlarının  bərabərliyinə  təminat  verilir 
(Konstitusiyanın 25-ci  maddəsi). Bu hüquq bərabərliyi bütün hüquq münasibətlərinə, o 
cümlədən fiziki şəxslərin inzibati hüquq münasibətlərində iştirakına da aiddir. 
Fiziki  şəxslərin  inzibati  hüquq  münasibətlərində  iştirak  etməsinin  müxtəlif  halları 
vardır.  Onlar  dövlətin  idarə  olunmasında  iştirak  etdikdə,  in  zibati  hüquq  münasibəti 
yaranır.  Bu  zaman  fiziki  şəxslər  həmin  münasibətin  subyektinə  çevrilirlər.  Fiziki 
şəxslərin dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır (Konstitusiyanın 55-ci 
maddesi). 
Fiziki  şəxslar  dövlət  idarəetmə  orqanlarına  müraciət  etdiyi  hallarda  da  inzibati 
hüquq münasibəti yaranır. Konstitusiya onlara dövlət orqanlarına müraciət etmək hüququ 
vermişdir  (Konstitusiyanın  57-ci  maddesi).  Məsələn,  vətəndaş  pensiya  almaq  üçün 


181 
 
müvafiq  dövlət  orqanına  müraciət  edir.  Başqa  misalda  vətəndaş  yaratdığı  müəssisəni 
dövlət qeydiyyatına aldırmaq üçün ərizə ilə dövlət orqanına müraciət edir və s. 
Fiziki şəxslər  dövlət  orqanlarında qulluq etdiyi  hallarda da  inzibati  hüquq  münasibəti 
yaranır  və  onlar  belə  halda  həmin  münasibətin  subyektı  olurlar.  Konstitusiya  vətəndaşlara 
dövlət orqanlarında qulluq etmək hüququ vermışdir (Konstitusiyanın 55-ci maddasi). 
Fiziki  şəxslər  inzibati  hüquq  pozuntusu  (inzibati  xəta)  törətdiyi  hallarda  inzibati 
məsuliyyət  münasibətinin  subyekti  olurlar. Bu  münasibət isə inzibati  hüquq  münasibəti 
deməkdir.  Məsələn,  yol  hərəkəti  qaydalarını  pozan  sürücü  inzibati  məsuliyyət 
münasibətinin subyekti olur. 
İnzibati  hüquq  münasitbətlərində  müxtəlif  qurumlar  iştirak  edə  bilər.  Dövlət 
müəssisə  va  idarələri  həmin  qurumlardan  biridir.  Onlara  aiddir:  sənaye  müəssisələri; 
rabitə  müəssisələri;  nəqliyyat  müəssisələri;  ticarət  müəssisələri;  mədəniyyət  idarələri; 
təhsil idarələri və s. 
Dövlət  idarə  və  müəssisələrini  inzibati  hüquq  münasibətlərində  müdiriyyət  təmsil 
edir.  Müdiriyyət  dövlət  idarə  və  müəssisələrini  idarə  edən  orqandır.  O,  dövlət  idarə  və 
müəssisələrinə rəhbərlik edir. Müdiriyyət idarəçilik funksiyasını yerinə yetirir. 
Müdiriyyət  vəzifəli  şəxslər  deməkdir.  Müəssisə  və  idarənin  rəhbərləri,  struktur 
bölmə  və  hissələrinin  (sexlərin,  şöbələrin,  briqadaların)  rəis  və  müdirləri  müdiriyyət 
anlayışına  daxildirlər.  Müdiriyyətə  direktor  və  ya  müdir  (və  yaxud  direktorlar  şurası) 
rəhbərlik  edir.  O,  tabe  olduğu  idarəetme  orqanı  qarşısında  öz  fəaliyyətinə  görə 
məsuliyyət daşıyır. 
Dövlət  müəssəsə  və  idarələrindən  başqa,  inzibati  hüquq  münasibatlərində 
kommersiya təşkilatları, içtimai birliklər və dini qurumlar da subyekt qismində çıxış edə 
bilərlər. 
İcra hakimiyyəti orqanları ayrı-ayrı struktur bölmələrdən (şöbələrdən,  idarələrdən) 
təşkil olunur. Hər bir struktur bölmə vəzifələrin məcmusudur. Bu vəzifələri tutan şəxslər 
dövlət qulluqçuları adlanırlar. 
Dövlət  qulluqçusu  dedikdə,  maaşlı  dövlət  qulluğu  vəzifəsini  tutan  Azərbaycan 
Respublikasının  vətəndaşı  başa  düşülür.  Ona  maaş  yalnız  dövlət  büdcəsi  vəsaitindən 
verilir.  Dövlət  qulluğu  vəzifəsi  stat  cədvəlində  nəzərdə  tutulan  və  ona  uygun  olan 
 


182 
 
struktur vahididir. Dövlət qulluqçusu məhz stat cədvəlində nəzərdə tutulan və göstərilən 
vəzifəni tutur. Stat cədvəli isə dövlət orqanının normativ aktı ilə müəyyən edilir. 
Dövlət qulluqçuları dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsini təmin 
etmək üçün peşəkar fəaliyyetlə məşgul olurlar. Bu fəaliyyətə dövlət qulluğu deyılır. 
Dövlət  qulluğu  dedikdə,  dövlətin  məqsəd  və  funksiyalarının  həyata  keçirilməsi 
sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi başa düşülür. 
Dövlət qulluğu dövlət aparatı işçilərinin fəaliyyəti deməkdir. 
Dövlət qulluğu inzibati hüququn əsas anlayışlarından biridir, icra hakimiyyəti daxili 
cəhətdən dövlət qulluğu ilə xarakterizə olunur. 
Dövlət vəzifəli şəxsləri dövlət qulluqçularının  xüsusi qrupunu təşkil edirlər.  Dövlət 
vəzifəli  şəxsləri  odur  ki,  onlar  siyasi  və  ya  inzibati  vəzifə  tuturlar  və  ya  hakimiyyət 
səlahiyyətlərinə malik olurlar. 
Vətəndaş  dövlət  qulluğuna  daxil  olarkən  and  içir.  Andiçimə  təntənəli  şəraitdə 
Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  altında  Konstitusiyaya  əl  basmaqla  həyata 
keçirilir. 
Dövlət  qulluqçularının  hüquqi  vəziyyati  ilə  bağlı  məsələlər,  habelə  dövlət  qulluğu 
sahəsində  dövlətlə  dövlət  qulluqçuları  arasında  yaranan  münasibətlər  «Dövlət  qulluğu 
haqqında» qanunla tənzimlənir. Bu qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 
 
İnzibati məsuliyyət. İnzibati xəta və onun tətkibi.  Hüquqi məsuliyyətin bir neçə 
növü  vardır  ki,  inzibati  məsuliyyət  bunlardan  biridir.  İnzibati  məsuliyyət  şəxslər 
tərəfindən törədilən inzibati xətaya (inzibati hüquq pozuntusuna) görə hüquqi məsuliyyət 
formasıdır. Məsələn, vətəndaş xırda oğurluq edir. Başqa bir misalda sürücü yol hərəkəti 
qaydalarını  pozur.  Belə  hallarda  təqsirkar  şəxs  inzibati  məsuliyyətə  cəlb  edilir  və  ona 
müvafiq meəsuliyyət tədbirləri tətbiq olunur. 
İnzibati  məsuliyyət  dedikdə,  inzibati  hüquq  pozuntusu  (inzibati  xəta) 
törətdiyinə görə təqsirkar şəxsə tətbiq edilən məcburiyyət tədbiri başa düşülür.  
İnzibati  məsuliyyətin  yaranması  üçün  müəyyən  əsasın  olması  tələb  edilir.  İnzibati 
xəta  məhz  belə  əsas  hesab  olunur.  Buna  inzibati  məsuliyyətin  faktiki  əsası  deyilir. 
İnzibati  xəta  inzibati  hüquq  pozuntusu  deməkdir.  O,  hüquq  pozuntusunun  növlərindən 


183 
 
biridir. 
İnzibati xəta dedikdə, qanunla (İnzibati Xətalar Məcəlləsi ilə) qorunan ictimai 
münasibətlərə  qəsd  edən  hüquqazidd,  təqsirli  və  inzibati  məsuliyyətə  səbəb  olan 
əməl başa düşülür. 
İnzibati  xətalar  vətəndaşların  siyasi,  sosial  və  əmək  hüquqlarına,  əhalinin 
sağlamlığı,  ətraf  muhitin  qorunması,  yol  hərəkəti,  rabitə,  iqtisadi  fealiyyət,  ticarət, 
maliyyə-sığorta,  vergilərin  ödənilməsi,  gömrük  və  digər  dövlət  qaydalarına,  ictimai 
qaydaya,  ictimai  təhlükəsizliyə,  mülkiyyətə  və  s.  qəsd  edir.  İnzibati  xəta  cinayətdən 
ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. 
İnzibati  məsuliyyətin  yaranması  üçün  təkcə  faktiki  əsas,  yəni  inzibati  xətanın  özü 
kifayət etmir.  Bunun üçün həm də hüquqi əsasın olması vacibdir. Hüquqi əsas inzibati 
xəta  tərkibi  adlanır,  inzibati  məsuliyyətin  yaranması  üçün  həm  faktiki  əsasın  (inzibati 
xətanın özü), həm də hüquqi əsasın (inzibati xəta tərkibinin) olması lazımdır. 
İnzibati  xəta  tərkibi  dedikdə,  törədilmiş  əməli  inzibati  xəta  kimi  xarakterizə 
edən  və  İnzibati  Xətalar  Məcəlləsində  göstərilən  əlamətlərin  məcmusu  başa 
düşülür. 
İnzibati xəta tərkibi dörd əlamətdən ibarətdir. Həmin əlamətlərə aiddir: 
• inzibati xətanın obyekti; 
• inzibati xətanın obyektiv cəhəti; 
• inzibati xətanın subyektiv cəhəti; 
• inzibati xətanın subyekti. 
İnzibati  xətanın  obyekti  dedikdə,  qəsdlərdən  qorunan  ictimai  münasibətlər  başa 
düşülür.  Məsələn,  vətəndaş  öz  qonşusunun  qiyməti  əlli  manat  olan  geyim  şeylərini 
oğurlayır  (oğurlama  yolu  ilə  xırda  talama).  Belə  halda  inzibati  xəta  göz  qabağındadır. 
Onun obyekti mülkiyyət münasibətidir. 
İnzibati  xətanın  obyektiv  cəhəti  dedikdə,  inzibati  məsuliyyətə  səbəb  olan  əməlin 
xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada törədilir: 
hərəkət formasında (məsələn, meşə fondu sahalarində özbaşına ot biçilməsi və mal-qara 
otarılması  və  ya  xırda  oğurluq  və  s.);  hərəkətsizlik  formasında  (məsələn,  statistik 
məlumatların verilməməsi). 


184 
 
İnzibati  xətanın  subyektiv  cəhəti  dedikdə,  şəxsin  inzibati  xətanın  törədilməsi  ilə 
bağlı  psixi  fəaliyyəti  başa  düşülür.  O,  inzibati  məsuliyyətə  səbəb  olan  amalin  daxili 
tərəfidir. Təqsir inzibati  xətanın subyektiv  cəhətinin  mühüm  hissəsi olub, onun  məzmu-
nunu əhata edir. 
Təqsir dedikdə, şəxsin törətdiyi və inzibati məsuliyyətə səbəb olan əməlinə psixi 
münasibəti  başa  düşülür.  Onun  iki  forması  vardır:  qəsd  (məsələn,  zor  tətbiq  etməklə 
işçini  tətillərdə  iştirak  etməyə  məcbur  etmə  və  ya  meşə  fondu  torpaqlamı  özbaşına 
tutmaq və s.); ehtiyatsızlıq. 
İnzibati  xətanın  subyekti  dedikdə,  qanunla  müəyyən  edilən  yaş  həddinə  çatmış 
fiziki  və  anlaqlı  şəxs,  habelə  hüquqi  şəxs  başa  düşülür.  Fiziki  şəxslər  yalnız  o  halda 
inzibatı rnəsuliyyətə cəlb edilə  bilərlər  ki,  inzibati  xəta  törədərkən  onlann  on  altı  yaşı 
tamam  olsun.  Diğər  tərəfdən  yalnız  anlaqlı  şəxslər  inzibati  xətanın  subyekti  ola 
bilərlər.  İnzibati  xəta  törədən  zaman  şəxs  anlaqsız  vəziyyətdə  olduqda,  inzibati 
məsuliyyətə  cəlb  edilmir.  Anlaqsız  vəziyyətdə  olmaq  dedikdə,  xroniki  psixi  xəstəlik, 
psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və başqa psixi xəstəlik nəticəsində 
fiziki  şəxsin  öz  əməlinin  faktiki  xarakterini  və  ictimai  təhlükəsizliyini  dərk  etmək  və 
ya onu idarə etmək iqtidarında olmaması başa düşülür. 
Hüquqi  şəxsler  də  inzibati  xətanın  subyekti  ola  bilər.  Onlar  inzibati  xətalara  görə 
inzibati rnəsuliyyətə cəlb edilir. 
İnzibati  xəta  tərkibinin  bütün  əlamətləri  mövcud  olduqda  təqsirkar  şəxsə  inzibati 
tənbeh tətbiq edilir. 
 
İnzibati tənbeh və onun növləri. İnzibati tənbeh dövlət məcburiyyət tədbiri olub, 
törədilmiş  inzibati  xətaya  görə  təqsirkar  şəxşə  tətbiq  olunur.  Onun  iki  əsas  məqsədi 
vardır:  
 
xüsusi xəbərdaredici məqsəd;  
 
umumi xəbərdaredici məqsəd.  
İnzibati  tənbehin  xüsusi  xəbərdaredici  məqsədi  inzibati  xəta  törədən  şəxsi 
qanunlara  əməl  etmək  ruhunda  tərbiyələndirməkdən,  habelə  onun  tərəfindən  yeni 
inzibati xəta töredilməsinin qarşısını almaqdan ibarətdir. 


185 
 
İnzibati  tənbehin  umumi  xəbərdaredici  məqsədini  isə  cəmiyyət  üzvlərinin  yeni 
inzibati xəta törətmələrinin qarşısını almaq təşkil edir. 
Qanunda  (İnzibati  Xətalar  Məcəlləsində)  nəzərdə  tutulan  inzibati  xəta 
törətmiş  şəxsi  cəzalandırmaq  üçün  tətbiq  edilən  məsuliyyət  tədbirinə  inzibati 
tənbeh deyilir. 
İnzibati  tenbəhin  növləri  İnzibati  Xətalar  Məcəlləsinin  23-cü  maddəsində  nəzərdə 
tutulmuşdur. Burada onların qəti və dəqiq siyahisi verilir. 
Xəbərdarlıq 
inzibati  tənbehin 
növlərindən  biridir.  Hüquqazidd  əməlin 
yolverilməzliyi  barədə  şəxslərə  edilən  rəsmi  xəbərdaredici  tədbirə  xəbərdarlıq  deyilir. 
Xəbərdarlıq yazılı formada edilir. 
İnzibati  cərimə  inzibati  tənbehin  növlərindən  biri  sayılır.  İnzibati  Xətalar 
Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda  hakim  və  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
tərəfindən  təyin  edilən  və  təqsirkar  şəxsdən  dövlətin  xeyrinə  məcburi  tutulan  pul 
məbləğinə  inzibati  cərimə  deyilir.  İnzibati  cərimə  bir  qayda  olaraq,  Azərbaycan 
Respublikasının dövlət büdcəsinə mədaxil olunur. 
Müsadirə  təqsirkar  şəxsə  tətbiq  edilən  inzibati  tənbeh  növlərindən  biridir. 
Müsadirə  dedikdə,  inzibati  xəta  törətmiş  şəxsin  xüsusi  mülkiyyətində  olan,  habelə 
inzibati  xətanın  törədilməsində  alət  olmuş  və  ya  inzibati  xətanın  bilavasitə  obyekti 
olmuş  predmetin  məcburi  qaydada  və  əvəzsiz  (ödənişsiz)  dövlət  mülkiyyətinə  keçməsi 
başa düşülür. 
İnzibati  həbs ən kəskin  inzibati tənbeh tədbiridir.  Bu tədbir ayrı-ayrı inzibati  xəta 
növlərinə  görə  (məsələn,  xırda  oğurluğa  görə)  müstəsna  hallarda  tətbiq  olunur.  İnzibati 
həbs  15  günədək  müəyyən  edilir.  Bəzi  kateqoriya  şəxslər  üçün  inzibati  həbsin  tətbiq 
edilməsinə  yol  verilmir.  Həmin  şəxsləra  aiddir:  hamilə  qadınlar,  himayəsində  azyaşlı 
uşaq olan qadınlar, on səkkiz  yaşına çatmayan şəxslər, birinci  və  ya  ikinci qrup elillər, 
altmış yaşına çatmış qadınlar, altmış beş yaşına çatmış kişilər. 
Bunlardan  başqa,  təqsirkar  şəxslərə  digər  inzibati  tənbeh  növləri  də  tətbiq  edilə 
bilər. İnzibati tənbehin digər növləri İnzibati Xətalar Məcəlləsində göstərilmişdir. 
Xəbərdarlıq,  inzibati  cərima  və  ya  inzibati  həbs  əsas  inzibati  tənbeh  növləridir. 
Müsadirə və diğərləri isə həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə 


186 
 
bilər. 
İnzibati  xətalar  haqqında  işlərə  yalnız  səlahiyyəti  olan  orqanlar  (vəzifəli  şəxslər) 
baxa  bilər.  Həmin  orqanlara  (vəzifəli  şəxslərə)  aiddir:  rayon  (şəhər)  məhkmələri, 
yetkinlik  yaşına  çatmayanların  işləri  üzrə  komissiyalar,  müvafiq  icra  hakimiyyəti 
orqanları (vəzifəli şəxslər). 
 
 
Qeyd: 
1. 
«İnzibati» sözünün rus dilinda qarşılığı kimi «адmинисtраtивное» ifadasi işlədilir. 
«адmинисtраtивная» sözü latınca «idara» manasını bildirir.  
2. 
Oğurlanmış  əmlakın  dəyəri  şərtı  maliyyə  vahidinin  otuz  mislindən  yuxarı 
olmadıqda, bu, xırda oğurluq hesab edilir.
 
 


187 
 


188 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə